Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə4/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   2   3   4   5   6   7   8   9   ...   148

Mifologiya 

- 11 - 


 

sində  işləməsi  onun  kosmoqonik  düşüncənin  elmdə  mövcud 

struktur modellərini mənimsədiyini əyani olaraq göstərir. Azər-

baycan türklərinin mifologiyası hər bir mifoloji düşüncə kimi öz 

arxetipik  simvollarına  malikdir.  Həmin  simvollar,  K.Q.Yunqun 

təfsir  etdiyi  kimi,  kollektiv  düşüncənin  şüursuzluq  durumunu 

özündə  əks  etdirməklə  kosmoqonik  düşüncəni  konsentrativ  şə-

kildə daşıyan obrazlardır. R.O.Qafarlının bu tipli obrazların ar-

xetipik simvolikasını aşkarlaması aktual olub, türk mifologiyası-

nın kosmogenetik strukturunun öyrənilməsində ciddi dəyər daşı-

maqdadır.  

R.Qafarlı mifoloji düşüncənin struktur səviyyələrini aşağı-

dakı fakturada təqdim etmişdir: 

- totemizm; 

- animizm; 

- animatizm; 

- antropomorfizm; 

- magiya; 

- fetişizm və kultçuluq. 

Müəllif göstərilən struktur səviyyələrinin düzümünü belə for-

mullaşdırmışdır: «Bütün bu təsəvvürlərin ümumiləşməsindən mifo-

logiya  (mifoloji  modellər,  strukturlar)  və  rituallar  formalaşmışdır. 

Deyilənlərdən  belə qənaət  çıxır  ki, mifoloji  sistemlər  ulu əcdadın 

dünyagörüşünün ibtidai formalarının əsasında qurulmuşdur». 

Tədqiqatda  mifin  sakral  strukturunun  qabardılması  milli 

mədəniyyətimizin  mənşəyini  öyrənmək  baxımından  ciddi  əhə-

miyyətə malikdir. Müqəddəs ilə adinin, sakral ilə profanın mə-

dəniyyətdə yaratdığı total metastruktur öz invariantı səviyyəsin-

də  mifdən  başlanır.  Bu  baxımdan,  alimin  əldə  etdiyi  nəticələr 

milli mədəniyyətimizin zəngin mətn fondundan bərpa etdiyi sak-

ral arxetiplər – mifoloji kontinuumu təşkil edən xronotop vahid-

ləri baxımından xüsusilə faydalı və sanballıdır.  

Əsərdə  mif-ritual  problemi  öz  həllinin  faktoloji  səviyyəsi 

ilə əlamətdardır. Mif və ritual ən ümumi planda düşüncə ilə hə-

rəkətin  vəhdətini  simvollaşdırır.  R.Qafarlının  bu  məsələyə  diq-

qət  verməsi  tamamilə  aktualdır.  Rituallar  milli  mədəniyyətin 




Ramazan Qafarlı 

 

- 12 - 



 

başlanğıcından tutmuş bugünə qədər onu diaxron və sinxron sə-

viyyədə  təşkil  etməkdədir.  Səciyyəvidir  ki,  tədqiqatçı  problemi 

həm  faktoqrafik,  həm  də  təhlil  səviyyəsində  normal  kontekstə 

reallaşdıra  bilmişdir.  Dəiqqətçəkən  əsas  cəhətlərdən  biri  müəl-

lifin yazqabağı mərasimləri ritual-mifoloji dünya modeli olaraq 

bərpa etməsi ilə bağlıdır. O, yazqabağı ritualların sistem əsasını 

məhz ritual-mifoloji dünya modeli kimi aşkarlaya bilmişdir. 

Monoqrafiyanın  başqa  bir  bölümündə  ilkin  dünyagörüşü 

sistemləri, ibtidai dini formalar – totemizm, şamanizm və s. nə-

zərdən  keçirilmişdir.  Tədqiqatın  totem  dünya  modeli  və  totem 

mifləri  ilə  bağlı  hissəsində  mifoloji  şüurun  konkret  struktur 

səviyyəsi  və  mərhələsini  təşkil  edən  türk  totemizmi  müəllifin 

yanaşmasında  öz  təsdiq  işarəsini  almışdır.  Türk  totemizminin 

Türkiyədə və Azərbaycanda müəyyən tədqiqatçılar səviyyəsində 

inkar olunmasını nəzərə alsaq, R.Qafarlının Azərbaycan türklə-

rinin mifoloji düşüncə tarixinə totem mifləri kontekstində yanaş-

ması bu kateqoriyanın təsdiqi istiqamətində atılan ən mühüm ad-

dımdır.  Alim,  haqlı  olaraq,  totem  miflərinin  mifoloji-folklor 

mətninin poetik strukturu səviyyəsində bərpasına çalışmışdır.  

Qeyd edək ki, türk totemizmini inkar edənlərin həmin məsə-

ləni heç də bütün hallarda professional səviyyədə qoya bilmədiklə-

rini, o cümlədən bu cür nəhəng problemə münasibətdə öz fikirləri-

ni, demək olar ki, səthi arqumentlərlə əsaslandırdıqlarını hesaba al-

saq,  R.Qafarlının  yanaşması,  o  cümlədən  türk  totemizmini  inkar 

edən  fikirlər  üzərində  apardığı  polemikalar  aktuallığı  ilə  bərabər, 

problemin həlli yolunda Azərbaycan folklorşünaslığında atılmış ilk 

və konstruktiv elmi addım olması ilə diqqəti cəlb edir.  

Böyük  bir  məmnunluq  hissi  ilə  bildirmək  istəyirik  ki, 

tədqiqatın  şaman  dünya  modeli  və  qam-şaman  mifləri 

məsələsindən bəhs edən hissəsi aşkarlamalarla zəngindir. O, Azər-

baycan  folklor  mətnlərini  «şaman  dünya  modeli»  kontekstində, 

sözün  gerçək  anlamında  yenidən  «kəşf  etmiş»  və  təkcə  bu 

yarımfəsildə  deyil,  bütöv  tədqiqatda  Azərbaycan  folklorunun  bir 




Mifologiya 

- 13 - 


 

sıra məşhur  obrazlarının  «şaman mənşəli»  olduğunu  sübut etmiş-

dir. 

Bu cəhətdən müəllifin mifoloji dünya modelinin dualistik 



strukturu  və  əkizlər  mifindən  bəhs  edən  bölümü  məsələnin  qo-

yuluşunun nəzəri səviyyəsi, cəlb olunmuş milli folklor materia-

lının  keyfiyyətli  təhlili,  aşkarlanmış  dual  struktur  vahidlərinin 

semantikasının dolğun təsviri və s. baxımından aktualdır.  

Monoqrafiyanın yaradılış mifologemi və kosmoqonik mif-

lərdən,  zaman  mifologemi  və  təqvim  miflərindən,  o  cümlədən 

kosmoloji sonluq mifologemi və esxatoloji miflərdən bəhs edən 

bölümlərində Azərbaycan mifik mətn fondunun temativ-klassifi-

kativ strukturu öyrənilmişdir. R.Qafarlı miflərin təsnifatına dair 

mövcud  təcrübəni  nəzərdən  keçirərək  Azərbaycan  mifoloji 

mətnlərini  «kosmoqonik,  təqvim  və  esxatoloji  miflər»  bölgüsü 

ilə  təsnif  etmişdir.  Əsas  bölgünün,  ənənəvi  olaraq,  «kosmoqo-

nik, etnoqonik və təqvim mifləri» sxemi üzrə aparıldığını nəzərə 

alsaq, qeyd etməliyik ki, müəllif mifoloji mətn fondunun ümum-

təsnifat  strukturundan  kənara  çıxmamış,  etioloji-kosmoqonik 

mif  tipini  «dünyayaratma»  kateqoriyası  səviyyəsində,  təqvim 

miflərini  «dünyanın  yaşarlığı»  anlayışı  kontekstində,  esxatoloji 

mifləri «dünyanın sonu» kontekstində götürmüşdür. Tədqiqatçı-

nın dünyanın yaradılması, yaşadılması və sonu mərhələlərini mi-

fin qapalı sistemini xronotop əsasına çıxarması «total modelləş-

dirici işarələr sistemi» olan mifologiyanın janr strukturunu bütün 

səviyyələrdə əhatə edə bilir. Bu isə onun yanaşmasının aktuallı-

ğını  ortaya  qoymuş  olur.  Monoqrafiyanın  «Son»  hissəsi  öz  ay-

dınlığı, sistemliliyi ilə əlamətdardır. Müəllif tədqiqat boyu əldə 

etdiyi qənaətləri ümumiləşdirmiş və humanitar-milli düşüncəmi-

zin  çox mühüm  sahəsinin  inkişafı  ilə  bağlı  işlək  nəzəri  tezislər 

halına gətirə bilmişdir.  

«Ədəbiyyat»  hissəsi  bütövlükdə  normal  olub,  tədqiqatın 

biblioqrafik  strukturunun  kamilliyindən  soraq  verir.  Biblioq-

rafiya  araşdırmanın  nəzəri  və  praktiki  material  zənginliyini 

bütün əlvanlığı ilə ortaya qoyur. Azərbaycan türklərinin mifolo-

giyasının həm ümumnəzəri mənbələri, həm milli nəzəri araşdır-




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə