RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə3/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   2   3   4   5   6   7   8   9   ...   97


gələndən  əksliklərlə qarşılaşır: gecə olur, gündüz doğur, 
yağış yağır, günəş  çıxır. Bu, insanın  şüurunda müəyyən 
abstraksiyalar  əmələ  gətirir. Deməli, yağışı yağdıran 
qüvvə var. İnsan bu qüvvəni fantastik və  təhtəlşüurda 
yaranmış sirli bir qüvvə kimi dərk etdiyi zaman onu özü 
üçün obrazlaşdırır. Mifoloji şüurda yaradılan hər bir 
mifik obraz, düşüncə  məhsulu sistem halında birləşərək 
dünyanın mif modelini yaradır. Bu modeldə insan öz 
yerini də  təyin edir. İnsan dünyanı  dərk etdikcə onun 
konkret mif modelini də yaradır. O, bədii sözü 
simvollaşdırır, onu sakral momentlərdə – magik, fetiş, 
totem, zoomorf, antropomorf şəkillərdə  mənimsəyir. 
Mifoloji  şüurun inkişaf mərhələlərinin (animizm, 
fetişizm, totemizm və antropomorfizm) sonunda yaranan 
simvollaşdırma mif yaradıcılığını törədən 
əsas 
faktorlardan biridir. Belə ki, simvol mifin daxilində 
modelləşdirici vasitə kimi qapalı olaraq qalır. Bir sözlə, 
simvol mifin daxili təbiətindədir. Mif şüuru mifoloji 
dünyanı simvollar vasitəsilə idarə edir. Ümumiyyətlə, 
mifoloji şüurun düsturu animizmdən fetişizmə, oradan da 
totemizmə 
və 
nəhayət, antropomorfizmə olan 
sıçrayışların mif simvolikasına çevrilməsi ilə  təyin 
olunur. Animizm bu bərabərlikdə  tərəflərin bütün 
işarələrini özünə tabe edir. Belə ki, animizm həm 
fetişizmdə, həm totemizmdə, həm də antropomorfizmdə 
özünün  əsas rüşeymini yaşadır (can, ruh). Bütün bu 
mərhələlərin yaratdığı mif isə  qədim  əcdadımızın 
şüurundakı dünya modelidir. Dünya mif modelinin 
yaranması da hər hansı bir estetik düşüncədəki xaotik 
idarəetmədən nizamlı idarəetməyə keçid zamanı baş 
verir. Məsələyə bu kontekstdən yanaşanda görürük ki
Azərbaycan mifoloji gerçəkliyinin xaosdan inkişaf 
edərək harmoniyaya qədər yüksəlişinin özü bir sistem 
təşkil edir.  


10 
Simvol  əşyanın xüsusiyyətlərini  əks etdirən 
əlamətdir. Simvolizmin ayrıca, həm də xüsusi bir 
mərhələ kimi yox, mərhələlərin özündən doğan bir şaxə 
kimi qiymətləndirilməsi məqsədəuyğundur. Həm də 
simvol epik düşüncənin daxili keyfiyyətidir. Ayrı-
ayrılıqda animizmin, totemizmin, fetişizmin  əks 
olunduğu folklor mətnlərində simvol həm də  işarələr 
sistemidir. 
Qədim xalqların hər birinin keçdiyi inkişaf yolunda 
magiya xüsusi mərhələ kimi qeyd edilir. Magiya simvolla 
bağlı olub sözün gücü ilə insanın psixikasına təsir edir, 
magiya dini görüşlərlə birbaşa bağlıdır. Magiyada 
səslərin alliterasiyasından, ritmdən, ayrı-ayrı  səslərdən 
istifadə olunur. Sözün sehirindən, gücündən istifadə 
edənlər isə  ən yüksək estetik dəyərlər yaratmışlar. 
Azərbaycan folklorunda magik nümunələrə kifayət qədər 
rast gəlinir. Azərbaycan dastançılığında, “Əsli-Kərəm”də 
magiya ilə bağlı  mənfi obrazların seçimi onların 
xarakterinə uyğun gəlir. Məsələn, Qara keşiş magik 
qüvvəyə malikdir. Onun sehirinə qarşı  Kərəmin haqq 
aşıqlığı dayanır. Magiyanın yüksək inkişafı fetişizmi 
doğurur. Əgər magiya və əfsunda ayrı-ayrı əşyalara inam 
artırsa, istər-istəməz bu əşyaların da magik gücünə inam 
yaranır.  Bu  da  həmin  əşyanın fetişləşdirilməsinə  gətirib 
çıxarır (55, s.41).  
Azərbaycan folklorunda ümumilik təşkil edən 
mərhələlərdən biri də totemizmdir. Məhz totemizmin 
yaranmasından və inkişafından sonra antropomorf 
obrazların formalaşması prosesi başlanmış, ayrı-ayrı ov 
tanrısı, su tanrısı  və s. anlayışlar  əmələ  gəlmişdir. 
Müqəddəsləşdirilən, hətta totem kimi sitayiş edilən ağac, 
bitki, heyvan, çiçək və s. öz növbəsində insan kimi 
təsəvvür olunur, obrazlaşdırılır, onların üzərinə insana 
xas olan sifətlər köçürülür. Bu isə  şifahi düşüncədə 


11 
antropomorfizm mərhələsidir. Məhz yuxarıda göstərilən 
simvollaşdırma, magiya, animizm, fetişizm, totemizm və 
antropomorfizm mərhələlərindən sonra ibtidai şüurun 
məhsulu kimi qədim mifologiyanın rüşeymləri yaranır. 
Mifologiyanın inkişafında başlıca rolu xalqın bədii 
düşüncəsi oynayır.  
Folklorun tarixi qədim türk əcdadlarımızın yaşadığı 
mifoloji zamandan başlayır. Bizim şüurumuzda 
qavranılıb-qavranılmamasından asılı olmayaraq, xalq 
poeziyasının asılı olduğu mifoloji zamanda mifoloji-dini 
təfəkkürün Tanrı ilə bağlı olması indi başa düşülən dini 
dünyagörüş olmayıb təhtəlşüurda olan Allahı qavrama 
idi. Çünki Allah doğmayıb, doğulmayıb,  şüurumuzdan 
asılı olmadan mövcuddur. Bu mənada götürdükdə 
yaranan ilk mif şüurunun dini mahiyyət ifadə etməsi 
diqqəti çəkir. Mifologiyada da mif poetikasının daxili 
inkişafına ziddiyyətlərin bir-birinə təsiri, ibtidai cəmiyyət 
dininin mücərrəd kanonlarının mifə şaquli, eyni zamanda 
mifin də ibtidai dini görüşə sinxron (üfüqi) təsiri 
nəticəsində ilk poetik nümunələrin, mif qəliblərinin 
yaranması fikri aktuallaşmışdır. Bu gün dialektik inkişaf 
haqqındakı  təlimlər özünü doğrultmur. Sadədən 
mürəkkəbə doğru inkişaf  ən  əvvəl mürəkkəbdən sadəyə 
doğru inkişafın nəticəsində mümkün olmuşdur. 
Mif etnosun davranış fəaliyyətini tənzimləyən əxlaq 
qaydalarının məcmusudur, mif nitqdə metadil 
ünsürlərinin işarələrini  əks etdirir, səs, üzdə ifadə, hiss, 
həyəcan və s. ilə özünü büruzə verən prometadil 
(metadildən öncəki) işarələr məcmusudur və s. 
Şifahi nitqin təbiəti dilin ifadə imkanlarında üzə 
çıxır. Dil şifahi nitqin əsas xüsusiyyətini özündə  əks 
etdirir. Şifahi nitqdə istifadə olunan obrazlı danışıq dildə 
özünü büruzə verir və  bədiiliyin forma təzahürü ifadə 
zamanı nitqdə  aşkar olunur. Şifahi nitqdə obraz, motiv, 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə