RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   2   3   4   5   6   7   8   9   ...   27

1953-
cü illərdə Nyu-Yorkda keçirilən 7-ci sessiyasında 
İsveç nümayəndəliyinin başçısı oldu (41). Hammarşeld 
sosial-
demokratlardan  ibarət  nazirlər  kabinetinin 
tərkibinə daxil  olmasına baxmayaraq,  heç vaxt heç bir 
siyasi  partiyanın  üzvü  olmamış,  özünü  müstəqil 
siyasətçi hesab etmişdir (41).  
Hammarşeld  1954-cü il 20 dekabr  tarixdə 
ədəbiyyat  üzrə  Nobel  mükafatı  verən  İsveç  Akade-
miyasına üzv seçildi. Onun atası da əvvəllər həmin Aka-
demiyanın  üzvü olmuşdu (41; 49). 
Daq  Hammarşeld  Böyük  Britaniyada  Oksford 
Universitetinin,  ABŞ-da Harvard Universitetinin, Uels 
Universitetinin, Priston Universitetinin, Kolumbiya 
Universitetinin, Pensilvaniya Universitetinin, Amherst 
Kollecinin, Cons Hopkins Universitetinin, Kaliforniya 
Universitetinin, Ohay Universitetinin, Uppsal Univer-
sitetinin,  Kanadada  Karlton  Kollecinin  və  Makhil 
Universitetinin fəxri dərəcələrinə layiq görülmüşdü.  
 1953-
cü il 7 aprel tarixdə Təhlükəsizlik Şurasının 
tövsiyəsi ilə Baş Məclis tərəfindən BMT-nin Baş katibi 
təyin edilən D.Hammarşeld 1957-ci ilin sentyabr ayında 
yenidən  beş  il  müddətinə  həmin  vəzifəyə  seçildi.  Baş 
katib  olduğu  illərdə  Hammarşeld  BMT-nin  qarşısında 
duran  məqsədləri  müvəffəqiyyətlə  həyata  keçirdi, 
müharibənin qarşısını almaqda böyük işlər gördü, Yaxın 
Şərqdə  vəziyyəti  yaxşılaşdırmaq  üçün  İsrail  və  ərəb 
dövlətləri  arasında  danışıqlar  barədə  sazişi  dəstəklədi 
(41).  1953-1957-
ci  illərdə  sovet  diplomatı  İlya 
Semyonoviç Çernışev onun köməkçisi və müavini oldu 
(50). 
18 
 


  
D.Ha
mmarşeld  Baş  katib  vəzifəsinə  təyin 
olunanda BMT-
nin üzvləri arasında bir-birinə inam son 
dərəcə azalmışdı. ABŞ kommunistlərə simpatiyası olan 
bir  neçə  öz  nümayəndəsindən  imtina  etmişdi.  Öz 
n
övbəsində  SSRİ  əvvəlcə  BMT-nin Baş  katibi  olan 
Truqve Linin na
mizədliyini  dəstəkləsə  də,  sonralar 
Koreya  müharibəsi  zamanı  onu  ABŞ-la  əlbir  olmaqda 
günahlandırdı.  Təşkilatın  üzvləri  belə  nəticəyə  gəldilər 
ki,  Katiblik  daha  müstəqil  deyil.  Bu tendensiyaya son 
qoymaq  və  iştirakçı  dövlətlərdən  asılılığı  aradan 
qaldırmaq  üçün  D.Hammarşeld  Katiblikdə  islahatlar 
apardı. O, Baş Məclisdə öz müavinlərinin təsirini məh-
dud
laşdırdı. Federal təhqiqat bürosu BMT-də olan ABŞ 
nümayəndələri üzərində nəzarət hüququnu itirdi. Sonra 
B
aş  katib  beynəlxalq  diplomatiyada  BMT-nin möv-
qeyini  möhkəmlətməyə  başladı.  Onun  fikrincə,  BMT-
nin  Nizamnaməsi  Baş  katibə  beynəlxalq  münaqişəyə 
gətirib  çıxaran  istənilən  məsələni  dövlət  başçıları  ilə 
müzakirə  etmək  hüququ  verir.    BMT-nin keçirdiyi 
danışıqlarda  D.Hammarşeld  əsas  rol  oynadı,  Təhlükə-
sizlik  Şurası,  Baş  Məclis  beynəlxalq  münaqişələrin 
qarşısını  almaqda  ona  böyük  səlahiyyətlər  verdi  (65). 
D.Hammarşeld özünü siyasətçi hesab etmirdi. Ona görə 
də  T.Lidən  fərqli  olaraq,  o,  açıq  siyasi  təşəbbüslərlə 
çıxış  etmirdi.  D.Hammarşeld  hərəkət  etmək  üçün 
həmişə  Təhlükəsizlik  Şurası  və  Baş  Məclisin  adından 
səlahiyyət  almağa  çalışırdı.  Nəticədə  Hammarşeld 
böyük dövlətlərin etibarını qazanmışdı. 
Baş  katib  vəzifəsinə  ikinci  dəfə  seçilən 
D.
Hammarşeld  BMT-nin  funksiyalarını  artırmaq  üçün 
19 
 


tədbirlər  gördü.  O,  dövlət  başçılarına  preventiv 
diplomatiya ist
iqamətində onunla məsləhətləşməyi təklif 
etdi və bildirdi ki, “sülh yaratmaq üçün başlıca rolu nə 
söhbət, nə də səsvermə oynamır”. Xidmətləri dövründə 
D.
Hammarşeld  BMT-ni  beynəlxalq  sülh  qoruyucusuna 
çevirməyə cəhd etmişdi (65). 
1956-
cı  ildə  BMT-nin  fövqəladə  silahlı  qüvvə-
lərinin yaradılması, 1957-ci ildə Süveyş kanalı ilə bağlı 
problemin sülh yolu ilə həll edilməsi, Livanda BMT-nin 
müşahidəçi  qrupunun  yaradılması  və  onlara  rəhbərlik 
edilməsi,  1958-ci  ildə  İordaniyada  Baş  katibin  xüsusi 
nümayəndəsinin  dəftərxanasının  təsis  edilməsi  Daq 
Hammarşeldin diplomatik fəaliyyətinin nəticəsi idi.  
 1955-
ci  ildə  D.Hammarşeldin  Pekinə  səfərindən 
sonra,  1954-
cü  il  dekabrın  30-dan 1955-ci  il  yanvarın 
13-
dək  konfrans  təşkil  edildi.  Koreya  müharibəsi 
zamanı Çində saxlanılan 15 amerika təyyarəçisinin azad 
edil
məsində onun çox böyük rolu oldu (41). Qeyd edək 
ki, b
əzi  mənbələrdə  təyyarəçilərin  sayı  11  göstərilir 
(65).  
D.Hammarşeldin  rəhbərliyi  altında  Suveyş 
böhranını  nizama  salmaq  üçün  BMT-nin  fövqəladə 
silahlı  qüvvələrinin  ilk  əməliyyatı  keçirildi.  Belə  ki, 
1956-
cı  ilin  sentyabrında  Misir  Suveyş  kanalını 
milliləşdirdi və bu da İsrail, Böyük Britaniya və Fransa 
ilə qarşıdurmaya  gətirib  çıxardı.  Noyabrın  3-də  Böyük 
Britaniyanın gəmiləri zor gücünə kanalı açdırmaq üçün 
Misir 
sahillərinə 
doğru 
istiqamətləndikdə 
D.Hammarşeld  Ralf  Bançın  başçılığı  altında  BMT-nin 
sülhü dəstəkləmək  üzrə  qüvvələrinin  yaradıldığını  elan 
20 
 


etdi.  Bu sila
hlı  qüvvələr  D.Hammarşeld  tərəfindən  48 
saat  ərzində  təşkil  edildi  və  o, BMT-nin  ilk  hərbi 
birləşməsi oldu. Nəticədə adları çəkilən 4 böyük dövlət 
BMT  qüvvələrini  tanıdılar  və  böhran  başa  çatdı(65). 
Suveyş  böhranı  ilə  bağlı  Baş  katib  gizli,  lakin  qəti 
hərəkət  etdi.  Təhlükəsizlik  Şurasının  iki  daimi  üzvü 
Fransa  və  Böyük  Britaniya  təcavüzə  görə  pislənildi, 
SSRİ  hətta  onları  raket  zərbələri  ilə  hədələdi.  Baş 
Məclisin  adından  hərəkət  edən  Hammarşeld  BMT-nin 
yeni  hərbi  hissələrini  –  fövqəladə  silahlı  qüvvələrini 
yaratdı və regionda vəziyyəti bərpa etdi (66). 
Digər Yaxın Şərq böhranı 1958-ci ildə, İordaniya 
və  Livanın  qonşu  ərəb  dövlətlərinə  qarşı  hərbi  kömək 
üçün ABŞ və Böyük Britaniyaya müraciət etdiyi zaman 
yarandı.  Hammarşeld  tərəfləri  sülh  vasitəsilə  müna-
qişəni həll etməyə sövq etdi. Livan böhranı zamanı Baş 
Məclis  Hammarşelddən  xarici  hərbi  hissələrin  bu 
ölkədən çıxarılmasını tezləşdirməyi xahiş etdi. BMT-nin 
müşahidəçilər qrupu Livanda, müşahidəçi qərargahı isə 
İordaniyada yerləşdirildi, nəticədə Britaniya və Amerika 
hərbi hissələri münaqişə zonasından çıxarıldı (65).  
Baş 
Məclis 
və 
Təhlükəsizlik 
Şurası 
D.Hammarşeldin  “gizli  diplomatiyası”na  şərait 
yara
dırdılar.  
1960-
cı  ildə  Cənubi  Afrikada  qara  dərili  əhaliyə 
qarşı  zor  işlədilməsi  məsələsi  Təhlükəsizlik  Şurasının 
fövqəladə  sessiya  çağırmasına  səbəb  oldu.  Cənubi 
Afrika  hökumətinin  pislənilməsi  barədə  qətnaməyə 
Fransa  və  Böyük  Britaniya  veto  qoydu.  SSRİ  də  Baş 
katibə  Cənubi  Afrikada  irqi  gərginliyi  azaltmaq  üçün 
21 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə