Rafiq Verdiyev, Su ehtiyatları üzrə ekspert


Sudan istifadə və suyun mühafizəsi



Yüklə 221,11 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix15.03.2018
ölçüsü221,11 Kb.
#32521
1   2   3   4   5   6   7   8

Sudan istifadə və suyun mühafizəsi 

  

Su  qanunvericiliyi 

və  ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericilik  su  ehtiyatlarının  və  su 

obyektlərinin  qorunması  sahəsində  hüquqi  normalar  kompleksinin  tətbiqini  nəzərdə  tutur 

(Azərbaycan  Respublikası  Su  Məcəlləsi,  Maddə  14).  Bundan  əlavə,  hökumət  su  obyektlərinin  

mühafizəsi, istismarı və dövlət nəzarəti sahəsində qaydaları müəyyən edən bir sıra qərarlar qəbul 

etmişdir. 

Azərbaycanda  ekoloji  tələblərin  icrası  mexanizmlərinə  aid  əsas  müddəalar  Ətraf  Mühitin 

Mühafizəsi  haqqında  1999-cu  il  tarixli  qanunun  XI  maddəsində  göstərilir.  Belə  mexanizmlərə 

daxildir: 

səlahiyyətli dövlət orqanları, daha dəqiq desək, səlahiyyətli icra hakimiyyəti orqanları tərəfindən 

qaydalara 

riayət və qaydaların icrasının dövlət monitorinqi; 

Qaydalara 

uyğunluğun sənaye obyektlərinin özləri tərəfindən müstəqil monitorinq edilməsi; 

Fərdlərin və qeyri-hökumət təşkilatlarının şikayət və müraciətləri əsasında ekoloji dövlət nəzarəti 

Su 

ilə əlaqədar əsas iqtisadi alətlər kimi sudan istifadə haqları, cərimə və kompensasiyalardır. 



SU EHTIYATLARININ HAZIRKI VƏZİYYƏTİ VƏ  

ONLARDAN  

İSTİFADƏ

 

 


 Sudan 

istifadə üçün cari icazə və ödəniş formaları 

Su 


Məcəlləsinin  98-ci  maddəsində  göstərilir  ki,  suyun  keyfiyyətindən,  məqsədindən  (içməli  su, 

suvarma  suyu 

və  s.),  su  təsərrüfatı  obyektinin  texniki  fəaliyyətindən,  suyun  daşınması  və 

mənimsənilməsi üsullarından və istehsal xərclərinə təsir edən digər amillərindən asılı olaraq sudan 

istifadə haqları su təsərrüfatı sistemlərinin xüsusiyyətlərinə müvafiq olaraq fərqləndirilməlidir. 

Azərbaycan Respublikasında bütün tarif və rüsumlar Tarif Şurası tərəfindən təsdiq edilməlidir. 



Ödəmələr 



Tullantı sularının axıdılması xidmətinə görə ödəmələr 



Təbii ehtiyatlardan istifadəyə  görə ödəmələr 

 Sudan 

istifadə üçün icazə 

Yerüstü su 



obyektlərindən istifadə: 

Qrunt 



(yeraltı) suları: 



Tullantı sularının axıdılması üçün icazə: 

 Sudan suvarmada 

istifadə 

Suvarma 



sularından istifadənin hazırkı vəziyyəti 

Suvarma 



zamanı su itkisi  

SU EHTIYATLARININ HAZIRKI VƏZİYYƏTİ VƏ  

ONLARDAN  

İSTİFADƏ

 

 


  

İçməli su təchizatı 

  

Azərbaycanda  mövcud  olan  bütün  su  mənbələrindən  içməli  su  təchizatı  üçün  istifadə  olunur. 



Regionlarda 

əsas  su  təchizatı  mənbələri  yaxın  ərazilərdə  yerləşən  yerüstü  və  qrunt  suyu 

mənbələridir.  Mingəçevir  su  anbarından  aşağıya  doğru  Kür  çayının  çirklənmiş  suyu  əhali 

tərəfindən içməli su mənbəyi kimi istifadə edilir. 

Bakı şəhərinə gətirilən sular (16 kub m/san) arasında ən təmizləri aşağıdakılardır: 

•Xaçmaz (1956-

cı il, 2.65 kub m/s); 

Şollar su kəməri (1917, 1937-ci il, Bakıdan 187 km uzaqlıqda, təqribən 1.5 kub m/san). 



  

Ceyranbatan su 

anbarının suyu (Samur-Abşeron kanalı, 26.4 kub m/s suyun 12.3 kub m/s-i anbara 

vurulur) hava, qrunt 

və yerüstü suların təsiri ilə müəyyən qədər çirklənmişdir (yod, sink, Cu), lakin 

yaxşı keyfiyyətə malikdir. (7.5 kub m/san içməli və 5 texniki) Kür çayından: 

•Kür I-1972, 3.9 kub m/s; 

•Kür II-1987,5.2 kub m/s 

  

2011-ci 


ildə Dövlət Oğuz-Qəbələ-Bakı su kəməri (5 kub. m/san) layihəsini həyata  keçirmişdir. 

SU EHTIYATLARININ HAZIRKI VƏZİYYƏTİ VƏ  

ONLARDAN  

İSTİFADƏ

 

 


Kanalizasiya sektorunda 

Bakı  tullantı  suları  şəbəkəsi  şəhərin  72%-ə  yaxınına  xidmət  edir,  lakin  bu  suların  yalnız  50%-i 

emal edilir. Emal 

edilən suyun 90%-i boloji və yalnız 10% -i mexaniki qaydada emal edilir. 

Ölkənin  digər  şəhər  ərazilərində  su  ilə təminat  32%-ə  qədər  düşür.  16  şəhər  və  rayonda tullantı 

sularının  emalı  qurğuları  mövcuddur;  onların  əksəriyyəti  qismən  və  ya  tamamilə  istismardan 

çıxarılmışdır. 

Kənd yerlərində yerli, təsərrüfat daxili kanalizasiyalardan, əsasən ayaqyolu çuxurlarından istifadə 

edilir. 

  

Əksər  hallarda  əhaliyə  təchiz  edilən  suyun  keyfiyyəti  tələb  olunan  standartlara  cavab  vermir. 



Dövlət  bu  problemləri  həll  etmək  üçün  donor  icmalarla  əməkdaşlığa  yönəlmiş  zəruri  addımlar 

atmağı öz öhdəsinə götürür. 

Azərbaycan hökuməti ölkənin 60-dan artıq kiçik şəhərlərinin (rayon mərkəzlərinin) su təchizatı və 

kanalizasiya 

sistemlərinin  qurulmasına  dair  geniş  proqram  qəbul  edib.  Artıq  20-dən  çox  belə 

layihələrin  icrasına  başlanılmışdır.  Eyni  zamanda  kəndlərin  su  təchizatı  ilə  bağlı  lokal  layihələr 

həyata keçirilir. 

SU EHTIYATLARININ HAZIRKI VƏZİYYƏTİ VƏ  

ONLARDAN  

İSTİFADƏ

 

 



Yüklə 221,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə