Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə6/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
1   2   3   4   5   6   7   8   9   ...   20

ġĠRĠN CANIMSAN 
 
Dinlə, nə deyirəm, alagöz yarım, 
Sən mənim ürəyim, sən mənim varım. 
Sabahın nurlanan ənginliyindən, 
Səmalardan gələn müjdəli payım. 
 
Sən mənim gözümdən axan yaĢımsan, 
Həm dostum, sirdaĢım, həm də yarımsan. 
Dinən mizrabımsan, uçan ruhumsan, 
Sən mənə ruh verən qibləgahımsan. 
 
DüĢməz daĢ-kəsəkli yola eĢqimiz, 
Sevsək, bu sevgiyə çatar gücümüz! 
Əhd etdik səninlə, birdir sözümüz, 
Ġsti mehrə möhtac, Ģirin canımsan! 
 
  
 
 
 


AY SARI YARPAQ 
 
Pəncərəmə düĢən ay sarı yarpaq, 
Nələri, nələri yadıma saldın. 
Yalançı sevgimin Ģahidi olan, 
Payızı düĢünüb xəyala daldım. 
 
Niyə pəncərəmə sən düĢdün, niyə, 
Oyandı qəlbimdə uyuyan dərdim. 
Necə qıydın kədər qəddimi əyə 
Sevgidən son xəzan gülünü dərdim. 
 
Mənim taleyim də bir sarı yarpaq 
Qismətimə düĢən alın yazımdır, 
Sevdim, elə sevdim, bilmədim ancaq, 
Bu sevgi saralan son payızımdır. 
 
KeçmiĢin dönməyən xatirələri, 
Yağmurdan bulanan bir çay kimidir. 
Sözümü bitirər, ancaq qəlbimin 
Ağlayan həsrətli, qəmli simidir. 
 
 
  
  
 
 
 
 


SEV DEYĠRSƏN 
Dostum  Vüqar  Əlisoyun  Ģeirlərini  dinlədikdən  sonra 
yazdım bu Ģeiri 
 
Sən sevirsən, bu, məni sevmək haqqın, 
Mən sevirəm, bu, səni sevmək haqqım. 
Sev deyirsən, mən sevdiyim qədər sev, deyirsən. 
Bu sevgiyə döz, deyirsən, alıĢanda qovrulsan da, 
Bir qum kimi küləklərə sovrulsan da, 
Nəfəsinlə ürəyimdə həsrətini yandırsan da, 
Dəli kimi sev məni, sev, deyirsən. 
Həsrətin sənsizliyində sev məni
Vüsalınla, hicranınla sev, deyirsən. 
Bu sevginin acısına döz, deyirsən. 
Çiçəklənən qönçələrin ləçəyinə 
DüĢən sübhün Ģehi kimi, 
Yorğun qalmıĢ sabahların mehi kimi, 
Gecələrin səhərlərin gəlməsinə 
Ümidli həsrəti kimi, gülün su təĢnəsi kimi 
Sev məni, sev, deyirsən. 
Dalğaların qayalara, 
Ləpələrin sahillərə çırpılma təĢnəsi kimi 
Canım Sev məni, sev deyirsən. 
Sev ki, bu gül ətirli ömründən sən 
Bu sevdaya pay bir can verəsən.  
 
  
 
 


BĠR DÜNYA ĠSTƏYĠRƏM  
 
Bir sakit dünya istəyirəm mən, 
Orda çiçəklərin savaĢı olsun. 
Bir sakit dünya istəyirəm mən, 
Orda sevgilərin limanı olsun. 
Yansın bu dünyada sevgidən məĢəl, 
Onun istisinə vicdan qızınsın. 
Bir savaĢsız dunya istəyirəm mən, 
Bu sakit dünyanın yağıĢı, qarı, 
Fərəhlə dolu gülüĢlər olsun. 
Onun qürub çağı səadət olsun. 
BədirlənmiĢ ayın nur iĢığı tək, 
DüĢünən beyinlər bir mayak olsun, 
Bu sakit dünyanın təməlin qoysun. 
SavaĢsız bir dünya istəyirəm mən, 
Körpə təbəssümü onu bəzəsin. 
Sülh sözü yazılsın buludlarına, 
Hər kəs xosbəxtliyə özü tələssin. 
Sakit bir dünya istəyirəm mən, 
Nə ana yas tutsun, qara bağlasın, 
Nə də həyəcandan küncə sıxılan 
Məsum, gül körpələr qorxub ağlasın. 
 
 
 
 
 
 


ÜġÜDÜ BAXIġIM 
 
Baxıb gözlərinin dərinlıyində 
Aramaq istədim oradan güman 
Soyuq ruzigarı mənə tuĢ etdun. 
ÜĢüdü baxıĢım, üĢüdü, yaman! 
 
Ġnamımda inancımı yox etdin, 
Sənə inanmağım bir yalan oldu. 
Böyük qəbahətim, ən böyük səhvim: 
Sənə ürək verdim, ürəksiz qaldım! 
 
ÜĢüdü qəlbimin ahu-zarı da 
Dönüb buza gümanım da üĢüdü 
Soyuq rüzügarı mənim baĢımdan 
Sən qovmadın həvəsim də üĢüdü! 
 
ÜĢüdü gözümün acı yaĢı da, 
ÜĢüdü nigaran baxıĢlarım da, 
ÜĢüdü alovlu hissim, istəyim, 
Qaytar sən onları, deyil gərəyin! 
 
  
 
 
 
 
 


GÖR NƏLƏR ĠSTƏYĠR 
 
Gör nələr istəyir könül bu səhər, 
Sənin əllərinin sakit tumarın. 
Ġsti baxıĢınla baxan gözünün 
Alovdan da güclü Ģirin xumarın. 
Ġstəyir köksünə sığına qəlbim 
Qəlbini hiss edib unutsun qəmi. 
Ona təsəllidir, ümidli sözün 
Sehirli qonaqdır gözümdə gözün. 
Gör nələr istəyir könül bu səhər, 
Gül qoxulu nəfəsinin ətrini 
Yanağını, zülfünü sığallayan 
Ġncə barmağının ilıq mehrini 
Arzulayar könül istər bu səhər. 
Qəlbindən məhəbbət, könlündən istək 
ġirin sözlərinə möhtacdır möhtac 
Gəl, könlüm arzusun birlikdə bölək!  
 
  
 
 
 
 
 


SƏNDƏN AYRI DÜġƏN GÜNDƏN 
 
Canım sənsiz cansız oldu, 
Gözüm qan-yaĢımla doldu. 
Keçən günüm ağu oldu, 
Səndən ayrı düĢən gündən. 
 
Buludam mən, yağmaz oldum, 
Bir çayam ki, axmaz oldum, 
Bir atəĢdim yanmaz oldum, 
Səndən ayrı düĢən gündən. 
 
Dəyərini mən anladım, 
Ġçim də alıĢıb yandı. 
Qəlbim səni arzuladı 
Səndən ayrı düĢən gündən. 
 
Bir qəribəm dərdim çoxdur, 
Həsrətin köksümə oxdur. 
Ayrılandan günüm yoxdur, 
Səndən ayrı düĢən gündən. 
 
  
 
 
 
 
 
 


HƏSRƏT YÜKÜ 
 
Gözlər heç ağlamaz ürək yanmasa 
Soyuq göz yaĢımda donub qalmıĢam. 
Könlüm qubar etməz alovlanmasa 
AtəĢin közündə mən qovrulmuĢam. 
Həsrətin yolunda çox dolaĢmıĢam 
Həsrətin yükünü daĢımaq üçün. 
Haqqımı nahaqla mən paylaĢmıĢam, 
Haqqımı zülümə anlatmaq üçün. 
Çəkirəm bu yükü, həsrət mənimdir. 
Yüküm göz yaĢımdır, haqqım zülümdür 
Ġnan, bağrım baĢı dilim-dilimdir, 
Açıb, tez də solan ömrüm gülündür!  
 
  
 
 
 
 
 
 


Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə