Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə6/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   2   3   4   5   6   7   8   9   ...   148

Mifologiya 

- 17 - 


 

XX  yüzilliyin  ən  böyük  elmi  kəşfi,  çoxlarının  qənaətinə  görə, 

Yer  kürəsinin  meydana  gəlmə  vaxtının  radioaktiv  saat  vasitəsi 

ilə dəqiq müəyyənləşdirilməsidir.

1

 Taf-Kollecin professoru Leyn 



eksperiment  apararaq,  bu  nəticəyə  gəlmişdir  ki,  yaşadığımız 

dünyanın 1 250 000 000 yaşı var. 

Miflərdə  bu  böyük  dövrdə  baş  vermiş  hadisələrlə  bağlı 

müxtəlif təsəvvürlər əks olunmuşdur. Başqa sözlə, insanın dərk 

edə bildiyi elə bir problem, gördüyü və duyduğu elə bir varlıq, 

detal, element  yoxdur ki, onun barəsində miflərdə xüsusi yolla, 

primitiv şəkildə də olsa, nəsə şərh, izahat verilməsin. Külək niyə 

qəflətən əsir, birdən də dayanır? Miflərin dilində bu hansı qüv-

vəninsə yer üzünə müvəqqəti göndərdiyi bəladır. Günəş nə səbə-

bə  axşamlar  batır,  səhər  erkən  yenidən  çıxır?..  Minlərlə  bu  cür 

suala miflərdə cavab tapmaq mümkündür. 

Maraqlıdır ki, hər bir insan göz açıb, şüurlu həyata başla-

yanda dünyanı öz bildiyi kimi dərk etməyə çalışır, dağ, çay, də-

niz və s. ona olduğundan tamamilə fərqli şəkildə görünür. Körpə 

bir sıra təbiət hadisəsini müşahidə edərkən, özündən asılı olma-

yaraq, onda qeyri-adilik axtarır. İstəyir ki, bütün cansız varlıqlar, 

eləcə  də  heyvanlar,  quşlar  tərəf-müqabilinə,  oyun  yoldaşına, 

həmsöhbətinə  çevrilsin.  Ona  görə  də  bir  ağac  parçasının,  daşın 

öz-özünə hərəkət etdiyinə, insan kimi dil açıb danışdığına uşağı 

asanlıqla inandırmaq olur.  

Rastlaşdığımız hadisə və varlıqların sirlərini yaşa dolduq-

ca, bilik və təcürbə əldə etməklə öyrənirik. Lakin uşaqlıq illəri-

nin  dünyanı  dərketmə  üsullarından  heç  vaxt  yaxa  qurtara  bil-

mirik.  Bir  vaxtlar  qəribə  də  olsa,  milyonlarla  adam  televizorun 

qarşısında əyləşib Kaşpirovskinin «moizə»lərinə qulaq asırdı və 

hər cür xəstəliklə vidalaşacağına inanırdı. Sonra aldadıldıqlarını 

başa düşüb, uşaq yerinə qoyulduqlarından peşiman oldular. Bu, 

insan psixikasının körpəlikdən möcüzəyə, qeyri-adiliyə köklən-

məsindən irəli gəlirdi.  

                                            

1

 Поль С. Брегг. Формула совершенства. - С-П., Лейла, 1993, c. 13. 




Ramazan Qafarlı 

 

- 18 - 



 

Bəşəriyyətin uşaqlıq çağında da belə olmuşdur. Dünya və 

təbiət  haqqında  heç  bir  məlumatı,  bilgisi,  təcrübəsi  olmayan, 

toplum halında yaşayan, tez-tez təbiətin sərt üzü ilə rastlaşan ulu 

əcdad  hər  şeyə  uşaq  gözüylə  baxmış,  kollektiv  maraqlarından 

doğan sonsuz suallara cavab axtarmış, istəmiş ki, təbiət özü dilə 

gəlib  sirlərini  açsın.  Bu  mənada  mifologiya  ulu  əcdadın  həm 

«əlifba» kitabı, həm bütün sahələr üzrə ona primitiv bilgilər ve-

rən «dərs vəsaiti», həm də çətin bir sorğu qarşısında aciz qalan-

da «ensiklopediya»sı olmuşdur. 

Mif  qədim  insanların  təsəllisi,  gələcəyə  ümidi,  yaşamaq, 

yaratmaq amalı idi. Məhz min cür fəlakətlərlə üzbəüz, təkbətək 

qalanda, sərt üzlü təbiətin özünə belə təsir etmək, onu dəyişdir-

mək  qüdrətinə  malik  olduqlarını  miflərlə  dərk  etmişdilər,  cə-

sarət, güc tapıb öhdələrinə düşən missiyaları tarix boyu, mərhə-

lə-mərhələ, səbrlə yerinə yetirməyə can atmışlar. Şüurlu həyatın 

başlanğıcında  həyat-ölüm  dilemması  qarşısında  qalanda  belə 

miflərin yardımına güvənmişlər. Kortəbii şəkildə təfəkkürdə ya-

ranan  miflər  -  fövqəltəbii  qüvvələr  və  fantastik  obrazlar  olma-

saydı, ulu əcdad ilkin məskənlərindən, sığındıqları mağaralardan 

çıxıb,  çox  uzağa  gedə  bilməzdi,  toplumun  ayaqları  dəyməyən 

yerlərin  sirləri  açılmazdı,  başqa  insan  dəstələri  ilə  ünsiyyət  və 

əlaqə olmazdı, şüur inkişaf etməzdi. Bir sözlə, miflər yaranma-

saydı, insanlar dünyanın ən güclü varlıqlarına çevrilməzdilər. 

Xüsusi  vurğulamaq  lazımdır  ki,  bəşəriyyətin  mənəvi  mə-

dəniyyəti  içərisində  ikinci  yaradıcılıq  hadisəsinə  rast  gəlmək 

olmaz  ki,  miflər  qədər  müxtəlif,  bir-birinə  zidd  fikirlərlə  izah 

edilsin.  Tədqiqatçıların  bir  qrupu  mifləri  dinlə  eyniləşdirməyə 

çalışmış, digərləri bunun qəti əleyhinə çıxmışlar. Bəziləri mifləri 

əfsanələrlə,  rəvayətlərlə,  nağıllarla  qarışdırmış,  başqaları  isə, 

mifləri folklor janrlarından tamamilə təcrid edilmiş halda təqdim 

etməyi  məqbul  saymışlar.  Hətta  elələri  tapılmışdır  ki,  mifləri, 

xalqın mənəvi dəyərləri içərisində mürtəce mahiyyətli artıq yük 

hesab  etmiş,  əksinə  düşünənlər  də  (mədəniyyətin  ən  mütərəqqi 

faktı kimi) olmuşdur. Bəs əsl  həqiqətdə mif nədir? Onun bəşər 



Mifologiya 

- 19 - 


 

təfəkkürünün inkişafında rolu nədən ibarətdir, dinlə və folklorla 

(ədəbiyyatla)  hansı  tellərlə  bağlıdır?  -  suallarına  cavab  axtaran 

rus  folklorşünası  S.A.Tokarev  yazır:  «Mif,  hər  şeydən  əvvəl, 

dünyanın və insanın yaranması haqqında antik, bibliyadan gələn 

və  başqa  qədim  «nağıllar»dır  (“əhvalatlardır”  mənasında  başa 

düşülməlidir - kursiv R.Q.), əski allahlar və qəhrəmanlar - yunan 

və  roma  allahları,  qəhrəmanları  üstünlük  təşkil  edir  -  haqqında 

poetik, primitiv, qəribə hekayətlərdir»

1

. E.M. Meletinskinin qə-



naətinə görə də mif allahlara, ruhlara, ilahiləşən, ya da mənşəyi 

ilə allahlara bağlanan qəhrəmanlara, zamanın başlanğıcında dün-

yanın özünün, eləcə də təbiət və mədəniyyət elementlərinin ya-

ranmasında birbaşa, ya da dolayı yolla iştirak edən, nəsil, tayfa 

törədən  ilk  insanlara  aid  əhvalatlar  kimi  anlaşılır

2

.  Mifologiya 



isə  allahlar  və  qəhrəmanlarla  bağlı  həmin  əhvalatların  cəmi 

olmaqla  yanaşı,  dünya  haqqında  fantastik  görüşlər  sistemidir. 

Mifləri öyrənən elm də mifologiya adlanır.  

Strukturalist nəzəriyyəçilər mifləri dilçilik, semiotika baxı-

mından təhlil edir, nəticədə onu «özünəməxsus dil növü»nə

3

 çe-



virməyə cəhd göstərirlər. Bu, son dövrlərdə miflərin tədqiqində 

aparıcı  meyllərdən  biridir.  Azərbaycanda  da  özünə  tərəfdarlar 

tapmışdır. Miflərin köməyi ilə sözlərin, frazeoloji birləşmələrin 

mənşəyinin,  etimologiyasının  araşdırılmasına  M.Seyidovun, 

A.Məmmədovun, K.Vəliyevin və b. yazılarında rast gəlirik. 

Miflər  sadəliyi,  primitivliyi  ilə  seçilməsinə,  asan  yolla 

dünyanı  dərk  etmə  vasitəsi  olmasına  baxmayaraq,  nədənsə, 

onları  abstrakt  üsullarla  şərh  etmək  ənənə  halını  almışdır.  Bu 

mənada  miflərin  tədqiqində  son  istiqamət  fransız  semioloqu 

Rolan Bartın adı ilə bağlıdır. Onun strukturalist metodologiyaya 

söykənən tədqiqatlarında birtərəflilik müşahidə olunur. O, yalnız 

                                            

1

Токарев А.С.Ранние формы религии. - М., 1990, С.507; Мифы народов 



мира, том I. - М., 1991, c. 11.  

2

Мелетинский  Е.М.  Общее  понятие  мифа  и  мифологии.  -  в  кн. 



«Мифологический словарь», М., 1991, c. 653. 

3

Ролан  Барт.  Мифoлогия.  -в  его  кн.  «Избранные  работы.  Семиотика. 



Поэтика», М.,1989, c. 46. 


Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə