RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

19 yaşlı pedaqoq yalnız başqalarını öyrətmir, həm 
də müstəqil olaraq öz təhsili ilə məşğul olurdu. Atasının 
zəngin kitabxanasından istifadə edən U Tan ingilis şair və 
yazıçılarının,  rus  klassiklərinin,  o  cümlədən  Qoqolun, 
Marksın, qərb yazarlarından Hegelin, Nitsşenin, Rasselin 
əsərlərini  oxudu.  O,  bu  ədiblərdə  fikir azadlığını 
qiymətləndirirdi.  Sun  Yatsenin  və  Maxatma  Qandinin 
yaradıcılığı  cənc  müəllimin  fəaliyyətinə  böyük  təsir 
göstərdi. U Tan O.Qoldsmiti, R.Brauninqin poeziyalarını, 
J.  F
ontenin  pyeslərini,  təmsillərini  ingilis  dilindən  birma 
dilinə tərcümə etdi. Tərcümələr mükafatlara layiq görüldü.  
U  Tan  əsərlərini  Tilav  təxəllüsü  ilə  nəşr  etdirirdi. 
Tilav  XVII  əsrdə  yaşayan  soyuqqanlı  bir  şahzadə 
olmuşdu. Deyilənlərə  görə,  o,  həyatı  boyu  cəmi  üç  dəfə 
gülümsəmişdi.  U  Tan  da  soyuqqanlı  olmaq  istəyirdi. 
Əksər halda o, buna nail olurdu. Şagirdlər öz direktorlarını 
sevirdilər.  O  öz  pedoqoji  prinsipləri  ilə  hörmət 
qazanmışdı:  şagirdlərə  etibar,  onlara  tam  azadlıq, 
uşaqların  gündəlik  həyatı  ilə  maraqlanmaq.  Bütün 
bunlarla yanaşı,  U Tan həm də uşaqlara qarşı çox ciddi 
idi, 
hətta  lazım  olduqda  onları  cəzalandırırdı.  Kənd 
müəllimi olan U Tan 1931-ci ildə ölkənin bütün müəllim-
ləri arasında attestasiya zamanı birinci yeri tutdu (40).  
 U Tan 1926-1928-
ci  illərdə  Ranqun  Universite-
tində  təhsil  aldı,  diplomatik  karyerasına  başlayana  qədər 
təhsil  və  informasiya  sahəsində  çalışdı.  Həmin 
universitetdə  o,  əsas  fənnlər  kimi  ingilis  dili,  birma  dili, 
tar
ixi  öyrənmişdi.  Universitetdə  əlavə  fənnlər  kimi 
riyaziyyat,  məntiq,  Birma  ədəbiyyatı  tədris  edilirdi. 
Universitetdə  U  Tan  ədəbiyyat  və  natiqlik  ictimai 
30 
 


birliyinin  katibi,  fəlsəfə  birliyinin  katib  müavini  seçildi. 
Kurs  yoldaşları  onu  filosof  adlandırırdılar. O, çoxlu 
m
əqalə və qəzetlərdə müxtəlif məsələlərə dair yazılar dərc 
etdirir
di. U Tan sonralar baş nazir olan öz yerlisi U Nu ilə 
o
rada  dostlaşmışdı.  Onlar  ilk  dəfə  1920-ci  ildə  Birma 
tarixinə  dair  tələbə  və  şagirdlərin  boykotunda  iştirak 
edəndə görüşmüşdülər. Dostların maraqları çox vaxt  üst-
üstə düşürdü, lakin fərqlər də var idi. Universitetdə U Nu 
siyasi fəaliyyət göstərirdi, bütün həyatını da ona sərf etdi. 
U Tan isə siyasətlə maraqlansa da, heç vaxt siyasi partiya 
və təşkilatlara qoşulmadı. Universiteti qurtardıqdan sonra 
hər iki dost Pantano orta məktəbində ingilis dili və müasir 
tarix 
fənlərini  tədris  etdilər,  sonra maarif sitemində 
administrator oldular. Onda U 
Tan  aparıcı  Birma  qəzeti 
üçün siyasi xəbərlər yazırdı. Birma(Myanma) müstəqillik 
əldə etdikdən sonra U Tan U Nunun xüsusi məsləhətçisi 
oldu (79).  
U Tan d
ostu  U  Nu,  “Bizim  Birma”  təşkilatının 
digər üzvləri ilə birlikdə “Qırmızı timsah” kitab klubunun 
yaradılmasında  iştirak  etdi.  Klub  tərcümə  ədəbiyyatının 
nəşrində,  ölkədə  solların,  sosialistlərin  baxışlarının,  milli 
azadlıq ideyalarının yayılmasında böyük rol oynadı.  
30-
cu  illərdə  Birmada  milli-azadlıq  hərəkatı 
başladı.  U  Tan  siyasi  təşkilatlara  qoşulmasa  da,  öz 
məqalələrində  baş  verən  hadisələrdən  bəhs  edirdi.  O, 
məqalələrini “Kitab dünyası” jurnalında “Mənim məktəb 
pəncərəmdən” rubrikası altında nəşr etdirirdi. 
U T
an əyalət müəllimi vəzifəsindən BMT-nin Baş 
katibi  vəzifəsinə  qədər  bir  yol  keçdi.  O,  XX  əsrdə  olan 
siyasi  hadisələrin  –  imperiya  müstəmləkə  sisteminin 
31 
 


devrilməsinin,  Karib  böhranı  günlərində  dünyanın 
balanslaşdırılmasının şahidi və iştirakçısı oldu.  
Birmalıların siyasi fəaliyyəti müstəmləkə sisteminə 
qarşı yönəldilmişdi. Belə bir ictimai-siyasi şərait U Tanın 
dünyagörüşünə  təsir  etməyə  bilməzdi.  U  Tan  bütün 
tələbəlik  illərində  gəmidə  səfər  edərkən  rastlaşdığı  bir 
hadisəni həyatı boyu xatırlayırdı: U Tan əyləşmişdi. Onun 
yanından keçən ingilis ona heç bir söz demədi, gənc bir 
birmalının  çiyninə  barmağını  döyəcləyərək  yeri 
boşaltmağı tələb etdi. Təhqir olunmuş tələbə gəmini tərk 
etdi (40). 
II  Dünya  müharibəsi  illərində  Birma  yapon  hərbi 
hissələri  tərəfindən  işğal  edildi.  Birma  vətənpərvərləri 
yaponların  onların  müstəqillik  almasına  kömək 
edəcəklərinə  inanaraq,  yaponlarla  əməkdaşlığa  getdilər. 
Ancaq  yaponların  işğalı  onların  həyatını  daha  da 
çətinləşdirdi. 
U Tan 
II  Dünya  müharibəsinə  qədər  Dərslik  üzrə 
Birma komi
təsinin,  Milli  təhsil  məsələləri  üzrə  şuranın, 
həmçinin Məktəb  direktorları  assosiasiyasının  icraçı 
komitəsinin  üzvü  olmuşdur.  U Tan,  həmçinin    ştatdan-
kənar jurnalist kimi fəaliyyət göstərirdi. O, 1942-ci ildə bir 
neçə  ay  ərzində  Təhsil  sisteminin  yenidən  təşkili  üzrə 
Birma  komitəsinin  katibi  funksiyasını  yerinə  yetirdi, 
məsləhətçisi  yapon  idi.    U  Tan  yapon  təhsil  sistemini 
ingilis təhsil sistemindən zəif hesab edirdi. 1943-cü ildə U 
Tan 
yenidən  orta  məktəbə  qayıtdı, daha dörd il direktor 
işlədi.  U Tan məktəbdə  əsas  dil  kimi  yapon  dilinin 
keçirilməsinə imkan vermirdi. Dostları ilə birlikdə ingilis 
və  amerika  radiosunda  olan  verilişlərə  qulaq  asırdı. 
32 
 


Yaponlar  onu  ingilispərəst  hesab  edərək  şübhə  altında 
saxladılar. U Tanın bəzi yapon zabitləri ilə münasibətləri 
yaxşı  idi, onlara oxumaq üçün kitab verirdi.  U Tan 
yaponlarla  protokol  çərçivəsində,  diplomat  kimi  rəftar 
edirdi (40). 
Müharibədən  sonra  U  Tan  ailəsi  ilə  birlikdə,  öz 
xüsusi  jurnalını  buraxmaq  üçün  Pantanodan  Ranquna 
köçdü. Bu, onun gənclik arzusu idi. Lakin yenə qəfildən 
hadisələr  dəyişdi. Milli-azadlıq  hərəkatının lideri general 
Aunq San öldürüldükdən sonra U Nu baş nazir oldu və o, 
U  Tandan  ölkənun  qabaqcıl  ictimai-siyasi  təşkilatı  olan 
Antifaşist xalq azadlıq liqasının informasiya departamen-
tinin direktoru olma
sını  xahiş  etdi.  İngilis  və  birma 
dill
ərini yaxşı bilən, təcrübəli ədəbiyyatşünas olan U Tan 
kimi mütəxəssisi Birmada tapmaq çətin idi. 
1947-
ci  ildə  U  Tan  Birma  hökumətinin  mətbuat 
katibi, 1948-
ci ildə Birma müstəqillik əldə etdikdən sonra 
xüsusi  məsləhətçi,  sonrakı  il  Birma  İnformasiya 
Nazir
liyinin  katibi  təyin  edildi.  O,  senzuraya  baxırdı.  U 
Tan sovet və amerika təbliğatlarını görürdü, lakin onların 
nəşrinə  icazə  verirdi.  O,  özünü  psixoloji  müharibə 
məsələlərində ekspert adlandırırdı. Jurnalist U Tan həmişə 
söz  və  nəşr  azadlığını  müdafiə  etmiş,  eyni  zamanda 
kütləvi  informasiya  vasitələri  işçilərini  məsuliyyətli 
davranışa  çağırmışdır.  O,  deyirdi  ki,  bəzi  jurnalistlər 
sensasiyalı  xəbərlər  verməyi  yenilik  hesab  edirlər,  belə 
jurnalistlər camaatın əhval-ruhiyyəsini korlayırlar. U Tan 
hesab edirdi 
ki,  kapitalizm  və  sosializm konvergensiya 
etsə,  bəşəriyyət  qazanar.  O,  sosial  demokratlara  meyl 
edirdi,  ticarətçinin  zəngin,  müəllimin  kasıb  olduğu 
33 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə