RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə4/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   2   3   4   5   6   7   8   9   ...   97

12 
poetika bir küll halında olur, dil vasitəsilə konkretləşir. 
Məsələn, obrazın dili, poetik dil və s. Deməli, dil şifahi 
nitqdə olmayan qanunauyğunluğu dil formulları kimi 
meydana çıxarır. Beləliklə, nitq formulları  və dil 
formulları adlanan, bir-birindən asılı olan iki qrupdan 
danışa bilərik. Şifahi nitqdəki metafora dildə söz-formul 
şəklində formalaşır.  Şifahi nitqin formulu metafora, 
təşbeh, mübaliğə və s. formalardır, dilin ifadə formulu isə 
söz və cümlədir.  Şifahi nitqin formulları ilə dilin 
formulları birləşərək poetik struktur, süjet, obraz, motiv 
və s. yaradır.  Əgər onların arasında  əlaqə  zəifləyərsə, 
yaxud pozularsa, mətn köhnəlir, bu zaman köhnə mətnin 
üzərində yeni mətn yaranır. Deməli,  şifahi nitqin 
formulları ilə dilin formulları arasında  əlaqə mütləqdir. 
Bu  əlaqənin pozulması  nəticəsində  mətn invariant 
forması alır,  əlaqənin yeni şəkildə üzə  çıxması – dil 
üslubları, ifadə formaları  və s. nəticəsində yeni yaranan 
mətn variant şəklini alır. Bu xüsusiyyət  şifahi xalq 
yaradıcılığında tez-tez özünü büruzə verir. Biz hər hansı 
bir nağılın, əfsanənin ən qədim variantını müasir variantı 
ilə müqayisə etsək, bunun şahidi olarıq. Burada dilin 
arxaikləşməsi, qədim dünyagörüşün aradan çıxması da 
əsas faktorlardan biridir. Lakin fakt olaraq özül adlanan 
arxetip və motiv mətnin kökündə yaşamalıdır. Dilin 
arxaikləşməsi və dünyagörüşün sıradan çıxması 
nəticəsində süjet xətti də  dəyişikliyə  uğraya bilir. Bu üç 
şərt – dilin arxaikləşməsi, dünyagörüşün dəyişilməsi və 
ya sıradan çıxması  və süjet xəttinin pozulması 
nəticəsində  mətn invariantlaşır. Deməli, belə  çıxır ki, 
mətn invariantlaşmayana qədər, yəni mif strukturları 
şifahi mətndə nə qədər ki tam iştirak edir, orada heç bir 
formuldan söhbət gedə bilməz.  İnvariantlaşma gedən 
zaman formullar da xüsusiləşir, yaddan çıxmış mif 
mətninin qalıqlarına çevrilir. Levi-Stross yazır ki, mif – 


13 
dildir. Ancaq bu dil elə bir yüksək səviyyədə  işləyir ki, 
həmin səviyyədə  məna onun təşəkkül tapdığı dil 
əsasından ayrıla bilmir (48, s.65). Bu halda mif dilin 
funksiyalarını üzərinə götürür. 
Dilin funksional formulları mifin funksional 
məntiqinə tabedir. Mif özünü təkrar etməklə yeni-yeni 
mif modellərini  əmələ  gətirir. Bu modellərin bəzisi 
yaşaya bilir, bəzisi isə unudulur. Burada diqqəti cəlb 
edən odur ki, bu tip yaradıcılıqda mif variantlaşaraq öz 
inkişafını davam etdirir. 
Şifahi söz sənətinin yaradılmasında türk xalqlarının 
qarşılıqlı 
əlaqələrinin, bu əlaqələrdən doğan 
münasibətlərin,  ənənələrin böyük rol oynadığını 
söyləmək olar. Şifahi xalq yaradıcılığının inkişaf 
tarixində bu əlaqələr müəyyən mərhələlərlə davam 
etmişdir. A.Nəbiyev bu mərhələləri 3 qrupa ayırır: 
1.
 
 İbtidai folklor yaradıcılığı; 
2.
 
 Əsatir dövrü və orta əsr folklor yaradıcılığı; 
3.
 
 Yeni dövr folklor yaradıcılığı. 
İbtidai folklor yaradıcılığı (mif yaradıcılığı)  əski 
türk qəbilələrinin formalaşdığı ən qədim və mürəkkəb bir 
dövrdə baş vermişdir. Bu dövr simvollaşdırma, 
magikləşdirmə, animizm, fetişizm və totemizm, 
antropomorfizm mərhələlərinə bölünür. Bu mərhələlərin 
hər biri bir-biri ilə  əlaqəlidir və “ibtidai folklor 
yaradıcılığı” ifadəsi bu mərhələlərin sonunda yaranan 
ibtidai dünyagörüşü kimi xarakterizə oluna bilir. İbtidai 
folklor yaradıcılığı  əsatir dövrü folklor yaradıcılığının 
başlanması üçün zəmin hazırlayır. Onun məqsədi 
aydındır. Bu dövrdə yaranan Azərbaycan  əsatirlərinin 
tədqiqi xalqın tarixi inkişafında folklor ənənəsinin 
ümumiliyindən doğur.  Əsatir yaradıcılığından sonra 
yaranan janr müxtəlifliyi də bu cərgəyə aiddir. Xalqların 
bədii yaradıcılığından yaranan bu janrlar spesifiklik təşkil 


14 
edir, mövzu və ideyası ilə qarşılıqlı əlaqədə olur. 
A.Nəbiyev Azərbaycan folklorunun bədii 
xüsusiyyətlərini öyrənmək üçün aşağıdakı müddəaları 
irəli sürür:  
1. Lirik üslubun şəkilləri və onların bədii 
xüsusiyyətləri; 
2.  Əfsanə, rəvayət, lətifə  və onlarda xalqın bədii 
yaradıcılıq məharəti; 
3. Nağıllarda obrazlaşdırma, bədii priyomlar
4. Dastanlardakı  əsas mərhələlər, dastançılıq 
üslubu; 
5. Versiya və variantlılığın başlıca xüsusiyyətləri; 
6. Süjet, kompozisiya, dramatizm, konflikt və xalq 
dilinin əsas xüsusiyyətləri. 
Bu müddəaları folklor materialları üzrə araşdırmaq 
imkanı olmadığından oradakı ümumi birləşdirici və 
fərqləndirici cəhətləri qeyd etməyi lazım bilirik.  
Hər bir folklor nümunəsini tədqiq edərkən birinci 
onun hansı janrda olduğunu, sonra janr xüsusiyyətlərini 
öyrənmək gərəkdir. Folklorda janr problemi forma və 
məzmun, funksiya, bədii ümumiləşdirmə, ifadə tərzi və s. 
cəhətdən öyrənilir. Folklorda janr probleminin öyrənilmə 
metodlarını  nəzərdən keçirərkən (janrın təsnifinin 
ictimai-məişət, tarixi, estetik, sinkretiklik mahiyyəti), 
xalqlar arasında folklor janrlarının qarşılıqlı  əlaqə  və 
təsirdə olmasını  əsas  şərt kimi götürmək olar. 
Azərbaycan nağıllarının başqa türk xalqlarının nağılları 
ilə qarşılıqlı  əlaqə  və  təsirindən danışanda bu janrın öz 
spesifikasını da nəzərdə saxlamaq lazımdır. Bu, daha çox 
tarixilik prinsipinə  əsaslanan nağıl janrında, heyvanlar 
haqqındakı nağıllarda və ya heyvanlarla bağlı sehirli 
nağıllarda totem izlərinin qorunub saxlanması ilə 
bağlıdır. Erkən mif dövrünün yaradıcılığı yeni dövrün 
(totemizmin) yaradıcılığına transformasiya olunanda belə 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə