Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə5/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   2   3   4   5   6   7   8   9   ...   148

Ramazan Qafarlı 

 

- 14 - 



 

malar  fondu,  həm  də  mətn  fondu  kifayət  qədər  dolğun  şəkildə 

əhatə olunmuşdur.  

Monoqrafiyanın təqdirəlayiq cəhətlərindən biri də odur ki, 

R.Qafarlı  bütün  səviyyələrdə  alim  prinsipiallığı  nümayiş  et-

dirmiş,  Azərbaycan  elminin  mənafeyini  heç  bir  halda  heç  kəsə 

güzəştə getməmişdir. Öz etik keyfiyyətləri ilə seçilən polemika-

lar bu əsəri polemikalar üzünə  «həsrət qalmış» filoloji-humani-

tar tədqiqatlarımız fonunda xüsusilə fərqləndirir.  

Uzun illər ərzində aparılmış tədqiqatın elmi yenilik və nəti-

cələrinin  elmi  ictimaiyyətə  çatdırılması  istiqamətində  aparılan 

fəaliyyət  də  qənaətbəxşdir.  Müəllif  mövzu  ilə  bağlı  ciddi  elmi 

nəşrlərdə çap olunmuş, mötəbər elmi konfranslarda (o cümlədən 

xarici  ölkələrdə  keçirilən  beynəlxalq  tədbirlərdə)  çıxışlar  etmiş, 

tədqiqatın elmi nəticələrini elektron kütləvi informasiya vasitələri, 

o  cümlədən  internet  vasitəsi  ilə  yaymağa  nail  olmuşdur.  Onun 

Azərbaycan  və  rus  dillərində  hazırladığı  «Azərbaycan  türk  mi-

fologiyası və folkloru» adlı portal sayt (www.azmif.net) təkcə yur-

dumuzda deyil, Rusiya, Türkiyə, İran, Almaniya və İsraıl kimi öl-

kələrdə də mifologiya, folklor, ədəbiyyat və mədəniyyət sahəsin-

də ən baxımlı elmi-nəzəri elektron mənbə sayılır.  

Son olaraq söyləmək istəyirik ki,  R.Qafarlının  «Azərbay-

can türklərinin mifologiyası» adlı 6 cildlik monoqrafiyası Azər-

baycan  mifoloji  düşüncə  tarixinin  qaynaqlarının,  mifoloji  mətn 

korpusunun tematik-klassifikativ strukturunun, obrazlar sistemi-

nin, genetik modelinin, evolyusiyası və poetikasının öyrənilməsi 

sahəsində çox dəyərli araşdırma olub, Azərbaycan mifologiyası 

elmi-nəzəri fikrinə verilmiş qiymətli töhfədir.  

 

Seyfəddin RZASOY, 

filologiya elmləri doktoru

AMEA Folklor İnstitutu 

Mifologiya şöbəsinin müdiri 



Mifologiya 

- 15 - 


 

 

 

 

 

 

GİZLİ XƏZİNƏLƏRİN AÇARI - 

«TANRI ELMİ» 

 

«Bəziləri  demişlər  ki,  elm  iki  qismə  bölünür:  birincisi, 

cəhlin  ardı  olmayan  elmdir  (yəni  elə  elmdir  ki,  ondan  qa-

baq cəhl olmamışdır), bu da TANRININ ELMİdir. İkincisi, 

cəhldən sonrakı elmdir ki, bu bizim elmimizdir (yəni insan-

ların  öyrəndiyi  elmdir).  Bu  sonuncu,  təsəvvür  və  təsdiq 

mərhələlərinə bölünür. Belə bir elm bilik adlanır: çünki o, 

bir bildirəndən - öyrədəndən asılıdır... 

«Bəziləri demişlər ki, Tanrının sevdiyi birinci şey bilik-

dir  və  o  (Tanrı),  demişdir:  «Mən  gizli  bir  xəzinə  idim  və 

istədim  ki,  məni  tanısınlar,  bilsinlər;  buna  görə  məxluqatı 

yaratdım».  

 

FÜZULİ. «MƏTLƏÜL-ETİQAD» 

 

Dünyamız  hansı  şəkildə  yaranmış  və  sonu  necə  olacaq? 

Bəşər övladının ən ibtidai mifik təsəvvürlərindən tutmuş müasir 

elmi kəşflərədək uzun bir yol qət edilsə də, bu suala dəqiq cavab 

tapılmamışdır.  Yer  üzündəki  bir  çox  canlı-cansız  varlıqların 

meydana  gəlmə  və təbiət  hadisələrinin baş vermə səbəbləri ay-

dınlaşdırılsa da, bütövlükdə kainatın, ulduz sistemlərinin - uzaq-

uzaq qalaktikaların - bir sözlə, yaşadığımız dünyanın çıxış nöq-

tələri, başlanğıcı və finişi ancaq fərziyyələr şəklində izah olunur, 

bəzi  məsələlərdə  isə  mifik  təsəvvürdən  uzağa  gedilmir.  Bilirik 

ki,  neçə  milyon  il  əvvəl  məhv  olmuş,  izi-tozu  da  qalmamış  bir 

neçə ulduzun parıltısı hələ də göydə qalmaqdadı, çünki mövcud 

olduğu  vaxt  o  ulduzlardan  düşən  işıqlar  indi  bizə  gəlib  çatır. 

Deməli,  başqa  dünyalar  yarandığı  kimi  məhv  də  olur.  Məhz 




Ramazan Qafarlı 

 

- 16 - 



 

miflər də bizə bunu deyir. Mif

1

lər dünyamız haqqında bizə daha 



nələri demir ki?!.  

Yeni yüzilliyin astanasında tədqiqatçılar bir suala da cavab 

tapmağa çalışırlar: görəsən, vidalaşdığımız XX əsrdə ən mühüm 

elmi kəşf hansıdır? Monqolustan düzənlərindən tapılan dinozavr 

yumurtasımı?  Alimlərin  qənaətinə  görə,  on  milyon  il  əvvəl 

qoyulmuşdur.  Yoxsa qədim  şəhərlərin qalıqlarında aparılan qa-

zıntılar  zamanı  üzə  çıxan  qiymətsiz  yazılı  abidələrmi?  Onlar 

torpağın altına qalanıb, neçə milyon il qalmış və tarixə bəlli ol-

mayan  mədəniyyətlərdən  xəbər  verir.  Deməli,  bəşər  övladının 

dünyaya gəlib şüura, nitqə yiyələnməsindən çox-çox qabaqlar da 

əlifba movcud olmuşdur, iqlimin dəyişməsi - buzlaşma və s. fə-

lakətlər  nəticəsində  bütün  canlılar  məhv  olmuşdur.  Məhz  yeni-

dən  dünyaya  gələn  insanın  şüurunda  kortəbii  formada  doğulan 

mifik  obrazlar  həmin  mədəniyyətlərin  qalıqları  sayılır.  Lakin 

                                            

1

Yunan  dilində  mythos,  almanlarda  mythe,  ingilislərdə  myth,  fransızlarda 



mythe,  ruslarda  və  azərbaycanlılarda  mif  şəklində  işlənən  sözün  hərfi  mənası 

rəvayət, əhvalat deməkdir. Mif termini beynəlxalq aləmdə əsasən iki anlamda 

işlənir: birinci, mif - sözlərlə yaranan təsviri mətndir, təhkiyə hadisəsidir (sin-

taqmatik  aspektdir);  ikinci,  mif  -  düşüncə  hadisəsidir  (mənaların  paradiq-

masıdır), dünya haqqında təsəvvürlər sistemi - gerçəkliyi dolayı şəkildə əks et-

dirən  dünya  modeli,  onun  ayrı-ayrı  elementləri  və  vahidləridir.  Birinci  halda 

mif  sintaqmatik,  ikincidə  isə  paradiqmatik planda anlaşılır.  Mifin sintaqmatik 

vahid  olaraq  gerçəkləşməsi  təsadüfən  baş  verir.  Mif  mənanın  paradiqmasına 

çevriləndə  (mətn  mədəniyyətinin  digər  formaları  –  rituallar,  sosial  institutlar, 

maddi  mədəniyyət  abidələri  və  s.  ilə  bir  sırada)  birinci  və  ikinci  anlamlar 

arasında cüzi  fərqlər üzə  çıxsa  da, miflə  mifologiyanın eyniliyi inkar edilmir. 

Ona görə ki, mifologiya sintaqmatik (təsviredici) vahidlərin -  miflərin sistemi 

kimi başa düşülür. Mifologiya termini isə  üç anlamda işlənir: birinci, mifolo-

giya - hər hansı bir tarixi-mədəni ənənəyə xas miflərin (təsvirlərin) toplusudur; 

ikinci, mifologiya - dünyanı dərk etməyin xüsusi formasıdır, düşüncə şüur ha-

disəsidir (mənaların paradiqması). Bu hallarda mifologiyanın mənası mif anla-

mına yaxınlaşır, hətta onun praqmatik aspekti ilə eyni olur. Üçüncü, mifologiya 

- mifləri və mifoloji sistemləri öyrənən elm sahəsidir. Məşhur nəzəriyyəçi alim 

A.Bayburin də göstərir ki, mifin birinci və ikinci mənaları ilə mifologiyanın bi-

rinci və ikinci mənaları üst-üstə düşdüyündən bu terminlər həmin mənalarda si-

nonimlər kimi işlədilir. 



Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə