Рамил ялийев


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT



Yüklə 2,17 Mb.
səhifə11/11
tarix17.09.2017
ölçüsü2,17 Mb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   11

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT


  1. Abbaslı İ. Əfsanə və rəvayətlərin janr özünəməxsusluğu /Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. On birinci kitab. Bakı: Səda, 2002, s.3 – 18.

  2. Aslanov E. El-oba oyunu, xalq tamaşası. Bakı, İşıq, 1984.

  3. Azərbaycan folkloru. Bakı: Şərq-Qərb. 2005.

  4. Azərbaycan nağılları. 5 cilddə. I cild. Bakı: Şərq-Qərb, 2005.

  5. Azərbaycan xalq ədəbiyyatından seçmələr /Tərtib edənləri: Hüseyn İsmayılov, Tahir Orucov. Bakı: Şərq-Qərb, 2005, 312 s.

  6. El nəğmələri. Xalq oyunları. Bakı, Azərnəşr, 1968, 168 s.

  7. Əliyev R. Mif və folklor: genezisi və poetikası. Bakı, Elm, 2005, 224 s.

  8. Əliyev R.M. Azərbaycan nağıllarında mifik görüşlər. Bakı, Elm, 1992, 118 s.

  9. Əliyev R. Əfsanə mətnlərində mifoloji görüşlər. Elmi axtarışlar, XV cild, Bakı, Səda, 2005, s.189 – 203.

  10. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, Maarif. 1992, 477 s.

  11. Həsənli B. Azərbaycan uşaq ədəbiyyatı. Bakı: Müəllim, 2008.

  12. Xalıqov F. Azərbaycan dilinin folklor onomastikası. F.e.d. alimlik dərəcəsi almaq üçün təqdim edilən dissertasiya. Bakı, 2001.

  13. Kamil Vəli Nərimanoğlu. Formul nəzəriyyəsi baxımından KDQ. Kitabi-Dədə Qorqud ensiklopediyası. Bakı: Yeni nəşrlər evi, 2000, s.128 – 131.

  14. Kəlilə və Dimnə. Bakı: Öndər, 2004.

  15. Qafarlı R. Mif və nağıl. Bakı, ADPU, 1999.

  16. Qurbanov N. Azərbaycan əfsanələrinin mifoloji-kosmoqonik mahiyyətinə dair / «Dədə Qorqud» toplusu, 2006, II, s.68 – 87.

  17. Levi-Stross K. Strukturnaə antropoloqiə. M.: Qlav. red. Vost. lit. 1985.

  18. Набиев А. Взаимосвязи азербайджанского фольклора. Баку: Язычы. 1986, 288 с.

  19. Nəbiyev A. Qəhrəmanlıq səhifələri. Bakı, Gənclik, 1975, 100 s.

  20. Nəbiyev A. Azərbaycan – özbək folklor əlaqələri. Bakı, Yazıçı, 1978.

  21. Nəbiyev A. Azərbaycan folklorunun janrları. Bakı, ADU nəşri, 1983, 85 s.

  22. Nəbiyev A. Sərhəd bilməyən əlaqələr. Bakı, Azərnəşr, 1990, 88 s.

  23. Nəbiyev A. Azərbaycan uşaq folkloru. Bakı, Elm, 2000, 77 s.

  24. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. I kitab. Bakı, Çıraq, 2009.

  25. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. İkinci hissə. Bakı, Elm, 2006, 648 s.

  26. Paşayev S. Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli təhlili. Bakı: Nurlan, 2007, 308 s.

  27. Predaniə i mifı srednevekovoy İrlandii. M.: İzd. Moskovskoqo universitetm, 1991, 284 s.

  28. Propp V.Ə. Russkoe narodnoe pogtiçeskoe tvorçestvo. M., 1955.

  29. Tronski İ.M. Antik ədəbiyyat tarixi. Bakı: Elm və təhsil, 2011.

  30. Vəliyev V. Azərbaycan folkloru. Bakı: Maarif, 1985, 414 s.

  31. İmanov M. Müasir Azərbaycan nəsrində psixolizm. Bakı, 1991.

  32. Fərzəliyev T. Azərbaycan xalq lətifələri. Bakı, 1971.

  33. Cəfərli M. Azərbaycan dastanlarının struktur poetikası. Bakı, Nurlan, 2010, 404 s.

  34. Jirmunskiy V.M., Zarifov X.T. Uzbekskiy narodnıy qeroiçeskiy gpos. OQİZ. M., 1947.

  35. Hacıyev A. Ədəbiyyatşünaslığın əsasları. Bakı: ADPU, 2010, 370 s.


KİTABIN İÇİNDƏKİLƏR
GİRİŞ

MƏRASİM FOLKLORU

MƏRASİM FOLKLORUNDA LİRİK ÜSLUBUN NƏĞMƏ JANRLARI

Mövsüm və mərasim nəğmələri

Məişət mərasimi nəğmələri

Əmək nəğmələri

Sayaçı nəğmələri

Sağın nəğmələri

Əkinçi nəğmələri

Holavarlar

Ovçu nəğmələri

Balıqçı nəğmələri

İpəkçi nəğmələri

Hana nəğmələi

Bayatılar

DRAMATİK ÜSLUBUN JANRLARI

Xalq dramları

Xalq oyunları

EPİK NÖVÜN JANRLARI

Atalar sözü və məsəllər

Rəvayətlər

Əfsanələr

Lətifələr

Nağıllar


Aşıq yaradıcılığı

Qəhrəmanlıq dastanları

«Koroğlu» dastanı

Məhəbbət dastanları



AZƏRBAYCAN FOLKLORUNDA KİÇİK JANRLAR

İnanclar


Andlar

Alqış və qarğışlar

Əfsunlar

Fallar


Türkəçarələr

Yuxu


UŞAQ FOLKLORU

Oxşamalar

Laylalar

Sanamalar

Düzgülər

Acıtmalar

Uşaq nəğmələri

Tapmacalar

Yanıltmaclar

Çaşdırmalar

Uşaq nağılları

Ramil Aliyev

prof. dr., Azerbaycan Öğretmenler Enstitüsü

“Azerbaycan edebiyatı ve onun tedrisi metodikası”

bölüm başkanı

TOY RITUAL NƏĞMƏLƏRI VƏ ADƏT-ƏNƏNƏLƏR

Toy çox böyük ritual hadisədir. Toy mərasimi aşağıdakı strukturda həyata keçirilir: nişantaxma (bəlyə), paltaraparma və ya paltarkəsdi, xınayaxma, gəlinaparma, üzəçıxma, gəlingörmə. Bu mərhələlərin hər birinin öz nəğmə bəzəyi vardır.

Toy mərasimi Azərbaycanda müxtəlif fərqliliklərə malikdir və milli mentalitetdən asılı olaraq dəyişliyə uğrayır. Çünki toy mərasimi regional xüsusiyyətlərdən asılı olaraq məhəlli mahiyyət daşıyır.

Toy mərasimini əlvanlaşdıran bir cəhət də onun toy adətləri ilə zəngin olmasındadır. Müxtəlif bölgələrdən top­lanan bu adətlərin regional xarakterli olmasını faktlar özləri də sübut edir. Məsələn, Lənkəranda toy mərasi­mində oğlanın anası qızıl üzüyü balığın ağzına keçirib qız evinə gətirir. Göründüyü kimi, bu adət qədim olub təkcə Lənkəran böl­gəsində yayılmışdır. Bu kimi fərqlənən adətlər çoxdur və bunlar toyun məhəlli xüsusiyyətlərinə aiddir. Müxtəlif toy mərasimindən danışarkən digər bölgələrdə – Muğanda, Qubada, Basarkeçərdə, Tovuzda, Şəkidə keçirilən toyların ən xırda detallarından aydın olur ki, bölgələrdəki toylar xüsusi kəskinliklə bir-birindən o qədər də fərqlənmirlər. Məsələn, bəzi yerli xüsusiyyətlər nəzərə alınmasa, elçidüş­mə, xəbərə gəlmə, üzüktaxma, bəlgə, xonçagətirmə, cehiz, paltarkəsmə, xınayaxma, gəlingətirmə, kəbinkəsdirmə, şaxbəzəmə, bəy və gəlinin tərifi, bəy və gəlinin üzə çıxması, yen­gə qonaqlığı, ayaqaçdı, bəy qonaqlığı adətləri demək olar ki, hər yerdə eynidir.

Toy mərasiminin dərviş toyu və dini toy adlanan xüsusi növü də vardır ki, bu da xüsusi inama malik olan insanların, hacıların, məşədilərin, namaz əhlinin öz övladları üçün təşkil etdiyi mərasimdir. Belə toylarda içki və musiqi olmur, dini söhbətlər, hədislər söylənir, insanlar arasında mehribanlıq, dostluq, müqəddəs duyğulara inam, islami dəyərlərə hörmət təbliğ olunur. Toy mərasiminin digər bir növü «lotu toyu» adlanır. Bu mərasimi keçirənlər oğlu, qızı olmayan, elin bütün toylarında iştirak edən, vərəsəsi olmasa da, eli, qohum-qardaşını əzizləmək istəyənlərdir. Bu toyda gəlin və bəy olmasa da, orada mərasimin bütün atributlarına əməl olunur.


Toy nəğmələri də kifayət qədər toplanılmış, hətta toy mərasiminin bütün detallarını tərənnüm edən nəğmə tipləri ortaya qoyulmuşdur. Belə toy nəğmələrinin oxunmasında məqsəd həm toyun böyük bir ritual olduğunu, həm də onun ayrı-ayrı elementlərinin bir-birinin davamı olmasını təsdiq etmək, köklü bir adət-ənənə kimi yaşamasını təmin etmək, gələcək nəslə ötürülməsinə yardım etməkdir. Mərasimin ritual köklərinin qızı nişan verən nəğmədən başlandığını, bu nəğmələrdə qızın gözəlliyinin, əsli-nəslinin, evdarlığının tərənnümün, oğlan evi ilə qız evinin bir-birinə tən olmasının ritualdan gəldiyini söyləmək olar.

Toy mərasimini xarakterizə edən xüsusiyyətlərdən biri orada müəyyən əyləncəli oyunların, məsələn, atçapma, güləş, kəndirbazlıq tamaşalarının keçirilməsidir. Ritual ünsürü olan bu tamaşalarda qalib gələnə bəy atası nəmər verərmiş. Toy rituallarının ən qədim ünsürü kimi oğlanın qıza, qızın isə oğlana alma atmasını qeyd etmək olar. Almanın yerdən götürülməsi razılıq əlaməti kimi dəyərləndirilirmiş. Hətta Qərbi Azərbaycanın bir çox yaşayış məntəqələrində adamları toya dəvət etmək üçün ona alma verilməsi haqda məlumatlar vardır. Ümumiyyətlə, toy geniş anlayışdır. Onun müxtəlif mərhələləri vardır. «Hər mərhələnin özünəməxsus nəğməsi, tərifi, mahnısı vardır». Qız evi ilə oğlan evinin tanışlığı «bəlyə» adlı mərasimdə baş verir. Şəki adətlərinə görə, oğlan evi ailəyə yaxın 15 – 20 adamlar qız evinə tanışlığa («bəlyə») gedir. Bəlyədə əsas məsələ qızı nişanlamaqdır, üzük qızın barmağına keçirilir. Oğlan evi ilə qız evi toyun bəzi məsələlərini həll edirlər. Bu mərasimdə «bəlyə» nəğmələrinin oxunmasına aid heç bir məlumat yoxdur. Bu mərasimdə hər iki tərəf özünü ağır aparır, şənlənmək, artıq hərəkətlər olmur. Oğlan və qız evinin adamları bir-biriləri ilə tanış olurlar. Nişanlanandan sonra qız və oğlan evində oxunan nəğmələr «toyqabağı mahnılar» adlandırılır. «Yar-yar» mahnısı bu cəhətdən çox xarakterikdir. Mahnı mətnindən aydın olur ki, oğlan dəstəsi ilə qız dəstəsi qarşı-qarşıya dayanır və ritmik ahənglə mahnı oxuyurlar. Əsas misraları səsi olan qız oxuyur, qalanları isə xorla onun səsinə səs verirlər. A.Nəbiyev Azərbaycan xalq mahnılarından olan «A gülüm, maşallah», «Ləli qurbanın olum», «Nar-nar», «Bala yar mənəm, mən», «A gülüm, nanay», «Asta çal sazandanı», «Örpəyi ala, yerişi sona» mahnılarının oğlanla qızın nişanlı olduğu dövrdə oxunduğunu, sonra xalq mahnısına çevrildiyini təxmin edir.

Başqa regionlarda «bəlyə»yə «nişantaxdı» da deyilir. «Nişantaxtı»da müxtəlif müxtəlif nəğmələrin oxunduğu haqda məlumatlar vardır. Məsələn, «nişantaxdı»dan qayıdan oğlnın bacısı belə oxuyur:

Əcəb şalım güllüdür,

Ortası bülbüllüdür.

Qardaş, adaxlını gördüm

Əcəb şirindillidir.

Toyun «paltarkəsdi», «xınayaxdı» mərhələlərindən keçərək səciyyəvilik qazanmasını, bu mərhələlərdəki nəğmələrin də xüsusi mahiyyətdə olmasını xalqın milli-mənəvi həyatına əsasən demək olar. Xüsusilə «xınayaxdı» nəğmələrinin qız evində onun rəfiqələri tərəfindən ifa olunması «xınayaxdı»nın qədim mərasim olduğunu dəqiq göstərir.



Şəkinin qədim toylarında gəlin gətirməyə gedərkən oğlan evini təmsil edən bir dəstə cavan qız evindəki qız dəstəsi ilə qarşılaşarmış. Bu iki dəstə arasında nəğmə-dialoq olarmış. Qız evinin qızları soruşarmış ki, niyə gəlmisiniz? Bəy evinin oğlanları onlara «filankəsin qızını istəyirik» deyərlərmiş. Qarşı tərəf «biz filankəsin qızını sizə vermərik» deyə cavab verərmişlər. Oğlan evi pul təklif edərdilər, qızlar razı olmazdılar. Bu təhər dialoq davam edərmiş. Bu deyişmə də ritualdan qopmuşdur. Guya qızın rəfiqələri qızı vermək istəmir, oğlan dəstəsi isə onların müqavimətini qıraraq qızı aparmaq istəyir (Bu nəğmədə qızqaçırma adətinin müəyyən izləri də qorunur). Bu baş vermədikdə ən fərasətli oğlan gəlinə məxsus əşyanı (badyanı) götürərək gəlinin simvolu kimi bəyə yetirərdi. Beləliklə, toy başqa mərhələyə daxil olurdu.





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə