RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə2/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   2   3   4   5   6   7   8   9   ...   97


GİRİŞ 
 
“Azərbaycan  şifahi xalq ədəbiyyatı”  şifahi 
yaradıcılıq statusu, dərslik məzmununu qazanan 
vaxtlarda onun bütün sahələri hələ öz inkişafını 
tapmamışdı, nağılşünaslıq, dastançılıq, mifologiya hələ 
tam öyrənilməmişdi, yaxud müstəqil elm sahəsinə 
çevrilməmişdi. XX əsrin sonlarından  şifahi xalq 
ədəbiyyatı öz inkişafında yeni aparıcı meyillərə yer verdi, 
onun elmi məzmunu dərslik içinə sığmadı və şifahi xalq 
ədəbiyyatı öz yerini güclü inkişafda olan folklor 
anlayışına verdi. Folklor şifahi xalq ədəbiyyatını üstələdi. 
Buna görə də belə hesab edirəm ki, tələbələrə şifahi xalq 
ədəbiyyatından əvvəl folkloru öyrətmək lazımdır.  
Şifahi xalq ədəbiyyatı folkloru düşüncə tipi kimi 
öyrənə bilmir, folklor isə  şifahi xalq ədəbiyyatını milli 
sərvət kimi öz içinə alır. Bütün dünya xalqlarında folklor 
ümumilik təşkil edir, şifahi xalq ədəbiyyatı isə xüsusidir. 
Xüsusini ümuminin içində öyrənmək nəticə verər. 
Folklor elmdir, şifahi xalq ədəbiyyatının isə belə statusu 
yoxdur. “Azərbaycan şifahi xalq ədəbiyyatı” adı da şərti 
xarakter daşıyır. Bu anlayış folklor düşüncəsi və 
mifologiya ilə birlikdə folklor elminin tərkib hissəsidir. 
Ona görə  də  şifahi xalq ədəbiyyatını Azərbaycan 
ədəbiyyatının tərkib hissəsi saymaq vizual görünüşdür. 
Əslində onları  fərqləndirən cəhət ayrı-ayrı qanuna-
uyğunluqlara malik olmalarıdır.  Şifahi xalq ədəbiyyatını 
ədəbiyyatın qanunları içində öyrənmək kökündən 
səhvdir. Növ və janr məsələsini nəzərdə tuturam. 
Folklorda növ və janr yox, üslub və janr məsələləri 
öyrənilir. Folklorda üslub janryaradıcı xüsusiyyətə 
malikdir. Folklorda da topluluq məzmunu vardır. 
Ədəbiyyatdakı növün janryaratma xüsusiyyətini kalka 



kimi  şifahi xalq yaradıcılığının üzərinə köçürmək bu 
səbəblərdən düzgün deyil. 
Xalq  ədəbiyyatının – folklorun formalaşmasında, 
onun ayrı-ayrı  bədii nümunələrinin də yaranmasında 
başlıca amil kollektiv-fərd münasibətləridir. Fərdin 
yaradıcılıq meyili kollektivin imkanları daxilində açılır, 
üzə çıxır, cilalanmaya məruz qalır və ağıza düşür.  
Folklorun inkişaf mərhələlərini aşağıdakı qaydada 
müəyyənləşdirmək olar: folklor informasiyalar 
məzmunundan ibarət olub müasirliyə xidmət edir; folklor 
millilikdən fövqəlbəşəriliyə  qədər inkişaf edir; folklor 
başqa elm sahələri ilə qarşılıqlı  əlaqədə özünün sürətli 
inkişafını  təmin edir; folklorun tarixi Azərbaycan 
xalqının düşüncə tarixidir; folklor başqa elm sahələrini 
inkişaf etdirmək imkanına malikdir (tarix, etnoqrafiya
mifologiya, 
ədəbiyyat, riyaziyyat); folklorun 
öyrənilməsində dialektologiyanın, psixologiyanın, 
etikanın, ilahiyyatın, antropologiyanın və s. elmlərin 
imkanlarından istifadə etmək mümkündür. 
Şifahi xalq ədəbiyyatı anlayışını folklor 
anlayışından fərqləndirən  əsas cəhət ağız  ədəbiyyatı 
olaraq birinin növ, digərinin üslub törəmələrinə malik 
olmasıdır. Bu nə deməkdir? Folklorun bir elm kimi 
inkişafı  şifahi xalq yaradıcılığı,  şifahi xalq ədəbiyyatı, 
folklor və folklorşünaslıq mərhələlərindən keçərək 
sabitləşir.  Şifahi xalq yaradıcılığı  fərdin və kollektivin 
yaratdığı  bədii nümunələrdir, folklor yaradılan bu bədii 
nümunələrin hansı üslubda olmasını  təyin edir, onları 
seçir, ayırır, janrlara bölür, folklorşünaslıq isə onların 
elmi təbiətini öyrənir.  
Şifahi yaradıcılıq  ənənələri Azərbaycan söz 
sənətində daha güclü inkişaf etdiyi üçün türk xalqlarının 
bu sənət xəzinəsindən bəhrələnməsi həmişə aktuallıq 
daşımışdır. Bu yaradıcılıq tipologiyası  hər  şeydən  əvvəl 



folklor janrlarında özünü göstərir. Xalqların  şifahi 
yaradıcılıqlarının əlaqə və zənginliklərini öyrənmək üçün 
janr sistemi əsas göstəricidir. Xalqların  şifahi 
yaradıcılığına fikir versək, görərik ki, şifahi xalq 
yaradıcılığı üslubları, üslublar da janrları  əmələ  gətirir. 
Bu proses öz daxilində inkişaf edərək janrdan janra 
təkamülün, arxaik janrların iri janrları yaratmasının, 
köhnə janrların assimilyasiya olunmasının izlərini 
saxlayır. V.Y.Propp “Rus folklorunun janr tərkibi”, 
“Folklor janrlarının təsnifat prinsipləri”  əsərlərində  də 
hər hansı folklor janrının qonşu  ərazidə yaşayan xalqın 
folklorunun janr sisteminə keçməsinin spesifikasını 
göstərir. Bu cəhətdən Azərbaycan xalqının arxaik 
mədəniyyəti bağlı olduğu arxaik janrlara, təsəvvürlərə, 
adət və  ənənələrə görə  təsnif edilə bilər. Arxaik 
mədəniyyət kimi hər bir xalqın  şifahi yaradıcılığında 
alqış, qarğış, and, inanc, əfsun, fal, dua, yalan, röya, ruh, 
qarabasma, toy və yas mərasimləri, meydan tamaşaları və 
s. onların tarixi-məişət, mənəvi ehtiyaclarının eyni 
olmasından doğaraq bir-biri ilə  əlaqə  və  təsirdə inkişaf 
etmişdir. 
 İlk folklor nümunələrinin daş dövründə üzə 
çıxması da  əkinçilik və maldarlığın bir peşə kimi 
yaranması dövrünə  təsadüf edirdi. Bu dövr qədim 
insanların təbiət qüvvələri qarşısında aciz qaldıqları dövr 
idi. Onların yaratdıqları mifoloji obrazların kökündə 
keçirdikləri hiss-həyəcanların, qorxunun, inancların bir-
birini təkrarlaması dururdu. Simvolizm, magiya, fetişizm, 
totemizm, animizm daş dövründən başlayaraq mərhələ-
mərhələ yaranmaqda davam edirdi. Etnos düşüncəsi 
formalaşmağa başlayırdı. 
Mifologiya etnosun yaddaş tarixidir. Etnosu 
yaşadan amillərdən biri onun mif sisteminin olmasıdır. 
Mif sistemi dedikdə  nə başa düşürük?  İnsan dünyaya 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə