RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

kapitalizmin  əleyhinə  idi.  U  Tan  ABŞ-ı  irqi  ayrı-
seçkilikdə, SSRİ-ni qapalılıqda tənqid edirdi. İnformasiya 
Nazirliyinin  katibi  kimi  o,  xarici  jurnalistlərlə  ünsiyyət 
yaradırdı. 
 1949-
cu ildə Birmada vətəndaş müharibəsi başladı. 
Əsas  toqquşma  birma  ordusu  və  karen  qiyamçıları 
arasında gedirdi. Döyüşlər vaxtı U Tanın Pantanodakı evi, 
o  cümlədən  kitabları,  arxivi,  sənədləri.  əlyazmaları,  ailə 
şəkilləri yandı. U Nu karen separatistləri ilə danışıqları U 
Tana həvalə etdi, qantökülmənin qarşısı alındı. 
1951-
ci  ildə  U  Tan  Demokratik  ideyaların  yayıl-
ması üzrə ictimai birliyin əsasını qoydu. O, hesab edirdi 
ki, demokra
tiya şəraitində yaşamaları üçün insanlar buna 
yax
şı hazır olmalıdırlar. Bu işdə isə təhsil, maarif, tərbiyə 
mühüm  rol  oynayır.  İnformasiya  Nazirliyinin  katibi 
vəzifəsi ilə yanaşı, U Tan başqa işlər də görürdü. O, bir 
neçə  il  ərzində  radioda  həftəlik  proqramı  apardı.  Onun 
xoş, melodiyalı səsini bütün ölkə tanıyırdı. U Tan Birma 
kino  təşkilinin  sədri  idi,  yerli  filmlərə  baxırdı,  mükafat 
üçün  daha  yaxşı  filmi  o,  seçirdi.  U Tan  beynəlxalq 
münasibətlər  sahəsində  fəal  işləyirdi.  U  Tan  42  yaşına 
qədər  Birmadan  heç  bir  xarici  ölkəyə  getməmişdi.  O, 
1952-
ci ildə Birma nümayəndəliyinin tərkibində ilk dəfə 
olaraq BMT Baş Məclisinin sessiyasında iştirak etdi, onda 
U Tan 
ilk dəfə olaraq qərb kostyumu geydi. O vaxta qədər 
isə  milli  geyimdə  gəzirdi:  varatniksiz  köynək,  kətan 
gödəkçə, yalın ayaqlarında şap-şap və s.  
1954-cü il
in  yanvarında  U  Tan  baş  nazirin 
dəftərxanasında  xüsusi  səlahiyyətli katib oldu. O, xarici 
hökumət  və  dövlət  başçıları  ilə  yazışmaları  həyata 
34 
 


keçirirdi,  baş  nazirə  gələn  görüşlərə  nəzarət  edirdi,  baş 
naz
iri xarici səfərlərdə müşayiət edirdi. U Tan hökumətin 
xarici siyasət üzrə yeganə məsləhətçisi idi. 1955-ci ildə U 
Tan  U  Nunu  SSRİ  və  ABŞ-a  rəsmi  səfərləri  zamanı 
müşayiət etdi. 
 U Ta
n  Asiya  və  Afrika  ölkələrinin  Bandunq 
konfransının  hazırlanmasında  və  keçirilməsində  fəal 
iştirak  etdi.  U  Tanı  Birmanın  neytral  və  qoşulmama 
siyasətinin müəlliflərindən biri hesab etmək olar (40). 
U Tan 1955-
ci ildə, əlavə olaraq, Birma iqtisadi və 
sosial  şuranın  icraçı  katibi  funksiyasını  həyata  keçirdi. 
BMT-nin  B
aş  katibi  vəzifəsinə  təyin  edilərkən  Y  Tan 
Birmanın  BMT  yanındakı  daimi  nümayəndəsi  (1957-
1961-
ci illər) vəzifəsində çalışırdı. Bu dövr ərzində o, Baş 
Məclisin  sessiyalarında  Birmanı  təmsil  etmiş, 1959-cu 
ildə  Baş  Məclisin  14-cü  sessiyasının  sədr  müavini 
seçil
mişdi.  U  Tan  1961-ci  ildə  Konqo  üzrə  BMT-nin 
razılaşma komissiyasının, BMT-nin kapital inkişafı fondu 
barədə  komitənin  sədri  olmuşdu.  Diplomatik  karyerası 
çərçivəsində  U  Tan  dəfələrlə  Birmanın  baş  naziri 
funksiyasını yerinə yetirmişdir. 
 
Daq  Hammarşeld  həlak  olduqdan sonra U Tan 
1961-
ci il noyabrın 3-də Təhlükəsizlik Şurasının tövsiyəsi 
ilə  Baş  Məclis  tərəfindən  Daq  Hammarşeldin  səlahiyyət 
müddətinin  qalanını  həyata  keçirdi.  1962-ci il Karib 
böhranının qarşısının alınmasında vasitəçilik edən U Tan 
SSRİ-nin də etimadını qazandı və o, 1962-ci il noyabrın 
30-da 
növbəti  seçkidə  Baş  Məclis  tərəfindən  yekdilliklə 
1966-
cı  il  noyabrın  3-dək  Baş  katib  seçildi  (66).  U Tan 
əsas  qüvvəni  Konqoya  yönəltdi.  O, 1963-cü  ildə  İrian-
35 
 


Canın(Qərbi Yeni Qvineya) Hollandiyadan İndoneziyaya 
keçməsinə  nəzarət  edən  BMT-nin müvəqqəti  icraçı 
hakimiyyətinin yaradılmasında mühüm rol oynadı. 1964-
cü ildə U Tan BMT-nin silahlı qüvvələrini Kiprə yönəltdi. 
ABŞ  başda  olmaqla,  NATO-nun Misir-İsrail 
sərhəddində (1956-1967-ci illər), Konqoda (1960-1964-cü 
illər)  əməliyyatlar  keçirməsi  1964-1965-ci  illərdə  də  
BMT-
də böhrana səbəb olmuşdu (26, s.74). 
 1966-
cı  il  dekabrın  2-də  Təhlükəsizlik  Şurasının 
tövsiyəsi ilə Baş Məclisin 229 saylı qətnaməsinə əsasən U 
Ta
n  ikinci  dəfə  Baş  katib  seçildi  və  onun  səlahiyyətləri 
1971-
ci  il  dekabrın  31-dək  davam  etdi.  U  Tan  yenidən 
Baş  katib  seçilmək  istəmirdi,  BMT-nin  üzvü  olan  əksər 
dövlətin təzyiqi ilə buna razı oldu (66). O, 1962-ci il Karib 
böhranı  və  1965-ci il Hindistan-Pakistan  münaqişəsi 
zamanı  beynəlxalq  gərginliyi  azaltmaq  üçün  çox  çalışdı 
(72
). Misir prezidenti Ə.Nasirin tələbi ilə 1967-ci ildə U 
Tan 
10  ildən  çox  bir  müddət  ərzində  Misirdə  yerləşən 
BMT-
nin  fövqəladə  qüvvələrini  oradan  çıxartdı. 
Vyetnamda m
üharibə  gərginləşirdi,  U  Tan  tərəfləri 
danışıqlara razılaşdıra bilmirdi, həm də BMT-nin maliyyə 
vəziyyətini  yaxşılaşdıra  bilmirdi.  1971-ci  ildə  SSRİ  U 
Tanın üçüncü dəfə Baş katib seçilməsini təklif etdi, o isə 
buna 
razı  olmadı.  SSRİ-nin  xarici  işlər  naziri 
A.A.
Qromıko bu barədə demişdi ki, “birmalı hiyləgərlik 
edir
, öz qiymətini qaldırır”. U Tan onunla görüşən sovet 
nümayəndəsinə bildirdi ki, “buna onun fiziki gücü çatmır, 
o, tək qalıb dincəlmək istəyir”. Bundan sonra SSRİ Kurt 
Valdh
aymın namizədliyini dəstəklədi (46). 
36 
 


U Tan
ın  hüquq  üzrə  fəxri  doktor  adına  layiq 
görüldü
yü  universitetlər  aşağıdakılardır: Kanadada 
Karlton  Universiteti,  Massaçusetsdə  Uilyams  Kolleci, 
Nyu-
Cersidə  Priston  Universiteti,  Massaçusetsdə  Maunt-
Xoliok Kolleci, Massaçusetsdə Harvard Universiteti, Nyu-
Hempşirdə  Dartmut  Kolleci,  Kaliforniyada  Kaliforniya 
Universiteti, Koloradoda Denver Universiteti, 
Pensilvaniyada Suortmor Kolleci, Nyu-Yorkda Nyu-York 
Universiteti,  SSRİ-də  Moskva  Universiteti,  Ontarioda 
Koroleva  Universiteti,  Mendə  Kolbi  Kolleci,  Konnek-
tukutda Uels Universiteti, Kanadada Uinsor Universiteti, 
Nyu-Yorkda Hamilton Kolleci, Nyu-Yorkda Fordem 
Universiteti, Nyu-Yorkda Manhetten Kolleci, Miçiqanda 
Miçiqan Universiteti, Hindistanda Dehli Universiteti, 
İngiltərədə  Lid  Universiteti,  Belçikada  Lyoven 
Universiteti,  Edmontonda  Albert  Əyalət  Universiteti, 
Massaçusetsdə  Boston Universiteti, Nyu-Cersidə Ratcers 
Universiteti,  İrlandiyada  Dublin  Universiteti,  Kanadada 
Laval Universiteti, Nyu-Yorkda Kolumbiya Universiteti, 
Filippin Universiteti, Sirak Universiteti.  
Bundan başqa U Tana Birinci ümumdünya kilsəsi 
tərəfindən  ilahiyyat  elmlər  doktoru,  Florida  Beynəlxalq 
Universiteti tərəfindən beynəlxalq hüquq elmləri doktoru, 
Hartford  Universiteti  tərəfindən  hüquq  elmləri  doktoru, 
Kolheyt  Universiteti  tərəfindən  mülki  hüquq  elmləri 
doktoru, Dyuk Universit
eti  tərəfindən  humanitar  elmlər 
doktoru fəxri adları verilmişdir. 
 
U Tan 1971-
ci  ildə  təqaüdə  çıxdı  və  1974-cü il 
noyabrın 25-də uzun sürən xəstəlikdən sonra 65 yaşında 
vəfat etdi. 
37 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə