Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə8/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   4   5   6   7   8   9   10   11   ...   72

                                                     
 
  
                                                                            
                                                    
29 
-  Qardaşım,  planlaşdırıldığı  kimi  hər  şey  öz  qaydasında 
gedirdi, lakin üzüktaxma məqamı yetişəndə orada qalmaqal 
yaşandı. Ümumiyyətlə, Mədinə əvvəlcədən bu izdivaca ra-
zılıq vermirdi. Özün yaxşı bilirsən ki, oğlanın anası mənim 
anamla bir yerdə işləyir və bizimlə qohum olmağını arzula-
yırdı. Həmin qadının oğlu Bakı Dövlət Universitetinin 4-cü 
kursunda oxuyurdu və deyilənə görə universiteti bitirəndən 
sonra o, Dövlət Əmlak Komitəsində işləyəcəkdi.  
- Demək istəyirsən ki, Mədinənin nişanı alınmayıbdır? – 
deyə İbrahim silkələnərək gözləri bərələ qaldı. 
-  Nişan  vaxtı  evimizdə  əsl  qalmaqal  yaşanmışdı.  İş 
ondadır  ki,  oğlan  üzük  taxmaq  üçün  evə  dəvət  olunanda, 
anamın halı dəyişir. İçəridəkilər bunun səbəbini soruşanda, 
o,  izah  edir  ki,  təxminən  iki  ay  öncə  avtobusda  gedəndə, 
həmin oğlanla güclü mübahisəsi olur.   
Oğlanın maşını təmirdə olan zaman o, avtobusa minir və 
qabaq  qapıya  yaxın  olan  oturacaqda  oturur.  Növbəti 
dayanacaqda anam yaşlı bir qadınla avtobusa minir. Həmin 
qadın  Milli  Elmlər  Akademiyasının  elmi  əməkdaşı  idi. 
Qəribə  də  olsa,  oğlan  həmin  qadına  yer  vermir  və  mobil 
telefonla danışa-danışa hamını heyrətləndirir. Salondakılar, 
o  cümlədən,  anam  oğlanın  tərbiyəsiz  hərəkətlərinə  narazı-
lıqlarını  bildirəndə  o,  hamını  acılayır.  Oğlan  utanmadan 
yaşlı  elmi  əməkdaşa  bildirir  ki,  “mən  də  sənin  kimi  avto-


                                                     
 
  
                                                                            
                                                    
30 
busa pul verirəm. Təqaüdçüsən, get evində otur, avtobusda 
oturmaq istəyirsənsə, mənim kimi boş avtobus gözlə!” 
Anam  bütün  bu  hadisəni  mənə  danışanda,  onun 
tərbiyəsiz hərəkətindən mən, dəhşətə gəlmişdim.   
Bundan  sonra  İbrahim  özünü  saxlaya  bilməyib  bərkdən 
gülməyə  başladı.  Restoran  sahibi  bu  gülüş  ilə,  ətrafda 
oturan  qonaqların  diqqətini  özünə  cəlb  etdi.  O,  birtəhər 
özünü ələ alaraq, təəccüblə dedi: 
-  Təsadüfə  bax  ha,  həmin  oğlana  da  Mədinəni  almaq 
istəyirlər? Deməli, belə çıxır ki, sənin anan avtobusda yaşlı 
qadına  yer  verməyən  bir  adama  öz  qızını  vermir.  Kimə 
desən, inanmaz. Əhsən, Xədicə xanıma! Əli, mənim, sənin 
anana  olan  hörmətim,  birə-beş  artdı.  İnşaallah,  ananın 
arzusu ilə, Madinəyə ən layiqli oğlan tapılacaq. 
-  Amin!  –  deyə  İslam  da  təbəssümünü  gizlətmədən 
səmimiyyətlə  dilləndi  və  dərindən  nəfəs  alaraq  bu  dəfə 
İbrahimin stəkanına çay süzdü.  
Bir anlığa araya sükut çökdü. Sükutu pozmaq istəməyən 
Əliyusif stəkanı boşaldıb, dostları ilə vidalaşdı və oranı tərk 
edərək, turistlərlə birlikdə Qız qalasına yollandı. 
 
 
 
 


                                                     
 
  
                                                                            
                                                    
31 
         
III fəsil. Təkidlə verilən məsləhətə etiraz 
 
Axşam hava qaralana yaxın Əliyusif evə gəldi və qonaq 
otağına  keçib  televizora  baxmağa  başladı.  O,  yorğun  olsa 
da, bunu büruzə vermək istəmədi. Lakin buna baxmayaraq, 
anası  ona  çay  gətirib,  yanında  əyləşdi.  53  yaşlı,  bəstəboy, 
bir  qədər  dolu  bədənli  Xədicə  iyirmi  beş  ilə  yaxın  idi  ki, 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Etnoqrafiya 
institutunda elmi əməkdaş kimi işləyirdi və paralel olaraq o, 
folklorşünaslıqla məşğul idi.  
Ailənin  böyüyü  Hümbət  Cümşüdov  ədəbiyyat  müəllimi 
olmuş və paralel olaraq o, Azərbaycan folkloru ilə dərindən 
maraqlanmışdı.  Ömrünün sonuna qədər o, bu işlə əlaqədar 
bir  neçə  elmi  cəmiyyətlərdə  və  rayonların  mədəniyyət 
ocaqlarında təşkil olunan elmi-praktik konfranslarda iştirak 
etmişdi.  Hümbət  bir  neçə  il  bundan  əvvəl  metro  ilə  evinə 
qayıdarkən  tuneldə  baş  verən  yanğın  zamanı  həlak 
olmuşdu. 
Azərbaycanın hələ yüz il bundan əvvəl ailələrdə mövcud 
olan adətlər, ənənələr və tərbiyə üsul-idarəsi Xədicənin əsas 
tədqiqat  obyekti  sayılırdı.  Kimliyindən  asılı  olmayaraq, 
yalnız yüksək əxlaqa malik olan və etik normalarına riayət 
edən  adamlarla,  maraqlı  mövzulara  toxunaraq,  böyük  ruh 
yüksəkliyi ilə dialoq qurmağı xoşlayırdı. Məhz bunun sayə-


                                                     
 
  
                                                                            
                                                    
32 
sində  o,  öz  övladlarına  köklü  azərbaycanlı  ailələrinə  xas 
olan  ali  tərbiyəni  verməyə  nail  olmuşdu.  Bundan  sonrakı 
əsas məsələ, qızını hansı bir oğlana ərə vermək, oğullarına 
isə necə qız almasından ibarət idi. Övladları ilə ailə müna-
sibəti  quracaq  cavanlar  yüksək  əxlaq  kriteriyalarına  cavab 
verən adamlar olmalıydılar.  
Xədicə  qabına  çiyələk  mürəbbəsi  qoyub,  armudu 
stəkandakı çayı içə-içə söhbətə başladı. O, dedi: 
-  Keçən  həftə  dostun  şair  İslamın  “Rəbbin  nuru”  adlı 
şeirlər  kitabını  oxudum  və  ondan  sonra  anladım  ki,  o, 
həddindən artıq Allaha bağlı və islam etikasına riayət edən 
adamdır.  İnanırsan,  həmin  şeirləri  oxuyanda,  şəxsən  mən 
özüm üçün mənəvi rahatlıq tapıram.  
-  Sözlərin  düzülüşü,  qafiyələrin  quruluşu,  mənanın  üzə 
çıxarılması  mənim  ürəyimə  yatdığından,  mən  dəfələrə 
həmin kitabın səhifələrini vərəqləyirəm.  
- Allah onu xoşbəxt eləsin! Həyat yoldaşı sanki xasiyyə-
tinə uyğun seçilibdir.  
-  İslamın  dediyinə  görə  həyat  yoldaşını  məhz  özü 
seçibdir. Elə buna görə də onların hər ikisi xoşbəxtdirlər. 
- Sağ əli sənin başına olsun.  – deyə elmi xadim həvəslə 
dilləndi,  sonra  bir  qədər  ara  verərək,  həmin  tərzdə  sözünə 
davam  etdi.  -  İşlərin  necə  gedir?  Yazılarınla  bağlı  oxucu-
ların reaksiyası necədir?  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə