da, gəlməyəcəyimi bilsən də hərdən mənim gəliĢimi
gözləyəcəksən. Səsim həzin musiqi kimi qulaqlarında əks-
səda verəcək. Sənin üçün nağıla dönəcəyəm. Soraq, xəbər
istəyəcəksən...
Sən məni unutmaq istəyəcəksən, amma onu edə
bilməyəcəksən!!!
SƏN UNUT DEMĠġDĠN
Sən unut demiĢdin, mən də unutdum. Lakin ağır möhnət
olan bu ayrılıq, danmıram, ağırdır, ağrıdır mənə! Unut
demiĢdin... Boğdum sinəmdəki eĢqimin ahını, məni
ağrıdan qəlbimin hıçqıraqlarla dolu harayını...
Ruhuma həyat verən duyğularım söndü - unutdum səni!
Unutdum çılğın ürəyimin sönməz ehtirası ilə, lal
hıcqırıqlarımla, xatirələrimlə sirdaĢ olan acı göz yaĢlarım
ilə...
Mənə ürəyini açanda yaĢarmıĢdı gözlərin. O günlər bəs nə
oldu? Bəlkə yuxu idi, bəlkə də. Bəlkə də ilğim dolu
əfsanə... Ömür baharıma xəzan gətirdin, nəcib arzularımı
ruzgarlara qonaq etdin! Sən unut demiĢdin, mən də
untdum!
Xəyal edirəm, xəyalımda sənə gileylənirəm. Qəlbimin
tellərini həyəcana gətirən istək adlı mizrab sənin də
qəlbinin tellərini titrədəydi, həyəcana gətirəydi!!!
MeĢədən çox-çox uzaqlarda uca dağın zirvəsində tənhalığa
sirdaĢ olan bir ağacın meĢə həsrəti ilə, çəmən həsrəti ilə
necə yandığı kimi, mənim də varlığımın sənə inanıb
sevdalandığı üçün hey alıĢıb necə yanıdığını hiss edə
biləydin!!! Heyif...
Dindirmə məni, könlüm dərdi özünə də sığıĢmayan bir
fəryadam!
Həsrətim boynunu büküdü, hicranım artıq yoruldu.
Mürgülü xatirəyə döndün mənim üçün, sevdamsa ağlayır
içimdə için-için, yana-yana...
Qəlbin öz səhvinə çox yanacaq, səni də yandıracaq! O
zaman məni həmiĢəlik itirdiyini anlayacaqsan! Deyirlər
itki həmiĢə göynərtili olur, qoy olsun. Bu da bir tale, sən
unut demiĢdin, mən də unutdum!!!
GÖRÜġÜNƏ SƏSLƏYĠRSƏN, MƏN DƏ GÜLÜM,
GƏLMĠġƏM
Ürəyim sinəmdə elə çırpınır ki, sanki qəfəsdə bir quĢ
kimidir. Elə bir quĢ kimi ki, ənginlik, mavi səma axtarır
uçmağa, hey qanad çalıb uçmağa. Mən də bir quĢa dönüb
o görüĢ yerimizə sən söylədiyin seçdiyin o sehirli
möcüzəvi məkana tələ-sirəm... Tələsirəm, duyğularımızı
bir-birimizə təslim etdiyimiz o görüĢ yerinə.
YaĢamaq üçün sevmək gərəkdir və bu sevgi iki qəlbin
günəĢidir. Bu elə bir sevən qəlbin atəĢidir ki, onun
istilyindən bütün cahan qızınır, canlanır. DüĢündüyüm bu
fikirlərlə artıq anlarla məni xoĢbəxt edən o görüĢ
yerindəyəm. GəliĢini gözləyirəm. Özüm özümdə sənin
xəyalınla dərdləĢirəm, danıĢıram. Könül mülkümsən,
açılan hər səhərimin dan yerisən, hicranımın sonusan,
ömrümün səfasısan. Əsən həzin küləyimsən, duyğulu
anlarıma, təsəllimsən hər Ģeyimsən, hər Ģeyim - bunu
bilirsənmi!
Vüsal dolu xəyallara dalıram könlümün həsrət dolu
harayını eĢidirəm – “Ürəyini mənə ver, o, mənim
gərəyimdir, harayıma hay ver, səsin, ünün ülvi hisslərimin
sirdaĢıdır, sirdaĢı”!
GörüĢünə səsləyirsən, mən də gülüm gəlmiĢəm! Gələrəm
gecələrin qaranlığında, qıĢın sazağında, leysanında,
yağmurunda, boranında...! Yetər ki, sən səslə məni!
SƏNDƏN AYRI DÜġƏN GÜNDƏN
Sevdanın əzabından doymuram. Əksinə, gündən-günə
qəlbimin atəĢi, odu alovlanır, alovlandıqca da hiddətlənir,
hey coĢur. Onu duyuram ki, bir dəli istəkdir sənə qarĢı
olan sevgim, istəyim!
XoĢdur mənə atəĢinə yanıb alovlanmaq, gözlərinin sehrinə
düĢüb ərimək, canımda istək adlı bulağa dönmək. Ardınca
durulan bir çeĢmə gözünə dönüb sənin qəlbinə axmaq və
orda qərarlaĢmaq istəyirəm! Sənsiz olan zaman ürəyimə
qəriblik çökür. Ayaq səsinə, ləpirinə, izinə həsrət olan bir
cığır kimi hiss edirəm özümü! Səndən ayrı düĢən gündən!
Fikirlərim, düĢüncələrim də qəribsəyib sənsiz! Urəyim
ərköyünləĢib, könül duyğularımsa, küsəyən olub, heç məni
dinləmirlər. Sənin üçün darıxırlar, sənin üçün!
Həsrətin dilimdə sözlərimə çöküb sətirlənib ağ kağızlara
düzülüblər, səndən ayrı düĢən gündən ilhamım da, təbim
də özümdən küsüb, onlar da sənsız qəribsəyiblər. Sənsiz
əzizim, sevdam ömürlük yuxuya dalıb, duyğularım sənsiz
sabahları gözləmədən oyanan deyil, onu bilirəm, gözəl
bilirəm!
SənsizləĢmıĢəm yaman!
Səndən ötrü alovlu ürəyimin gücü ilə gözlərimdən
yanaqlarıma doğru süzülən iki həsrət damlası da
sənsizləĢıb, əzizim!
Kökü üstə məğrur dayanan çinara bənzədirəm bu sevgimi.
Yalçın dağların, sərt qayaların ağırlığını duyuram
sevgimin inadında...
Ümidi üzmək hünərdimi!Onu etmək olarmı!
Səndən ayrı düĢən gündən qoĢa sevgili görəndə utancaq
bir az da çılğın baxıĢlarla səni gəzirəm, düĢüncəli
heyrətimlə yadıma düĢürsən... Kövrəlirəm, uĢaq kimi
dolumsunub sənin köksünə sığınmaq istəyirəm. Dolu
buludu xatırladan intizar gözlərimin giley, incik yaĢlarını
axıtmaq - ağlamaq, doyunca ağlamaq, hey ağlamaq
istəyirəm. Ta ki, sən ovudana qədər, könlümü alana kimi...
Səndən ayrı düĢən gündən mənə hər zaman söylədiyin
“Qara gözlərinin ecazkar baxıĢlarını hər kəsdən gizli saxla,
heç kimə baxma, bilərəkdən baxıĢlarının oğurlanmasını
heç kimə izn vermə. Səni məndən ayırarlar!” kəlmən
yaddaĢıma hopub, hafizəmdə qalıb çiskin yağmurun Ģehə
bənzər damlaları kimi.
Səndən uzaqlarda qərib fikirlərimin dərinliklərinə varıb,
ötən günlərimə qayıtmıĢam. Fəsilləri qarıĢdırıb, günlərimi
itirmiĢəm, o günlərdə səni axtarmıĢam! Yoxluğunu çəkə
bilmədim səndən ayrı düĢən gündən!
Mənə elə gəlir ki, sənsiz açılan səhərimin günəĢi doğmur.
Zülmət dolu gecələrdə göy üzünün sayrıĢan ulduzları
görünmür. Özüm də yox oluram, özüm-özümə
görünmürəm!
SƏN ELƏ BĠR GÜNDƏ
Dostları ilə paylaş: |