RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə6/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   2   3   4   5   6   7   8   9   ...   97

19 
 İbtidai insanların yaratdığı hər bir folklor nümunəsi 
tarixilik xüsusiyyətinə əsaslanır. Hər bir folklor nümunəsi 
konkret bir dövrdə yaranır, inkişaf edir və yayılır. Həmin 
mətnin yarandığı dövrdən keçən müddət o zamana 
nisbətdə tarix hesab olunur. Şifahi mətnin yaşadığı bütün 
sosial dövrlər onun tarixidir. Qəbilə  və tayfa həyatının 
keçdiyi bütün dövrlər onun tarixi olduğu kimi, yaranan, 
yayılan və cilalanan hər bir şifahi mətnin yaşadığı dövr 
də tarix sayılır. Hər bir tarixi hadisə  mətnə  təsir edir, 
onun məzmununa və formasına dəyişiklik gətirir.  Şifahi 
sözə aid olan tarixilik xüsusiyyətinə 2 prizmadan baxmaq 
olar:  şifahi mətnin yaşadığı tarixi dövr və tarixi 
hadisələrin mətnə  təsiri dövrü. Birinci halda şifahi mətn 
sonradan asanlıqla dəyişə bilir. İkinci halda isə tarixi 
hadisə  mətni yaradan əsas xüsusiyyət hesab olunur. 
Birinci hala mif və  əfsanə  mətnləri uyğun gəlir, ikinci 
formaya rəvayət yaxındır. 
 
Çoxvariantlılıq
 Çoxvariantlılıq yeni bədii 
şifahi mətnin 
yaranmasında mühüm rol oynayır. Çoxvariantlılıq  şifahi 
mətnin əsas xüsusiyyətidir. 
Ən qədim dövrlərdə insanların həyatında və 
məişətində yerdəyişmə halları çox olmuşdur. Qədim 
insanlar sulu, münbit torpaqlara yiyələnmək üçün 
yürüşlər etmişlər. Onlar getdikləri yerlərə özləri ilə 
bərabər öz dünyagörüşlərini, ibtidai yaradıcılıqlarını da 
aparmışlar. Onların qaynayıb-qarışdığı yeni torpaqlarda 
qarşılaşdıqları qəbilələrin üzvlərinin şifahi yaradıcılıqları 
özlərinin ilkin mətnləri ilə üst-üstə düşmüş, yeni çalarlar 
qazanmış, beləliklə, bir mətnin bir neçə forması 
yaranmağa başlamışdır. 
Çoxvariantlılıq qədim söyləyicilərin ifaçılığı ilə 
bağlı problemdir. Hər bir söyləyici sərbəst surətdə mətnə 


20 
müdaxilə edə bilər, onu zamanın ruhuna uyğun 
dəyişdirərək yeni formaya sala bilər. Çoxvariantlılığın 
əsas xüsusiyyəti onun məhəlli xüsusiyyətə malik 
olmasıdır. 
 
Transformativlik
 Şifahi mətnin transformativlik xassəsi sadə mətnlə 
mürəkkəb mətn arasında, mətnlə  mətn arasında, süjetlə 
süjet arasında, süjetlə  mətn arasında  əlaqə yaradan bir 
formadır. Heç bir mətn yarandığı kimi durub qalmır, o, 
öz inkişafında başqa mətnə keçmək xüsusiyyətini 
saxlayır. Transformativlik xüsusiyyəti mif istisna 
olmaqla, folklorun janrlarına aid bir məsələdir. O, janr-
lararası əlaqənin daşıyıcısı kimi çıxış edir. Məsələn, mif 
mətni asanlıqla  əfsanəyə transformasiya olunur, əfsanə 
motivləri nağıl süjetinə daxil olur və s. Transformasiya 
bədii  şüurun yarandığı zamandan istifadə formasına 
çevrilmişdir. 
 
Varislik 
 şifahi yaradıcılığın mühüm xüsusiyyətlərindən 
biridir.  Şifahi yaradıcılıqda varislik köhnənin üzərində 
yaranan yeni mətnin forma və məzmun xüsusiyyətlərinin 
daşıyıcısıdır. Unudulmuş mətnlərin əvəzinə yaranan yeni 
mətn köhnənin varisinə çevrilir, ancaq onu təkrar etmir, 
hətta köhnə  mətni izah edə bilir, köhnə  məzmunu yeni 
şəklə salır, yeni zamanın ruhuna uyğunlaşdırır. 
 
Ənənəvilik
 Şifahi yaradıcılıqda  ənənəvilik ictimai funksiya 
daşıyır. O, ədəbi yaradıcılığın bədii xüsusiyyətlərini, 
inkişaf meyillərini, forma və məzmun cəhətlərini özündə 
birləşdirir.  Ənənə sosial həyatda və  şifahi yaradıcılıqda 
nəsillər arasında  əlaqə yaradan ictimai formadır. 


21 
Ənənəvilik funksiyası söz yaradıcılığında ibtidai 
insanların söz demək qabiliyyətini yaşadan, onu nəsillərə 
ötürən və etnosun adət-ənənələrinə bağlı olan etnoqrafik 
keyfiyyətdir. Məhz ənənəvilik xüsusiyyəti folklorda bədii 
yaradıcılığın inkişafına təkan vermişdir. İbtidai insanların 
bədii yaradıcılığında  ənənə adətə çevrildikdən sonra 
şifahi mətnin digər funksiyaları formalaşmışdır. Məsələn, 
şifahi mətnin varislik, çoxvariantlılıq, transformativlik 
funksiyaları ənənəvilik funksiyasına bağlıdır. Şifahi xalq 
yaradıcılığtında bu xüsusiyyətlər daha çox epik və lirik 
üsluba aiddir. 
Azərbaycan folklorunda lirik üslub bir çox janrları 
əhatə edir. Buraya həm uşaq folkloru nümunələri (yanılt-
maclar, tapmacalar, sanamalar və s.), həm də xalqın bədii 
hisslərinin lirik ifadəsi olan bayatılar, laylalar, əmək 
nəğmələri, holavarlar, sayaçı sözləri, oxşamalar, -
nazlamalar, mərasim nəğmələri və s. daxildir. Məsələn, 
tapmaca  əvvəl uşaq folkloru nümunəsi kimi, sonra lirik
daha sonra epik üslubun janrı kimi Azərbaycan 
folklorunda istifadə olunmaqdadır. 
Epik üslub folklor yaradıcılığında daha geniş vüsətə 
malikdir. Bu üslubun janrları olduqca çoxdur. Atalar sözü 
və  məsəllərdən başlamış nağıla, dastana kimi təhkiyə 
üsulu ilə yaradılan epik folklor janrları xalqın bədii 
düşüncəsində xüsusi çəkisi, yüksək mənəvi dəyərləri olan 
milli sərvətdir. Azərbaycan folklorunun digər bir qolunu 
dramatik üslubda yaradılan janrlar təşkil edir. Buraya 
oyunlar, meydan tamaşaları  və xalq dramları daxildir. 
Belə  nəticəyə  gəlmək olar ki, mövsüm-mərasim 
nəğmələri xalq dramlarının və oyunlarının yaranmasında 
da əsas vasitə olmuşdur.  


22 
ŞİFAHİ XALQ YARADICILIĞININ DÜŞÜNCƏ 
QAYNAQLARI 
 
Azərbaycan şifahi xalq yaradıcılığı tarix və zaman 
etibarilə  ən qədim yaradıcılıqdır.  Şifahi xalq 
yaradıcılığının tarixinə  nəzər salsaq, onun ilk 
nümunələrinin uzaq yüz min illərin arxaik dövrlərində 
yarandığı qənaətinə gələ bilərik. Bunu arxeoloji tapıntılar 
da sübut edir. Şifahi xalq yaradıcılığının tarixi zaman-
zaman 
əcdadlarımızın yaratdığı 
şifahi folklor 
nümunələrinin  tarixidir. Şifahi xalq yaradıcılığının tarixi 
zamanla bağlılığı isə  əcdadlarımızın düşüncəsində  şifahi 
folklor  ənənəsinin  yaranmasında üzə  çıxır. Deməli, 
şifahi xalq yaradıcılığı  nəsildən-nəsilə ötürülən toplu 
ədəbiyyatdır. 
Şifahi xalq yaradıcılığının tarixi inkişaf mərhələləri 
vardır. Onun ən qədim inkişaf mərhələsi üslublarla 
bağlıdır. Bu üslubların içində lirik, epik və dramatik 
üslubların adlarını  çəkə bilərik. Üslub şifahi nitqə aid 
məsələdir. Hər hansı  bədii nümunə  şifahi nitqdə 
formalaşır, sonra üslubi xüsusiyyətlər daşıyır. Məsələn, 
lirik üslubun yaratdığı bədii nümunələr cilalandıqdan və 
çoxaldıqdan sonra folklor mətnlərinə çevrilir. Deməli, 
folklor mətni hər hansı  bədii üslubda şifahi  şəkildə 
formalaşan bədii nümunədir, çoxaldıqdan və 
variantlaşdıqdan sonra folklor yaradıcılığını  əmələ 
gətirir. Şifahi xalq yaradıcılığı ilə folkloru bir-birindən az 
da olsa birləşdirən hər ikisinin üslub əlamətlərinə malik  
olmasıdır.  Şifahi xalq yaradıcılığının lirik, epik və 
dramatik qayda-qanunları ilə  yaranan bədii nümunələr 
əvvəlcə  şifahi yaradıcılıq  ənənəsində özünü təsdiq edir, 
toplandıqdan və yazıya köçürüldükdən sonra bu 
mətnlərin hamısı toplu şəkildə folklor adını daşıyır.  
Folklorun yaranmasında onun şifahiliyi, bədiiliyi, 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə