RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə8/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   4   5   6   7   8   9   10   11   ...   97

26 
düşüncəsinə hakim olan animizm, fetişizm, totemizm, 
antropomorfizm, 
şamanizm, magiya, simvolizm 
mərhələləri ilə əlaqələndirmək olar. 
1.
 
Animizm bizi əhatə edən hər  şeyin təsəvvürdə 
canlı ruha malik olmasına əsaslanan düşüncədir. Animus 
– ruh deməkdir. Elmə animizm haqqında ilk nəzəriyyəni 
E.Taylor gətirmişdir. Bu nəzəriyyəyə görə, ibtidai 
insanların ictimai həyatında çoxlu ruhlar hökmranlıq edir. 
Onlar xeyirxah və şər ruhlara bölünür. 
2.
 
Fetişizm animizmə bağlı olan ibtidai dini 
təsəvvürləri  əhatə edir – cansız cisimlərin, bitkilərin 
fövqəladə gücünə inanmağı əks etdirir. Bütpərəstlikdə də 
ağac fetişizmə xüsusi inam olmuşdur. “Bənidaş şəhərinin 
sirri” nağılında qadının  əlindəki ağac fetişdir, onun 
vasitəsilə istədiyi adamı daşa döndərir. Fetişizmdə ruhun 
bir bədəndən digərinə keçməsi inamı vardır. Nağılda 
insan daşa dönərkən ruhu daşın ruhuna çevrilir. 
3.
 
Totemizm – qədim insanların mifoloji şüurunda 
öz əksini tapan ən qədim inanc formasıdır. Tədqiqatçılar 
totemizmin Üst Paleolit dövründə – e.ə.VIII minillikdə 
yaranmasını qeyd edirlər. “Totem” sözü ocibne hindu 
qəbiləsinin dilindən götürülüb, hərfi mənası “onun nəsili” 
deməkdir (45, s.67). Totemizmdə kiçik insan qrupu 
(qəbilə) ilə totem arasında magik əlaqələrin olduğu 
düşünülür. Totem qəbilə allahı  şəklində  fəaliyyət 
göstərirdi. Totem nəsil anlayışı ilə bağlıdır, kiçik bir 
nəsilin, tirənin həyatının qohumluq əlaqəsi içində 
mövcud olmasını  şərtləndirir. Burada qohumluq əlaqəsi 
dedikdə baba, ata, ana, oğul, nəvə, nəticə silsiləsi başa 
düşülmür, qohumluq ictimai həyatla bağlı olan termin 
kimi anlaşılmalıdır, yəni qəbilənin, toplumun görə bildiyi 
işin, yerinə yetirə bildiyi peşənin birləşdirdiyi insan 
qrupu bir-biriləri ilə ictimai qohumluq əlaqəsindədir. 
Məsələn, ovçuluq peşəsinə yaxşı yiyələnən qəbilə üzvləri 


27 
məhz bu cəhətdən bir-birinə qohumdur. Zənnimcə, qədim 
ovçu türk qəbilələrində totemin funksiyasını yerinə 
yetirən bozqurd olmuşdur.  Deməli, onları qohum edən 
ovçuluq işini onlardan daha yaxşı bacaran bozqurddur. 
Müasir mənada başa düşdüyümüz “dayıoğlu”, 
“bacıoğlu”, “qardaş  oğlu” və s. kimi qohumluq əlaqəsi 
isə ümumi mənada topluluğun şərtləndirdiyi qəbilədaxili 
sosial vəzifələri yerinə yetirir. Totemlə bağlı 
Azərbaycanın bir sıra  şəhərlərində ozanlar, dəmirçilər, 
bağbanlar, şərbablar, sərraflar və s. məhəllələr vardır ki, 
bu da qədim peşə kimi kiçik insan qruplarının üzvlərini 
bir-birinə qohum edir. Azərbaycanda hansı heyvanın 
hansı peşəni himayə etməsi bu vaxtadək 
öyrənilməmişdir. Məsələn, dəmirçiliklə qara öküz 
arasında totem əlaqəsi  şamançılıqda nəzərdən keçirilir. 
Zənnimcə, bozqurdun da dəmirçiliklə  əlaqəsinin işarəsi 
mətnlərdə qalmalıdır. 
Deməli, totemizmin ictimai mənşəyində iki əsas 
amil dayanır. Birincisi, totemizm ibtidai cəmiyyəti sənət, 
peşə yolu ilə bir-birinə qohum etməsi, ikincisi, 
qanqohumluğuna  əsaslanan nəsilin bir heyvana sitayiş 
etməsi, onu özünə heyvan-əcdad hesab etməsi yolu ilə 
düşüncədə formalaşır.  İkinci yolu totem dünyagörüşünə 
malik qədim insanların inanc yeri hesab etmək olar. 
“Oğuz Kağan” dastanında qurdun şüa  şəklində ana 
bətninə daxil olması  və insan yaradıcı xüsusiyyəti onu 
qəbilənin demiurqu, yaradıcısı olmasına gətirib 
çıxarmışdır. Totem-insan əlaqələrini aşağıdakı tapmaca 
da dəqiq göstərir. Tapmacada deyilir ki, mən atamın 
qızıyam, atam mənim oğlumdur. Bəs mən atamın 
nəyiyəm? Totemizm anaxaqanlıq dövrünün əsas sitayişi 
olmuşdur. Anaxaqanlıqda ata hüququnu totem yerinə 
yetirmişdir. Tapmacada da qız “mən atamın qızıyam” 
deməklə özünün totem yaradıcısına işarə edir. Ruh 


28 
haqqındakı  əski təsəvvürlərə  əsasən, totem ruhunun da 
uşaqlıq, gənclik və qocalıq dövrləri vardır. Ruha 
metamorfoza halı  məxsus olduğundan tapmacada totem 
ruhunun uşaqlıq dövrü qızın gənclik dövrünə uyğun gəlir. 
Ona görə də qız “atam mənim oğlumdur” deyir. Totemin 
gənclik dövrü ilə  qızın gənclik dövrü mifoloji zamanın 
tsiklik çevrəsində bir-birinə  bərabər olduğundan qızın 
totemin arvadı olması, totemə  ərə getməsi məntiqi 
düşüncənin nəticəsi kimi görünür. Anaxaqanlıqda nəsil 
arası qohumluq inçest əlaqələrinə söykənir.  İnçest 
əlaqələrinə sahib qəbilələrdə it totemizmi üstünlük təşkil 
edir.  İt sürüsündə daxili əlaqələr hökm sürür. Qurd 
totemizmində isə bunun əksini görürük. 
Totemizmdəki qanqohumluğunda fərdi mənada heç 
nə yoxdur, hər şey ümumidir. Totemizmin iki mərhələsi 
olmuşdur: bitki totemizmi, heyvan (quş onqonu) 
totemizmi. Hər iki inanc sisteminə – heyvana, quşa və 
bitkiyə, ağaca bağlılığa Azərbaycan  ərazisində çox rast 
gəlinir. 
4.
 
Antropomorfizm mifoloji şüurun sonuncu 
mərhələsidir. Bu şüur mərhələsində antropomorfizm 
insan və  təbiətin eyni mifoloji birlik çərçivəsində başa 
düşülməsi deməkdir. Bu düşüncədə insana xas olan 
xüsusiyyətlər təbiətin üzərinə köçürülür. Dağ insan kimi 
gülür, ağlayır, hətta insan kimi təsəvvür oluna bilir. 
Dağın qayınata olması düşüncəsi də buradan irəli gəlir. 
Dağın insan kimi təsəvvür olunması ruhun varlığı ilə 
bağlıdır.  İbtidai düşüncədə  hər bir əşyanın, varlığın, 
təbiət üzvlərinin ruhu vardır. Ruha metamorfoza 
xüsusiyyəti xasdır. Ona görə  də düşüncədə dağ ruhu 
insan ruhuna asanlıqla çevrilir. Antropomorfizmi yaradan 
ruhun metamorfoza (çevrilmə) xüsusiyyətidir. Ruhun bu 
xüsusiyyəti insana məxsus danışma qabiliyyətini də 
özünə  əxz edir. Məhz buna görə biz nağıllarda totem 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə