Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə5/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   2   3   4   5   6   7   8   9   ...   72

                                                     
 
  
                                                                            
                                                    
17 
-  Səni  başa  düşmək  çətin  deyil.  –  Əliyusif  məyus  olan 
dostuna  təsəlli  verməyə  çalışdı.  -  Özün  də  çox  yaxşı  bilir-
sən  ki,  mənəviyyatımız  təcavüz  altındadır.  Bunu  edənlərin 
əksəriyyəti isə özəl televiziyada çalışan redaktorlardır.  
-  Ümumilikdə  belə  fikir  yürütmək  olmaz.  –  deyə  İslam 
müxbirlə razılaşmadı.  
-  Bir  çox  istedadı  olmayan  qız  müğənnilər,  -  Əliyusif 
dərindən  ah  çəkərək  aludəliklə  dilləndi.  -  heç  kimə  məhəl 
qoymadan,  qız  ləyaqətini  qorumadan  öz  həmkarları  ilə 
davaya çıxır, əsl sənətkarlarla dil-dil ötür, irad eşidən kimi 
qışqır-bağır  salır,  son  nəticədə  isə  tamaşaçılar  qarşısında 
bəyan edirlər ki, onlardan yaxşı mahnı ifa edən yoxdur.  
-  Onlar  belə  etməklə  iştirak  etdikləri  verilişlərin  reytin-
qini qaldırırlar. – deyə restoran müdiri istehza ilə dilləndi. – 
Şou  qalmaqalı,  müğənnilərin  həyasızlıqları,  prodüsserlərin 
əsas məqsədi sayılır. Belə bir üsulla onlar özlərini tanıtmaq 
istəyirlər. Qəribə olsa da, onlar belə bir üsulla öz ətraflarına 
böyük auditoriya toplamağa müvəffəq olurlar.  
Əli,  sən  çox  sadəlövh  adamsan.  Səsi  olmayan,  müğən-
nilik istedadından bir əsər-əlamət olmayan səhnə xəstələri, 
özlərini  cəmiyyət  arasında  necə  tanıtsınlar?  Bunun  başqa 
yolu var? 
 
 


                                                     
 
  
                                                                            
                                                    
18 
 
     
II fəsil. Jurnalist səmimi söhbətlər içərisində 
 
İbrahimin düşdüyü vəziyyətdən hali olan müxbir istəmir-
di  onu  artıq  sorğu-suala  tutsun.  Lakin  mənəviyyatla  bağlı 
söhbəti yarımçıq qoymaq fikirində olmadı. O, bir qədər ara 
verəndən sonra ehtiramla dedi: 
-  İbrahim,  bax  sən,  bu  restoranı  işlədirsən  və  əyani 
surətdə  görürsən  ki,  bəzi  qadınlar  pula  görə,  şan-şöhrətə 
görə,  bütün  həya-abırını,  ismətini  itirib,  imkanlı  adamlarla 
hansı  hoqqalardan  çıxırlar?  Bariz  nümunə  fəvvarənin 
yanında  oturan,  özündən  müştəbeh  halda  razı  olan,  həmin 
başıboş  qadındır.  O,  şan-şöhrət  naminə  və  camaatı  özünə 
cəlb etmək üçün bütün ismətini itiribdir.  
- Onların hərəkətlərinin bəzi məqamlarını söyləsəm tük-
lərin biz-biz durar. Bəzi müğənnilərimiz, artıq həya-abırla-
rını itiriblər. Sanki onlar həyanın nə olduğunu bilmirlər.  
- Bax, mənim bağ qonşum özünü  yanındakı  yaşlı kişiyə 
şirin edərək, istədiyi hər bir şeyi ona aldırır və paralel ola-
raq  başqa  bir  kəslə  ona  xəyanət  edir.  Məni  bir  şey  düşün-
dürür,  təbiətən  xəsis  olan  Məzahir,  necə  olur  ki,  bu  qədər 
bahalı şeyləri yanındakı yüngül xasiyyətli qadına alır?  
- Sən elə bilirsən ki, o, aldığı bağı, maşını həmin qadının 
adına salır? – İbrahim Zemfiranı qeyri-adi baxışlarla süzə-


                                                     
 
  
                                                                            
                                                    
19 
süzə arxayınlıqla dilləndi. - Əminəm ki, bu belə deyil. Vaxt 
gələcək, qızın etdiyi xəyanətin üstü açılacaq və sənin qon-
şun  hər  şeyi  onun  əlindən  alıb,  yenidən  onu  lüt  qoyacaq. 
Mən  şəxsən,  bir  neçə  müğənni  kimi  özünü  tanıdan  qızlar 
tanıyıram  ki,  sponsorlar  onların  bədənindən  istifadə  edən 
zaman, istədikləri şeyləri onlara alır, lakin zinhara gəldikdə, 
daha doğrusu onlardan doyandan sonra aldıqlarını geri alıb, 
özləri üçün başqa ağıldan kəm, yaraşıqlı qızlar axtarırlar.  
-  Deyirəm  axı,  necə  olur,  imkanlı  ailələrdən  çıxmayan 
cavan  qızlar,  xüsusən  də,  şou-biznesə  qatılanlar,  qısa 
müddət  ərzində  100  min  dollarlıq  maşınlar  əldə  edir  və 
televiziya  vasitəsilə  yaşadıqları  evləri  və  istifadə  etdikləri 
aksessuarları nümayiş etdirirlər.  
- Birmənalı şəkildə demək lazımdır ki, - deyə şair təəssüf 
hissilə  dilləndi.  -  güclü  valideyn  nəzarəti  altında  olmayan 
cavan  qızlar  qiymətli  əşyaların  qarşısında  tab  gətirməyib, 
öz  ləyaqətlərini,  namuslarını  çölə  atırlar  və  tanışları 
yanında pozğun qız kimi tanınmağa başlayırlar. İş ondadır 
ki, bütün bu biabırçılığın sonu görünmür. 
Bu  sözlərdən  sonra  araya  ölü  sükut  çökdü.  İbrahimin 
fəvvarənin  o  biri  tərəfində  əyləşən  müğənnini  qeyri-adi 
baxışlarla  süzməsi,  Əliyusifin  diqqətinə  səbəb  oldu.  Lakin 
buna baxmayaraq, müxbir hələlik susmağa üstünlük verdi.  


                                                     
 
  
                                                                            
                                                    
20 
Beləliklə,  onlar  söhbət  edə-edə  çörəklərini  yedilər  və 
İbrahimin  işarəsi  ilə  ofisiant  masanın  üstünü  yığışdırıb, 
lakin  çaxır  şüşəsinə  toxunmadan  hər  üç  dosta  çay  gətirdi. 
Bu  vaxt  restoran  müdirinin  mobil  telefonu  zəng  çaldı.  O, 
bir qədər danışandan sonra “gəlin restorana, burada söhbət 
edək” – deyərək, telefonu söndürdü. İbrahim dedi:  
- Bir azdan mənim yanıma biznes sahəsində əməkdaşlıq 
etdiyim  tanışlarım  gələcək.  Burada  olsanız,  sizi  onlarla 
tanış edərəm.  
- Bunun üçün vaxtım olmayacaq, mən turistlərin yanında 
olmalıyam.  –  deyə  müxbir  dostunun  təklifinə  heç  bir  əhə-
miyyət vermədən, ciddi halda dilləndi. - Yaxşı, bəs, Günel 
ilə əlaqən  necədir? Deyirdin ki, bu  yaxınlarda  toy  edəcək-
sən. Toy gününü təyin etmisən, ya yox?  
Bu sözlər,  sanki İbrahimin kefinə  soğan doğradı. O, bir 
qədər fikirə getdi və başını aşağı salaraq, qarşısındakı çayı 
içməyə  başladı.  Bir  anın  içərisində  İbrahimi  hirs  boğdu. 
Əliyusif  o  dəqiqə  başa  düşdü  ki,  dostu  hansısa  problemlə 
üzləşibdir. Lakin bütün bu sıxıntıya baxmayaraq, restoranın 
sahibi özündə güc tapıb hüznlə dedi: 
-  Necə  ki,  Natəvan  ilə,  eləcə  də  Günel  ilə  bizim 
izdivacımız  baş  tutmadı.  Hətta  yaxın  adama  belə  inanmaq 
olmur. Özün bilirsən də, mən Günelə necə inanırdım?  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə