Rafiq Verdiyev, Su ehtiyatları üzrə ekspert



Yüklə 221,11 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix15.03.2018
ölçüsü221,11 Kb.
#32521
1   2   3   4   5   6   7   8

Su 

mövsümlər  üzrə  qeyri-bərabər  və  əlverişsiz  paylandığından,  su  anbarlarının  tikintisi  tarixən 

vacib 

olmuşdur və hal-hazırda öz əhəmiyyətini saxlayır. Anbarlardan istifadə çoxməqsədli istifadə 



prinsipinə  əsaslanmalıdır.  Su  anbarlarının  yalnız  suvarma  və  ya  hidroelektrik  enerji  hasilatı 

məqsədilə  ilə  yox  ,  bütün  müxtəlif  su  tələbatları  üçün  geniş  şəkildə  istifadə  edilməlidir. 

Qanunvericilik 

və  idarəçiliyin  inkişaf  etdirilməsi  bu  cür  çoxməqsədli  sistemin  təcrübədə  tətbiqi 

üçün ilkin 

şərtlərdir. 

Bəzən  su  toplayıcı  sahələr  arasında  su  köçürməsi  su  problemlərini  həll  edir.  Su  ehtiyatlarından 

davamlı  istifadə  nöqteyi-nəzərindən  su  köçürmələrindən  yalnız  son  çarə  kimi  və  çox  məhdud 

miqyasda 

istifadə edilməlidir. 

Qrunt 

(yeraltı) sularının istehlakı artmaqdadır, bu səbəbdən qrunt (yeraltı) su mənbələrinin, eləcə 



də  adekvat  qoruyucu  tədbirlər  nəzərə  alınmaqla  bu  mənbələrin  sululuğunun  müəyyən  edilməsi 

üçün 


vəsait  ayrılmalıdır.  Qrunt  (yeraltı)  sularından  artıq  istifadənin  qarşısının  alınması  və  qrunt 

(yeraltı) sularının çirkləndirilməsinin qadağan edilməsi qanunvericiliyə daxil edilməlidir. Bu, qrunt 

(yeraltı) suyu mənbələrinin xəritələşdirilməsini zəruri edir. 

Mövcud  su  infrastrukturu 

ən  azı  əsas  zonalarda  sistemlərdən  birgə  istifadəyə  imkan  verəcək, 

həmçinin su istehlakını azaldacaq şəkildə modelləşdirilməlidir. Modelləşdirmə yeni infrastrukturla 

bağlı  ehtiyacların  qiymətləndirilməsinə  və  onun  mövcud  infrastruktura  inteqrasiya  edilməsinə 

kömək edə bilər. 

İNŞA EDİLMİŞ SU ANBARLARI, KANALLARI VƏ SUVARMA 

İNFRASTRUKTURLARININ ÇOX MƏQSƏDLİ İNTEQRASİYALI 

İSTİFADƏSİ 



Su elektrik   

stansiyalarının layihələndirilməsi zamanı ekoloji aspektlərin nəzərə alınması vacibdir. 

Bu, 

sahədə  planlaşdırmalar  başlanmazdan  əvvəl,  yeni  stansiyalar  üçün  ən  münasib  və  praktik 



yerlərin müəyyən edilməsi ilkin planın tərtibi ilə həyata keçirilə bilər. Perspektivli, araşdırılmalı 

olan 


və mümkün olmayan zonalarının müəyyən edilməsi  üçün, məsələn, Avstriya yanaşmasından 

istifadə edilə bilər. Avstriyanın qiymətləndirmə meyarı yerli şəraitə uyğunlaşdırılmalıdır.  

Su infrastrukturuna kapital 

qoyuluşu ilə əlaqədar hədəflər aşağıdakı kimi ola bilər: 

Su infrastrukturu 



üzrə milli investisiya planının hazırlanması 

Sənayedə su xidmətlərinə və təmiz texnologiyaya kapital qoyuluşlarının dəstəklənməsi  



  

Yuxarıda qeyd edilənlərə əsasən yaradılmış su anbarları, kanalları və suvarma infrastrukturlarının 

inkişafı üçün aşağıdakı tədbirlər görülməlidir: 

Su 



anbarlarından çoxməqsədli prinsiplər əsasında istifadənin inkişaf etdirilməsi 

Su  elektrik   



stansiyalarının hazırlanması zamanı ekoloji aspektlərin və digər ehtiyacların nəzərə 

alınması 

torpaq 


bəndin təhlükəsizliyinin təkmilləşdirilməsi 

Suvarma infrastrukturunun 



təkmilləşdirilməsi  

Səmərəli suvarma üsullarının və texnologiyalarının tətbiqi 



İNŞA EDİLMİŞ SU ANBARLARI, KANALLARI VƏ SUVARMA 

İNFRASTRUKTURLARININ ÇOX MƏQSƏDLİ İNTEQRASİYALI 

İSTİFADƏSİ 



Göstəricilər 

 

2018-ci 


ilə qədər əsas su anbarları üçün çoxməqsədli idarəetmə planı hazırlanır  

2018-ci 


ilə  qədər  Kür  və  Araz  çayları  üzərindəki  hidroelektrik  stansiyalarının  əsas  hidroenerji 

inkişaf planlarında digər ehtiyaclar və ekoloji aspektlər nəzərə alınır 

2018-ci 

ilə  qədər  müasir  suvarma  üsulları  və  texnologiyalarının  tətbiqi  nəticəsində  suvarma 

sularından istifadənin səmərəliliyi əsaslı surətdə artır  

2024-cü 


ilə qədər suvarma infrastrukturunun təkmilləşdirilməsi nəticəsində su itkiləri əhəmiyyətli 

dərəcədə azalır 

2024-cü 

ilə qədər bütün su anbarları üçün çoxməqsədli idarəetmə planı hazırlanır  

2024-cü 

ilə  qədər  bütün  çaylar  üzərindəki  hidroelektrik  stansiyalarının  bütün  hidroenerji  inkişaf 

planlarında digər ehtiyaclar və ekoloji aspektlər nəzərə alınır 

2030-cü 


ilə qədər bütün su anbarları üçün çoxməqsədli idarəetmə planları fəaliyyət göstərir 

2030-cu 


ilə qədər bəndlərin istismar planlarına bəndlərin təhlükəsizliyi tədbirləri tam daxil edilir. 

İNŞA EDİLMİŞ SU ANBARLARI, KANALLARI VƏ SUVARMA 

İNFRASTRUKTURLARININ ÇOX MƏQSƏDLİ İNTEQRASİYALI 

İSTİFADƏSİ 




Azərbaycan  və  suyun  keyfiyyətinin  su  sərfindən  asılı  olaraq  dəyişdiyi  dogər  ölkələrdə  aşağıdakıları  əhatə  edən  su 

keyfiyyətinin monitorinqi sisteminin planlaşdırılması vacibdir: 

Suyun 

keyfiyyətini ən yüksək və aşağı göstəricilərinin müəyyən edilməsi 



Su 

sərfinin və keyfiyyətinin monitorinqinin eyni yerdə aparılması 

Qrunt 

(yeraltı)  sularının  istehlak  miqdarına,  qrunt  (yeraltı)  sularının  keyfiyyəti  və  kəmiyyətinə  nəzarətin  eyni  yerdə 



həyata keçirilməsi  

Monitorinq 

proqramı qərarın qəbul edilməsi prosesinə dəstək verməli və ehtiyac olmayan   məlumatları olsa yaxşı olar 

adı ilə prosesə daxil etməməlidir. 

Yalnız bu yolla monitorinq iqtisadi cəhətdən əlverişli ola bilər, bu xüsusilə suyun monitorinqi üçün ayrılmış  maliyyə 

vəsaitinin  məhdud  olduğu  ölkələrə  aiddir.  Bu  o  deməkdir  ki,  nümunələrin  götürülməsi  sasən  fiziki-kimyəvi 

parametrlərə  əsaslanır,  halbuki  bəzi  təzyiqə  həssas  bioloji  parametrlər  haqqında  məlumatların  konkret  yerlərdən 

toplanması daha məqsədəuyğun olardı. Daha çox sahə haqqında daha uzun müddət məlumat almaq üçün növbəlilik 

prinsipi 

əsasında  azı üç ildə bir dəfə məlumat toplanmalıdır. 

Toplanmış  məlumatların  çoxməqsədli  və  əlverişli  istifadəsini  təmin  etmək  və  təkmilləşdirmək  məqsədilə  bütün 

müvafiq 


təşkilatlar və institutlar üçün ümumi su məlumat sisteminin hazırlanması zəruridir. Sistemə su rejimi, yerüstü 

və qrunt (yeraltı) sularından istifadə haqqında bütün mövcud məlumatlar daxil ola bilər. 

 

Qərarın  qəbul  edilməsi  və  su  ehtiyatlarının  idarə  olunmasında  informasiyadan  istifadə  olunması  üçün  coğrafi 



informasiya  sistemi  (GIS) 

və sutoplayıcı sahələr haqqında məlumatların birləşdirilməsi vacibdir. GIS həmçinin ifrat 

istismar, torpaqdan 

istifadə, su rejimləri üzərində səpələnmiş və stasionar çirklənmə  haqqında mövcud məlumatların 

birləşdirilməsinə imkan yaradır. Uzunmüddətli perspektivdə məqsəd məlumat sisteminin bütün vətəndaşlar üçün açıq 

olması və su problemləri ilə bağlı məlumatlılığın artırılması olmalıdır. 

SUYUN MONİTORİNQİ VƏ MƏLUMAT SİSTEMLƏRİNİN 

İNKİŞAFI 




Yüklə 221,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə