Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə7/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   2   3   4   5   6   7   8   9   10   ...   148

Ramazan Qafarlı 

 

- 20 - 



 

dil  faktoru  kimi  götürüb,  mənalandırmaqla,  miflərin  bir  sıra 

başqa  mühüm  cəhətlərini  -  süjet  elementlərini,  obrazlar  siste-

mini, hadisə, əhvalat, hiss, emosiyalar ifadə etməsini və s. arxa 

plana  keçirir.  Əlbəttə,  bütün  elmlərin  bünövrə  daşlarını  təşkil 

etdiyi üçün miflər hər sahədə öz izlərini bu və ya digər dərəcədə 

qoruyub  saxlayır.  Bu,  sabit  qanunları,  kateqoriyaları  olan  elm-

lərdə,  o  cümlədən  dilçilikdə,  semiotikada  daha  çox  nəzərə  çar-

pır. Miflər sözlərdə müxtəlif məna çalarları yaratmaq funksiya-

sını bu gün də yerinə yetirir. Bu baxımdan Rolan Bartın fikirləri 

ilə bəlkə də razılaşmaq mümkündür: «Atalar sözündə olduğu ki-

mi,  «təkrar  biliyin  anasıdır»mı?  Bilmirəm,  lakin  mif  mənanın 

anasıdır». Tədqiqatçı strukturalizmə o qədər meyllidir ki, öz el-

mi əsərlərini də miflərin toplusu sayır. A.Acalov da müasir elmi 

araşdırmalara  söykənərək,  belə  qənaətə  gəlir  ki,  «mifologiya 

dünyanı  özünəməxsus  qanun  və  vasitələrlə  biçimləyən  və  izah 

edən dinamik işarələr sistemidir. hər bir sistem kimi mifoloji sis-

tem  də  yalnız  göstərilən  əlamətlər  və  özünün  tərkib  hissələri 

(struktur elementlər) ilə deyil, daha çox bütün bunların qarşılıqlı 

münasibətləri,  əlaqələri  ilə  səciyyələnir.  Çünki  «hər  çoxluğun 

nizama salınması onun tərkibinə daxil olan vahidlərin necə dü-

zülməsindən asılı olur» (Nəsirəddin Tusi). Deməli, dünyanın mi-

foloji modelini və mifoloji düşüncəni bərpa edərkən onun bütün 

ünsürlərinin (yer, göy, su, ağac, ruh, əcdad və b.) müəyyənləşdi-

rilməsi işin yalnız bir tərəfidir. Başlıca məsələ onların düzülmə 

ardıcıllığını  və  münasibətlərini  bərpa  etməkdir.  Və  bu  zaman 

konkret ünsürlərin semantikası nə qədər dəyərli olsa da, araşdırı-

cı üçün ikinci dərəcəlidir. Çünki bərpa son nəticədə konkret se-

mantik  qatları  yox,  ümumi  modelin  aşkarlanmasını  nəzərdə 

tutur.  Başqa  sözlə,  həmin  ünsürlərin  vahid  modeldə  birləşmə, 

qarşılıqlı fəaliyyət və dəyişməsi qanunları ilə məşğul olur. Əgər 

dil  və  başqa  işarə  sistemləri  (mifologiya  özü  də  elə  müəyyən 

işarə  sistemidir!)  ilə  analogiya  aparmış  olsaq,  deyə  bilərik  ki, 

bərpa  burada  mifoloji  düşüncənin  qrammatikasının,  mifoloji 

sintaksisinin bərpasıdır. Etnik-mədəni və sosial strukturların öy-



Mifologiya 

- 21 - 


 

rənilməsində  bu  üsul  son  illərdə  meydana  çıxmışdır  və  uğurla 

tətbiq  edilir».

1

 A.Acalov  bu  üsulun  elm  tarixində  ilk  dəfə 



N.Tusinin  «Əxlaqi-nasiri»  əsərində  tətbiq  edildiyi  ehtimalını 

irəli  sürür.  Doğrudan  da,  dünyanı  xüsusi  anlayışlar  və  işarələr 

sistemi  ilə  dərk  etməyə  yönələn  istiqamətlər  Avropada  XVII 

əsrdə meydana gəlib, XX əsrdə müstəqil elm sahəsi kimi forma-

laşsa da (bu gün əksər ölkələrdə uğurla tətbiq edilsə də), Şərqdə, 

o  cümlədən  Azərbaycanda  səkkiz  yüz  il  əvvəl  başlanmışdır. 

Sührəverdinin  «İşraqiyyə»  təlimində  və  sufizmdə  tərtib  edilən 

sxemlər  (miflərdə  olduğu  kimi  dünyanı  dərk  etmək  və  tanrıya 

qovuşmaq məqsədilə) mifoloji işarələr sisteminin eyni deyilmi? 

«İşraqiyyə»nin və sufizmin rəmzləri heç də müasir strukturalist-

lərin düsturlarından geri qalmır. Yaxud əbcəd hesabını mifik sa-

də  sakral  (müqəddəs)  rəqəmlərin  daha  mürəkkəb  və  sistemli 

şəklə  salınması  və  yazılı  ədəbiyyata  tətbiqi  kimi  qəbul  etmək 

olar.  Şərqdə  mif  sözü  yerinə  əsatir  işlənirdi  ki,  bu  da  mənaca 

miflə üst-üstə düşür. Hürufilər dünyanı anlamaqda birbaşa işarə-

lər  sistemini  -  hərf  düzmünü  əsas  götürmüş,  mifologiya  səviy-

yəsində modellər qurmuşlar. Onların insanın üzündə müqəddəs 

ərəb hərfləri ilə «Allah» kəlamının yazılması iddiası əsatirlərdən 

gəlirdi.  Başqa  təriqətlərdə  isə  dünyanı  musiqi  ilə,  hətta  rəqslə 

dərk etmə üsullarına rast gəlirik ki, bunlar ən əski ritualları xatır-

ladır.  Lakin  nə  sufizm,  nə  də  hürufilik  əsatirləri  özününküləş-

dirmədi.  İnsana  müraciətlə:  «Bax  onun  yüzünə,  ilahini  gör»  - 

deyən Nəsimi və onun ustadı Nəimi sözdən daha kiçik dil mate-

rialından  -  səslərdən  mükəmməl  işarələr  sistemi  tətbiq  etdi, 

Allahın  bir  zərrəsi  olan  insanın  kamilləşmə  yollarını  göstərdi, 

ancaq əsatirləri öz təlimlərinin xüsusi kateqoriyasına çevirmədi, 

əksinə, biri parçalanmaqla, digəri dərisi soyulmaqla mifləşdi.  

«İşraqiyyə»  təlimi,  əbcəd  hesabı,  müəmmalar,  sufizm  və 

hürufilik dünyanı dərk etmə sistemləri olaraq, Şərq əsatirlərinin 

(o cümlədən Azərbaycan) modelləri əsasında qurulan formal nə-

zəriyyələr - işarə sistemləri kimi tarixdə qaldı. Bunların müasir 

                                            

1

Acalov A. Ön söz. «Azərbaycan mifoloji mətnləri» kitabı.- B., 1988, s. 14-15. 




Ramazan Qafarlı 

 

- 22 - 



 

strukturalist mif nəzəriyyələri ilə üst-üstə düşən müddəaları, qə-

naətləri  onu  göstərir  ki,  orta  əsrlərdə  və  müasir  dövrdə  mifik 

dünyagörüşünə  məna,  anlayış  sistemi  tək  yanaşmaqla  fantastik 

düşüncənin  məhsulu  olan  miflərin  bədii  obrazlar  və  əhvalatlar 

məcmusu  olması  faktının  üstündən  xətt  çəkilir.  Rolan  Bart 

soruşur: «Bizim zamanımızda mif nədir? Başlanğıc üçün bu su-

ala sadə dildə və bütünlüklə sözün etimologiyasına uyğun cavab 

verəcəyəm: mif - söz, fikir, anlayış deməkdir!.. Anlayışlar siste-

midir». Bu qənaətlər (A.Acalovun qənaətlərini də bura daxil et-

mək  olar),  mif  haqqında  S.A.Tokarevin  və  E.M.Meletinskinin 

verdiyi tərifin inkarıdır. Bizcə, fikir, söz, anlayış və işarələr sis-

temi  olması  mifin  zahiri,  üzdə  olan  tərəfidir.  Miflər  bu  funksi-

yanı daha çox  «mifik zaman»dan  çıxıb, emprik  zamana keçən-

dən sonra yerinə yetirməyə başlamışdır. Bütövlükdə götürdükdə 

isə mif xalq fantaziyasına məxsus bütün yaradıcılıq proseslərinin 

bünövrə  daşlarıdır,  müxtəlif  vasitələrlə  ərsəyə  gətirilən  (söz, 

rəqs,  musiqi,  tamaşa  və  s.)  ibtidai  obrazlar  sistemidir,  dünyanı 

dərk etməyin ən ilkin vasitəsidir, sinkretik təsviretmə üsuludur. 

O.Süleymenov da sözün işarələr sistemi sırasına mifləri də 

daxil edir, başqa sözlə mifləri sözün poetik ifadə vasitələrindən 

biri sayır, lakin onun izahının özülündə söz, ifadə və fikrin yazı 

işarəsi durur, mifologiyanın bütövlükdə işarələr sistemi təşkil et-

məsindən  danışılmır.  Şair-alim  «Az  –  Ya»  əsərində  yazır: 

«Qədim  dövrlərdə,  nöqtənin  vəzifəsini  təyin  etməyə  çalışan 

makroşairlər İlk insan ideyasına gəlib çıxırlar. Onlar nöqtəyə qə-

dim  semit  sıra  sayının  adını  verirlər:  Axtum  -  birinci.  Bundan 

sonra Misirdə birinci kişi – Atum peyda olacaq. hind-İran mühi-

tində Adəm doğulacaq. Mikroşairlər maddənin ən kiçik hissəci-

yini  – Atomun  dərkinə varacaqlar. Və bu Atomu  birinci  olaraq, 

misirlilər insanın yaranışı haqqındakı mifdə daha kiçik hissələrə 

böləcəklər... İşarə mənasının atomu yozumlar sayəsində sonsuz-

luğa qədər parçalanaraq, qədim yazılı dillərdə terminoloji partla-



Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə