Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə138/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   130   131   132   133   134   135   136   137   138

                                                     

 

  



                                                                            

                                                    

549 

xüsusən  təqdimat  yazdı.  Polkovnik  Alonsonun  sonuncu 



döyüşlər  zamanı  göstərdiyi  şəxsi  igidliyi,  qəhrəmanlığı, 

hərbi  strategiyası  və  taktikası,  sərkərdəlik  bacarığı  kral 

qarşısında ona bəraət qazandırdı və o, alınıaçıq öz vətəninə 

qayıda  bilərdi.  İndi  Çilidəki  bütün  məsuliyyət  Onyes  de 

Loyolanın  üzərinə  düşürdü.  Əgər,  araukanlar  itridikləri 

mövqeləri  ispanlardan  geri  qaytara  bilsələr,  onda  Çilinin 

hakimi  İspaniyanın  zəhimli  monarxı  qarşısında  başı  ilə 

cavab verməli olacaqdır. Çünki xüsusi təqdimatda göstərilir 

ki,  növbəti  il  üçün  general-kapitan  Onyes  de  Loyola  yeni 

torpaqları işğal etmək üçün yenidən hücum əməliyyatlarına 

başlayacaq.  İtirilmiş  torpaqları  ilə  razılaşmayan  araukanlar 

isə demək olar ki, hər gün ispan mövqelərinə hücum edir və 

oralarda tikilən qalaların tikilməsinə mane olurdular. Lakin 

bütün  bunlara  baxmayaraq  Alonso  döyüşdə  sağ  qalmış  ən 

bacarıqlı  və  təcrübəli  döyüşçüləri  götürüb  yenidən  Qızıl 

Kastiliyanın Portobelo limanına yollanır. 

Portobeloda  o,  eşidir  ki,  ingilis  korsarı  Frensis  Dreyk 

Qızıl  Kastiliyanın  limanlarına  hücum  etməyə  hazırlaşır. 

Müqavimət  göstərmək  və  əməli  fəaliyyətə  başlamaq  üçün 

Alonso  öz  komandasının  formalaşmasına  başlayır.  Frensis 

Dreykə  və  başqa  dəniz  quldurlarına  qarşı  mübarizə 

aparmaqdan ötrü Espanyola, Kuba və Yamayka adalarından 

Qızıl Kastiliya sahillərinə 30-a yaxın hərbi gəmi göndərilir. 



                                                     

 

  



                                                                            

                                                    

550 

Alonso  bundan  sonra,  Karib  dənizi  sahillərindəki  vəziyyə-



tin  nə  qədər  ağır  olduğunu  daha  da  anlayır.  Portobeloda 

yaşayan  mülki  əhalinin  nə  qədər  təhlükəli  şəraitdə 

yaşadıqlarını  başa  düşmək  çətin  deyildi.  Burada  fəaliyyət 

göstərən korsarlar xeyli azğınlaşmış və özlərini bu sularda 

əsl ağa kimi aparırdılar. Guya ki, bu ərazilər ispanlara yox, 

onlara  məxsusdur.  Halbuki  hələ  1494-cü  ildə  Roma 

papasının  bullasına  əsasən  bu  ərazilər,  yuridik  yol  ilə 

İspaniya imperiyasının tabeliyinə keçmişdi. 

Korsarların belə bir şəkildə azğınlaşdığını görən Alonso, 

ömrünün  axırına  kimi,  son  damla  qanına  qədər  dəniz 

quldurlarına  qarşı  amansız  mübarizə  apracağını  özünə  söz 

verir.  İspan  mühacirləri  bu  qara  kabusdan  yaxa  qurtarmalı 

idi. 

Ümumiyyətlə,  korsarların  bu  regionda  dirçəlməsində 



kral  II  Filipp  birbaşa  məsuliyyət  daşıyırdı.  Avropanın  bir 

necə  ölkələri  ilə  ədavət  aparan  (xüsusən  də  protestant 

olkələrinə qarşı) İspaniyanın  monarxı, eyni vaxtda, birdən-

birə  həmin  dövlətlərlə  düşmən  olmuş,  həmin  ölkələrin 

ticarətini  blokadaya  almaq  üçün,  imperiyasının  limanların-

da  bir  çox  gəmiləri  ticarət  malları  ilə  birlikdə  müsadirə 

etmişdi. Protestant tacirləri üçün bir çox ticarət bazarlarının 

qapısı  bağlanmış,  gəmilərin  komandaları  isə  fəaliyyətsiz 

qalmışdılır.  Onlar  başqa  qazanc  yeri  əldə  etmək  üçün 



                                                     

 

  



                                                                            

                                                    

551 

Avropa  qitəsini  tərk  etmiş  və  Yeni  Dunya  sahillərinə  üz 



tutmuşdular.  

II  Filipp  protestant  ölkələri  üçün  əsl  təhlükə  ocağı 

sayılırdı. O, Amerika qitəsindən gətirilən qiymətli metalla-

rın sayəsinə muzdlu və könüllü əsgərləri maliyyələşdirərək, 

bir çox düşmənləri ilə müharibə aparırdı. Artıq hamıya gün 

kimi  aydın  idi  ki,  İspaniya  monarxı  okeanın  o  tayında 

yerləşən  müstəmləkələrdə  olan  sərvətlərdən  özünün  siyasi 

ambisiyası üçün istifadə edərək, özunu Avropanın diktatoru 

kimi  aparırdı.  Protestant  ölkələrinin  monarxları  bircə  şeyi 

yaxşı  dərk  edirdilər:  II  Filippə  qarşı  layiqincə  mübarizə 

aparmaq  üçün  və  onun  maliyyə  bazasını  zəiflətmək  üçün, 

Yeni  Dünya  sahillərindən  və  başqa  müstəmləkələrindən, 

qiymətli  metallarla  və  bəzək  əşyaları  ilə  yüklənmiş 

qalionlardan  ibarət  olan  gəmi  karvanlarına  hücum  edərək, 

tryumlardakı qənimətləri talan etmək lazım idi. Bunun üçün 

çoxsylı  korsar  gəmiləri  ispan  qalionlarının  ovuna  çıxaraq, 

İspaniyanın  xəzinəsinə  xeyli  ziyan  vurmağa  başladılar. 

“Məğlubedilməz  armada”  La-Manş  boğazında  məğlub 

olandan  sonra  dəniz  quldurları  Yeni  Dunya  sahillərində 

daha da aktivləşərək, hətta ispan şəhərlərinə və limanlarına 

basqın  edirdilər.  İndi  bütün  bu  bəlalardan  yaxa  qurtarmaq 

üçün  ispan  qalionlarının  mühafizəsi  xeyli  gücləndirilmiş, 

dəniz  quldurlarına  qarşı  mübarizə  aparan  gəmilərin  sayı 



                                                     

 

  



                                                                            

                                                    

552 

İspaniyadan  gətirilən  gəmilərin  sayəsində,  demək  olar  ki, 



iki  dəfə  artırılmışdı.  Lakin  ispan  gəmilərinə  basqın  edən 

piratların da sayı xeyli artmış və tərəflər arasında mübarizə 

total  xarakter  daşımağa  başlamışdı.  Okean  keçidi  zamanı 

Yeni  Dünya  sahillərinə  köçən  və  sahil  qırağında  yaşayan 

mülki  əhali,  çox  vaxt  tərəflər  arasındakı  mübarizənin 

qurbanına çevirilirdilər.  

Vaxtilə  öz  ordusunun  sayəsində  sərbəst  halda  yaşayan 

ispan xalqının nümayəndələri, artıq qul bazarında satılaraq, 

həmin  xalqın  mənəviyyatının,  mənliyinin,  qürurunun  tap-

dalanmasına gətirib çıxarırdı. Taleləri sındırılmış, mənəviy-

yatları alçaldılmış, hüquqları tapdalanmış, fiziki sağlamlıq-

larını  itirmiş  insanların  sayəsinə  ispan  xalqı  əsarət  altına 

düşmüş  xalqlar  sırasına  daxil  oldu.  Bütün  bu  bəlaların  və 

cinayətlərin  əsl  səbəbkarları  humanist  prinsiplərindən, 

insanlıqdan,  adi  davranış  qaydalarından  və  mədəniyyətdən 

uzaq  olan  korsarlar  idi,  belə  adamların  əksəriyyətinə  isə 

Avropada  sivil  ölkələrdən  birinin  hakimiyyətində  duran  I 

Yelizaveta  Tüdor  dəstək  verirdi.  Yalnız  belə  bir  üsul  ilə 

İngiltərənin  kraliçası  İspaniyanın  ticarətini  qırır,  iqtisadiy-

yatını  zəiflədir,  xəzinəsinin  doldurulmasına  imkan  vermir 

və  dəniz  donanmasına  xeyli  ziyan  vururdu.  II  Filippin 

Avropada  apardığı  düşünülməmiş  siyasəti  İspan  imperiya-

sına  və  xalqına  I  Yelizaveta  kimi  təcrübəli,  hiyləgər  və 



                                                     

 

  



                                                                            

                                                    

553 

amansız düşmənlər qazandırmışdı. Düyündən çıxmaq üçün, 



dənizdəki  hegemonluğu  ələ  almaq  üçün  vicdanlı,  namuslu 

və qeyrətli idalqolar və qrandlar korsarlara qarşı mübarizə-

yə  qalxmağa  məcbur  olurdular.  Ürəkləri  vətən  həsrəti  ilə 

doyünən  polkovnik  Alonso  və  Migel  Kartahena  fərdi 

üsulda  komanda  təşkil  edəcək  və  cinayətkarları  məhv 

etməkdən ötrü Amerika sahillərinə yollanacaqlar. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



                                                     

 

  



                                                                            

                                                    

554 

                    İzahlar 

 

1. Ayyavila, kasik - 1549-cu ildən etibarən ispanlara qar-



şı  geniş  hərbi  əməliyyatlara  başlayan  Ayyavila,  Andalyen 

düzənliyində  baş  verən  döyüşdə  konkistadorları  Pedro 

Valdiviya başda olmaqla, birdəfəlik məhv etmək istəmişdir, 

lakin  həmin  döyüşdə  ispanlar  tərəfindən  öldürülmüşdü. 

Onun ölümündən sonra Valdiviya Bio-Bio çayından aşağı-

da Arauko, Puren və Tukapel adlı məntəqələr saldırır. 

2. Qomes de Almaqro - Purenin komendantı olmuş ispan 

zabiti,  Valdiviya  edam  ediləndən  sonra  çox  keçməmiş 

döyüşlərin birində həlak olur. 

3.  Vaska  de  Kastro  -  XVI  əsrin  ortalarında  Perunun 

vitse-kralı. Eldoradonun axtarışı ilə yanaşı, Çilidə fəaliyyət 

göstərmiş  konkistadorlarına  çox  zamanlar  öz  köməkliyini 

göstərmişdir. 

4. Kaupolikan, kasik - hazırda Çilidə ehtiramla yad edi-

lən  hindu  rəhbəri.  O,  konkistadorlarla  mübarizədə  uşaqdan 

tutmuş  qocaya  kimi,  bütün  Araukaniyanı  qaldırmış  və 

ispanların  xeyli  canlı  qüvvəsini  döyüşlərdə  məhv  etmişdi. 

Kaupolikan  əsir  alınaraq,  hamının  gözü  qarşısında  edam 

olunmuşdu. 

5. Kolokola, kasik - Kaupolikan edam ediləndən sonra o, 

arakuanların  başında  durur  və  1561-ci  ildə  araukanların 



                                                     

 

  



                                                                            

                                                    

555 

hamısını  üsyana  qaldırır.  O,  ispanların  cənuba  doğru 



irəliləyişinin qarşısını hərtərəfli almağa qadir olur və süvari 

dəstələrin yaradılmasına böyük səy



 

göstərir. 

6.  Kopiaplar  -  Çilinin  şimalında  yaşamış  məğrur  hindu 

tayfası.  Araukanlar  kimi  onlar  da  ispan  konkistadorlarına 

qarşı fədakarcasına mübarizə aparmışdılar. 

7. Laytaro, kasik - öz qorxmazlığı və cəsarəti ilə bir çox 

sələflərindən  fərqlənmiş  və  Çili  xalqının  sevimlisinə  çevi-

rilmişdir.  İspan  konkistadorlarına  qarşı  ən  kəskin  müqavi-

mətə  o,  başlamaşdır,  Tukapeli,  Pureni  və  başqa  yaxın 

məntəqələri  yer  üzündən  silir,  Konsepsionu  xarabazalığa 

çevirir,  P.Valdiviyanın  özünü  məhv  edərək  Çilinin  bütün 

cənub  hissəsini  işğalçılardan  azad  etməyə  müvəffəq  olur. 

Döyüşlərin  birində  pusquya  düşərək,  bütün  silahdaşları  ilə 

birlikdə qəhrəmancasına həlak olur. 

8. Legon - Roma imperiyasında 6 mindən 10 minə qədər 

olan qoşun hissəsi. 

9.  Linkoyan,  kasik  -  başqa  hindu  rəhbərlərindən  fərqli 

olaraq o, düşmənə qarşı qətiyyətli addımlar atmağa çəkinir-

miş.  Bundan  istifadə  edən  ispanlar  Araukniyadakı  hərbi 

əməliyyatları  genişləndirmiş,  yüzlərlə  araukanların  məhvi-

nə  gətirib  çıxarmışdır.  Məhz  ondan  sonra  Linkoyanı  haki-

miyyətdə Laytaro əvəz edir. 




                                                     

 

  



                                                                            

                                                    

556 

10.  Onyes  de  Loyola  -  Çilinin  general-kapitanı  (XVI 



əsrin  yarısında)  olmuş,  araukanlara  qarşı  uzunmüddətli 

mübarizə  aparmışdı.  1598-ci  ildə  Karabala  kəndi  yaxın-

lığında  araukanlar  elə  bir  sürətli  və  gözlənilməz  hücum 

edirlər ki, yalnız bir ispan əsgəri arkebuzdan atəş aca bilir. 

Bütün ispan dəstəsi başda de Loyola olmaqla, məhv edilir. 

11. Qusman Qarsia Urtado de Mendosa - XVI əsrin 60-

cı illərində Çilidə ispan qoşununun komandanı. Araukanları 

məğlub  etməkdən  ötrü  qoşun  toplamış  və  Kaupolikanın 

dəstələrini darmadağın etmişdi. 

12.  Miçimalonko,  araukan  kasiki  -  Pedro  Valdiviya 

Santyaqonun  əsasını  qoyandan  sonra,  Miçimalonko  bir 

necə dəfə şəhəri darmadağın etməyə cəhd etmişdi. Valdivi-

ya Perudan kömək alandan sonra məğrur kasiki açıq döyüş-

də məğlub edə bilmişdi. 

13.  Diyeqo  Monroy  -  P.  Valdiviya  apardığı  müharibə 

zamanı  araukanların  ciddi  müqavimətinə  rast  gəlir,  əlavə 

qüvvə  olmadan  nəinki  qələbə  əldə  edə  biləcək,  hətta  düş-

mən tərəfindən darmadağın edilərdi. Onun köməkçisi Mon-

roy ispan konkistadorlarını məğlubiyyətdən qurtarmaq üçün 

çətinliklə  də  olsa,  Perudan  əlavə  qüvvə  gətirir  və  bununla 

da müharibədə ispanların xeyrinə dönüş yaradır. Valdiviya 

axırıncı  döyüş  zamanı  düşmən  mühasirəsinə  düşəndə, 

Monroy qəhrəmancasına həlak olur. 



                                                     

 

  



                                                                            

                                                    

557 

14.  Plutarx  (təx.b.e.  46-130)  -  Beotiyanın  Xeroneya 



şəhərində  yaşamış  yunan  yazıçısı.  Müəllifin  yaratdığı 

böyük  əsərlərində  bir  çox  tanınmış  yunanın  və  romalının, 

kimliyinin, tam təsviri əks olunmuşdur. 

15.  İnyes  Suares  -  P.  Valdiviyanın  sevgilisi,  ispan  cəza 

dəstələrinə  bir  necə  dəfə  başçılıq  etmişdi.  Santyaqo  müha-

sirəyə alınanda, şəhəri düşmənin məhvindən, yalnız o, şəxsi 

bacarığı  sayəsində  qurtarmışdı.  Kasikləri  döyüş  gedə-gedə 

edam  edilməsinə  sərəncam  vermişdi.  Valdiviya  öldürülən-

dən sonra İnyes Çilidən getməli olmuşdur. 

16.  Alonso  Ersiliya-i-Sunyiqa  -  ispan  ordusunun  kapi-

tanı,  „Araukana”  poemasının  müəllifi.  P.  Valdiviyanın,  F. 

de  Villaqronun,  Q.  Q.  Urtado  de  Mendosanın  başçılığı  al-

tında Araukaniyada gedən müharibədə yerli hindulara qarşı 

döyüşmüş  və  həmin  müharibəni  bədii  əsərdə  sənədləşdirə-

rək,  araukanların  necə  yenilməz  tayfa  və  məğlubedilməz 

döyüşçü olduğunu bütün İspaniyaya çatdırmışdı. 

17. Alonso de Reynoso, kapitan - Kaupolikanın əsir alın-

masıında  şəxsən  iştirak  etmiş  və  onun  edamına  başçılıq 

etmişdi. 

 

 



 

 



                                                     

 

  



                                                                            

                                                    

558 

                      Mündəricat 

 

 

I hissə: Konkistadorlar qələbə qazansalar  

   da, Araukaniyanı əldə saxlaya bilmirlər 

 

Ön söz……………………………………………… 4-8



 

I fəsil. İspan ekspedisiyası Araukaniyada…………. 10-35  

II fəsil. Köməyə ehtiyacı olan konkistadorlar……... 36-45  

III fəsil. Konkistadorların sürətli hücumu………… 45-58  

IV fəsil. Araukanlar döyüş meydanından uzaqlaşmağa  

çalışırlar………………………………………………. 58-71  



V fəsil. Süvari dəstəsi bu müharibədə həlledici rol  

oynaya bilər…………………………………………... 71-86  



VI fəsil. Asan olmayan keçid……………………... 86-94  

VII fəsil. Araukanlar ciddi müqavimət göstərirlər... 95-104 

VIII fəsil. „Qanlı vadi“………………………….. 105-111  

IX fəsil. Yaralıların müayinəsi…………………... 112-121  

X fəsil. „Qanlı vadi“də şiddətli döyüşlərin başlan- 

ması………………………………………………….. 122-138  



XI fəsil. Konkistadorların böyük qələbəsi……….. 138-149  

XII fəsil. Verilən itkilərin ayırd edilməsi………... 150-157  

XIII fəsil. Müharibədə uğur qazanmaq üçün  

sonuncu döyüşdə qələbə əldə etmək lazımdır………. 158-173 



XIV fəsil. Koro mühasirəyə düşən konkistadorları  

təslim olmağa çağırır……………………………….. 174-188 




                                                     

 

  



                                                                            

                                                    

559 

XV fəsil. Təbiətin qəzəbi………………………... 189-194 

XVI fəsil.Yaralıların köməyinə yollanan konkista- 

dorlar………………………………………………. 195-203 



XVII fəsil. Pretor Mark Krassın döyüş taktikası  

araukanlara qarşı tətbiq olunur…………………….. 204-216 



XVIII fəsil. İspanlar nəzərdə tutulan taktikanı  

həyat keçirirlər……………………………………... 216-224 



 

II hissə: Cəhənnəmi xatırladan ölkə 

 

I fəsil. Qalib konkistadorlar……………………. 226-235 

II fəsil. Müzakirələrin aparılması……………… 235-244  

III fəsil. İspanlar mövqelərini möhkəmlədirlər... 244-250  

IV fəsil. İspan nümayəndələri danışıqlara gedir- 

lər…………………………………………………. 250-262  



V fəsil. Hər iki tərəfin inadkarlığı……………... 262-280  

VI fəsil. Danişiqlar uğursuzluqla başa çatır…… 281-299 

VII fəsil. Aldanan konkistadorların hücuma məruz  

qalmaları…………………………………………. 300-317  



VIII fəsil. Kapitan Xuan Odovaldonun və  

başqalarının öldürülməsi…………………………. 318-336  



IX fəsil. Qəzəb içərisində olan konkistadorlar…337-349  

öz silahdaşlarının qisasını alırlar…………………. 350-368  



X fəsil. Qalib konkistadorlar düyünə düşürlər... 368-383  

XI fəsil. Migel növbəti dəfə təzyiqlərə məruz  


                                                     

 

  



                                                                            

                                                    

560 

qalır………………………………………………. 384-395  



XII fəsil. Konkistadorları düşmən ərazisində taxıl  

əldə etməsi………………………………………….. 396-407   



XIII fəsil. Araukaniyaya yeni qüvvənin gətiril- 

məsi…………………………………………………. 408-425  



XIV fəsil. Migelin növbəti dəfə ağır vəziyyətə  

düşməsi……………………………………………… 425-441  



XV fəsil. Konkistadorların növbəti uğuru və onların  

arasında baş verən iğtişaş……………………………. 441-458  



XVI fəsil. Migelin son qərarı XVII fəsil. Migel üçün  

cəhənnəmi xatırladan Araukaniya…………………... 458-468  



XVIII fəsil. Alonsonun Araukaniyadan müvəqqəti  

uzaqlaşması…………………………………………. 469-484  



XIX fəsil. Araukanların dirçəlməsi və müvəffəqiy- 

yətli hücumları………………………………………. 485-494   



XX fəsil. And dağları aborigenlərə arxa durur…... 494-501  

XXI fəsil. Əlazsız qalan konkistadorlar Araukani- 

yadan getməli olurlar………………………………... 501-511  



XXII fəsil. Araukan müharibəsinin qısaca tarixi… 511-527  

XXIII fəsil. Polkovnik Alonsonun Araukani- 

yadakı sonuncu hərbi əməliyyatı……………………. 528-544  



XXIV fəsil. Araukaniyadakı qanlı döyüşlər səngisə  

də, müharibə hələ də başa çatmır…………………… 544-553 

İzahlar…………………………………………... 554-557 

 

 




                                                     

 

  



                                                                            

                                                    

561 

 

 



             

                  



Ramiz Dəniz 

 

 



                    Cənnətə gedənlər cəhənnəmə  

                                   düşürlər

 

          

 

                    Nəşriyyatın direktoru F. Q. Kərimov 

 

                    Çapa imzalanmışdır: 23.10. 2014 

                                Formatı: 60 x 84 1/16 

                                Fiziki çap vərəqi: 35 

                                Tiraj: 500 

                                 

                                “Nasir” nəşriyyatı 

 

 

 

                                 Tel: (050) 314 09 37 

                                         (012) 431 11 00 

 

Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə