RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə7/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   2   3   4   5   6   7   8   9   10   ...   97

23 
ənənəviliyi, anonimliyi, kollektivçiliyi, varisliyi
tarixiliyi, transformativliyi və s. əsas rol oynayır. Qeyd 
edək ki, bu xüsusiyyətlər folklora aiddir. Bütün şifahi 
xalq yaradıcılığı nümunələrinin dövrümüzə  qədər gəlib 
çıxmasında bu xüsusiyyətlərin böyük rolu olmuşdur. Bu 
xüsusiyyətlər folklor üslublarının 
şifahi nitqdə 
formalaşmasına təkan vermişdir. Deməli, lirik, epik və ya 
dramatik mətnlər bu xüsusiyyətlərin hamısından istifadə 
edərək üslubun formasını yarada bilmişdir. Bir sözlə
üslub folklorda formanın yaradıcısıdır. Folklor 
yaradıcılığı öz tarixi inkişaf dövrünü başa vurduqdan 
sonra sabit mətn  şəklini, mətnin xüsusiyyətlərini 
qazanaraq janrlaşmaya məruz qalır. Bu da əvvəldə 
dediyimiz kimi, yazıya alındıqdan sonra mətnin 
variantlarının çoxalması ilə bağlıdır. Bu, janrlaşmanın 
ikinci  əlamətidir.  Şifahi xalq yaradıcılığı janrlarının 
yaranmasında  əsas rol oynayan isə  əcdadlarımızın 
düşüncəsində mifoloji şüurdan tarixi şüura keçidin baş 
verməsidir. 
Ədəbiyyatdakı janrları yaranma 
xüsusiyyətinə görə  şifahi xalq yaradıcılığındakı janrlarla 
müqayisə etmək olmaz. Şifahi xalq yaradıcılığında 
janrların formalaşmasında fərdilik ümumiliyi yaradan 
bədii keyfiyyətdir. 
Biz yuxarıda  şifahi xalq yaradıcılığının tarixi 
inkişaf  yolundan qismən danışdıq.  Şifahi xalq 
yaradıcılığının tarixi inkişaf  yolu əcdadlarımızın mif 
düşüncəsi ilə birbaşa bağlıdır. Mif düşüncəsi dedikdə 
əcdadlarımızın yaşadığı tarixi zamanın konkret 
çevrəsində onların təbiət, ibtidai cəmiyyət və kosmos 
haqqındakı  təsəvvürlərinin məcmusu başa düşülməlidir. 
Həmin zaman çevrəsindəki bu təsəvvürlər müəyyən 
minilliklər içində təfəkkürün qədim formasını təşkil edir. 
Dəqiq bəlli olmayan neçə minilliklərdən sonra mifik 
təfəkkür dünyagörüş şəklindən çıxaraq müəyyən əxlaq və 


24 
davranış tipinə çevrilir, ibtidai cəmiyyətin yaşam norması 
üçün vacib olan şifahi nəql olunan rəvayət formasını alır. 
Bundan sonra həmin rəvayət  şəklini almış  şifahi mətn 
formasındakı mif dünyagörüşü təfəkkürdə konkret 
növlərə parçalanır. Tədqiqatçılar mifin növlərini 
aşağıdakı bölgüdə təqdim edirlər: 
1.
 
Etioloji miflər. Belə miflərdə yaradılışın, 
hadisələrin,  əşyaların, toponimlərin və s. yaranmasının 
səbəbi izah edilir. 
2.
 
Esxatoloji miflər. Bu miflərdə dünyanın sonu 
haqqında məlumatlar verilir. Belə mifləri qiyamət mifləri 
də adlandırırlar. 
3.
 
Təqvim mifləri zaman, aylar, günlər, illər 
haqqında bilgiləri, ilin fəsillərinin, gecə  və gündüzün 
insan həyatında oynadığı rolu, əkinçiliklə, qədim 
mədəniyyətin digər növləri ilə bağlı ritualları  və s. əks 
etdirir. 
4.
 
Kosmoqonik miflər qədim  əcdadlarımızın 
kosmosla bağlı düşüncələrini  əks etdirir. Əcdadımızın 
kosmoqonik düşüncəsinə (astral miflərə) bürclər, Ay, 
Ulduz, Günəş, yağış, külək, bulud, ildırım, səma 
haqqında mifoloji təsəvvürlər daxildir. 
5.
 
Dini miflər isə cənnət, cəhənnəm, mələklər, dini 
şəxsiyyətlər haqqındakı mətnləri əhatə edir. 
6.
 
Totem mifləri də  əski düşüncədə insanla 
heyvanın hər hansı formada qohumluğunu yaşadan 
qədim mətnlərdir. Belə  mətnlərdə müəyyən heyvanlara 
yaradıcı, demiurq kimi baxılır, insan nəsilinin  əmələ 
gəlməsində totemin rolu işıqlandırılır. 
7.
 
Zoomorfik miflər. Bu miflərdə şəxsləndirmə və 
metaforiyaya yer verilir, həmin xüsusiyyətlərdən daha 
çox zoomorfik və antropomorfik miflərdə istifadə olunur. 
8.
 
Antropoqonik miflər. Belə miflərdə dağ, daş, 
ümumiyyətlə, təbiət  şəxsləndirilir, insana məxsus 


25 
xüsusiyyətlər  əşya və predmetlərin üzərinə köçürülür, 
onlar canlı təsəvvür olunur. Bu miflərin əcdad miflərinə 
çox yaxınlığı vardır. Antropoqonik miflərdə ilk insanın 
yaranması daha çox dini məzmundadır. Belə miflərdə ilk 
insanın Allah tərəfindən gildən yaradıldığı  təsvir edilir. 
L.Y.Şternberq  əkiz miflərini antropoqonik miflərə aid 
edir. Belə miflərdə əkiz insanlar ilahi və yer qadınından 
doğulur. 
9.
 
İlk insan (əcdad) haqqında miflər.  İlk insan 
haqqındakı miflərdə də etiojilik hiss olunur. Lakin burada 
etiolojilik səbəb deyil. Bu cür mifləri etioloji miflərin 
içindən ayıraraq, müstəqil mif növü kimi yanaşmaqla 
əcdadlarımızın soyunun kimlərdən başlandığının 
fərqindəyik. Qədim türk təsəvvüründə ilk insan Oğuz, 
Ağoğlan, Ay-Atamla Ay-Anamın izdivacından doğulan 
Yalngık oğludur. Bu cür miflərə Oğuz, Ağoğlan, Yalngık 
oğlu haqqında mətnləri misal göstərmək olar. 
10.
 
Ruhlarla bağlı miflər. Belə miflər  əcdadın o 
dünya haqqında təsəvvürlərinə bağlanır. Bu miflərdə 
ruhlar xeyirxah və  bədxah ruhlara ayrılır. Ruhtutma 
haqqında mətnlər də bu miflərə daxildir. Ruhlarla bağlı 
mifləri animistik təsəvvürlər yaratmışdır. Animistik 
təsəvvürlərə görə bütün canlı,  əşya və predmetlərin 
özünəməxsus ruhu vardır. 
11.
 
Etnoqonik miflər. Bu miflərdə  nəsil, qəbilə, 
tayfa və ya etnosların yaranmasından danışılır. 
12.
 
Dünyanın yaranması haqqında miflərdə  də 
adından göründüyü kimi, ilk insanların kosmoqonik 
təsəvvürləri özünə yer etmişdir. Belə miflərdə  də 
yaradılışın səbəbləri izah edilir. Dünyanın yaranması 
haqqında bitkin fikirlərə “Avesta”da daha çox rast 
gəlinir. Quranda da dünyanın ilk dəfə Allah tərəfindən 6 
günə yaradıldığı fikri irəli sürülür. 
Mifin sadaladığımız növlərini  əcdadlarımızın 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə