RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   2   3   4   5   6   7   8   9   ...   27

                    DAQ  
HAMMARŞELD (İsveç)   
               BMT-nin B
aş katibi (1953-1961-ci illər) 
 
Daq Yalmar Aqne Karl 
Hammarşeld  1953-cü il 10 aprel 
tarixdən  1961-ci il 18 sentyabr 
tarixədək  BMT-nin Baş  katibi 
omuşdur.  
Daq  Hammarşeld  1905-ci il 
iyulun 29-da Yönçöp
inqdə  (İsveç) 
anadan  olmuşdur.  O,  I  dünya 
müharibəsi  illərində,  yəni  1914-
1917-
ci  illərdə  İsveçin  baş  naziri  olmuş  tanınmış 
hüquqşünas  və  professor  Yammar  Hammarşeldin 
dördüncü  oğlu  idi.  D.Hammarşeld  Uppsalda  yaşayan 
M.K.Aqnes  adl
ı  xanımla  ailə  qurmuşdu.  M.K.Aqnesin 
atası Uppsalın qubernatoru idi (81).  
Daq  Hammarşeld  18  yaşında  orta  məktəbi 
bitirərək, Uppsal Universitetinə daxil oldu, 1925-ci ildə 
oranı bitirdi, humanitar elmlər üzrə - dilçilik, ədəbiyyat, 
tarix  fənləri  üzrə  ixtisaslaşdı.  İki  ildən  sonra  o, 
fərqlənmə  ilə  bakalavr  dərəcəsi, sonrakı  üç  ildə  həmin 
universitetdə iqtisadiyyatı  öyrənərək,  23  yaşında  siyasi 
iqtisa
diyyat sahəsində fəlsəfə doktoru dərəcəsi, təhsilini 
daha  iki  il  davam  etdirərək,  1930-cu  ildə  hüquq  üzrə 
baka
lavr dərəcəsi aldı (41). Hammarşeld əsasən fəlsəfə, 
klassik  və  müasir  ədəbiyyat,  xristian  teologiyası  ilə 
maraqlanırdı, poeziyanı dərindən anlayır və qiymətlən-
dirirdi. O, tez-
tez  klassik  əsərləri  isveç  dilinə  tərcümə 
edirdi,  ölümündən  az  əvvəl  o,  Martin Buberin  əsəri 
14 
 


üzərində  işləməyə  başlamışdı  (65).  Hammarşeld  Sen 
Jon Persin “
Хronika”  əsərini  isveç  dilinə  tərcümə 
etmişdi. 1964-cü ildə onun şerləri və qeydlərindən ibarət 
“Qeydlər” adlı kitabı çıxdı.  Uisten Xyu Oden bu kitabı 
ingilis dilinə tərcümə etmişdir. D.Hammarşeld Avropa-
da 
xayka janrında yazan ilk yazıçılardan biri idi (49). 
D.Hammarşeld  ingilis,  fransız,  alman  dillərini 
gözəl bilirdi, gözəl natiqlik qabiliyyəti, yumor hissi var 
idi  və  bu  keyfiyyətlər  onun  diplomatik  münasibətlər 
qurmasında  mühüm  rol oynayırdı.  Əsil  idmançı  idi, 
gimnastikada  bir  sıra  müvəffəqiyyətlər  əldə  etmişdi. 
Təbiəti sevirdi və o, hər il xizək sürmək və dağlara qalx-
maq üçün İsveçə gedirdi. Hətta D.Hammarşeld bir müd-
dət İsveç alpinistlər klubunun prezidenti olmuşdu (65). 
1930-1934-
cü  illərdə  D.Hammarşeld  Stokholma 
getdi və  orada  işsizlik problemi  üzrə  hökumət  komitə-
sinin katibi oldu. Həmin vaxtda iqtisadiyyat üzrə “İqti-
sa
di  dövriyyənin  mərhələləri”  adlı  doktorluq disserta-
siyası  yazdı,  1933-cü  ildə  Stokholm  Universitetində 
doktorluq  dərəcəsi  və  siyasi  iqtisad  üzrə  dosent  elmi 
adını  aldı.  İsveç  milli  bankında  katib  işləyərkən 
D.Hammarşeldin 31 yaşı var idi. Bu zaman  o, Maliyyə 
Nazirliyinə  dövlət  katibi, eyni zamanda 1941-1948-ci 
illərdə İsveç milli bankının heyət sədri vəzifəsinə təyin 
edildi. Bank 
heyətinin  üzvlərini  parlament,  sədrini 
hökumət təyin edirdi (41; 65). Daq Hammarşeld ilk şəxs 
idi ki,  eyni zamanda  
iki  vəzifəni  –  bankın  idarə 
heyətinin  sədri  və  Maliyyə  Nazirliyinin  dövlət  katibi 
vəzifələrini həyata keçirirdi. 1936-1945-ci illərdə İsveç 
Maliyyə  Nazirliyinin  baş  katibi  olan  Daq  Hammarşeld 
15 
 


1945-
ci  ilin  əvvəlində  Maliyyə  və  iqtisadi  məsələlər 
üzrə  nazirlər  kabinetinin  məsləhətçisi  vəzifəsinə  təyin 
edildi və təşkilati işlə məşğul olmaqla yanaşı, müharibə 
zamanı  və  müharibədən  sonra  meydana  çıxan  iqtisadi 
problemlərin  həllinə  yönəldilmiş  bir  sıra  hökumət 
tədbirləri  həyata  keçirdi  (41).  O,  bu  illərdə  İsveçin 
maliyyə  siyasətinin  formalaşmasında  mühüm  rol 
oynadı,    bir  sıra  ölkələrlə,  o  cümlədən  ABŞ,  Böyük 
Britaniya  ilə  ticarət  və  maliyyə  sahəsində  danışıqlar 
apardı  (41).  1945-ci  ildə  İsveç  və  Böyük  Britaniya 
arasında  ticarət  sahəsində  saziş  imzalandı  (52). 
D.Hammarşeld  Norveç  hökumətinə  kredit  verilməsini 
müzakirə  etmək  üçün  maliyyə  departamentinin  üzvü 
kimi Londonda oldu. 1946-
cı ildə D.Hammarşeld Xarici 
İşlər Nazirliyinin maliyyə üzrə eksperti təyin edildi. O, 
Avropa iqtisadi əməkdaşlığının tərəfdarı kimi çıxış etdi. 
Daq Hammarşeld 1947-ci ildə Xarici İşlər Nazirliyində 
bütün  iqtisadi  məsələlərə  cavabdeh  olan  dövlət  katibi 
vəzifəsinə  təyin  edildi.  D.Hammarşeld  1948-1949-cu 
illərdə  Avropa  İqtisadi  Əməkdaşlıq  Təşkilatının  sədr 
müavini  oldu.  Bu  illərdə  Hammarşeld  İsveçin  maliyyə 
siyasətinin formalaşmasında vacib rol oynadı. O, ABŞ, 
Böyük Britaniya daxil olmaqla, bir sıra ölkələrlə ticarət 
və  maliyyə  barədə  danışıqlar  apardı.  D.Hammarşeld 
ABŞ dövlət katibi Corc Marşallın hazırladığı II Dünya 
müharibəsindən  əziyyət  çəkən  Avropa  ölkələrinə  borc 
verilməsi  barədə  1947-ci  il  Marşall  planının  həyata 
keçirilməsinə  dair  Paris  konfransında  İsveç  nümayən-
dəliyinin  tərkibinə  daxil  oldu,  Avropa  İqtisadi  Əmək-
daşlıq  Təşkilatının  1948-ci il  Paris  Konfransında  İsveç 
16 
 


nümayəndəliyinə  rəhbərlik  etdi,  bir  neçə  il  Avropa 
İqtisadi Əməkdaşlıq Təşkilatının icraçı komitəsinin sədr 
müavini  vəzifəsində  çalışdı.  O,  ““Avropa  ticarəti”nin 
bütün  strukturunun  dəyişilməsi”  layihəsinin  hazırlan-
mas
ında iştirak etdi (65). 
1948-
ci  ildə  D.Hammrşeld  İsveçin  xarici  işlər 
nazirinin müavini təyin edildi, 1949-cu ildə Xarici İşlər 
Nazirliyinin baş katibi olan D.Hammarşeld 1951-ci ildə 
Nazirlər kabinetinin tərkibinə portfelsiz nazir qismində 
daxil oldu
, xarici iqtisadi əlaqələr üzrə nazir oldu. Onun 
siyasəti  nəticəsində  İsveç  öz  iqtisadiyyatını  digər 
Avropa  dövlətlərindən  daha  yaxşı  bərpa  etdi. 
D.Hammarşeld hərbi bloklaşma ideyasını bəyənmirdi, o, 
hesab  edirdi  ki,  İsveç  öz  ənənəvi  siyasətini  davam 
etdirərək Şərq və Qərb qarşıdurmasında neytral olmalı-
dır. Ona görə də diplomat İsveçin NATO-ya və Avropa 
İqtisadi  Birliyinə  daxil  olmasının  əleyhinə  çıxdı.  O, 
1950-
ci ildə,  iqtisadi əməkdaşlığı möhkəmlətmək üçün 
yaradılmış  “Birləşmiş  Skandinaviya  Krallığı”  cəmiy-
yətinin sədri oldu (65). 
D.Hammarşeld  1950-ci  ildə  Böyük  Britaniya  və 
Skandinaviya  ölkələri  arasında  iqtisadi  əməkdaşlığın 
inkişafı  üçün  təşkil  edilən  orqanda  –  UNİSKAN-da  
İsveç  nümayəndəliyinə  rəhbərlik  etdi,  1937-1948-ci 
illərdə, eyni zamanda,  hökumətin  maliyyələşdirdiyi 
İqtisadi tədqiqatlar institutunun məsləhət şurasının üzvü 
oldu. 
D.Hammarşeld  1951-1952-ci  illərdə  Parisdə 
keçirilən BMT Baş Məclisinin növbəti 6-cı sessiyasında 
İsveç  nümayəndəliyinin  başçısının  müavini  və  1952-
17 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə