Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə6/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   2   3   4   5   6   7   8   9   ...   72

                                                     
 
  
                                                                            
                                                    
21 
İbrahimin  sözlərindən  başa  düşmək  olardı  ki,  Güneldən 
də qabaq onun istədiyi qız olubdur.  
İlk  nişanlışı  Natəvan  adlı  bir  qız  idi.  Toya  az  qalmış 
İbrahim görür ki, qız sol çiyninə döymə, sifətini dartıraraq 
ağzını  böyütdürübdür.  Bu  hərəkətə  görə,  ailələr  arasında 
qalmaqal  yaransa  da,  İbrahim  nişan  üzüyünü  geri  alır. 
Ondan sonra onu imkanlı ailədən çıxmış Günel adlı bir qız 
ilə nişanlayırlar.  
Bu məsələdə İslamın susması ondan xəbər verirdi ki, o, 
İbrahimin  problemi  ilə  tanışdır.  Məhz  buna  görə  də  şair 
sadəcə olaraq onlara qulaq asmağa başladı. 
-  Çaşıb,  Güneli  xəyanətdə  ittiham  edərsən,  ha?  –  deyə 
Əliyusif diqqətini dostuna yönəldərək, şübhə ilə soruşdu. – 
O, dəmir iradəli və sənə sonsuz məhəbbəti olan bir qızdır. 
- O, mənə sadiq olsa da, hərəkətləri xoşuma gəlmədi. 
- Axı, aranızda nə baş veribdir? 
-  Günel  mənə  xoş  görünmək  üçün  həftədə  iki  dəfə 
gözəllik  salonuna  gedirdi.  Onun  Hicran  adlı  saç  ustası 
vardı.  Bir  neçə  dəfə  mən  özüm,  Güneli  həmin  gözəllik 
salonuna aparıb, elə qapının ağzından geri qayıtmışam. Bir 
dəfə onun ardınca gözəllik salonuna gedəndə Hicranın kim 
olduğunu görüb dəhşətə gəldim. O, Günelin üzünü makiyaj 
edəndə mən, hamının yanında qızı sillələdim. 


                                                     
 
  
                                                                            
                                                    
22 
-  Kimi  sillələdin,  Güneli,  yoxsa  Hicranı?  –  müxbir 
anlamağa çalışdı. 
-  Sənə  dedim  axı,  qızı.  –  deyə  İbrahim  qeyri-müəyyən 
tərzdə dilləndi. 
- Mən də soruşuram hansı qızı? 
- Əlbəttə ki, Güneli. Sən demə Hicran kişi imiş.  
- Nə? – deyə Əliyusif təəccübdən yerindəcə donub qaldı. 
– Günelin saç ustası kişi imiş? 
-  Mən  də  elə  bilirdim  ki,  Hicran  qadındır.  Sən  demə 
Günel kişi stilistinin yanına gedib, onun qulluğundan istifa-
də  edirmiş.  Təsəvvür  edirsən,  o,  imkan  yaradırmış  ki,  hə-
min arvada oxşayan kişi qırığı onun sir-sifətini əlləşdirsin.  
-  İbrahim,  Günelgilin  ailəsi,  müəyyən  mənada  Avropa 
mədəniyyətinə inteqrasiya edibdir, onlar üçün kişi stilistinin 
və yaxud saç ustasının yanına getmək adi hal sayılır. 
-  Avropa  mədəniyyəti  bir  çox  ailələrin  evini  yıxır.  Mən 
bilsəydim  ki,  o,  kişi  stilistinin  yanına  gedir,  öz  ailəmi 
elçiliyə onların qapısına heç vaxt göndərməzdim. 
İbrahim növbəti dəfə çaxır içib, damağına siqaret qoydu. 
Bu  söhbətdən  onun  qanı  qaralmışdı.  Çünki  Günelin  hərə-
kəti və ondan aralanmaq restoran müdirinə yaman pis təsir 
göstərmişdir.  
- Qardaş, onda sənin evlənmək məsələn təxirə salınır? – 
deyə müxbir yerini rahatlayıb qayğı ilə soruşdu.   


                                                     
 
  
                                                                            
                                                    
23 
-  Heç  bilmirəm,  nə  cavab  verim.  Atamla,  anam  elə  hey 
deyirlər  ki,  evlən.  Öz  istədiyim  qıza  isə  məhəl  qoymaq 
istəmirlər.  
-  Keçmiş  nişanlından  başqa  sənin  istədiyin  var?  –  deyə 
Əliyusif təəccübləndi.  
-  Əlbəttə  yox,  mən  söz  gəlişi  deyirəm.  Onu  bildirmək 
istəyirəm ki, valideynlərim öz istədikləri namizədi sırımağa 
çalışırlar.  
-  İbrahim,  İslam  da  deyir  ki,  ailə  qurmaq  istəyirsənsə, 
mütləq  valideynlərinin  xeyir-duası  olmalıdır.  Əks  halda 
sən,  hətta  pulun  olsun  belə,  xoşbəxt  olmayacaqsan.  Məhz 
buna görə də sən, valideynlərinin təklif etdiyi xanımla ailə 
həyatı qurmalısan.  
-  Valideynin  arzusu  ilə  mənim  ürəyimin  istəyi  üst-üstə 
düşməlidir.  Sən  heç  bilirsən,  onlar  mənə  necə  qızlar  təklif 
edirlər?  Təklif  olunan  qızlar  imkanlı  şəxlərin  övladları 
olsalar da, onlar tamamilə mənim zövqümə uyğun deyillər. 
İş  ondadır  ki,  mənə  təklif  olunan  qızları  sən  görəndə, 
qorxub qaçarsan. Düzdür, onların hamısı imkanlı ailələrdən 
çıxıblar.  Birinin  dodaqları  silikonla  şişirdilib,  o  birisinin 
ağzı  qulaqlarına  kimi  elə  dartılıb  ki,  sanki  işgəncələrə 
məruz qalıb, digərinin sifəti dartılaraq eybəcər hala salınıb, 
başqasının gözləri kəsilərək açılır və üstəgəl yarpaq boyda 
süni kipriklər qoyulub. Bütün bunlara baxmayaraq, onlar o 


                                                     
 
  
                                                                            
                                                    
24 
qədər kosmetika sürtürlər ki, sifət quruluşu qorxunc şəkilə 
düşür.  Mən  başa  düşə  bilmirəm,  nəyə  görə  cavan,  gözəl 
qızlar  özlərini  belə  eybəcər  hala  salırlar?  İndi  de  görüm, 
mən  elə  bir  qızlarla  necə  ailə  həyatı  qura  bilərəm?  Axı, 
mənim  valideynlərim  bilməlidirlər  ki,  həmin  qızlar  azər-
baycanlı qadın simasından uzaq olan bir adamlardır. Elə bir 
qızlarla  təməli  möhkəm  olan  bir  ailəni  yaratmaq  mümkün 
deyil.  Gec-tez  xasiyyətimiz  tutmayacaq  və  həmin  ailə 
dağılacaq. Məhz buna görə də mən nə özümü, nə də mənə 
gələn qızı bədbəxt etmək istəmirəm.  
-  Elədirsə,  sən  bütün  bunları  valideynlərinə  deməlisən. 
Onlar da hər şeyi nəzərə alıb, orta məxrəcə gəlməlidirlər.   
- Elə bilirsən, mən bu haqda onlarla söhbət etməmişəm? 
Dəfələrlə! Amma onlar qulaq asmaq belə istəmirlər. Mənim 
valideynlərimi yalnız bircə şey maraqlandırır, o da ki, pul. 
Qızlar imkanlı ailələrdən olduqları üçün atamla anam məni 
bədbəxt etmək istəyirlər. 
Atamın maliyyə vəziyyəti xeyli pisləşibdir. O, xəbərdar-
lıq edir ki, imkanlı qız ilə ailə qurmaq mənim özümə xeyir-
lidir.  Gələcəkdə  hər  hansısa  bir  layihəni  həyata  keçirsəm, 
qızın ailəsi mənə köməklik göstərsin. Müxtəlif nazirliklərdə 
çalışan  yüksək  vəzifəli  şəxslərin  qızları  da  mənə  təklif 
olunur və atam qətiyyətlə bildirir ki, bu mənim qayınatamın 
işlədiyi nazirlikdə yüksək vəzifəyə sahib olmağıma kömək 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə