Rafiq Verdiyev, Su ehtiyatları üzrə ekspert



Yüklə 221,11 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix15.03.2018
ölçüsü221,11 Kb.
#32521
1   2   3   4   5   6   7   8

Qeyd 

edilənlərə  əsasən  su    monitorinqi  və  məlumat  sistemlərinin  hazırlanması  üçün  aşağıdakılar  yerinə 

yetirilməlidir: 

hidroloji 



və suyun keyfiyyətinə dair məlumatlar nəzərə alınmaqla qrunt və yerüstü sular üçün milli monitorinq 

proqramının hazırlanması 

milli 


məlumat sistemlərinin hazırlanması 

laboratoriyaların sertifikatlaşdırılması 



beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi 



  

Göstəricilər 

2018-ci 



ilə  qədər  qrunt  (yeraltı)  və  yerüstü  suların  vəziyyətini  qiymətləndirməyə  imkan  verən  monitorinq 

proqramı əsasında milli monitorinq şəbəkəsi yaradılır. Kadrlara təlim keçilir və su ehtiyatlarının   vəziyyətinin 

qiymətləndirilməsi  məqsədilə  müasir  laboratoriya  və  monitorinq  texnologiyalarının  tətbiqi  və  monitorinqin 

aparılması üçün investisiya ayrılır  

2024-cü 


ilə  qədər  monitorinq  proqramına  bioloji,  morfoloji  və  kimyəvi  müşahidələr  daxil  olur,  dövlət  su 

kadastrı  məlumat  sistemi  yaradılır  və  fəaliyyət  göstərir.  Monitorinq  sistemlərindən  toplanmış  müvafiq 

məlumatlar  məlumat  bazalarına  yerləşdirir  və  su  ehtiyatlarının  qiymətləndirilməsi  eləcə  də  digər  məqsədlər 

üçün 


istifadə edilə bilir 

Monitorinq 



proqramları  Aİ  Su  Çərçivə  Direktivinə  tam  uyğundur  və  su  ehtiyatlarının  ekoloji  keyfiyyət 

vəziyyətinin Direktivə əsasən qiymətləndirilməsinə imkan verir 

SUYUN MONİTORİNQİ VƏ MƏLUMAT SİSTEMLƏRİNİN 

İNKİŞAFI 




Strategiyanın  daha  da  inkişaf  etdirilməsi  və  icrası  üçün  sudan  istifadə  üçün  verilən  icazələrin  daha  geniş  tətbiqi 

haqqında düşünməyə dəyər. İcazələrin daha geniş çərçivədə tətbiqi müxtəlif su ehtiyaclarının konsolidasiyasına kömək 

edə  bilər.  Eyni  zamanda  İcazənin  verilməsi  prosesində  sudan  istifadə  şərtləri  su  ehtiyatlarının  adekvatlığı  nöqteyi-

nəzərindən qiymətləndirilə bilər.  

Qanunvericiliyin 

və  ekoloji  normaların  hazırlanması  zamanı  Aİ  direktivlərindən  və  ya  digər  inkişaf  etmiş  ölkələrin 

qanunvericiliyindən birbaşa sitatlar götürmək tövsiyə edilmir. Qanunvericiliyə edilən dəyişikliklər həyata keçirilə və 

tətbiq  edilə  bilməlidir.  Qeyri-real  olan  qanunvericilik  və  normaların  icrasının  real  olmaması  faktə  cəmiyyətdə    

müəyyən edilmiş normalara əməl etməyə ehtiyac olmadığı fikrini oyandırır. 

Azərbaycanda  su  ehtiyatların  inteqrasiyalı  idarə  olunması  üzrə  qanunvericilik  yoxdur.  Su  hüquqları  və  su  üzərində 

mülkiyyət  də  dəqiq  tənzimlənmir.  Mövcud  qanunvericilik  vəhdət  əmələ  gətirmir  və  özəl  sektorun  su  layihələrində 

iştirakı üçün geniş imkan yaratmır.  

Sudan 

istifadə  hüquqlarının  tənzimlənməsinin  yüksək  prioritet  təşkil  etdiyini  demək  mümkündür.  Bu,  müxtəlif  su 



ehtiyaclarının birləşdirilməsini inkişaf etdirə bilər və təkmilləşdirilmiş hüquqi təhlükəsizlik də həmçinin özəl sektorun 

layihələrdə iştirakı üçün imkanlar aça bilər. 

Su 

hüquqları birbaşa  qanunvericilik, başqa sözlə, normativ sənədlər və ya icazə sisteminin tətbiq ilə müəyyən edilə 



bilər.  Məsələn,  Finlandiyada  sudan  istifadə  və  suyun  mühafizəsi  icazəyə  bağlıdır.  Su  ehtiyatlarından  istifadə  və 

çirklənmə  xüsusi  məsələlərdir,  buna  görə  də  icazənin  tətbiqi  su  hüquqlarının  müəyyən  edilməsinin  ən  münasib 

üsuludur. Bütün 

fəaliyyətlər üçün icazə tələb olunmayacağı aydındır, lakin sözsüz ki, su ehtiyatlarına əhəmiyyətli təsiri 

olan 

layihələr və digər fəaliyyətlər üçün icazə tətbiq edilməlidir.  



Azərbaycanda  su  ehtiyatlarının  mühafizəsi  və  idarə  edilməsi  bir  neçə  hüquqi  aktla  tənzimlənir.  Strategiyanın  icrası 

üçün 


qanunvericilikdə hansı əsas dəyişikliklərin tələb olunduğunun müəyyən edilməsi vacibdir. Sudan istifadəyə görə 

icazə daha geniş və səmərəli şəkildə tətbiq edilməlidir, suların çirklənməsi başqa sözlə, su mənbələrinin çirklənməsinə 

isə daha kəskin yanaşılmalıdır. 

QANUNVERİCİLİYİN TƏKMİLLƏŞDİRİLMƏSİ 




Qanunvericiliyin 

hazırlanması aşağıdakılara əsaslanmalıdır: 

 



qanunvericiliyə edilən dəyişikliklərin həyata keçirilə və tətbiq oluna bilməsi. 



•su 

hüquqlarının tənzimlənməsi və müxtəlif su ehtiyaclarının əhəmiyyətinə görə sıralanması 

•sudan 

istifadəyə icazə verən orqanların müstəqil statusu 



•qrunt 

(yeraltı)  sularından  artıq  istifadənin  qarşısının  alınması  və  qrunt  (yeraltı)  sularının 

çirkləndirilməsinin qadağan edilməsi 

•çay 


sistemləri və anbarlar üçün çoxməqsədli istifadə imkanlarının yaradılması 

 

Qanunvericilik 



siyahısına həmçinin daxil olmalıdır: 

 



hövzə prinsipinə uyğun olaraq su məcəlləsinə düzəlişlərin edilməsi 

•sudan 


istifadə üçün icazə sisteminin inkişaf etdirilməsi 

•suyun 


çirklənməsi üzərində nəzarətin inkişaf etdirilməsi 

•su 


xidmətləri ilə təminat və qiymətlərin münasibliyinin artırılması 

•su 


xidməti xərclərinin əvəzinin ödənilməsinin inkişaf etdirilməsi 

  

QANUNVERİCİLİYİN TƏKMİLLƏŞDİRİLMƏSİ 




 

Göstəricilər 

 

•2018-ci 

ilə qədər, milli su qanunvericiliyinə hövzə prinsipinə uyğun düzəlişlər edilir 

•2024-cü 

ilə qədər Aİ Su Çərçivə Direktivinin əsas tələbi qanunvericiliyə daxil edilir və aşağıdakı 

sahələr zəruri hüquqi baza ilə təmin edilir: 

•sudan 

istifadə üçün icazənin verilməsi 



•suyun 

çirklənməsi üzərində nəzarət 

•su 

xidmətləri ilə təminat və qiymətlərin münasibliyi 



•su 

xidməti xərclərinin ödənməsi 

•2030-cu 

ilə qədər - Aİ Su Çərçivə Direktivinə uyğun qanunvericilik, sudan istifadə üçün icazə və 

çirklənməyə nəzarət sistemləri funksionaldır. Su xidmətləri ilə təminat və qiymətlərin münasibliyi, 

həmçinin su xidməti xərclərinin əvəzinin ödənməsi effektivdir.  

QANUNVERİCİLİYİN TƏKMİLLƏŞDİRİLMƏSİ 



 

Fəaliyyətlər  

•Suyun 


keyfiyyətinə nəzarət proqramları hazırlanacaq  

• Yerüstü 

və qrunt (yeraltı) sularının Keyfiyyət Meyarları  müəyyən ediləcək və su ehtiyatlarının  mühafizəsi 

üçün Suyun 

Keyfiyyətinə dair Tələblər qəbul və icra ediləcək  

• Suyun 


keyfiyyətinin azalmasına qarşı mübarizə tədbirləri görüləcək və suyun yüksək keyfiyyətinə nail olmaq 

üçün meyarlar 

hazırlanacaq 

• Su 


ehtiyatlarının çirklənmədən qorunması və idarə olunması yolu ilə suyun keyfiyyəti artırılacaq, 

• Ekoloji 

keyfiyyətin  yüksəldilməsi,  eləcə  də  iqtisadi,  mədəni  və  nəsildən-nəslə  ötürülən  mənfəətin  bərpa 

edilməsi üçün suyun keyfiyyətinin artırılması proqramları hazırlanacaq  

• Su 

tullantılarının axıdılmasının keyfiyyəti yaxşılaşdırılacaq və suyun keyfiyyət məqsədlərinə nail olmaq üçün 



qeyri-stasionar 

çirklənmə mənbələri azaldılacaq. 

• 

Zərərçəkmiş istifadəçi qrupları ilə əməkdaşlıqda çirklənməyə nəzarət proqramları hazırlanacaq. Proqramlar 



artıq formalaşmış torpaq və su istifadəsinə mümkün dərəcədə zərər verməyəcək şəkildə icra ediləcək 

•Sulaq 


ərazilərin təsnifat sisteminin hazırlanmasına ehtiyac var  

Göstəricilər 

•2018-ci 

ilə  qədər  beynəlxalq  tələblərə  uyğun  monitorinq  proqramları  və  suyun  keyfiyyəti  üzrə  standartlar 

sistemi 


qəbul və tətbiq edilir. 

•2018-ci 

ilə qədər suyun vəziyyətinin yaxşılaşdırılmasına nail olmaq üçün tədbirlər planı hazırlanır; 

•2024-cü 

ilə qədər əksər su mənbələrinə münasibətdə tədbirlər planının əhəmiyyətli hissəsi icra edilir 

•2030-cu 

ilə qədər su obyektlərinin əksər hissəsində yaxşı su keyfiyyətinə nail olunur 

YERÜSTÜ VƏ QRUNT (YERALTI) SULARIN STATUSU  

İLƏ BAĞLI MƏQSƏDLƏR 



Bütövlükdə  Azərbaycan  əhalisi  təhlükəsiz  su  ilə  təmin  ediləcək.  Hal-hazırda  hər  bir  kəsin  əsas  su  təchizatı 

xidmətləri ilə təmin edilməmişdir. Əhalinin kanalizasiya sistemi ilə təminatı da çox aşağıdır. Su Strategiyasının 

hədəfi  hər  bir  vətəndaşı  keyfiyyətli  içməli  su  və  kanalizasiya  sistemləri  ilə  təmin  etmək,  eləcə  də  gigiyena 

sahəsində maariflənməni dəstəkləmək və təbliğ etməkdir. 

Su 

hövzəsindən  istehlakçıya  çatdırılmaya  qədər  keyfiyyətli  içməli  su  idarəetməsinə  yönəlmiş  Suyun 



Təhlükəsizlik  Planı  yanaşmasının  icra  edilməsi  ilə  regional  su  xidmətlərinin  təhlükəsizliyi  və  etibarlılığı 

yüksələcək. 

Qrunt 

(yeraltı)  su  mənbələri  müəyyən  ediləcək  və  adekvat  qoruyucu  tədbirlər  nəzərə  alınmaqla,  suverimi 



müəyyən olunacaq 

Fəaliyyətlər 

 

Verilən əraziyə xas şərait üçün ən uyğun texnologiyaların asanlıqla mənimsənilməsi üçün ənənəvi su təchizatı 



və kanalizasiya texnologiyaları (mədəni və ictimai baxımdan qənaətbəxş, ekoloji cəhətdən təmiz texnologiya), 

eləcə də alternativ  məqsədə uyğun və iqtisadi cəhətdən səmərəli su təchizatı və kanalizasiya texnologiyaları 

(sistemləri, avadanlıqları və materialları) ilə bağlı araşdırma və tədqiqatların aparılması.  

Məlum  sudan  istifadə  növləri  üzrə(məsələn  su  təchizatı  (məsələn,  məişət,  sənaye,  maldarlıq  və  başqa)  və 

kanalizasiya   

üzrə suyun keyfiyyətinə nəzarət üçün standart və təlimatların hazırlanması və tətbiqi;  

Maliyyə,  iqtisadi  və sosial bərabərlik amilləri diqqətə alınmaqla,  yerli şəraitdən asılı olaraq xüsusi tariflərin 

müəyyən edilməsinin təbliği. Tariflərin istehlakçıların ödəmə qabiliyyətinə uyğun olmasının təmin edilməsi, 

bərabərlik  təlimatları  və  praktiki  tövsiyələr,  eləcə  də  xərclərin  bölüşdürülməsi  meyarları  əsasında,  münasib 

qiymətə davamlı xidmətlərin təmin edilməsi məqsədilə yerli icmaların qiymətlərin müəyyən edilməsi prosesinə 

cəlb edilməsi  

İÇMƏLİ SUYUN KEYFİYYƏTİNİN YAXŞI  OLMASINA 

ZƏMANƏT 



Benefisiarların/istifadəçilərin sosial-iqtisadi şəraitini nəzərə alan qiymətlərə əsaslanan, istifadəçilərin xidmətə 

görə ödəniş etmək istəyinə uyğun "istifadəçi ödəyir" prinsipinin təbliğ edilməsi.  

Kənd yerlərində yeni su təchizatı və kanalizasiya proqramlarının icrası potensialının gücləndirilməsi. 



Şəhər su təchizatı və kanalizasiya sistemlərinin idarəetməsinin təkmilləşdirilməsi.  

•Yeni 

mənbələrin və tikinti tələbatının müəyyən edilməsi (su anbarları, kəmərləri və s.) 



Mövcud olan bu 

sistemlərdə nizamlayıcı və tələbin tənzimlənməsi tədbirləri vasitəsilə suya qənaətin təbliğ və 

təşviq edilməsi 

Göstəricilər 

•2018-ci 

ilə  qədər  müvafiq  su  mənbələrinin  və  infrastrukturlarının  inkişaf  etdirilməsi  və  digər  tədbirlər 

nəticəsində su təchizatı sistemi təkmilləşir, əhalinin 85%-i davamiyyətli su xidməti ilə təmin edilir; 

• 2018-ci 

ilə  qədər  tullantı  sularının  emalı  üçün  müvafiq  infrastruktur  inkişaf  etdirilməsi  və  digər  tədbirlər 

nəticəsində çirkab suyunun daşınması sistemi təkmilləşir və əhalinin 60%-i təhlükəsiz kanalizasiya sistemləri 

ilə təmin olunur; 

• 2024-cü 

ilə qədər 100% su təminatı; 

•2024-cü 

ilə qədər əhalinin 80% -i təhlükəsiz kanalizasiya sisteminə malik olur 

•2024-cü 

ilə qədər əhalinin 85% -i təkmilləşdirilmiş su keyfiyyəti və yaxşı xidmət səviyyəsinə malik olur; 

• 2030-cu 

ilə qədər hamı təhlükəsiz kanalizasiya sisteminə sahib olur. 

•2030-cu 

ilə qədər əhalinin 100%-i yüksək keyfiyyətli su ilə təmin edilir; 2030-cu ilə qədər hamı təhlükəsiz 

kanalizasiya 

sisteminə malik olur. 

İÇMƏLİ SUYUN KEYFİYYƏTİNİN YAXŞI  OLMASINA 

ZƏMANƏT 



Burada 

məqsəd  daşqın  və  su  ilə  əlaqədar  digər  fəlakətlər  nəticəsində  meydana  çıxan  maddi  zərərin  minimuma 

endirilməsi və insanların mənfi təsiri yüngülləşdirməkdir. Qəza-xilasetmə xidməti, yardımdan əlavə, Su Strategiyası 

sudan qaynaqlanan 

fəlakətlərin   nəticələrinin yüngülləşdirilməsi üçün bir sıra fəaliyyətlər müəyyən edir. 

Fəaliyyətlər 

Daşqın zamanı su səviyyələrinin qeydə alınması məqsədilə mümkün daşqın ərazilərində strateji sahələrdə avtomatik 

səviyyəölçən cihazların quraşdırılması. Daşqınların, xüsusilə yüksək daşqınların ölçüsünün təyini.  

Daşqından  mümkün  qorunma  üsullarının  müəyyən  edilməsi;  təbii  fəlakətlərin  qarşısının  alınması  fəaliyyətləri  üçün 

müvafiq 

sahələrin seçilməsi; daşqına nəzarət qurğularının vaxtında və düzgün mühafizəsinin təmin edilməsi.  

Quraqlıqdan  zərərçəkmiş  ərazilərdə  qrunt  sularının  istismarının  gücləndirilməsi;  bulaqlar,  buruq  quyuları,  suvatlar, 

yeraltı bəndlər və s. seçilməsi üçün ətraflı proqramların hazırlanması.  

Azı üç ildə bir dəfə mövcud su sistemlərində dövri təhlükəsizlik yoxlamalarının aparılması.  

Əsas su strukturları üçün təhlükəsizlik qaydalarının müəyyən edilməsi  

Daşqın  və  suyun törətdiyi digər  fəlakətlərə  hazırlıq  siyasəti  və  planlarının hazırlanması  və  icrası.  Riskin/həssaslığın 

xəritələşdirilməsi və zonalaşdırılması. 

Təbii fəlakətlərlə bağlı şəbəkə və informasiya  sisteminin möhkəmləndirilməsi. 

Təbii fəlakətlər zamanı yardım və reabilitasiya sistemlərinin yaradılması. 

Təbii  fəlakətlərin  azaldılması/nəticələrinin  yüngülləşdirilməsi  üçün  tədbirlərin  görülməsi.  Lazımi  müdafiə 

infrastrukturlarının yaradılması. İnstitusional quruluş və potensialın möhkəmləndirilməsi. 

Ən  gərgin  vəziyyətin  olduğu  çay  sistemlərində  hidroloji  modelləşdirmə  və  daşqın  riski  xəritəsinin  hazırlanmasının 

öhdəliyə götürülməsi.  

Torpağın  istifadəsi  və  tikini  ilə  əlaqədar  qanunvericilik  inkişaf  etdirilməli,  beləliklə,  daşqın  riski  olan  ərazilərdə 

tikintiyə icazə verilməməlidir.  

DAŞQIN RİSKİNİN İDARƏ EDİLMƏSİ 



Göstəricilər 

2018-ci 



ilə qədə potensial fəlakət zonaları növünə görə təsnif edilir və rayon (ərazi) xəritələrində göstərilir; 

2018-ci 



ilə qədər fövqəladə hallarda yardım materialları hazır olur; 

2024-cü 



ilə qədər proqnozlaşdırıla bilən fəlakətlərin nəticələrinin yüngülləşdirilməsi üçün infrastruktur hazır 

olur 


2024-cü 


ilə qədər ölkə üzrə xəbərdarlıq sistemi yaradılır və fəaliyyət göstərir; 

2030-cu 



ilə qədər  ictimai və iqtisadi itkilər inkişaf etmiş ölkələrdəki səviyyəyə qədər azalır. 

Strategiyanın  ilk  6  ili  üçün  məqsəd  suyun  törətdiyi  fəlakətlərə  hazırlıq  sahəsində  institusional  potensialın 

genişləndirilməsidir.  Bu  məqsədlə  təbii  fəlakətlərə  hazırlıq  siyasəti  və  planının  hazırlanması  daxil  olmaqla 

səmərəlilik fəaliyyətlərinin icrası üçün müvafiq agentlik təyin olunur və səlahiyyətləndirilir. Agentlik həmçinin 

riskin 

azaldılması və fəlakətlərin nəticələrinin yüngülləşdirilməsi səylərinin əlaqələndirilməsinə görə cavabdeh 



olacaq.  Suyun 

törətdiyi fəlakətlərin qarşısının alınmasına və bu fəlakətlərə qarşı hazırlığa cəlb edilmiş digər 

agentliklər  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  Hidrometeorologiya  Departamenti,  Meliorasiya  və  Su 

Təsərrüfatı Səhmdar Cəmiyyəti,  “Azərsu” Səhmdar Cəmiyyəti və digərləridir. 

Növbəti 12 ildə suyun törətdiyi fəlakətlərə daha yaxşı hazırlıq və nəticələrin yüngülləşdirilməsi üçün effektiv 

tədbirlər  görüləcək.  Yüksək  riskli  ərazilər  müəyyən  ediləcək,  daşqın  və  torpaq  sürüşməsinə  məruz  qalan 

ərazilərdə xəbərdarlıq sistemləri yaradılacaq. Hər bir prioritet sahəsi üçün təbii fəlakətlər zamanı yardım planı 

hazırlanacaq  və  aidiyyəti  olan  dövlət  orqanları  yerli  orqanlara  icmanın  maarifləndirilməsi  və  təhsili 

kompaniyalarının aparılmasında kömək edəcək.  

Strategiyanın 18 il üçün nəzərdə tutulmuş  məqsəd Azərbaycanın suyun törətdiyi fəlakətlərə hazırlıq sisteminin 

tam funksional, 

təsirli və insanların ehtiyaclarına uyğun olmasıdır. 

DAŞQIN RİSKİNİN İDARƏ EDİLMƏSİ 



Azərbaycanın Su Strategiyasının səmərəli və şəffaf icrası su ehtiyatlarının uzun müddətli mühafizəsinin təmin 

edilməsi üçün həlledici əhəmiyyətə malikdir. İcra çərçivəsinin hazırlanması ekosistemlərin qorunmasını təmin 

edən, həm cari, həm də gələcək su tələbatını nəzərə alan müştərək iştirak tələb edən bir proses olacaq. 

Azərbaycanın  Su  Strategiyası  müxtəlif  siyasi  sahələrdə  konkret  problemlərə  qarşı  tədbirlərdən  ibarətdir. 

Strategiyanın icrasına başlanmışdır və Strategiyanın icrası prioritet olaraq qalacaqdır.  

Strategiyanın  əlaqələndirilməsi  və  inteqrasiyası  üçün  icra  çərçivəsinə  inteqrasiyalı  su  planlaşdırma  və 

idarəetmə sistemlərinin inkişaf etdirilməsi, su qanunvericiliyinin nəzərdən keçirilməsi və birləşdirilməsi, suyun 

idarə edilməsinin və planlaşdırmanın maliyyələşdirilməsi mexanizmlərinin hazırlanması daxildir. 

Rəhbər Komitənin iclası Strategiya üzrə Fəaliyyət Planının hazırlanmasına və icrasına baxış üçün mütəmadi 

olaraq 


keçiriləcək. Ekspert qrupu Fəaliyyət Planını hazırlamaq, Strategiyada göstərilən məqsədləri, qısa, orta 

və uzunmüddətli fəaliyyətləri həyata keçirmək üçün bütün su agentlikləri ilə əməkdaşlıqda çalışmalı olacaq. 

İstifadəçilər  və  istifadəçi  qruplarının  yardımı  ilə  sutoplayıcı  hövzələrinin  ehtiyatlarından  istifadənin 

planlaşdırılması  prosesi  konkret  problemləri  həll  edəcək,  yerli  səviyyədə  su  ehtiyaclarını  və  paylanmalarını 

əhəmiyyətinə  görə  prioritetləşdirəcək.  Bunlar  COSDI  (Davamlı  İnkişafın  İcrası  üzrə  Məsləhət)  hesabatında 

göstərilən  ekosistemə  əsaslanan  planlaşdırma  çərçivəsini  əhatə  edən  digər  idarəetmə  planları  ilə  müqayisə 

ediləcək 

 Strategiya 

Azərbaycanda su ehtiyatlarının idarə edilməsi üçün davamlı çərçivə təmin etdiyindən, Strategiyanın 

icrası zamanı  məqsədyönlü yanaşmadan istifadə ediləcək. Aydındır ki, tezliklə bəzi yerlərdə daha çox səyin 

göstərilməsinə  ehtiyac  yaranacaq  və  iqtisadi  amillər  müvafiq  həll  yollarının  tapılmasında  mühüm  rol 

oynayacaq. Strategiyaya daxil olan 

fəaliyyətlərin yerinə yetirilmə müddəti müxtəlif  olacaq. 

STRATEGİYANIN İCRASI VƏ MONİTORİNQİ 




Fəaliyyətlərin böyük əksəriyyəti su ehtiyatları ilə bağlı gərginliyin daha yüksək olduğu Kür-Araz ovalığı və 

Abşeron kimi ərazilər üçün nəzərdə tutulacaq. 

Strategiya 

dərc  edildikdən  sonra  Strategiyada  göstərilənə  nisbətən  daha  ətraflı  Fəaliyyətlər  Planının 

hazırlanmasına  ehtiyac  yaranacaq.  Bu  planlar  fəaliyyətlərin  Azərbaycanda  yerli  şəraitə  uyğun  şəkildə  necə 

yerinə yetirilə biləcəyini göstərəcək və müxtəlif prioritetlərin yerli tələbatları əks etdirməsinə imkan verəcək. 

Məsələn, bəzi fəaliyyətlərin vaxt çərçivəsi fərqli ola bilər.  

Azərbaycanda  su  ehtiyatlarının  idarə  edilməsinə  görə  məsul  olan  aparıcı  təşkilat  "daha  yaxşı  tənzimləmə" 

yanaşmasını  qəbul  etməli  və  risk  qiymətləndirməsinə  əsaslanan  yanaşmanı  izləməyə  davam  etməlidir. 

Beləliklə, həmin təşkilat ehtiyatları daha böyük potensial təsir və ya mənfəətə malik sahələrdə cəmləşdirə bilər. 

Risk 

qiymətləndirməsinə əsaslanan yanaşma biznes üzərində inzibati yükü azaldır, beləliklə, su istifadəçiləri 



rəqabətə davamlılıqlarını itirmədən ətraf mühitə təsir göstəricilərini yaxşılaşdırmağa həvəsləndirilirlər. 

Su 


ehtiyatlarının  idarə  edilməsinə  çoxlu  sayda  fərd  və  təşkilat  cəlb  edilmişdir  və  ya  bu  sahədə  maraqlıdır. 

Ölkənin üzləşdiyi problemlərin vahid və ya sadə həlli mövcud deyil və bütün təşkilatların birlikdə çalışması 

vacibdir. 

İnsanlar və ətraf mühit üçün su kifayət qədərdir, bu dəyərli ehtiyatın ətraf mühitin gələcək nəsillər 

üçün 

mühafizəsinə,  səmərəli  istifadəsinə  imkan  verəcək  şəkildə  istismarının  və  idarə  edilməsinin  təmin 



edilməsi üçün çox işləmək tələb olunacaq. 

Suyun 


idarə  edilməsi  ilə  bağlı  müxtəlif  məsələlərdə  dövlətə  məsləhət  verilməyə  davam  edəcək.  Toplanan 

məlumat  Azərbaycanda  su  idarəetməsinin  gələcək  kursunun  müəyyən  edilməsi  və  inkişaf  etdirilməsi  üçün 

istifadə ediləcək. İcra çərçivəsində həmçinin aşağıdakı yanaşmadan istifadə ediləcək: 

Hər bir hədəflə əlaqədar əsas fəaliyyətlərdən əlavə, 6, 12 və 18 illik zaman çərçivələri üçün Strategiyanın nə 

dərəcədə  uğurla  icra  edildiyinin  qiymətləndirilməsi  üçün  istifadə  edilə  biləcək    göstəricilər  müəyyən 

edilmişdir. 



STRATEGİYANIN İCRASI VƏ MONİTORİNQİ 

Document Outline

  • Slide Number 1
  • Slide Number 2
  • Slide Number 3
  • Slide Number 4
  • Slide Number 5
  • Slide Number 6
  • Slide Number 7
  • Slide Number 8
  • Slide Number 9
  • Slide Number 10
  • Slide Number 11
  • Slide Number 12
  • Slide Number 13
  • Slide Number 14
  • Slide Number 15
  • Slide Number 16
  • Slide Number 17
  • Slide Number 18
  • Slide Number 19
  • Slide Number 20
  • Slide Number 21
  • Slide Number 22
  • Slide Number 23
  • Slide Number 24
  • Slide Number 25
  • Slide Number 26
  • Slide Number 27
  • Slide Number 28
  • Slide Number 29
  • Slide Number 30
  • Slide Number 31
  • Slide Number 32
  • Slide Number 33
  • Slide Number 34
  • Slide Number 35
  • Slide Number 36
  • Slide Number 37
  • Slide Number 38
  • Slide Number 39
  • Slide Number 40
  • Slide Number 41

Yüklə 221,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə