272
“Koroğlu”sunun “Alı kişi” qolu xalqın arxaik mədə-
niyyətini, mifoloji təsəvvürlərini qoruya bilmişdir. Həm
də bu qolda macəraçılıq yoxdur, dastan yaradıcılığında
rast gəldiyimiz epik-romantik qəlibə də uyğun gəlmir.
“Eposun baş qəhrəmanı Koroğlunun bədii obraz kimi
formalaşmasında erkən qəhrəmanlıqla bağlı döyüş
meydanında kor edilən arxaik qəhrəman motivindən
istifadə bunu aydın göstərir” (58, s.80).
Milli səviyyəsinə görə üstün olan azərbaycanlı
qəhrəman Koroğlu Şopen Koroğlusundan qat-qat
güclüdür. Şopen Koroğlusu istismarçılara və yadellilərə
qarşı mübarizədə zəifdir, mübarizədən yorulur, qatı
dindara çevrilir, dəlilərinin qatili olur, gürcü qızını sevir.
Buna baxmayaraq, Xodzko variantında Koroğlu
qəhrəman tipi kimi nəzərə çarpdırılır. Xodzko variantında
hadisələrin inkişafı məlum “Koroğlu” dastanında olduğu
kimi cərəyan edir: Dəli Həsənlə qarşılaşma, Nigarın
ardınca səfərə çıxmaq, dəlilərlə məşq, nəhayət, Eyvazın
ardınca getmək, övladsızlıq, Qıratın oğurlanması,
dəlilərin öz məhəbbətləri yolunda səfərə çıxmaları
Azərbaycan variantlarında müştərək süjetlərdir.
Azərbaycan “Koroğlu”sunda Rövşənin atası Alı
kişi, özbək “Goroğlu”sunda Goroğlunun atasının adı
Rövşəndir (qəribə analogiya alınır: göyü işarələyən dağ
ruhu – diaxroniya, yeri işarələyən gor – sinxroniya
qəhrəmanların mənşəyində biri işığı, o biri qaranlığı
doğurur). Hər ikisinin məqsədi birdir – Rövşən Alı
kişinin intiqamını aldıqdan sonra ictimai mübarizəyə
qoşulur.
“Koroğlu” dastanında qoşalaşdırma üsulundan
istifadə olunur. Buraya atların qoşalaşdırılması,
xanımların qoşalaşdırılması daxildir. Övladların
qoşalaşdırılması isə təkcə Azərbaycan “Koroğlu”sunda
müşahidə olunur. Bu isə daha bir motivi dastan
273
rüşeyminə çevirir.
Atalar və oğullar arasında mübarizə folklorda çox
qədim hadisədir. Zevs – Prometey, Oğuz xan – Qara xan
qarşıdurması həmişə oğulların qələbəsi ilə başa çatır.
“Koroğlu” dastanında da Kürdoğlu (Qurdoğlu) ilə
Koroğlunun “mübarizə”sində Koroğlu iki dəfə məğlub
olur. “Koroğlunun Dərbənd səfəri” qolu aşıq-dastançılar
tərəfindən daha qədim dövrlərdə yaradılmışdır (56, s.59).
Bu dastanda qoşalaşdırmanın struktur hadisəsi olmasını
nəzərə alsaq, Kürdoğlunun da dastana əlavə edilməsinin
qanuni olduğunu düşünə bilərik. Bu isə folklorda
üçləşmənin bir əlamətidir. “Koroğlu” dastanındakı
üçbucaqlar Koroğlu, Nigar, Eyvaz və Koroğlu, Möminə
xatun, Kürdoğlu birliyindən qurulur. Başqa bir üçbucaq
Nigar, Möminə xatun və Kürdoğlu xətlərini birləşdirir
(iki dəfə və iki qat üçləmə). Oğuz mifində olduğu kimi
“Koroğlu”da da üçbucaqlar ata, ana və oğulları
birləşdirir. Yəni Koroğlu üçbucağın birinci, Nigar və
Möminə xatun ikinci tərəfi olarsa, onda üçbucağı
tamamlayan tərəflər kimi Kürdoğlunu və Eyvazı görərik.
Dastanda bu proses – yəni birin ikini, ikinin üçü
yaratması öz-özünü daxilən təkrarlayan, öz içindən
inkişaf edən retortasiya prosesidir. Belə prosesə
nağıllarda da rast gəlirik. Məsələn, qəhrəman obyekti
nişan alarkən birinci ox hədəfə dəyməsə dizə qədər daş
olur, ikinci ox hədəfə dəyməsə qurşağa qədər daşa dönür,
üçüncü oxda nişanı düz vurur və bütün bədəni daşdan
silkinir. Burada daxili inkişafda bir-birini təkrarlayan
hərəkət vardır, məhz üçüncü oxdan sonra hərəkətin
fasiləsizliyi təmin olunur. Çox zaman bu qanunauyğun-
luğu bilməyən tədqiqatçılar “Kürdoğlu” qolunun süni
olduğunu, yaxud qondarma bir əlavə olduğunu
söyləyirlər. Göründüyü kimi, burada riyazi dəqiqlik
nəzərə alınmışdır. Məhz qoşalaşdırmadan sonra
274
retortasiyanın gəlməsi özü də bir qanunauyğunluqdur.
Dastanda Eyvaz da aparıcı surətlərdəndir. O,
oğulluğa götürülmüşdür. Bu obrazın kökündə “Kitabi-
Dədə Qorqud”dakı Uruz obrazı dayanır. Hətta
Azərbaycan “Koroğlu”sunda (Xodzko variantında)
Eyvazın inciyib Koroğluya qarşı vuruşması motivinə rast
gəlirik. O, səhvini başa düşür və yenidən Koroğlunun
tərəfinə keçir. Uruz da Qazan xana deyir ki, kafir elinə
gedərəm, kafir qızını alaram və s.
Azərbaycan “Koroğlu”su tarixi şüurun folklor
hadisəsidir. Dastanın strukturunda əvvəlcə Koroğlu
cavan bir qəhrəman kimi təqdim olunur, qoldan qola
onun döyüş hünəri artır. Azərbaycan Koroğlusunun tarixi
şəxsiyyət olaraq aşıq kimi fəaliyyət göstərdiyi, İran –
Türkiyə müharibəsində yeniçəri kimi şücaət göstərdiyi də
söylənilir.
Folklor mətnlərinin arxetipində elə hazır qəliblər,
modellər vardır ki, oradakı süjet qalmaqla qəhrəmanları,
xüsusən, mənfi qəhrəmanları başqası ilə əvəz etdikdə heç
də məzmun dəyişmir. Burada dəyişən ancaq tarixi
zamandır. Folklor düşüncəsində qarı yerin simvoludur,
keçəl yeraltı dünya ilə bağlıdır, keçəl Həmzə qışı
işarələyir, at göy simvolikasında günəşlə bağlı zoomorf
obrazdır. Hətta Azərbaycan nağıllarında qarılar
qəhrəmanların gözəl arvadlarını aldadıb qaçıran mənfi tip
kimi xatırlanır.
Azərbaycan “Koroğlu”sunda Koroğlunun atını və
mifik qılıncını əldə etmək üçün Hasan paşa onları
oğurlayanlara evlənmək üçün qız təklif edir. Dona
xanımın və Mahnur xanımın bu işdə hədiyyə kimi rol
oynaması axırda onların da Çənlibel xanımları ilə bir
səviyyədə durmasına gətirib çıxarır. Bu isə dastanın
daxili inkişafını təmin edən dinamikadır, deməli, dastan
öz içindən boy verir, inkişaf edir. Bu da Azərbaycan
Dostları ilə paylaş: |