Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə9/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   5   6   7   8   9   10   11   12   ...   72

                                                     
 
  
                                                                            
                                                    
33 
-  Etikadan,  əxlaqdan,  mədəniyyətdən,  tərbiyəvi  məsələ-
lərdən  başı  çıxmayanlar  açıq-aydın  təhqirlərə  keçir,  ziyalı 
təbəqəsi isə həmin yazıları alqışlayırlar. Bəzən mənə elə gə-
lir ki, mən Azərbaycanda yox, başqa bir ölkədə yaşayıram. 
- Sağlam tənqid olsa, onda adekvat addımlar atmaq olar, 
lakin  təhqirlərə  qarşı  reaksiya  versən,  onda  sən  də  onların 
səviyyəsinə enmiş olacaqsan.  
-  Artıq  birmənalı  şəkildə  bildirmək  lazımdır  ki,  həmin 
adamları,  xüsusən  də,  mədəniyyəti  olmayan,  elementar 
etika  normalarından  uzaq  olan,  şou-biznesə  qatılanları  pul 
qudurtdurubdur.  Camaat  küçələrə  düşüb  özünə  iş  axtarır, 
kimlər isə haram yollarla külli-miqdarda pul qazanır.  
- Düz deyirsən, indiki zamanda halal pul ardınca gedən-
lər, min-bir əziyyətlə iş tapırlar. İş tapanda da, evlərinə az 
miqdarda  məvacib  aparırlar.  Mən  elmlər  namizədi  olsam 
da,  iş  yerindən  qəpik-quruş  alıram.  Belə  bir  məvaciblə 
ailəni saxlamaq olar? Mədinənin universitetdəki təhsil haq-
qını ödəmək üçün mən hər il müxtəlif banklardan kreditlər 
götürürəm. Belə bir maddi sıxıntılıq nə vaxta qədər davam 
edəcək?  Elə  götürək  qardaşın  Elşəni;  o,  pedaqoji  universi-
tetdə  oxuya-oxuya,  təhsil  haqqını  ödəmək  üçün  imkanlı 
şəxsin evində qarovulçuluq edir. Halbuki uşağa da aydındır 
ki,  Elşən  təhsilini  başa  çatdırandan  sonra  pedaqoji  fəaliy-


                                                     
 
  
                                                                            
                                                    
34 
yətə  başlayacaq  və  pedaqoqlara  verilən  maaşla  o,  nəinki 
ailəsini, hətta özünü də dolandıra bilməyəcək.   
-  Ana,  Elşən  indi  Zemfiranın  bağındadır.  O,  şam 
yeməyini yeyib, ya yox?  
-  Aparan  olmayıbdır!  –  deyə  Xədicə  qətiyyətlə  dilləndi 
və  ara  vermədən  mövzunu  dəyişərək,  ciddi  halda  sözünə 
davam etdi. – Sənə yemək verəndə onun payını ayıraram.  
-  Yeməyə  nə  hazırlamısan?  –  deyə  aclığını  gizlədə 
bilməyən oğul maraqlandı.   
- Kartof qızartmışam. Təzə çörək almağa pulum çatmadı, 
amma dünəndən qalan boyat çörəyimiz var.  
- Yenə də kartof? – deyə Əliyusif məyus halda dilləndi. 
- Yaxşıdır ki, evdə kartof var idi. Əks təqdirdə mən sizin 
üçün, paketdə olan sup bişirəcəkdim.  
- Qonşunun borcunu ödəsəydim, oradan heç olmasa, bir 
toyuq alardım. Eybi yoxdur, iki gün də dözək, ondan sonra 
evə ət də, toyuq da alaram. Şənbə günü baş redaktor mənə 
pul verməlidir.  
-  Soğan,  kərə  yağı,  düyü,  quru  çayımız  da  tükənibdir. 
Soğan ilə quru çayı sən alarsan, qalan ərzaq mənim boynu-
ma.  Dörd-beş  günə  göy-göyərtimiz  də  olacaq.  Əkdiyim 
şüyüt, keşniş, vəzəri, cəfəri artıq torpaqdan çıxıbdır.  


                                                     
 
  
                                                                            
                                                    
35 
Əli,  hələ  bu  harasıdır?  İşıq  pulu  üçün  gəlmişdilər, 
borcumuz 14  manatdır. Sabaha kimi pul  ödənilməsə, onda 
işığımızı kəsəcəklər.  
- Çox güman ki, Məzahir bu gecə Elşənə maaş verəcək. 
İnşaallah  işıq  pulunu  sabah  ödəyərik.  –  deyə  müxbir  ana-
sına təsəlli verdi, sonra bir qədər tərəddüd edərək, inamsız 
halda dilləndi. - Belə yaşamaq olar? Kim isə pulunu havaya 
sovurur, biz isə evə toyuq ala bilmirik. On gündən bir ət ala 
bilsək,  Allaha  şükür  edərik.  Başa  düşmürəm,  Məzahir 
həmin pulları necə qazanır?  
-  Məzahir  müəllimin  əti  tökülsün,  -  deyə  Xədicə  hirslə 
dilləndi. - qızı yaşda bir qadınla eyş-işrətlə məşğuldur.  
- İndiki zamanda bir çox imkanlı adamlar belə bir çirkin 
həyat  tərzi  sürürlər.  Təki,  həmin  qadınlar,  varidatının 
yarısını onun yolunda xərcləyən adama sadiq olsunlar. 
-  Bu,  onların  problemidir.  Yaxşı  oğlum,  aylar  ötür,  illər 
keçir  sən  isə  subaylığın  daşını  atmaq  istəmirsən.  Bir-iki  il 
də keçsə, sən 40 yaşına kimi evlənmək istəməyəcəksən.  
- Ana, mənə elə gəlir, bu işdə tələsmək lazım deyil. Vaxt 
gələcək, mən də evlənəcəm. 
-  Sənə  dedim  axı,  bu  məsələdə  sən  geciksən,  onda  40 
yaşına kimi subay qalacaqsan. Mən isə nəvə görmək istəyi-
rəm ki, təqaüdə çıxanda onların tərbiyəsi ilə məşğul olum.  


                                                     
 
  
                                                                            
                                                    
36 
- Bunun üçün mən kimi gəldi almalıyam? – deyə müxbir 
anasına  təəccüblə  nəzər  saldı.  –  İndiki  zamanda  buraya 
gəlin  gələcək  qızın  xasiyyətinə  dərindən  bələd  olmasam, 
evlənməyə  dəyməz,  çünki  qısa  zaman  kəsiyində  həmin 
izdivac qırıla bilər. Mən isə istəmərəm ki, öz səhlənkarlğım 
ucbatından ikinci dəfə ailə həyatı qurum.  
-  Guya,  mən  razıyam  ki,  sən  yoldan  keçən,  tanımadığın 
bir  xanımı  özünə  həyat  yoldaşı  edəsən?  Mənə  ağıllı  və 
tərbiyəli, hər bir şeyə hörmətlə yanaşan bir gəlin lazımdır.  
-  Avropa  mədəniyyətinin  ardınca  gedən  bir  cəmiyyətdə 
mənim  tələblərimə  cavab  verən  bir  qız  tapmaq,  həddindən 
artıq müşkül bir işdir.  
-  Ailələrdə,  xüsusən  də,  televiziya  kanallarında  bunu 
müasirlik adlandıraraq, başlayırlar təbliğ etməyə. Məhz bu 
səbəbdən  bir  çox  gənclər  həmin  meyarlara  uyğunlaşa 
bilmədiyindən,  başlayırlar  boşanmağa.  Hal-hazırda,  yəni 
ilbəil boşananların sayı astronomik surətdə artaraq, biabırçı 
həddə  çatır.  Müasir  həyata  can  atan  qızlar  ərə  gedən  kimi 
istəyir  ki,  ayağının  altında  bahalı  maşın,  dəniz  kənarında 
bağ  evi,  şəhərin  daxilində  salınmış  göydələnlərin  birində 
çoxmənzilli evi və rəngarəng geyim aksessuarları olsun.  
-  İsmətini  qoruyan,  həya-abırını  güdən,  böyüklərə 
hörmətlə yanaşan bir qızı, yalnız damarında əsl ziyalı qanı 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə