RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   2   3   4   5   6   7   8   9   ...   27

kompromis  qətnamə  hazırlamaq  fikrini  bildirdi  (66). 
Hammarşeld  müxtəlif  regionların  problemləri  ilə  tanış 
olmaq  və  məsul  şəxslərlə  əlaqələri  möhkəmlətmək 
məqsədilə  Afrikanın,  Asiyanın,  Avropanın,  Şimali  və 
Cənubi  Amerikanın,  Yaxın  Şərqin  bir  çox  ölkələrində 
oldu.  B
aş  katib  1959-cu  il  dekabrın  18-dən  1960-cı  il 
yanvarın  31-dək  Afrikanın  21  ölkəsinə  səfər  etdi. 
Sonralar B
aş  katib  bu  səfərlərin  təftiş  və  informasiya 
yığmaq  məqsədilə  edildiyini  və  müasir  Afrka  ilə 
tanışlığa imkan verdiyini bildirdi (41).    
Konqo
(o  vaxtlar  Katanqa  əyaləti)  Belçikadan 
ayrılaraq  özünü  müstəqil  elan  etdikdə  Afrika  qitəsində 
yeni böhran başladı, Belçika hərbi müdaxilə  etdi.  Belə 
olduqda 1960-
cı il iyulun 12-də Konqo Respublikasının 
prezidenti  Jozef  Kasavubu  və  baş  naziri  Patris 
Lumumba  Konqoya  təcili  hərbi  yardım  göstərmək 
xahişi  ilə  BMT-yə  müraciət  etdilər.  İyulun  13-də  gecə 
təşkil  edilən  iclasda  Baş  katib  Təhlükəsizlik  Şurasının 
qarşısında  çıxış  etdi  və  bu  xahişlə  bağlı  onu  tədbir 
görməyə çağırdı (41).  
Təhlükəsizlik  Şurası  birmənalı  olaraq  Belçikanı 
öz  hərbi  hissələrini  çıxarmağa  çağırdı,  lakin  qətnamə 
yerinə  yetirilmədi.  Konqonun  baş  naziri  Patris 
Lumu
mba vəziyyəti gərginləşdirdi. O, Sovet dövlətinin 
rəhbəri  Nikita  Xruşova  teleqraf  vurdu,  əgər  qərb 
dövlətləri  Konqoya  təcavüzü  dayandırmasalar,  kömək 
etməyi xahiş etdi. SSRİ cavabında Hammarşeldi Qərbin 
müstəmləkə  maraqlarının  müdafiəçisi  kimi  damğaladı 
(65). 
Konqoda  Hammarşeld  çox  çətinliklərlə  rastlaşdı. 
Konqonun  baş  naziri  Patris  Lumumba  BMT  silahlı 
22 
 


qüvvələrinin  çıxarılmasını  bildirdikdə,  o,  etiraz  etdi. 
Hammarşeldin  belə  mövqeyi  Konqoda  P.Lumumbanın 
hakimiyyətini  dəstəkləyən  SSRİ-nin ona hücumuna 
səbəb oldu.  Baş Məclisdə sovet lideri N.S.Xruşov Baş 
katib  vəzifəsini  ləğv  etməyi  təklif  etdi  (66). 
Hammarşeld  istefa verməyə razı olmadı, Baş Məclis də 
onu dəstəklədi. 
1961-
ci  ildə  Təhlükəsizlik  Şurasının  qərarına 
əsasən  Konqoda  BMT  silahlı  qüvvələri  təsis  edildi. 
1961-
ci  il  fevral  ayında  P.Lumumba  öldürüldükdən 
sonra    “BMT 
əməliyyatının”  dayandırılması  qərara 
alındı. Konqodan xarici hərbi hissələr çıxarılmalı idi və 
Konqo xalqı özü sərbəst öz müqəddəratını təyin etməli 
idi. 
Daq Hammarşeld Baş katib vəzifəsindən dəyişilməli 
və Konqo Respublikası rəhbər dövlət xadimləri üzərində 
işin  təşkilatçısı  vəzifəsini  yerinə  yetirməli  idi  (23, 
s.300).  
B
aş  katib  BMT-nin  əməliyyatları  ilə  bağlı 
Konqoya  dörd  dəfə  səfər  etmişdi.  O,  Konqoya ilk iki 
səfərini  1960-cı  ilin iyulunda  və  avqustunda,  üçüncü 
səfərini  1961-ci  ilin  yanvar  ayında  irqi  problemlərlə 
bağlı  Cənubi  Afrika  Birliyi  vasitəsilə  etmişdi. 
D.Hammarşeldin  dördüncü  səfəri  sentyabrın  12-də 
başlamış  və  faciəvi  təyyarə  qəzası  ilə  qurtarmışdı. 
Konqo  hökuməti  BMT-nin  köməyi  barədə  danışıqlar 
üçün Hammarşeldə Leopoldvilə(indiki Kinşasa)gəlməyi 
təklif  etdi.  Hammarşeld  separatistlərin lideri  M.Çombe 
ilə görüşmək üçün təyyarə ilə Katanqaya gedərkən faciə 
baş verdi. Təyyarə qəzası nəticəsində D.Hammarşeld və 
onu müşayiət edən 15 nəfərdən ibarət heyət həlak oldu. 
23 
 


Qeyri-
rəsmi  məlumatlara  görə  Katanqa  separatistləri 
təyyarəni vurmuşdular (50). 
 
D.Hammarşeldi  sentyabrın  28-də  Uppsalda 
(İsveç) dəfn etdilər (65). 
D.Hammarşeld  Baş  katib  olmaqla  yanaşı,  digər 
sahələrdə də geniş fəaliyyət göstərmişdi. O, 1955-1958-
ci illərdə Cenevrədə Atom enerjisindən sülh məqsədilə 
istifadə  edilməsi  barədə  BMT-nin  birinci  və  ikinci 
beynəlxalq  konfransını  hazırlamış,  1962-ci  ildə  təşkil 
edilən inkişaf etməkdə olan ölkələrdə elm və texnikanın 
nailiyyətlərinin  tətbiq  edilməsi  barədə  BMT-nin 
konfransına hazırlıq tədbirləri görmüşdür. 
D.Hammarşeld BMT-nin Atom enerjisindən sülh 
məqsədilə  istifadə  barədə  Cenevrədə  1955  və  1958-ci 
illərdə keçirilən 1-ci və 2-ci beynəlxalq konfranslarının 
hazırlanmasında,  1962-ci  ildə  keçirilən  elm  və  texni-
kanın nailiyyətlərinin az inkişaf etmiş ölkələrin maraq-
ları  üçün  tətbiq  etmək  barədə  BMT-nin  beynəlxalq 
konfransının  hazırlanmasında  mühüm  rol  oynamışdı 
(41).  
1961-
ci ildə Hammarşeld Nobel sülh mükafatına 
layiq  görüldü.  İlk  dəfə  idi  ki,  igidliyə  görə  Nobel 
mükafatı verilirdi.  Norveç  Nobel  mükafatı  komitəsinin 
sədri  Qunnar Yan bildirdi ki, “D.Hammarşeld tez-tez 
tənqidə,  hücuma  məruz  qalırdı, lakin  o, o  dəqiqə  çıxış 
yolu  tapırdı.  D.Hammarşeldin  qətiyyətli  addımı 
sayəsində, ləyaqətli bir insanın güclü Katiblik yaratması 
nəticəsində BMT Nizamnamədə ifadə edilən prinsipləri 
həyata  keçirən  effektli  beynəlxalq  təşkilata  çevrildi. 
Hammarşeldin məqsədi o idi ki, dövlətlər BMT Nizam-
24 
 


naməsini rəhbər tutsunlar” (65). Hammarşeldin adından 

kafatı  İsveçin  Norveçdəki  səfiri  Rolf  Edberq  qəbul 
etdi 
və  mükafatın  əsasında  Hammarşeld  adına  Fond 
yaradıldı (65). 
 
D.Hammarşeldin ölümündən sonra  onu sevənlər 
Baş katibin xatirəsini qoruyub saxlamaq üçün əldə olan 
və digər ölkələrdə olan materialları yığmağa başladılar. 
1962-
ci  ildə  D.Hammarşeld  adına  Beynəlxalq  Fond 
fəaliyyət göstərməyə başladı. Fondun Nizamnaməsində 
deyildiyi kimi, 
onun məqsədi Hammarşeldin düşündük-
lərini,  yəni  xalqların  sosial,  siyasi,  iqtisadi  inkişafını 
yaratmaq idi. Fond Uppsalda 
yerləşir,  “üçüncü  dünya” 
problemləri ilə bağlı seminarlar, konfranslar təşkil edir, 
kitablar və ildə iki dəfə çıxan jurnal nəşr etdirir. Jurnal 
“İnkişaf  dialoqu  –  beynəlxalq  inkişafda  əməkdaşlıq 
jurnalı”(“Development Dialogue Journal of 
International Development Cooperation”)
adlanır. 1965-
ci  ildə  Fondun  sədri  Alva  Myurdal  yazırdı  ki:  “Fond 
yeni  dövlətlərin  ehtiyaclarını  ödəməyə  çalışır  və 
D.Hammarşeldin ideyalarını davam etdirir” (65). 
2011-
ci  ildə,  BMT-nin  sülhquruculuğu  fəaliy-
yətində mühüm rol oynayan Daq Hammarşeldin faciəli 
ölümünün 50 illiyi keçirildi  (51).  O
nun  “Vəhylər”  adı 
altında  yazdığı  gündəliyi  1964-cü  ildə  ingilis  dilində 
nəşr  etdirildi.  Hammarşeld  bu  gündəlikdə  yazdıqlarını 
“özü ilə Allah arasında danışıqlar” kimi göstərirdi (65). 
D.Hammarşeld dininə görə lyüteran idi (50). 
D.Hammarşeldin  həlak  olduğu  Şimali  Rodeziya 
(Zimbabve)  ərazisində  xatirə  abidəsi  ucaldılmış  və  bu 
25 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə