Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə4/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   2   3   4   5   6   7   8   9   ...   72

                                                     
 
  
                                                                            
                                                    
13 
etdiyi məbləğin bir hissəsini daimi saxladığı cavan qızlara, 
xüsusən  də  səhnəyə  yenicə  qədəm  qoymuş  müğənnilərə 
xərcləyirlər.  
-  Qardaş  sən  görsən  ki,  həftə  ərzində  o,  həmin  qıza  nə 
qədər pul xərcləyir, onda deyərsən ki, kişi ağlını itiribdir. 
- Deməli, o, səxavətli bir adamdır. – deyə İbrahim giley-
güzarla  dilləndi.  –  Yalnız  geniş  ürəkli  insanlar,  bir  adama 
sən fikirləşdiyin qədər pul xərcləyər. 
-  Səxavətli  olsaydı,  o,  pullarını,  illərlə  internatlarda 
qalan,  valideynlərindən  məhrum  olmuş  yetim  uşaqlara 
xərcləyərdi.  
-  Sən  yenə  də  ülvi  meyarlardan  danışmağa  başladın?  – 
deyə  İbrahim  bezikmiş  halda  dilləndi.  –  nə  bilirsən,  bəlkə 
həmin  Məzahir  yetimlərin  yolunda  kifayət  qədər  pul 
xərcləyir,  lakin  həmin  xeyirxah  işi  ictimaiyyətdən  gizlin 
saxlamağı məsləhət bilir.  
- Bəlkə də bu belədir, amma buna inanmaq çox çətindir. 
İş ondadır ki, həmin qız hər həftə ona bahalı şeylər aldırır, 
ona  kələk  gəlməklə  barmağına  dolayır,  başına  olmazın 
müsibətlər açır.  
- Necə yəni, müsibətlər açır? Açığını desəm, mən həmin 
qızın  buraya,  4-5  dəfə  gəldiyinin  şahidi  olmuşam,  həmişə 
də Natiq (oğlanın adı Natiq idi) onun yanında olub. Bildir-


                                                     
 
  
                                                                            
                                                    
14 
mək  istəyirəm  ki,  Natiqlə  bu  yaxınlarda  tanış  olmuşam. 
Görünür, Zemfira bir əlində iki qarpız tutur. 
-  Elədir  ki,  var.  Əxlaqına  şübhə  ilə  yanaşdığım  həmin 
qadın Məzahirə bahalı maşın, Novxanıda bağ evi, qiymətli 
ziynət  əşyaları  aldırır,  hər  yay  isə  turizm  komplekslərinə 
istirahətə yollanır. İndi isə tələb edir ki, bir balaca oxumaq 
istedadı  olduğu  üçün,  onu  tanınmış  müğənni  etsin.  Qısaca 
desəm,  o,  başqa  naşı  müğənnilər  kimi  şou-biznes  aləminə 
daxil olmaq istəyir. 
-  Burada  təəccüblü  nə  var  ki?  İndiki  zamanda  bədənini 
alver  mənbəyinə  çevirən  bir  çox  qızlar  müğənni  olmaq 
istəyir.  Lakin  etiraf  etməliyəm  ki,  Zemfira  öz  səviyyəsinə 
uyğun  olaraq,  bir  qədər  açıq-saçıq  geyinsə  də,  mən  elə 
bilirdim  ki,  o,  Natiqə  sadiq  bir  qadındır.  Çünki  o,  burada 
olan  zaman,  heç  vaxt  ətrafındakı  insanlara  nəzər  salmır, 
ümumiyyətlə,  kənardakı  insanların  ona  nəzər  yetirməsinə, 
əhəmiyyət vermir. 
- Onun necə sadiq qadın olduğunu mən yaxşı bilirəm.  – 
deyə  Əliyusif  tam  arxayınlıqla  dilləndi.  –  O,  eyni  gündə 
həm Natiqlə, həm də Məzahirlə görüşüb. Əslinə baxanda o, 
əsl məşuquna xəyanət edir. 
-  Kişilərdən  hansı  onun  əsl  məşuqu  sayılır?  –  deyə 
İbrahim istehza ilə gülümsündü. 


                                                     
 
  
                                                                            
                                                    
15 
- Bunu müəyyənləşdirmək çətin deyil, biri onu saxlayır, 
o birisi isə ondan istifadə edir. Mənim fikrimcə, varidatını 
Zemfiranın  yolunda  qurban  verən  adam  onun  məşuqu 
sayılır.  
-  Bu  məsələdə,  mən  səninlə  heç  bir  söz  güləşdirmək 
istəməzdim.  Görünür,  həmin  kişi  ona  çox  etibar  edir. 
Amma çalış belə adamların daxili işlərinə qarışma. Bu, pis 
sonluqla nəticələnə bilər.  
Bu  sözlərdən  sonra  yenə  də  onların  arasında  pauza 
yarandı,  dostlar  qabaqlarına  qoyulan  təamlardan  dadmağa 
başladılar.  Müxbir  bir  qədər  çörək  yeyəndən  sonra  o, 
təşəxxüslə dedi: 
- İbrahim, indiki zamanda sədaqətli, etibarlı, qürurlu qız 
tapmaq  çox  müşkül  bir  işdir.  Ürəyimə  yatan  hər  hansısa 
qızı  minlərlə  qızın  arasında  arasam  da,  hələ  də  yarım  ilə 
üzləşə bilmirəm.  
-  Qardaş,  sizin  ailədəki  vəziyyət  bir  qədər  müşküldür. 
Anan  istəyir  ki,  sənin  üçün  ideal  bir  qız  alsın,  amma  sən 
onların əksinə gedirsən. – İbrahim bir qədər ara verib, bikef 
halda  sözünə  əlavə  etdi.  –  Bax,  mən  də  valideynlərimin 
əksinə getdim. Ümumi razılıq olmasa, heç vaxt ailə qurma.  
-  Bu  məsələdə  valideynlər  hökümlü  olsalar  da,  mütləq 
onların  razılığı  olmalıdır.  –  deyə  İslam  söhbətə  müdaxilə 
etdi.  –  Valideynlərin  razlığı  olmayan  izdivacın  ailə  həyatı 


                                                     
 
  
                                                                            
                                                    
16 
təlatümlü  günlərdən  ibarət  olur.  Mütləq  şəkildə  xeyr-dua 
alınmalıdır.  
-  İbrahim,  səni  başa  düşmək  çətin  deyil.  –  deyə  müxbir 
təqdiredici tərzdə dilləndi. - Nişanlın bir qədər müasir həya-
ta üstünlük verən adamdır. Ən əsas odur ki, o, səni ürəkdən 
sevir. Bu isə böyük şərtdir. 
- Müasirlik yaxşıdır, amma qadın xeylağı üçün hər şeyin 
həddi olmalıdır. Onlar başa düşməlidir ki, gələcəkdə hansı-
sa bir kişinin həyat yoldaşı olacaqlar, bunun üçün hərəkət-
lərini nəzarət altında saxlamalıdırlar.  
-  Dostum,  səni  başa  düşürəm,  Günel  müasir,  dəbdəbəli 
qız olsa da, Allaha şükür o, öz hərəkətlərini nəzarət altında 
saxlamağı bacarır. 
-  Sən  elə  danışırsan  ki,  guya  onu  məndən  yaxşı 
tanıyırsan.  
-  Mən  onu,  sənə  nisbətən  necə  yaxşı  tanıya  bilərəm?  – 
deyə  Əliyusif  qeyri-müəyyən  tərzdə  dilləndi.  –  bircə  onu 
bilirəm ki, o, incəsənətə, musiqiyə meyilli bir qızdır.  
-  Səhv  etmirəmsə,  Günel  televiziya  kanallarının  birində 
aparıcı işləmək işləyir. – deyə şair xatırlatma etdi.  
-  Teleaparıcı  olmaq  başqa,  müğənni  olmaq  başqa.  – 
Restoran  müdiri  çaxır  dolu  badəni  başına  çəkərək  fikirli 
halda dilləndi. - Ora gedən adam, tamamilə dəyişir və şou-
biznezin qanunları ilə yaşamağa başlayır.  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə