RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   2   3   4   5   6   7   8   9   ...   27

İran  tərəfi  öz  şikayətini  geri  götürdü.  Sovet-İran 
münasibətlərində yaxınlaşma baş verdi (14, s.36). 
T.Li 1946-
cı  ilin  martında  Nyu  Yorka  getdi.  O 
vaxt BMT-
nin  iqamətgahı  olmadığı  üçün  ilk  iclas 
“Valdorf Astoriya” da keçirildi. T.Li 1946-
cı ilin axırına 
qədər  Nyu  Yorkun  mərkəzində  -  Manhettendə  BMT 
iqamətgahı  üçün  xüsusi  sahə  təşkil  etdi.  Keçmiş  yerli 
siyasətçi kimi o, Nyu York rəhbəri ilə ümumi dil tapdı. 
İqamətgahın tikilməsində T.Linin böyük xidmətləri oldu 
(78). 1947-
ci ilin yanvarında Baş katib tanınmış amerika 
arxitektoru  Uelles  K.Xarrisonu  iqamətgahın  layihəsini 
hazırlamaq  üzrə  rəhbər  təyin  etdi.  Ona  10  tanınmış 
arxitektor  və  mühəndis  kömək  etdi.  Bu  mütəxəssislər 
arasında  fransız  arxitektor  Şarl  Korbyuze,  braziliyalı 
arxitektor Oskar Nimeyer, sovet arxitektoru N.D.Basov 
da var idi. 1948-
ci il martın 23-də BMT-nin birinci Baş 
katibi  BMT-
nin iqamətgahının tikilməsi üçün ABŞ-dan 
65  milyon  dollar  məbləğində  faizsiz  borc  alınması 
barədə  saziş  imzaladı.  Sazişin  şərtlərinə  görə  bu  borc, 
hər il 1 milyon-2,5 milyon dollar arasında ödəməklə, 31 
il (1951-
ci il 1 iyul tarixdən 1982-ci il 1 iyul tarixədək) 
ərzində qaytarılmalı idi (28, s.10). 
1951-ci ilin iyununda BMT Katibliyinin 39 
mərtəbəli  binası  əməkdaşların  sərəncamına  verildi. 
BMT-
nin  iqamətgahı  dörd  hissədən  ibarətdir:  39 
mərtəbəli  Katibliyin  binası,  İst-İver  çayı  boyunca 
yerləşən  konfransların  keçirildiyi  bina,  Baş  Məclisin 
zalı, Daq Hammarşeld adına kitabxananın binası. Bütün 
binalar və bağlar 18 hektar sahəni əhatə edir. BMT-nin 
iqamətgahı qarşısında ingilis əlifba sırası ilə bütün üzv 
10 
 


dövlətlərin  bayraqlarının  ucaldığı  Birləşmiş  Millətlərin 
Meydanı yerləşir (28, s.10-11). 
T.Linin  Baş  katib  kimi  Təhlükəsizlik  Şurasında 
siyasi qərarların qəbul edilməsində rolu olmuşdur. Onun 
Baş  katib  olduğu  dövrdə  İsrail  dövləti  yaradıldı,  ABŞ 
Koreya  ilə  müharibə  etdi.  T.Li  Şərq  və  Qərb,  Qərb 
dövlətləri  ilə  SSRİ  arasında  əməkdaşlığın  olmasına 
çalışırdı.  1948-ci  il  dekabrın  10-da  İnsan  hüquqları 
bar
ədə  ümumi  bəyannamə  qəbul  edildi.  BMT-nin 
fəaliyyətinin əsas prinsipləri müəyyən edildi.  
T.Li BMT-nin  B
aş katibi olarkən əvvəllər qarşı-
durma
dan,  mübahisələrdən  kənar  idi.  O,  1947-ci  ildə 
Avropanın  bərpası  proqramını  dəstəkləsə  də,  1948-ci 
ildə  Fələstinin  bölünməsinə  tərəfdar  çıxdı.  Bundan 
sonra T.Li 
siyasi  ziddiyyətlərə  qoşuldu.  50-ci  illərin 
əvvəllərində T.Li Çin kommunist nümayəndəsinin BMT 
Baş  Məclisində  iştirakını  bildirdi.  Bu,  ABŞ-ı  qəzəb-
ləndirdi.  T.Li  bir  neçə  həftədən  sonra  ABŞ-ın  “Şimali 
Koreyanın  Cənubi  Koreyaya  hücumunun  qarşısının 
alınması  barədə”  təşəbbüsünü  dəstəklədi.    Koreya 
məsələsinə  münasibətdə  ABŞ-ı  müdafiə  etdiyi  üçün  
ABŞ  onunla  barışdı.  Bundan  sonra  SSRİ-nin  T.Liyə 
münasibəti pisləşdi.  
1950-
ci  ildə  T.Linin  ikinci  dəfə  Baş  katib 
seçilməsi  üçün  ABŞ  onun  namizədliyini  dəstəklədi  və 
istənilən  namizədin  seçilməsinə  veto  qoydu.  SSRİ  isə 
qəti  bildirdi  ki,  T.Linin  seçilməsinə  razı  deyil  (66). 
Ko
reya  müharibəsinə  münasibətdə  T.Li  ABŞ-ı 
dəstəklədiyi üçün SSRİ onun Baş katib olmasına etiraz 
e
tdi və 1950-ci ildə T.Linin səlahiyyət müddəti qurtaran 
11 
 


kimi, 
polyak  mənşəli  Modzelevskinin  namizədliyini 
irəli  sürdü,  lakin  Qərb  dövlətləri  buna  etiraz  etdilər. 
ABŞ prezidenti  Harri  Trumen ABŞ-ın BMT yanındakı 
daimi  nümayəndəsi  Uorren  Ostinə  göstəriş  verdi  ki, 
Truqve Linin səlahiyyət müddətinin uzadılması üçün nə 
lazımdırsa etsin. O vaxt Təhlükəsizlik Şurasının 11 üzvü 
var  idi.  Səsvermə  zamanı  9  dövlət  lehinə,  1  dövlət  – 
SSRİ  əleyhinə  səs  verdi,  1  dövlət  isə  neytral  mövqe 
tutdu.  SSRİ  daimi  üzv  olduğu  üçün  veto  hüququndan 
istifadə  edərək  Truqve  Linin  ikinci  dəfə  seçilməsinə 
mane olduqda, 
ABŞ  Baş  Məclisə  müraciət  etdi. 
Fəaliyyəti  ərzində  BMT  yalnız  bir  dəfə  Təhlükəsizlik 
Şurasının  tövsiyəsi  olmadan,  Baş  Məclisin  qərarı  ilə 
BMT-nin B
aş katibini seçmişdir. O da T.Linin ABŞ-ın 
mövqeyini müdafiə etməsi ilə bağlı idi. SSRİ bildirdi ki, 
o  halda  Truqve  Linin  namizədliyini  qəbul  edər  ki,  o, 
ABŞ-la əlaqəni kəssin (46). 
 
Beləliklə,T.Li  ABŞ  və  Böyük  Britaniyanın 
siyasətini,  xüsusən  də  1950-ci  ildə  Koreyanın  daxili 
işlərinə  silahlı  müdaxilə  etdkdə  ABŞ-ın  siyasətini 
dəstəklədiyi  üçün  1950-ci  il  noyabrın  1-də    ABŞ-ın 
təzyiqi  altında  Baş  Məclis,  Təhlükəsizlik  Şurasının 
tövsiyəsi  olmadan,  Truqve  Linin  Baş  katib  səlahiy-
yətlərinin  müddətini  daha  3  il  artırdı.  Lakin  T.Linin 
qərbyönümlü  siyasəti  BMT-nin  əksər  üzvünün  xoşuna 
gəlmədi  və  o,  1953-cü  ilin  aprelində  istefa  verməyə 
məcbur oldu  (77).  T.Li  vəzifəsini İsveç  diplomatı  Daq 
Hammarşeldə təhvil verdi və Osloya qayıtdı (78).         
 BMT-
dən  getdikdən  sonra  T.Li  1955-1963-cü 
illərdə  Oslo-Akersxusun  qubernatoru,  Energetika  üzrə 
12 
 


Norveç  şurasının  sədri,  1959-1966-cı  illərdə  xüsusi 
səlahiyyətli  səfir,  1963-1964-cü  illərdə  sənaye  naziri, 
1964-1965-
ci  illərdə  gəmi  ticarəti  naziri  vəzifələrinə 
təyin  edildi.  1965-ci  ilin  payızında  hökumət  istefa 
verənə qədər o, bu vəzifədə qaldı (77). 
1958-
ci ildə Baş Məclis öz qətnaməsində Norveç 
kralı  Ulafa  Efiopiyanın  və  İtaliyanın  keçmiş  İtaliya 
müstəmləkəsi  olan  Somali  barədə  çıxış  etməsinə  əsas 
tapmaq xahişi ilə müraciət etdi. 1959-cu ildə kral Ulaf 
vasitəçilik rolunu T.Liyə həvalə etdi.  Keçmiş Baş katib 
T.Linin təşəbbüsü ilə Baş Məclis münaqişə regionunda  
qayda-
qanuna  nəzarət  etmək  məqsədilə  BMT-nin polis 
qüvvələri yaradılması məsələsinə baxdı. 1965-ci ildə 39 
dövlət nümayəndəsindən ibarət  Sülhü dəstəkləmək üzrə 
xüsusi komitə yaradıldı (22, s.44). 
BMT-
də  7  il  işlədikdən  sonra  T.Li  Norveçdə 
böyük  mövqeyə  sahib  oldu.  Bir  neçə  il  ərzində  o,  öz 
köməkçiləri  ilə  birlikdə  Ruqendalda  istirahət  edərkən 
xatirələr yazmağa başladı və onu nəşr etdirdi (78).  
Truqve Xalvdan Li 1963-
cü ildə insult keçirmişdi. 
O, 1968-
ci il dekabrın 30-da bayram şənliyində iştirak 
edərkən ürək tutmasından 72 yaşında vəfat etdi. 
    
        
   
 
 
 
 
 
13 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə