8
zini elə göstərir ki, sanki həmin ərazidə uzun müddət yaşayıb
fəaliyyət göstəribdir. Ümumiyyətlə, Ramiz Qasımov çoxsaylı
oxucu üçün maraqlı görünən və heyranedici sayılan bir çox
məlumatların əldə edilməsinə böyük şərait yaradır. Bioqrafik,
tarixi, coğrafi, etnoqrafik, arxeoloji, yelkən dənizçiliyi ilə
bağlı olan məlumatların bolluğu və həmin dövrün gəmiləri ilə
coşmuş okeanla, şıltaq təbiətlə mübarizə aparmaq üsulları
müəllifin çoxsahəli bilgiyə malik olmasından xəbər verir.
Bu vaxta qədər yalnız tərcümə ədəbiyyatında rast
gəldiyimiz bu mövzuya toxunub, Azərbaycan ədəbiyyatında
yeni iz açan Ramiz Qasımova bu yolda daha uğurlu addımlar
atıb, daha maraqlı əsərlər yaratmağı arzulayıram və bu yolda
ona uğurlar diləyirəm. İnanıram ki, oxucular da bu əsərlərə öz
həqiqi qiymətini verəcək və dəyərləndirəcəklər.
Xalq yazıçısı Çingiz Abdullayev
9
I hissə:
Konkistadorlar q
əl əb ə
qazansalar da Araukaniyanı
əldə saxlaya bilmirlər
10
I fəsil. İspan ekspedisiyası Araukaniyada
Sentyabrın 22-də səhərin açılması ilə Anqud körfəzinin
şimalında sahildən təxminən 400 metr aralı möhkəm
taqqıltı səsləri eşidilməyə başladı. Sahildə üç yüzə yaxın
adam vardı və onların üçdə-bir hissəsi tikinti işlərilə məşğul
idilər. Bunlar Konsepsiondan gələn konkistadorlar idi və
onlar araukanlara qarşı hərbi əməliyyatlara başlamamışdan
əvvəl, polkovnik Alonso Odovaldonun göstərişilə fortun
tikintisinə başlamışdılar. Soyuqlar düşənə qədər ispanlar
sahil kənarında möhkəm fortu tikib başa çatdırmaq
istəyirdilər.
Doxsan bir yaşlı Rodriges Kartahenanın verdiyi əsas
məsləhətlərdən biri o idi ki, Araukaniyada zalım düşmən
üzərində qələbə qazanmaq üçün ilk növbədə, möhkəm fort
tikmək lazımdır. Qələbəni əldə etmək bir kənara qalsın, bu
ölkədə əldə ediləcək üstünlüyü qoruyub saxlamaqdan ötrü,
ölkənin içərisində də bir neçə fort tikmək vacib sayılırdı.
Polkovnik Alonso uzaqgörən adam idi və o, Araukaniyaya
ayaq basan kimi qoca səyyahın məsləhətlərinə diqqətlə
qulaq asaraq, özü üçün lazımi nətiçələr çıxarırdı. Çünki o,
yalnız düşməni darmadağın etmək üçün Araukaniyaya ayaq
basmışdı.
11
Sahilin kənarında, elə tikilən fortun ağzında qısa müddə-
tə iri bir düşərgə salınmışdır. Kapitan Xuan Odovaldo ilə
aparılan danışıqlara əsasən ekspedisiya Anqud körfəzinə
sentyabrın 22-də çıxarılmalı idi. Lakin konkistadorlar bura
bir gün əvvəl gəlmişdilər. Elə düşərgə də dünən, axşamçağı
burada qurulmuşdu.
Qrafikə əsasən, ekspedisiya vaxtından əvvəl Araukani-
yaya gəlmişdi. Bir neçə gün bundan əvvəl keçirilən hərbi
əməliyyat nəticəsində araukanların əsirliyində olan ispanlar
azad edilmişdi. Kapitan Xuanın tapşırığı ilə bələdçi Xuan
Flores hindu kəndindəki istehkamdan çıxaraq azad edilən
silahdaşlarını gizlin yol ilə Anqud körfəzinin şimal sahilinə
çatdırmalı idi. Lakin o, yolda müəyyən maneələri keçə
bilmədiyinə görə istiqaməti elə gecə ikən şimala dəyişməli
olmuşdur. Araukanların əsas qüvvəsi kapitan Xuanın
dəstəsinin məhv edilməsi üçün səfərbər edildiyindən şimala
yol açıq idi və Xuan Flores çətin də olsa, azad edilən
silahdaşlarını Valdiviyaya, oradan isə ekspedisiya gəmiləri-
nin lövbər saldığı Konsepsion şəhərinə çatdırmışdı. Orada
onlar polkovnik Alonso ilə görüşür və kəşfiyatçıların
Araukaniyada necə ağır vəziyyətə düşdüklərini ona ərz
edirlər. Silahdaşlarını ölümün pənçəsindən xilas etmək
üçün ekspedisiya vaxt itirmədən üç gəmidə Anqud körfə-
zinə yollanmışdı.
12
Əsirlikdən azad edilən Manuel Markos Konsepsionda
dərhal “Destino”nun komandanlığını öz üzərinə götürmüş-
dü. Neçə olsa da, kapitan Markos elə “Destino” gəmisinin
sahibi idi və ekspedisiya Anqud körfəzinə yola düşməmiş-
dən əvvəl, həmin gəmi üzərindəki komandanlıq elə onun
özünə qismət olmuşdu.
Beləliklə, 364 nəfərdən ibarət olan ekspedisiya,
sentyabrın 21-də üç gəmidə - “Vanquardia”, “Eldorado” və
“Destino” - Anqud körfəzinin şimal sahilinə yan alır. Elə
axşam ikən əsgər və matroslar gəmilərdə olan əsas yükləri
sahilə boşaltdılar. Atlar və başqa ev heyvanları xüsusi nəza-
rət altına götürüldü. Nəzərdə tutulduğu kimi səhər tezdən
kapitan Alonso Murilyo 52 nəfərdən ibarət olan süvari
dəstəsi ilə hinduların istehkam qurduqları kəndə yollanmalı
idi. İspanların fikrincə, kapitan Xuan Odovaldonun başçılıq
etdiyi kəşfiyyatçı dəstə hələ də həmin kənddə qalıb
araukanlara qarşı müqavimət göstərirdi. Vaxt itirmədən
süvari dəstə mühasirəyə düşmüş konkistadorların imdadına
çatmalı idi.
Valdiviyada çıxarılan qərara əsasən, Anqud körfəzinə
çıxarılan ekspedisiya Araukan ölkəsinə iki istiqamətdən
hücum edəcək. Birinci dəstə Anqud körfəzinin şimal sahi-
lindən Osorno vulkanının qərb hissəsinə keçərək şimal-şərq
istiqamətində, ikinci dəstə isə Osorno vulkanının cənub
Dostları ilə paylaş: |