RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə14/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   10   11   12   13   14   15   16   17   ...   97

47 
Məsələn, yağış tanrısını götürək. Bu, qeyri-maddi 
obrazdır, amma təfəkkürdə onun obrazı yaranmışdır. 
Quraqlıq olanda onun şərəfinə  mərasim təşkil olunur. 
Xalq müsəllaya çıxır, yağışın yağmasını ondan xahiş 
edir. Yaxud günəş tanrısının  şərəfinə keçirilən inanc 
formasını götürək. Günəş tanrısı da mifoloji tanrıdır, 
amma substantivləşmiş formadadır. Günəşə olan inanc 
sitayiş  və kult səviyyəsindədir. Ona görə  də sitayiş 
olunan kulta qurban kəsilir. Qurban kəsmək özü də ritualı 
tamamlayan hissədir. Ritual qəbilə  həyatının dünya-
görüşüdür. Mərasim isə tayfa dünyagörüşünün məhsulu 
kimi formalaşmışdır və ritualın sonrakı inkişaf 
prosesində üzə çıxmışdır. Mərasim daha geniş anlayışdır, 
tayfanın bütün üzvlərini  əhatə edir. Tayfa quruluşu 
dövründə ritualın təşkili məsələləri arxada qalır, ritual öz 
yerini mərasimə verir. Ritual və  mərasimin oxşar 
cəhətləri vardır. Hər ikisində  nəğmələrdən istifadə olu-
nur. Ancaq ritualın nəğmə tipi ilə mərasimin nəğmə tipi 
məzmununa görə fərqlənir. Ritual nəğməsi mifin süjetini 
əks etdirir, ibtidai dini səciyyə daşıyır (45, s.13) və 
çağırış  məzmununu özündə birləşdirir. Deməli, ritual 
kiçik toplumun çağırışlarını  nəğmə  şəklində özündə  əks 
etdirir. Həmin nümunələr təkmilləşmə prosesi keçirərək 
folklor materialını  təşkil edir. Mətnləşmə prosesindən 
keçəndən sonra həmin nəğmələr mərasim folklorunun 
nümunələri  şəklində öz təsdiqini tapır. Bu deyilənləri 
ümumiləşdirsək, ritual – mif və  mərasim folkloru – mif 
əlaqələrində belə bir inkişaf prosesini izləyə bilərik: Mifə 
inam ritual vasitəsilə öz təsdiqini tapır, ilkin miflər 
nəğmə  şəklində söz və  hərəkətdən, emosional 
çağırışlardan asılı olmuşdur. Söz, hərəkət, emosional 
qışqırıqlar və  nəğmələr inancla bir yerdə ritualla icra 
olunmuşdur. Nəğmələr isə sonrakı proseslərdə daha da 
poetikləşmiş, ritualda üstünlük qazanmışdır. Bura 


48 
dramatik ünsürlər də  əlavə olunmuş, məzmun çevrəsi 
genişlənmiş və mərasim formasını almışdır.  
Mərasimin  əsas xüsusiyyətlərindən biri nəğmənin 
janra çevrilməsi prosesini əmələ  gətirməsidir. Yəni bir 
nəğmə tipinin müxtəlif regionlarda variantları  və 
formaları xalq tərəfindən ifa olunursa, çoxçeşidlilik 
əmələ  gətirirsə, bunlar hamısı bir yerdə  mərasim 
folklorunun nümunələrinə çevrilir. Mərasim 
nəğmələrinin ikinci bir xüsusiyyəti nağıl, epos, dastan və 
başqa janrların içində istifadə olunma imkanlarıdır. 
Əlbəttə, həmin janrlarda istifadə olunan nəğmələr 
ritualdan qopub gəlmişdir. Məsələn, 
 
Gün çıx, gün çıx, 
Kəhər atı min çıx, 
Keçəl qızı evdə qoy 
Saçlı qızı götür çıx 
 
- mərasim nəğməsi nağıl mətninin içində  işlənirsə, 
deməli, bu nəğmə əvvəlcə ritual görüşlərini əks etdirmiş 
və ritualdan qopub nağıla  əlavə olunmuşdur. Eyni 
zamanda ritualla nağıl təqribən yaxın dövrlərdə 
yarandığından özündə mif düşüncəsini  əks etdirir, bu 
düşüncə poetik qəlibə salınaraq nəğməyə çevrilir. 
Mərasim folkloru nəğmələrinin çox böyük izahını 
vermək olar. Qısaca deyək ki, hər bir mifik obrazın, 
prosesin xüsusiyyətlərini əks etdirən nəğmə tipləri vardır. 
Onlar bədii düşüncədən keçərək süjetli nəğməyə məxsus 
olan fikir və obrazları  əks etdirir. Bura xüsusilə Novruz 
nəğmələrini aid etmək olar. “Kosa-kosa” xalq tamaşası 
süjetli nəğmələrdən təşkil olunub, antropomorfik 
obrazların dilindən ifa edilir. Burada “Kosa-kosa” 
nəğmələri geniş mərasim nəğmələrinin bir hissəsini təşkil 
edir və Novruz nəğmələrinin sırasındadır. Bu nəğmələrin 
məzmununda mif dünyagörüşü də qalmaqdadır. Mifdə 


49 
Kosa qışı  təcəssüm etdirəndir, Keçi isə yazın 
təmsilçisidir. Bu mif mətnində  təcəssüm olunan yazla 
qışın mübarizəsi antropomorflaşmış Kosa və Keçi 
obrazları vasitəsilə  nəğmələrdə  də  əks etdirilir. Maraqlı 
burasıdır ki, mif şaxələnərək həm nəğməyə çevrilə bilir, 
nəğmənin məzmununda öz əksini tapa bilir, həm də insan 
surətləri vasitəsilə  əfsanə  və  rəvayətlərin məzmununu 
təşkil edir. Xüsusilə miflərdəki obrazların, məsələn, Xızır 
obrazının nəğmə süjetində, həm də nağıl, dastan, əfsanə 
və rəvayət janrlarında obrazının əks olunduğunu görürük. 
Mərasim nəğməsi kimi Xızır haqqında olan 
şeirlərdə onun mifik səciyyəsi tərif edilir. Onun darda 
qalanları xilas etməsi, sevənləri qovuşdurması, uşaq 
verməsi və s. xüsusiyyətləri belə nəğmələrdə əks olunur 
(35, s.160 – 161). Belə nəğmələrdə onun hami ruh olması 
birinci növbədə  əsas götürülür. Bu düşüncə ilk növbədə 
onun haqqında yaranan mifə bağlıdır. Xızır haqqında 
miflər onun şərəfinə keçirilən ilkin rituallarda nəğmə 
şəklində oxunmuş, Xızırın antropomorflaşmış obrazının 
yaranmasına səbəb olmuşdur. Bir ritual nəğmədən çoxlu 
mərasim nəğməsinə çevrilən Xızır nəğmələri mərasim 
folklorunun özəyini təşkil etməkdədir. 
Mərasim folklorunun nəğmələri arasında “Yerlə 
göyün bəhsi”, “Aranla dağın bəhsi”, “Aranla yaylağın 
bəhsi”, çərşənbə nəğmələrini göstərmək olar. 
Mərasim folkloru təkcə  nəğmələrdən ibarət deyil. 
Mərasim folklorunu təsnif edərkən bura ilk olaraq, 
mövsüm mərasimi nəğmələrini, sonra bayram məişəti 
nəğmələrini və məişət mərasimi nəğmələrini daxil etmək 
olar. 
Mərasim folklorunun ikinci böyük hissəsini 
ritualdan dolayı yolla yaranan kiçik janrlar təşkil edir. 
Buraya atalar sözü və  məsəlləri, inancları, andları, alqış 
və qarğışları,  əfsunları, yada nəğmələrini, falları, 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə