RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə1/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
  1   2   3   4   5   6   7   8   9   ...   97



RAMİL  ƏLİYEV 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN  ŞİFAHİ  
XALQ  ƏDƏBİYYATI 
 
(Müasir  aktual  problemlər) 
 
 
 
 
 
Azərbaycan Respublikası 
Təhsil Nazirinin 29.06.2012-ci il 
tarixli 1234 №-li əmri ilə dərs 
vəsaiti  kimi təsdiq edilmişdir. 
 
 
 
 
 
 
 
Bakı – 2014   



Bismillahir-rəhmanir-rəhim 
 
 
Elmi redaktoru:  
Ramazan Qafarlı,  
                             
filologiya  üzrə elmlər doktoru, 
professor 
 
Rəyçilər:                  H.Qasımov
                                  f.ü.e.d., prof.    
                               
S.Rzasoy, 
                                  fil. ü.e.d., dosent  
                               
R.Məmmədov,  
                                  fil.ü.f.d., dosent 
                               
Q.Umudov,  
                                  fil.ü.f.d., dosent 
                               
İ.Orucəliyev
                                  fil.ü.f.d., dosent 
                               
Z.Bayramlı,   
                                  Fil.ü.f.d. 
                                   
 
 
Ramil  ƏLİYEV.  Azərbaycan  şifahi xalq ədəbiyyatı 
(Müasir aktual problemlər). - Bakı: “   ” nəşriyyatı, 2014. 
– 350 s. 
 
 
 
 
 
                                                      
© Ramil Əliyev, 2012 
© Ramil Əliyev, 2014 
                                    



ÖN SÖZ 
(Redaktordan) 
 
 
Azərbaycan xalqının poetik şifahi xalq yaradıcılığı 
ənənəvi mədəniyyətin  əsas tərkib hissələrindən birini 
təşkil edir. Folklor da daxil olmaqla hər bir mənəvi 
mədəniyyət müəyyən tarixi-ictimai şəraitdən asılıdır və 
real məzmun daşıyır, həmişə xalqın həyat  şəraiti və 
məişəti ilə  sıx bağlıdır, özündə xalqın bütöv keçmişini,  
yaşadığı  və yaşayacağı dövrün bu və ya digər 
xüsusiyyətlərini, insanların istəklərini,  ən xoş arzularını 
əks etdirir. Görkəmli ədibimiz Yusif Vəzir Çəmənzəminli 
yazır: “Bu sahədə  tədqiqə o qədər lüzum vardır ki, 
bunsuz xalq ədəbiyyatının təhlili yarımçıq qalır, çünki 
xalqı öyrənmənin başlıca yolu onun dimağı məhsullarının 
toplanmasından daha əfsəl o məhsulların açarını 
tapmaqdır. Bu “açar” da həyatımızın elmi və tarixi 
tədqiqindən ibarətdir”.
1
 
Əgər belə olmazsa şifahi xalq ədəbiyyatının ictimai 
təbiətini, mahiyyət və xarakterini düzgün başa düşmək 
olmaz. Bir də onu nəzərə almaq lazımdır ki, folkloru 
yaradan, onu mühafizə edən və inkişaf etdirib 
zənginləşdirən xalqdır. 
Folklor söz sənətidir. İlk dövrlərdə ayrı-ayrı fərdlər 
tərəfindən yaradılsa da, sonrakı şifahi şəkildə yaddaşlarda 
yaşamında kütlələrin yaradıcılıq məhsuluna çevrilmiş, 
ədəbiyyatın, incəsənətin doğulma  ərəfəsində ovçuluq, 
maldarlıq (xüsusilə qoyunçuluq) və 
əkinçilik 
məşğuliyyətlərindən asılı olmuşdur. Təsadüfi deyil ki, 
müəyyən peşə  və  sənətlə  əlaqədar yaranan qoşqular bir-
                                                 
1
 Çəmənzəminli Y.V. Əsərləri, III cild. Bakı, 1977, s.82. 



birinin davamı kimi ağızdan-ağıza, nəsildən-nəsilə 
keçərək cilalana-cilanana zəmanəmizə  qədər gəlib 
çatmışdır. Folklorun rüşeymlərini təşkil edən 
holavarlarda, sayaçı sözlərində, ilkin əmək və  mərasim 
nəğmələrində ulu əcdadın  əmək fəaliyyəti, ritualları, 
kultları, təbiət və dünya haqqındakı  təsəvvürləri  əks 
olunur. 
Xüsusi vurğulamaq lazımdır ki, hər bir folklor 
nümunəsinin başlanğıcda, doğulanda yaradıcısı 
olmuşdur. Fərdin dilindən çıxan poetik fikir qəbilənin 
ümumi malına çevrilmiş  və bu mənada xalq yaradıcılığı 
ictimai xarakter daşımışdır. 
Folklorun elmi təhlili göstərir ki, xalqın 
dünyabaxışının  əsasını ilkin çağlardan sadəlövh realizm 
təşkil etmişdir, onun sosial əsasının formalaşmasına isə 
toplanan təcrübə  və  əmək prosesinin kütləviliyi yardım 
göstərmişdir. 
Təsadüfi deyil ki, filologiya üzrə elmlər doktoru, 
professor Ramil Əliyevin pedaqoq və alim kimi 
fəaliyyətinin  əsas hissəsi  şifahi xalq ədəbiyyatını 
araşdırmaq və  tədris etməkdir. Mifologiyanın, nağılların 
genezisinə monoqrafiyalar, ayrı-ayrı folklor janrlarının 
təhlilinə isə çoxlu sayda məqalələr həsr edən pedaqoq-
alimin növbəti kitabı  məhz Azərbaycan  şifahi xalq 
yaradıcılığının müasir aktual problemlərinə  həsr 
olunmuşdur. Alim girişdə  şifahi xalq yaradıcılığının 
xüsusiyyətlərindən bəhs açır. Folklor janrlarını altı 
qrupda ümumiləşdirən tədqiqatçı  mərasim folklorunun 
spesifikliyindən danışıb lirik üsluba – xalq nəğmələrinə 
keçir. Bu bölmədə mövsüm və  mərasim nəğmələri
məişət mərasimi nəğmələri,  əmək nəğmələri, sayaçı 
nəğmələri, sağın nəğmələri,  əkinçi nəğmələri – 
holavarlar, ovçu nəğmələri, balıqçı  nəğmələri, ipəkçi 



nəğmələri, hana nəğmələri və bayatılar müqayisəli 
şəkildə araşdırılır. Müəllif dramatik üslubun janrları 
bölməsində xalq dramlarının, oyun və tamaşaların 
əlamətlərini göstərir. 
Dərs vəsaitinin  ən maraqlı hissəsi epik üslubun 
janrlarına həsr olunan bölmədir. Burada atalar sözü və 
məsəllər, rəvayətlər,  əfsanələr, lətifələr, nağıllar, aşıq 
yaradıcılığı – qəhrəmanlıq (xüsusilə “Kitabi-Dədə 
Qorqud” və “Koroğlu” dastanları) və məhəbbət dastanları 
haqqında orijinal fikirlər irəli sürülür. 
Elmdə hələ tam janrlaşmamış formaları şərti olaraq 
“folklorun kiçik janrları” adlandırırlar. Alim bu silsiləyə 
daxil olan inanclar, andlar, alqış  və qarğışlar,  əfsunlar, 
fallar, türkəçarələr və yuxularla bağlı folklorşünaslıqda 
mövcud olan mübahisə və mülahizələri ümumiləşdirib öz 
orijinal qənaətlərini irəli sürür. Müəllif uşaq folklorunun 
oxşamalar, laylalar, sanamalar, düzgülər, acıtmalar, uşaq 
nəğmələri, tapmacalar, yanıltmaclar, çaşdırmalar və uşaq 
nağılları kimi janrlarının da spesifikliyini, ənənəvi 
folklordan fərqlənən xüsusiyyətlərini ön plana çəkir. 
Dərs vəsaiti ali məktəblərin filologiya 
fakültələrinin tələbələri üçün olduqca yararlıdır, həm də 
düşüncə tipi və güclü erudisiyası ilə  fərqlənən 
tədqiqatçılar üçün yazılmışdır. 
 
Ramazan Qafarlı, 
filologiya üzrə elmlər doktoru, 
 professor 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə