Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə2/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   2   3   4   5   6   7   8   9   ...   148

Mifologiya 

- 5 - 


 

sinə  almaqla  alimin  “Azərbaycan  türklərinin  mifologiyası” 

adı  altında  uzun  illər  ərzində  apardığı  araşdırmaların  əsas 

kütləsini əhatə edir. Bu araşdırmalar “mif(ologiya)” konseptinə 

münasibətdə bütün hallarda özünəməxsusluğu ilə seçilib.  

R.Qafarlının  mifə  yanaşması  iki  səviyyəni  eyni  zamanda 

nəzərdə tutur: 

Birincisi,  mifə  ümumnəzəri  modellər  çərçivəsində  yanaş-

ma: bu, hər bir tədqiqatçının  əsaslanmalı olduğu mövcud baxış 

təcrübəsidir.  

İkincisi,  mifə  subyektiv  intellektual  paradiqmada  yanaş-

ma: bu, Ramazan Qafarlıya məxsus, ona “bəxş olunmuş”, onun 

alim  taleyinə  “yazılmış”  baxış  təcrübəsi,  elmi  düşüncə  dövriy-

yəsinə  onun  səsində  və  nəfəsində  daxil  edilməsi  “qabaqcadan 

proqramlaşdırılmış” kreativ düşüncə formullarıdır.  

Və  Ramazan  Qafarlının  alim  personasının  bütün  özünə-

məxsusluğu bu səviyyələrin özünəməxsus xəlitəsində ifadə olu-

nur. Bu cəhətdən, alimin əsərləri onun uzun illər ərzindəki intel-

lektual  axtarışlarının  nəticəsidir.  Mifologiya  ilə  bağlı  bir  tədqi-

qatçı kimi qeyd etmək istəyirəm ki, R.Qafarlının tədqiqatlarında 

«Azərbaycan  (türklərinin)  mifologiyası»  adlı  özünəməxsus  ba-

xışlar sistemi gerçəkləşdirilmişdir. 

Açıq  etiraf  edim  ki,  alimin  «mifologiya»  konsepsiyasını 

təsvir edib, ümumi mahiyyətini açıqlamaq mənim üçün çətindir. 

Çünki R.Qafarlının baxış konsepti yeni nəsil mifoloqları arasın-

da yayğın deyil. Və bunun əsas səbəblərindən biri, sözün gerçək 

anlamında,  həlli  mümkünsüz  görünən  çətinliklərdir.  R.Qafarlı 

üçün sanki bu çətinliklər ümumiyyətlə yoxdur və o, bu mənada 

öz baxış sistemini əks etdirən «mifologiya» konsepsiyasını mo-

delləşdirməyə,  sözün  gerçək  mənasında,  nail  olmuşdur.  Həmin 

modelləşdirmənin  mahiyyətini  açıqlamaq  üçün  öncə  alimin 

problemi hansı yönlərdən öyrəndiyinə diqqət edək. 

Müəllif  «Azərbaycan  (türklərinin)  mifologiyası»  proble-

minə aşağıdakı istiqamətlərdən yanaşmışdır: 

 

 



Ramazan Qafarlı 

 

- 6 - 



 

1. Qaynaqlar: 

 Tədqiqatda ilk növbədə «Azərbaycan (türklərinin) mifolo-

giyası»nın qaynaqları məsələsi önə çəkilmişdir. Bu həm də zəru-

ri metodoloji yanaşmadır. Maddi və qeyri-maddi qaynaqların ol-

ması,  yaxud  real  olaraq  olmadığı  halda  onun  bərpa  olunması 

R.Qafarlının yanaşmasında başlıca metodoloji məqamdır. Alimə 

görə,  qaynaqların  rekonstruksiyası  mifin  bərpasına  bərabərdir: 

mifin varlığı qaynaqların varlığına müncər olunur. 



2. Təsnifat: 

Tədqiqatçı  əsərdə  Azərbaycan  miflərini  folklorşünaslığı-

mızdakı ənənəvi  yanaşmadan fərqli modelləşdirmişdir. Aşağıda 

toxunacağımız kimi, bu, R.Qafarlıya bərpa etdiyi mifologiyanın 

daha fərqli təqdiminə imkan vermişdir. 

3. Obrazlar: 

Mifoloji  dünya  modelinin  bərpasına  yeni  təsnifat  struktu-

runda yanaşma müəllifə folklor mətnlərindəki bir sıra mühüm ob-

razların mifoloji semantikasını bərpa etməyə imkan yaratmışdır. 



4. Genezis:  

Mif  özü  hər  bir  mədəniyyətin  genetik  əsasıdır.  Mədəniy-

yətin milli özünəməxsusluğu mifin bərpası ilə mənalanır və izah 

olunur. R.Qafarlının yanaşmasında mifin bərpası onun genezisi-

nin öyrənilməsinə müncər olunmuşdur. 

5. Evolyusiya: 

Diqqətəlayiqdir  ki,  R.Qafarlı  Azərbaycan  mifoloji  dünya 

modelini təkcə donuq kosmoloji fakturada yox, həm də hərəkət-

də  tədqiq  etmişdir.  Problemə  yanaşmada  mifoloji  təsəvvürlər 

modelinin təkamülünün yanaşma üsullarından birini təşkil etmə-

si müəllifə Azərbaycan mifoloji düşüncə tarixini milli düşüncə-

nin inkişaf kontekstində öyrənməyə şərait yaratmışdır. 

6. Poetika: 

«Mifin  poetikası»  mifşünaslığın  ən  mürəkkəb  məsələlərin-

dəndir və həmin «poetikanın» özündən çıxış etsək, bu, daha çox 

«mətn» anlayışının strukturu ilə bağlıdır. Mif mətni gerçəkliyi mi-

foloji dünya modelinin qavrama və obrazlaşdırma üsulları ilə mə-



Mifologiya 

- 7 - 


 

nimsəyən işarələr sistemidir. Burada gerçəkliyin mifoloji işarələ-

rinin özünəməxsus düzüm qanunları var. Həmin qanunlar sistem 

halında  mifin  poetikasını  təşkil  edir.  Mifologiya  elminin  inkişaf 

tarixi mifin poetikasına dair müxtəlif yanaşma və baxış sistemləri, 

fərqli yozum və izahlarla zəngindir. Bu cəhətdən R.Qafarlı «Azər-

baycan mifinin» poetikasını yaratmağa çalışmışdır. 

 R.Qafarlının  «Azərbaycan  türklərinin  mifologiyası»  adlı 

tədqiqatının  aktuallığına  gəldikdə,  bu  araşdırma  gərəkli  elmi 

problemə həsr olunmuşdur. Türk mifologiyasını Azərbaycan mi-

foloji mətnləri əsasında araşdıran tədqiqat Azərbaycan-türk mi-

foloji-epik  təfəkkürünün  arxetiplərinin  öyrənilməsi,  miflərin 

genezisinin  aydınlaşdırılması,  türk  mifoloji  dünya  modeli  üçün 

aktual  olan  sxemlərin  bərpası,  mifoloji  strukturlar  daşıyan 

mətnlərin  təsnifat  prinsiplərinin  hazırlanması  və  bu  əsasda 

klassifikasiyasının aparılması və s. baxımından ciddi elmi aktu-

allığa  malikdir.  Mifologiyanın  milli  mədəniyyətin  əsasında 

durmasını  nəzərə  alsaq,  onun  öyrənilməsi  təkcə  Azərbaycan 

folklorşünaslığı problemləri baxımından deyil, bütövlükdə milli-

humanitar  düşüncənin  araşdırılması  və  üzə  çıxarılması  baxı-

mından  vacib  və  zəruridir.  Azərbaycan  türklərinin  mifoloji  dü-

şüncə tarixini aydın nəzəri-metodoloji yanaşma kontekstində re-

konstruksiya edən mövcud araşdırma öz tədqiqat modeli, yanaş-

ma üsulları, epik-mifoloji qaynaqların orijinal elmi mənimsəmə 

metodlarına  görə  ciddi  elmi  araşdırma  olub,  humanitar-filoloji 

düşüncəmizin  uyğun  kontekstində  zəruri  aktuallıq  və  funksi-

onallığa malikdir. 

Müəllif «Azərbaycan türklərinin mifologiyası» problemini 

dörd istiqamət üzrə öyrənmişdir: 

1.  Mifoloji  düşüncə  sisteminin  poetik  strukturu  və  Azər-

baycan-türk  mifoloji  dünya  modelinin  rekonstruksiya  problem-

ləri. 

2. Mifoloji düşüncənin genetik strukturu. 

3. Mifoloji dünya modelinin təkamülünün struktur mərhə-

lələri. 



Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə