Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə14/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   10   11   12   13   14   15   16   17   ...   72

                                                     
 
  
                                                                            
                                                    
53 
yanından  ötdü  və  çox  getmədən  ağacların  içərisində  təşkil 
olunan mini heyvanxanada ayaq saxladı. Burada da bir neçə 
turist  öz  uşaqları  ilə  birlikdə  heyvanlara  tamaşa  edirdi. 
Ekzotik  şəkildə  təşkil  olunan  həmin  heyvanxana  adamı 
sanki vəhşi təbiətlə üzbəüz qoyurdu. Heyvanxananın bütün 
ətrafı  sıx  ağaclarla  əhatə  olunmuşdu.  Belə  bir  istirahət  hər 
bir turistə, xüsusən də, uşaqlara böyük bir ləzzət verirdi.  
İki  saata  qədər  burada  vaxtını  keçirən  Əliyusif,  heç 
kiminlə  ünsiyyət  qurmadan,  həmin  cığır  ilə  üzü  yuxarı 
mehmanxanaya tərəf yollandı. 
Əliyusif  həddindən  artıq  yorğun  olduğundan,  elə  qonaq 
otağındakı  divanın  üstündə  yuxuya  getdi.  O,  yorğun  olsa 
da,  yuxuda  Ədalət  Şükürovun  meyxana  ustası  Vüqarla  bir 
yerdə  oxuduğu  “Bağlı  qapı  açıl”  mahnısının  melodiyasını 
eşitməyə  başladı.  Mahnının  sözləri  Əliyusifə  doğma 
gəldiyindən  və  bu  duetdə  iştirak  edən  müğənnilərin  yarat-
dıqları  sintez  onun  xoşuna  gəldiyindən  o,  eyforiyaya  elə 
qapandı  ki,  sanki  müxbir  onların  canlı  konsertində  iştirak 
edirdi.  Çünki  Azərbaycanda  fəaliyyətdə  olan  müğənnilər-
dən bir neçəsinə sidqi ürəklə və həsrətlə qulaq asırdısa da, 
onlardan  ikisi  elə  Ədalətlə  Vüqar  idi.  Səslənən  mahnı 
Əliyusif  üçün  o  dərəcədə  doğma  sayılırdı  ki,  o,  bir  anlığa 
səhnəyə  yaxınlaşıb,  onlara  öz  minnətdarlığını  bildirmək 
istədi, lakin həmin an müxbir yuxudan ayıldı.  


                                                     
 
  
                                                                            
                                                    
54 
Divanda uzanan müxbirin gözləri açılır və həqiqətən də 
o,  yuxuda  səslənən  mahnını,  əyani  surətdə  eşitməyə 
başlayır.  Bu  mahnı  sədası  “Relax”ın  aşağı  hissəsində 
fəaliyyət göstərən diskotekadan gəlirdi.  
Əliyusif  cəld  yerindən  qalxıb divarda asılan  saata nəzər 
saldı.  Saatın  balaca  əqrəbi  9  və  10  rəqəmləri  arasında  idi. 
Otağın  işığı  sönsə  də,  bayırdakı  fənərlərdən  içəriyə  işıq 
şüaları düşür, otaqdakı qaranlığı əridirdi. Buna baxmayaraq 
o, otağın işığını yandırdı və oradan hamama gedib əl-üzünü 
yudu.  
İçəridə hava boğucu olduğundan müxbir otağın qapısını 
açıb, buranın xoş təravətli havasını udmağa başladı. Disko-
tekadan  gələn  ritmik  musiqi  səsi,  sərin  mehin  vasitəsilə 
mehmanxananın  və  kotteclərin  ətrafını  işğal  altında  saxla-
yırdı.  
Əliyusif,  üst-başını  səliqə-səhmana  salıb,  administrato-
run yanına getmək üçün qapıdan çıxmaq istəyirdi ki, birdən 
mobil telefonunun zəngi yenə də çalındı. O, nömrəyə baxıb 
düyməni  basdı  və  “Salam  ana,  xoş  gəlmisən”  –  dedi.  O, 
həmsöhbətini dinləyəndən sonra ehtiramla: 
-  Ana,  siz  şlaqbaumdan  başlanan  yol  ilə  düz  gəlin,  mən 
hamınızı 106 saylı kottecin yanında qarşılayacağam.  
Əliyusif mehmanxanadan çıxanda kotteclərin qarşısında-
kı meydançanın turistlərlə dolu olduğunu gördü. Valideyn-


                                                     
 
  
                                                                            
                                                    
55 
lərin nəzarəti altında olan balaca uşaqların səs-küyü, gülüş 
sədası  bütün  ətrafı  bürümüşdü.  Orada  qurulan  bilyard  və 
tennis  masalarının  ətrafı  adamlarla  dolu  idi.  Ən  çox  adam 
uşaqlar  üçün  əyləncə  mərkəzində  təşkil  olunmuş  xüsusi 
aparatların  qarşısındaydılar.  “Vertolyot”,  “Gəmi”  və 
“Günəş” yelləncəkləri pullu olsa da, orada böyük növbələr 
yaranmışdı.  
Heç  kimə  nəzər  salmayan  müxbir  106  saylı  kottecin 
tuşuna  çatanda,  anası  ilə  üzləşdi  və  salamlaşan  kimi 
qonaqlarının  harada  olduğunu  soruşdu.  Bəlli  oldu  ki, 
anasının rəfiqəsi hər iki qızları ilə birlikdə, maşından geyim 
əşyalarını  götürüb,  özləri  gələcəklər.  Əliyusif  anası  ilə 
geriyə  kottecə  tərəf  qayıtdı.  O,  nəzərdə  tutulan  kottecin 
qapısını açıb, aludəliklə dedi: 
-  Ana,  istirahət  etmək  üçün  burada  hər  bir  şey  var.  –  o, 
hər bir şeyi anasına göstərəndən sonra sözünə davam etdi. - 
Əlavə  nə  isə  lazım  olsa,  otaqdakı  telefonla  sifariş  edərsən 
və yaxud da mənə xəbər verərsən.  
- Sən özün harada olacaqsan? – deyə Xədicə maraqlandı. 
-  Bu  kottecin  böyründəki  mehmanxananın  ikinci  mərtə-
bəsində  özümə  yer  tutmuşam.  –  deyə  o,  əli  ilə  qırmızı 
kərpicdən tikilmiş həmin binanı göstərdi. - Qonşumuz Arif 
müəllim  də  Ofeliya  xanımla  və  başqa  ailə  üzvləri  ilə 


                                                     
 
  
                                                                            
                                                    
56 
birlikdə mənim qaldığım mehmanxanadan bir qədər aralıda 
yerləşən 403 saylı kottecdə olacaqlar. 
-  Çox  gözəl,  vaxtımız  daha  da  şən  keçəcək.  Qənirə  öz 
qızları  ilə  maşının  yanındadırlar,  onlar  əl  çantalarını  götü-
rüb bura gələcəklər. Bəlkə, onlara kömək edəsən? 
-  Mənim  orada  görünməyim,  yaxşı  düşməz.  Qənirə 
xanım  elə  başa  düşər  ki,  mən  onun  qızlarına  görə,  onlara 
kömək  edirəm.  Həm  də  yükləri  ağırdısa,  onlara  qolfmobil 
(mobilavto)  kömək  edəcək.  Buradakı  bütün  yükləri  qolf-
mobil daşıyır.  
-  Sən,  mənim  oğlum  olduğun  üçün,  Qənirə  elə  fikirləş-
məz. Əli, səninlə vacib söhbətim olacaq. Çalış gözdən itmə. 
- Narahat olma, mən üç gün burada olacağam. Redaksi-
yadan  “Relax”,  Masallının  “İsti-Su”  müalicəvi  istirahət 
kompleksləri  ilə  bağlı  məqalələr  yazmaq  üçün  sifarişlər 
almışam.  
-  Əli,  sən  mənim  üçün  bəhanə  axtarma.  –  deyə  üzünə 
ciddi ifadə verən elmi xadim hökmlə dilləndi. – Sən mütləq 
şəkildə  Qənirənin  ay  parçası  kimi  gözəl  olan  qızı  ilə 
görüşüb, onunla tanış olmalısan.  
- Ana, mənə çöhrəsi ay parçası kimi gözəl olan qız yox, 
qəlbi bulaq suyu kimi şəffaf olan bir qız lazımdır.  
Jurnalist  anasını  bir  daha  içəridəki  aksessuarlarla  tanış 
edib,  oradan  birbaşa  qaldığı  mehmanxanaya  yollandı. 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə