RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   ...   19   20   21   22   23   24   25   26   27

Kor
eyada nüvə silahının inkişafı ilə bağlı böhranlar oldu. 
2010-
cu  ildə  Haitidə,  2011-ci  ildə  Yaponiyada  zəlzələ 
nəticəsində humanitar fəlakətlər yaşandı (66). 
Pan Qi Mun VİÇ/SPİD xəstəliyinə qarşı mübarizəni 
“sıfır”dan başlamağı bildirir. 
Minilliyin  Bəyannaməsində  Olimpiya  günlərində 
müharibənin  kəsilməsi  kimi  adətlərə  əməl  etmək  barədə 
üzv  dövlətlərin  təklifi  (53).  BMT-nin  hazırkı  Baş  katibi 
Pan  Qi  Mun  tərəfindən  də  dəstəklənmişdir.  O,  bütün 
dövlətləri  VIII  əsrdən  mövcud  olan  bu  ənənəyə    əməl 
etməyə çağırmışdır (68). 
Pan Qi  Mun 2008-ci ilin iyulunda Seul Xalq Uni-
versitetinin  fəxri  doktoru  adına, eyni zamanda,  bir çox 
milli  və  beynəlxalq  mükafatlara,  medallara  layiq  görül-
müşdür. 1975, 1986 və 2006-cı illərdə öz ölkəsində xid-
mətlərinə  görə  Koreya  Respublikasının  ali  ordeninə  — 

Xidmətə görə” ordenə,  2008-ci ilin aprelində Burkina-
Fasoda “Grand-Croix de L’Ordre National” (Milli ordenin 
böyük xaçı)  və Kot d İvuarda «Grand Officier de L’Ordre 
National”
(Milli  ordenin  kavaleri)  mükafatlarına  layiq 
görülmüşdür.  2009-cu  ildə  Pan  Qi  Mun  Vaşinqton 
ştatında  olan  Malta  Universitetinin  fəxri  doktoru  adını 
aldı.  
Pan Qi Mun koreya  dili ilə yanaşı ingilis, fransız, 
yapon dillərini bilir. Pan Qi Munun sözlərinə görə o, cəmi 
5 sa
at yatır, işə heç vaxt gecikmir, Koreyanın xarici işlər 
naziri  olduğu  3  ildə  yalnız  qızının  toy  mərasimi  günlə-
rində  məzuniyyət  götürmüşdür  (67).  Pan Qi Munun 
yeganə  hobbisi  qolf  oynamaqdır.  Lakin  Baş  katibin 
99 
 


sözlərinə görə, buna da onun vaxtı olmur. İldə yalnız bir 
neçə dəfə qolf oynaya bilir (67). 
Koreya Xarici İşlər Nazirliyində Pan Qi Munu “Pan 
Çusa”  adlandırırdılar.  Bu,  “bürokrat”  mənasını  verir. 
Koreya qəzetləri onun xoşagəlməz məsələlərdən qaçmaq 
bacarığı  olduğunu  yazırdılar,  həm  də  onu  “konfusiyaçı” 
adlandırırdılar (67). 
Pan Qi Mun 2012-c
i  ilin  yanvarında  ikinci  dəfə 
BMT-
nin Baş katibi vəzifəsinə təyin edildi. Pan Qi Mun 
əvvəlki baş katiblər kimi fəal deyil, münaqişə zonalarında 
çox az görünür. 
Qeyd etmək lazımdır ki, Pan Qi Munun Baş katib 
olduğu  dövrdə  BMT-də  Azərbaycanla  bağlı  bəzi 
qərarlar  qəbul  edilmişdir.  2008-ci  il  martın  14-də  Baş 
Məcils «Azərbaycanın işğal edilmiş ərazilərində vəziy-
yət”  adlı  62/243  saylı  qətnaməni  qəbul  edərək,  ərazi 
bütövlüyünü,  beynəlxalq  sərhədlərin  toxunulmazlığı, 
ərazisini genişləndirmək üçün başqa dövlətin ərazilərinə 
müdaxilə  etməmək  prinsiplərini  bir  daha  təsdiq  etdi. 
Qətnamədə  deyilirdi  ki,  Azərbaycan  Respublikasının 
Dağlıq Qarabağ regionu və ətraf rayonlarda olan silahlı 
münaqişə  beynəlxalq  sülh  və  təhlükəsizliyi  pozmaqda 
davam  edir,  Cənubi  Qafqaz  ölkələrində  humanitar 
vəziyyətə mənfi təsir göstərir. Baş Məclis üzv dövlətləri 
Azərbaycanın  ərazi  bütövlüyünə,  beynəlxalq  tanınmış 
sərhədlərinə hörmət etməyə çağıraraq bildirdi ki, hər bir 
dövlət  Azərbaycan  Respublikasının  ərazilərinin  işğalı 
nəticəsində  vəziyyətin  mürəkkəbləşdiyini  etiraf  etməli 
və  vəziyyətin  belə  qalmasına  şərait  yaratmamalıdır. 
Qətnamədə işğal edilən ərazilərdən erməni silahlı qüv-
100 
 


vələrinin  tam,  danışıqsız,  təcili  çıxarılması,  məcburi 
köçkünlərin  öz  yurdlarına  qayıtması  üçün  reabilitasiya 
da  daxil  olmaqla,  müvafiq  şərait  yaratmaq  zəruriliyi 
göstərilmişdi.  Baş  Məclis  Azərbaycan  Respublikasının 
tərkibində  Dağlıq  Qarabağa  özünü  idarəetmə  hüququ 
verilməklə  yanaşı,  erməni-azərbaycanlı  icmasının  nor-
mal,  təhlükəsiz  və  bərabər  şəraitdə  yaşamasının  tanın-
ması vacibliyini qeyd etmiş, bütün dövlətləri Azərbay-
can Respublikası ərazilərinin işğal edilməsi nəticəsində 
yaranmış  vəziyyəti  tanımamağa,  belə  vəziyyətin  sax-
lanılmasına kömək göstərməməyə çağırmışdı (29, s.71-
72). 
2011-
ci  il  oktyabrın  24-də  BMT  Təhlükəsizlik 
Şurasının  qeyri-daimi  üzvlüyünə  keçirilən  seçkilər-
də 155 səs çoxluğu ilə Azərbaycan 2012-ci il  yanvarın 
1-
dən   2013-cü  il  dekabrın  31-ə  qədər  BMT  Təhlükə-
sizlik Şurasının qeyri-daimi üzvü seçildi.  
 
   
(İlham Əliyev və Pan Qi Mun. Nyu York, 2012). 
 
101 
 


Azərbaycan  2012-ci  ilin  mayında  və  2013-cü ilin 
okt
yabrında  1  ay  müddətinə  Təhlükəsizlik  Şurasının 
sədri funksiyasını yerinə yetirdi. 2012-ci il mayın 4-də 
Prezident  İlham  Əliyevin  sədrliyi  ilə  BMT  Təhlükə-
sizlik  Şurasının  keçirilən  iclasında  Azərbaycanın 
təşəbbüsü  ilə  “Terror  aktlarının  beynəlxalq  sülh  və 
təhlükəsizliyə  yaratdığı  təhdidlər”  mövzusunda  müza-
kirələr oldu. İclasda iştirak edən Pan Qi Mun Azərbay-
can  Prezidenti 
İlham  Əliyevin  təşəbbüsü  ilə  belə  bir 
mövzunun 
BMT  Təhlükəsizlik  Şurasının  gündəliyinə 
salınmasına  öz  müsbət  fikrini  bildirdi  (35).  BMT-nin 
B
aş katibi 2011-ci ildə Prezident İlham Əliyev tərəfin-
dən  imzalanan  “Azərbaycan  Respublikasında  insan 
hüquq  və  azadlıqlarının  müdafiəsinin  səmərəliliyini 
artırmaq  sahəsində  Milli  Fəaliyyət  Proqramı”nı  da 
qiymətləndirdi (35).  
Azərbaycanın  Təhlükəsizlik  Şurasının  iclaslarına 
sədrlik  etdiyi  müddətdə  59  iclas  keçirilmişdir.  2012-ci 
ilin  mayında  həmçinin  Qərbi  Afrika  (Liberiya,  Cote 
d`İvoire  and  Sierra  Leone)  məsələsi  müzakirə  edilmiş, 
Təhlükəsizlik  Şurası  mayın  18-dən  24-nə  kimi  ora 
missiya həyata keçirilmişdi. 
2013-
cü il oktyabrın 28 də Azərbaycan nümayən-
dəsinin  sədrliyi  ilə  Təhlükəsizlik  Şurasının  “Birləşmiş 
Millətlər  Təşkilatı  və  İslam  Əməkdaşlıq  Təşkilatı  ara-
sında  tərəfdaşlıq  əlaqələrinin  gücləndirilməsi”  mövzu-
sun
da  müzakirə  də  xüsusi  əhəmiyyətə  malik  idi. 
Oktyabr ayında Azərbaycan həmçinin, Afrikanın Böyük 
Göllər  regionunda  (Kongo Demokratik  Respublikası, 
Ruanda, Uqanda və Həbəşistan), həmçinin Orta Şərqdə 
102 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə