Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə14/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   10   11   12   13   14   15   16   17   ...   148

Ramazan Qafarlı 

 

- 42 - 



 

dıcılığının  ancaq  bir  istiqamətini  –  folklorşünaslıq  sahəsində 

yazdığı  məqalələr,  esselər,  resenziyaların  təsviri  və  təhlili  onu 

deməyə  tam  imkan  verir  ki,  S.Rzasoy  S.Mümtüz,  Ə.Abid, 



B.Çobanzadə,  M.Təhmasib,  M.Seyidov  və  Y.Qarayev  kimi 

ədəbiyyatşünaslar nəslinin ən parlaq simalarından biridir. 

 

* * * 



XIX əsrin əvvəllərində müstəqil elm sahəsi kimi meydana 

gəlib maraqlı inkişaf yolu keçən folklorşünaslığın öyrəndiyi əsas 

məsələlər  poetik  şifahi  xalq  yaradıcılığının  ayrı-ayrı  forma  və 

növlərinin genezisi, meydana gəlmə amilləri, folklorun spesifik 

xüsusiyyətləri,  janr  və  şəkil  əlamətlərinin  üzə  çıxarılması,  sis-

temləşdirilməsi,  təsnifatı,  ideya-məzmun  çalarlarının  təhlili, 

folklor  materiallarının  təbliği  və  hərtərəfli  araşdırılmasıdır.  İn-

sanlar öz keçmişini dərindən öyrənib kökünün başlanğıc nöqtə-

sinə  aydınlıq  gətirdikcə  əcdadlarının  müxtəlif  çağlarda  düzüb-

qoşduqları  mənəvi  sərvətin  dəyərini  daha  yaxşı  anlayırlar.  Bu 

mənada  folklorşünaslığın  problemləri  aktuallığını  həmişə  qo-

ruyub saxlayır. Qəribə də olsa, dünyada folklorşünaslığın yaran-

dığı  tarix  möhtəşəm  oğuz-türk  eposu  “Kitabi-Dədə  Qorqud”un 

Avropada  elm  aləmi  üçün  aşkarlandığı  və  “Koroğlu”nun  Lon-

donda Yer üzündə xalq eposu kimi ayrıca kitab şəklində ilk dəfə 

işıq üzü gördüyü dövrlə üst-üstə düşür. Dünyanı heyrətləndirən 

bu iki Azərbaycan eposunun Qərb ölkələrində şöhrəti sürətlə ya-

yılanda Şumerin  “Bilqameş”ı, Midiya-İranın  “Avesta”sı, Yuna-

nıstanın “İliada”sı,  “Odisseya”sı,  Romanın  “Qızıl eşşəy”i, Hin-

distanın  “Mahabharata”sı,  “Ramayana”sı,  “Pançatatra”sı,  Ərə-

bistanın “1001 gecə”si hələ tanınmırdı, ya da geniş yayılmamış-

dı, çoxsaylı oxucu auditoriyası yox idi. Sanki mədəni Avropaya 

Azərbaycan  türkünün  yaratdığı  iki  qəhrəmanlıq  eposlarını  öy-

rənmək  lazım  imiş  ki,  tədqiqatçılar  süjet  oxşarlığı  məsələsinin 

həllini  tapmaq  məqsədi  ilə  bir  neçə  möhtəşəm  elmi  nəzəriyyə 

irəli sürsünlər və yeni müstəqil elm sahəsinin – folklorşünaslığın 

doğulduğunu  təsdiqləsinlər.  Görəsən,  folklorşünaslığın  aktual 



Mifologiya 

- 43 - 


 

problemlərinə  ikicildlik  kitab  həsr  edən  görkəmli  mifoloq  Sey-

fəddin Rzasoyun araşdırmalarında da həmin eposların (xüsusilə 

Oğuz  eposunun)  tədqiqinin  əsas  yer  tutması  təsadüfdür,  yoxsa 

ilahidən gələn qanunauyğunluqdur? Bizə elə gəlir ki, həmin mis-

siyanı yerinə yetirmək başqasının qismətinə düşə bilməzdi. Axı, 

Azərbaycan folklorşünaslarının yeni nəslinin nümayəndələri ara-

sında Haqqa tapınan,  dilindən Allah duaları  düşməyən, mənəvi 

bütövlüyünü,  saflığını,  sadəliyini  qıldığı  namaz,  tutduğu  oruc 

qədər həmişə qoruyan, elmdə yalandan, hap-gopdan uzaq qaçan, 

öz  sözünü  xüsusi  dəst-xəttlə  deyən  ikinci  bir  tədqiqatçı  göstər-

mək çətindir ki, “Tanrı elmi”nın (Böyük Füzuli mifologiyanı be-

lə adlandırmışdı) sehrinə düşüb Türkün dünəninə doğru uzun bir 

səfərə  çıxsın,  əski  yazılı  abidələrin  mətnlərinin  alt  qatında 

gizlənmiş mətləblərini üzə çıxarsın. 

 

 



Mifoloji düşüncənin inkişaf dinamikası: 

nəzəri-metodoloji kontekst 

Bəşər mədəniyyət tarixinin XIX yüzilliyin II yarısı və XX 

əsrin əvvəlləri dövründə xalqların adət-ənənələri, məişət tərzi və 

ibtidai  inanc  sistemlərinə  aid  çoxlu  məlumatların  əldə  edilməsi 

mifoloji dünyagörüşlərinin araşdırılmasına maraq oyatmış, nəti-

cədə mif-ritual-din əlaqələrinə münasibətdə fikirlər haçalanmış, 

bir-birinə  zidd  baxışlar  meydana  atılmışdır.  Tədqiqatçılar  çox 

hallarda  məsələyə  kompleks  şəklində  yanaşmamış,  yalnız  qar-

şıya çıxan suallardan (ritual-mif bağlılığının səbəbi nədədir? Mif 

dindirmi? Onların qovuşuğundan  alınan nəticə nədən ibarətdir? 

Hansı birinci, əsasdır, hansı törəmə?) birinə cavab tapmaqla ki-

fayətlənmişlər.  

Mifologiya  elminin  erkən  inkişaf  tarixində  xüsusi  izlər 

qoymuş  «Mifoloji  məktəb»in  nümayəndələri  (Y.Qrimm, 

V.Qrimm)  və  «iqtibasçılar  /  təkamülçülər»  (E.Taylor,  Q.Spen-

ser, Y.Lippert) mifləri inanış  - ilkin  dini baxış kimi  qəbul  edə-

rək,  birinci  və  əsas  saymışlar.  Qrimm  qardaşları  mif  və  nağıl 



Ramazan Qafarlı 

 

- 44 - 



 

materiallarının  metodik  şəkildə  toplanmasına  diqqət  yetirməklə 

böyük iş görmüşlər. Yakov Qrimm hind-avropa dillərinin müqa-

yisəli öyrənilməsinin əsasını qoymaqla yanaşı, mifologiyanın da 

əlaqəli araşdırılmasına təşəbbüs  göstərmişdir. O,  belə hesab  et-

mişdir ki, böyük bir cədvəl tərtib edib  yuxarıdan aşağıya bütün 

etnosları,  onların  inandıqları  tanrıları  və  onların  funksiyalarını 

göstərmək lazımdır. Beləcə, miflərin dünyada gəzərgilik xəritə-

sini  yaratmaq  təşəbbüsü  ortaya  atılmışdır.  Mifoloji  məktəbin 

görkəmli  siması  C.Frezerin

1

 araşdırmalarında  müxtəlif  mənbə-



lərdən  götürülmüş  (qədim  əlyazma  mətnlərindən  tutmuş  etnoq-

rafların, missionerlərin topladıqlarınadək) olduqca zəngin mate-

rial saf-çürük edilmişdir. Onun dünya xalqlarının (xristian dinini 

qəbul  etmiş  etnoslar  üstünlük  təşkil  edir)  qədim  aqrar  mif 

sistemlərini bərpa etməsi etnoqrafiya və folklorşünaslıqda böyük 

hadisə idi. Alim əski Misirdə Osiris (o biri dünyada insanları bu 

dünyadakı əməllərinə görə mühakimə edən allah) kultu ilə bağlı 

keçirilən  rituallar  əsasında  mifin  yaranma  mexanizmini  göstər-

miş,  ölüb-dirilən  bitki  tanrısı  Osirisin  taxılın  əkilib  yetişməsi 

prosesinin mifikləşməsi olması fikrini irəli sürmüşdür.  

Mifdən  yazan  yeni  tədqiqatçılar  çox  hallarda  əvvəlkiləri 

inkar etməyi öz qənaətlərinin təsdiqi kimi başa düşmüş və baş-

qasının  yazılarında  mütərəqqi,  düzgün  fikirləri  görməzliyə  vur-

muş,  elə  bilmişlər  ki,  inkar  elmdə  onun  «yenisinə»  yer  eləyə-

cək.  Lakin  dayaq  nöqtəsi  olmadığı  üçün  öz  uğurlu  qənaətlərini 

belə inkişaf etdirməyə qüvvələri çatmamışdır. Mifologiyaya aid 

tədqiqatların böyük təcrübəsinə arxalanıb, indiyədək söylənənlə-

rə  tənqidi  (inkarsız,  qərəzsiz)  yanaşılsa,  dünya  xalqlarının  bir 

kökə bağlanan mifləri vasitəsi ilə tarixin ən qaranlıq səhifələrinə 

                                            

1

 XIX  əsrin  ortalarında  avropalı  olmayan  tayfaların  da  miflərinin  sistemli 



şəkildə  qeydə  alınmasına  başlanışdır.  Bu  sahədə  aparılan  araşdırmaların 

zirvəsi C.Frezerin «Qızıl budaq» əsəri sayılır. Bu tədqiqat işi ilk dəfə 1890-cı 

ildə  işıq üzü  görmüş; on iki  cildlik  fundamental nəşri isə  1907-1015 illərdə 

başa çatdırılmışdır.  

 



Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə