RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə9/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   5   6   7   8   9   10   11   12   ...   97

29 
heyvanların və zoomorf quşların danışa bilməsini 
görürük (ibtidai insanlarda ruh və nitq məsələsi hələ 
araşdırılmamışdır). 
5.
 
Simvolizm – mifoloji şüurdan sonra yaranan 
bədii  şüurun yaratdığı poetik imkanların toplusudur. 
Buraya  şəxsləndirmə, alleqoriya, mübaliğə, metafora və 
sair daxildir. Bunlar mifin bədii işarələridir.   
Simvolizm daha geniş  mənada simvol-işarələr 
sistemidir. Mif özü mətnin işarəsidir. Totem işarədir. 
Totemizm geniş  mənada ibtidai cəmiyyətlə totem 
arasında olan ictimai münasibətlərin işarəsidir. 
Simvolu ilk yaranan sözün işarəsi kimi də 
götürmək olar. Simvolizm ibtidai insanın davranışında 
söz+nitq+mifoloji təfəkkür adlanan müxtəlif işarə sistemi 
ilə onun öz dünyagörüşünü idarəetmə vasitəsidir. 
Simvolizm animizmə, fetişizmə, totemizmə  və 
magiyaya  məxsus bütün işarə kodlarını əhatə edir. 
6.
 
Magiya – sözün qüdrəti ilə obyekti təsir altına 
salmaq üsullarının məcmusudur. Magiya ağ magiya və 
qara magiyaya bölünür. İlkin dövrlərdə magiyadan qədim 
insanlar təbiəti ram etmək vasitəsi kimi istifadə etmişlər. 
Müxtəlif ayinlərdə, rituallarda magiyadan yararlanaraq, 
əfsun, sehir və caduların köməyi ilə  ən vəhşi heyvanlar 
belə ram edilmişdir.  
7.
 
Şamanizm ibtidai dini dünyagörüş kimi həmişə 
diqqəti cəlb etmişdir.  Şamançılığın monqol inancı 
olmasını  əsas götürüb qədim türkün inancı kimi qəbul 
etməyənlər də vardır. Türk tədqiqatçıları göytürklərdə 
şamançılığın ibtidai dindən ziyadə, sehir və cadu kimi 
qəbul olunduğunu yazırlar (45, s.82). Sehir və cadunun 
təbiəti ovsunlamaq vasitəsi olması  şamançılığın ikinci 
dərəcəli vəzifəsidir. Onun əsas vəzifəsi ruhların köməyi 
ilə dünyanı idarə etməkdir. Ruh tutmaq şamançılıqda 
daha geniş yayılmışdır. Şamançılığı animizmin ən yüksək 


30 
pilləsi də hesab edirlər. Şamanizm inanc toplusu deyil, öz 
qanun-qaydaları, vahid sistemi, öz ritualları, mif mətnləri 
ilə zəngin olan dünyagörüşüdür. Şaman ruhlarla əlaqədə 
olanda halı  dəyişir, bu zaman o, çağırdığı ruhun 
vəziyyətini hiss edərək, psixi yox, telepatik (telepatiya – 
uzaqdan hissetmə duyğusunun güclü olması – R.Əliyev) 
hallar keçirir (45, s.78). Şamanın türklərdə adı qamdır. 
Dədə Qorqud qam vəzifəsini yerinə yetirir. Şamanların 
xəstə ruhları sağaltmaq vəzifəsinin olmasına  əsasən, 
sonradan onların müəyyən üsullarla (xalq təbabəti və s.) 
xəstələri müalicə etmə bacarığına malik olmaları 
düşünülmüşdür. 
Şaman dünyagörüşü  şaman miflərini yaratmışdır. 
Belə miflərdə əcdadlarımızın ruh haqqında bəsit fikirləri 
əks olunmuşdur. 
Ümumiyyətlə, mif yaradıcılığına nəzər yetirdiyimiz 
zaman onların yuxarıda bəhs etdiyimiz mifoloji şüurun 
keçdiyi inkişaf mərhələlərini mütləq bir dərəcədə  əks 
etdirdiyini görürük. 
İbtidai insanların mif şüuru qeyd etdiyimiz həmin 
mərhələlərdən keçir və onların izləri mif mətnlərində 
yaşamaqda davam edir. Bu miflərin vasitəsilə 
əcdadlarımız inanmışlar ki, insan öləndən sonra onun 
ruhu bu və ya digər dərəcədə ölüb-dirilmə ilə bağlı ola 
bilər (buna inisiasiya da deyilir). Əgər insan öz ruhu 
vasitəsilə hansısa varlığın,  əşyanın özünə çevrilə bilirsə, 
bu, onun yeni bədəndə, yeni biçimdə yaşamaq imkanının 
olmasını göstərir. Mifdə belə çevrilmələr totem miflərinə 
xas olub, inkarnasiya vasitəsilə baş verir. İnkarnasiya 
olunma,  əsasən, totem miflərinə xas xüsusiyyətdir.  Şərq 
mifologiyasında inkarnasiyaya tənasüx də deyilir. 
Tənasüx ərəb sözü olub çevrilmə mənasına uyğun gəlir. 
İnkarnasiya prosesində ölüb-dirilmə (inisiasiya) 
mütləq iştirak edir. İnisiasiyaya proses zamanı hər hansı 


31 
obyekt, subyekt, əşya və predmetin bir quruluşdan, bir 
substansiyadan digərinə çevrildiyi anda düşüncədəki ani 
ölümün işarəsi kimi baxmaq olar. Bu anilikdən sonra 
dirilmə prosesində alınan yeni şəkil, forma mifoloji 
şüurda yeni obrazın yaranmasına təkan verir. Biz totem 
miflərində totemin birbaşa insana çevrildiyini görürük. 
D.E.Xaytun, S.A.Tokarev, M.Eliade, L.Q.Şternberq və 
başqaları  qədim totem bütlərdən danışarkən onların 
ikisifətli olduğunu, iki heyvanın üzünün cizgilərini  əks 
etdirdiyini yazmışlar. Totem bütlərin mifoloji şüurda 
yaradıcı olma xüsusiyyəti onun iki heyvan sifətindən 
birinin insan surəti ilə əvəzlənməsini, həm də  totem-tanrı 
formasında yüksək dərəcədə  əcdadlarımız tərəfindən 
qəbul olunmasını ortaya qoymuşdur. Özünü onun 
nəsilindən hesab edən ibtidai insanın  şüurunda totemin 
insanabənzər ikinci sifətinin forması düşünülmüş, 
inkarnasiya prosesinin başlanmasında təsəvvürdəki 
fizioloji bağlılıq da rol oynamışdır. Nəticədə biz 
öküzbaşlı  qəhrəmanların, qurdbaşlı igidlərin arxaik 
düşüncədə yarandığını müşahidə edirik. Hətta Oğuz 
haqqında qədim miflərdə onun öküz formasının 
inkarnasiya olunduğunu, ibtidai şüurda öküzbaşlı Oğuzun 
tanrı səviyyəsinə qaldırıldığını da görürük. 
Animizm, fetişizm, totemizm və antropomorfizm 
bir-biri ilə bağlı olduğu kimi, həmin mərhələləri  əks 
etdirən miflərin də arasında əlaqə vardır. Bütün bu dörd 
mərhələ ruhun müvazinəti ilə bağlı olduğuna görə, mif 
mətnlərində  də kortəbii düşünülən ruh anlayışı 
inisiasiyanı (ölüb-dirilməni) və inkarnasiyanı (insana 
çevrilməyi)  şərtləndirən fövqəltəbii güc kimi anlaşılmış, 
sonrakı proseslərin baş tutmasında həlledici rol 
oynamışdır.  İnkarnasiyanın baş tutması isə mifoloji 
şüurda baş verən proseslərlə bağlıdır. Bu prosesi belə 
şərh edə bilərik: 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə