Rafiq Verdiyev, Su ehtiyatları üzrə ekspert



Yüklə 221,11 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix15.03.2018
ölçüsü221,11 Kb.
#32521
1   2   3   4   5   6   7   8

Əsas çətinliklər aşağıdakılardır: 

•su 


ehtiyatları mövsüm və ərazi üzrə qeyri-bərabər paylanır 

•çaylar 


və  göllər  həm  üzvi,  həm  də  qeyri-üzvi  maddələrlə  xeyli  dərəcədə  çirklənmişdir 

(bələdiyyələr və sənaye müəssisələri tərəfindən) 

ovalıqlarda su əsasən yüksək duzluluğa malikdir 



əhalinin bir hissəsinin təhlükəsiz içməli sudan istifadə imkanı məhduddur 

•kanalizasiya 

sistemində sızma mövcuddur və tullantı sularının yalnız az faizi emal olunur 

kənd təsərrüfatında əsasən yetərsiz və zəif suvarma sistemlərinin səbəb olduğu su itkiləri  



•çaylarda 

çöküntülərin toplanması və daşqınlar 

transsərhəd çirklənmə 



•su 

üzərində qurulan qurğular  və çay sistemlərinin  tənzimlənməsi ətraf mühitə təsirlər 

•torpaq 

bəndlərin təhlükəsizliyi məsələsi  

havanın temperaturunun 3-4 ºC-yə qədər artacağına dair proqnozları nəzərə alsaq, qarşıdan gələn 



50 il 

ərzində həm axar, həm də qrunt (yeraltı) sularının qidalanmasında 15% azalma gözlənilir. 



ƏSAS ÇƏTİNLİKLƏR

 

 


Strategiyanın məqsədi həm beynəlxalq, həm də Aİ səviyyəli standartlara və məqsədlərə daha uyğun formada   

Azərbaycanda  su  ehtiyatlarının  idarə  edilməsi  ,  suyun  mühafizəsi  ,  su  təchizatı  və  kanalizasiya  sisteminin 

inkişaf etdirilməsidir.  

Strategiya 

qısa  müddətli  (6  il),  orta  müddətli    (12  il)  və  uzunmüddətli  (18  il)  məqsədlərə  bölünmüşdür. 

Strategiya regional 

idarəetmənin sutoplayıcı sahələrə əsaslanmasını təklif edir. 

Strategiya onun 

icrasını asanlaşdıracaq daha ətraflı Fəaliyyət Planı ilə tamamlanacaq. 

Bu Strategiya 

sənədində aşağıdakı məsələlərə nəzər salınır: 

su 



ehtiyatlarının və su ekosistemlərinin mühafizəsinin gücləndirilməsi 

su 



ehtiyatlarından istifadənin səmərəliliyinin və davamlılığının təmin edilməsi 

müxtəlif su istifadəçilərinin ehtiyaclarının ödənməsi 



lazımi proqram və layihələrin müəyyən edilməsi 

suyun 


mühafizəsinə və su ehtiyatlarından davamlı istifadəsinə şəraitin yaradılması 

strategiyanın icrası üçün tələb olunan su ehtiyatlarının idarə edilməsi, institusional təkmilləşmə məqsədlərinin 



müəyyən edilməsi və hüquqi bazanın yaradılması. 

suya 



qənaət və xərclərə qənaətin təbliği 

transsərhəd əməkdaşlığın inkişaf etdirilməsi 



maraqlı tərəflərin suyun mühafizəsi və idarə edilməsinin planlaşdırılmasına daha yaxından cəlb edilməsi 

dövlət  orqanları,  regional  təşkilatlar,    vətəndaş  cəmiyyəti  və  su  istifadəçiləri  (istehlakçıları)  arasında 



ünsiyyətin genişləndirilməsi 

milli 



və regional səviyyədə potensialın gücləndirilməsi 

SİYASİ PRİNSİPLƏR

 

 


İçməli  suyun  yüksək  keyfiyyətinə  və  qrunt  (yeraltı)  suları  ehtiyatlarından  davamlı  istifadəyə 

zəmanət 

Tullantı  sularının  təmizlənməsi  və  kanalizasiya  sistemlərinin  təkmilləşdirilməsi,  bu  sahələrə 



kapital 

qoyuluşlarının artırılması. 

Transsərhəd sularda praktiki və müntəzəm əməkdaşlığın həyata keçirilməsi 



İnşa  edilmiş  su  kanalları,  su  anbarları  və  suvarma  infrastrukturlarında  suyun  mühafizəsi  və 

istifadəsinə inteqrasiyalı planlaşdırma yanaşmasının tətbiqi və onun icrası 

•Su sektorunda 

təhsilə və yeni texnologiyaların tətbiqinə kapital qoyuluşu vasitəsilə suya qənaətin 

təbliğ edilməsi 

İdarəçilik sahəsində potensialın gücləndirilməsi  



•Su 

hüquqları ilə bağlı yeni su  qanunvericiliyi aktlarının hazırlanması 

•Çay 

hövzəsi  (sutoplayıcı)  sahələri  və  su  infrastrukturu  ilə  əlaqədar  Coğrafi  Məlumat  Sistemi 



(GIS) 

məlumatların hazırlanması 

•Yerüstü 

və qrunt (yeraltı) suları üçün suya nəzarət və məlumat sistemlərinin hazırlanması 

İqlim dəyişikliyinə və müstəsna su şəraitlərinə uyğunlaşma 



SU STRATEGİYASININ PRİORİTETLƏRİ

 


İcra müddəti 

Su 


Ehtiyatları  Strategiyası  aşağıdakı  kimi  müəyyən  edilmiş  qısa  müddətli  və  uzunmüddətli 

məqsədlərin həyata keçirilməsini nəzərdə tutur: 

Qısa  müddətli  (6-il)  məqsəd:  Su    Strategiyasının  geniş  icrası  insanlara  fayda  gətirir.  Suyun 



mövcud 

keyfiyyəti  və  kəmiyyəti  əsas  sektorlarda  suya  tələbatın  ödənməsinə  kifayət  edir. 

İnstitusional  potensial  və  hüquqi  bazanın  yaxşılaşdırılması  idarələrarası  əməkdaşlıq  və  maraqlı 

tərəflərin inkişafına yardım edir 

  Orta 


müddətli (12 il) məqsəd: Su Ehtiyatları Strategiyasının həyata keçirilməsi nəticəsində əsas 

su 


ehtiyaclarının  ödənməsi  və  həmçinin  sudan  davamlı   istifadə  yolu  ilə  digər  mənfəətlərin 

artırılmasına nail olunur. Əlaqələndirilən  su idarəetməsi aidiyyəti olan sektorların su ehtiyaclarının 

ödənilməsinə imkan verir. Su ekosistemlərinin ekoloji vəziyyəti yaxşılaşır. 

  Uzun 



müddətli(18-il)  məqsəd:  Azərbaycanda  su  ehtiyatlarından  maksimum  bəhrələnilir  və 

davamlı formadadır. Su təchizatı səmərəli olur. Suyun keyfiyyəti müvafiq sektorların su ilə bağlı 

tələblərinə cavab verir. Görülmüş tədbirlər ekoloji tələblərin ödənməsinə imkan verir.  

  

Hər  bir  hədəflə  əlaqədar  əsas  fəaliyyətlərdən  əlavə,  6,  12  və  18  illik  zaman  çərçivələri  üçün 



Strategiyanın  nə  dərəcədə  uğurla  icra  edildiyinin  qiymətləndirilməsi  üçün  istifadə  edilə  biləcək 

göstəricilər müəyyən edilmişdir. 



SU STRATEGİYASININ PRİORİTETLƏRİ

 


Yüklə 221,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə