Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə7/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   2   3   4   5   6   7   8   9   10   ...   138

                                                     

 

  



                                                                            

                                                    

25 

-  Möhtərəm  sinyorlar,  qələbə  əldə  etmək  üçün  biz 



ekspedisiya müşavirinin verdiyi hər bir məsləhətinə diqqət-

lə qulaq asmalıyıq. Araukaniyada hərbi əməliyyat keçirilən 

zaman qocalara, qadınlara və azyaşlı uşaqlara heç bir xətər 

toxunmamalıdır.  Bu  mənim  şəxsi  əmrim  sayılır.  Biz 

həqiqətən  də  mülki  əhali  yanında  etimad  qazanmalı  və 

onları  elə  əmin  etməliyik  ki,  guya  araukanlar  heç  vaxt 

bizim tərəfdən pislik  görməyəcəklər. İlk növbədə xəstəliyə 

düçar  olan  hər  bir  hindu  bizim  təbiblər  tərəfindən  müalicə 

olunmalıdır. Müharibənin ilkin mərhələsində heç bir hindu 

zorla  xristianlığa  qəbul  edilməsin.  Bu  barədə  bütün 

məsuliyyəti  mən  özüm  daşıyıram.  İndidən  sizin  hamınızı 

xəbərdar  edirəm,  heç  bir  zabit  əməliyyat  zamanı  öz 

komandirinin  sözündən  çıxmamalıdır.  Hər  bir  əmr,  sözsüz 

halda  içra  olunmalıdır.  Ekspedisiyada  hökm  sürən  dəmir 

nizam-intizam  pozulmamalı  və  heç  bir  özbaşınalığa  yol 

verilməməlidir. Özbaşınalığa yol verən hər bir adam mənim 

tərəfimdən sərt üsullarla cəzalandırılacaq. 

-  Don  Alonso,  birdən  mülki  əhali,  bizim  gəlişimizə  öz 

narazılığını  bildirdi,  onda  necə  olsun?  -  deyə  qraf  Xuan 

hamını  maraqlandıran  suallardan  birini  polkovnikə  verdi.  - 

Söz yox ki, araukanlar öz yerlərində rahat qalmayacaqlar. 

-  Biz  onlara  xoş  üz  göstərsək,  onlar  bizim  gəlişimizdən 

narazı olmayacaqlar. - deyə polkovnik qətiyyətlə dilləndi. - 



                                                     

 

  



                                                                            

                                                    

26 

Biz  elə  etməliyik  ki,  döyüşən  hindu  mülki  əhalidən  təcrid 



olunsun. Araukanlar ərzaqdan məhrum olandan sonra uzun 

müddətli müqavimət göstərə bilməyəcəklər. 

- Don Alonso, biz əsas mətləbə keçsəydik pis olmazdı, - 

deyə  qoca  səyyah  burda  gedən  müzakirənin  başa  çatdırıl-

masını istədi. - İndi Araukaniyada gedəcək hərbi əməliyyat-

ların necə aparılması müzakirə edilməlidir. 

-  Nə  deyirəm  ki,  keçək  əsas  mətləbə.  -  deyə  polkovnik 

hamıya  ötəri  nəzər  salaraq  təqdiredici  tərzdə  dilləndi.  -  50 

nəfərdən  ibarət  olan  süvari  dəstəsi  kapitan  Alonso 

Murilyonun  başçılığı  altında  nəzərdə  tutulan  marşrut  ilə 

istehkam  tikilən  kəndə  yollanacaq.  Yerdə  qalan  iki  at 

sahildə qurulan düşərgənin ixtiyarına  verilir. Bundan  əlavə 

ekspedisiyanın  tərkibində  muşket  və  arkebuzla  silahlanan 

80 nəfər əsgər, 60 nəfər arbalyotçu və ox  atanlar, 74 nəfər 

hücumçu  piyada  var.  Əsirlikdən  yenicə  azad  edilən 

silahdaşlarımız ehtiyat qüvvəsi kimi duşərgədə qalacaq. 72 

nəfərdən ibarət olan dənizçilər həm fortun tikintisi, həm də 

gəmilərin  mühafizəsi  ilə  məşğul  olacaq.  Həm  notarius, 

hüquqşünas  və  keşiş,  həm  də  çoğrafiyaşünas  əlavə 

göstərişlər gələnə qədər düşərgədə qalacaqlar. 

Görürəm ki, bəzi zabitlər bu bölgüdən narazıdır. 

Polkovnik bu iradı tutmaqda haqlı idi. 22 nəfərin ehtiyat 

qüvvəsi  elan  edilən  kimi  Morelos  qardaşları  narazı  halda 



                                                     

 

  



                                                                            

                                                    

27 

biri-birilərinə  nə  isə  deməyə  başladılar.  Elə  fürsət  tapan 



kimi qraf Filipp ayağa qalxıb narazı halda dedi:  

- Don Alonso, şəxsən mən təcrübəli və peşəkar bir zabit 

kimi  bu  bölgüdən  narazıyam.  Azdan-çoxdan  mən  lənətə 

gəlmiş  bu  ölkənin  bəzi  yerlərinə  bələdəm  və  ehtiyatda 

qalmaqdansa, mən döyüş əməliyyatlarında xeyli xeyir verə 

bilərəm. Ümumiyyətlə, mənim qardaşım və sizin ovladları-

nız  da  düşmənə  qarşı  gedəcək  döyüşlərdə  fədakarlıqla 

döyüşərək, bir çoxlarından fərqlənə bilərlər. Bir zabit və bir 

ispan idalqosu kimi sizdən artıq dərəcədə xahiş edirəm, bizi 

qabaqcıl dəstələrin birinə təhkim edəsiniz. 

-  Don  Filipp,  uzun  müddətli  əsirlikdən  sonra,  sizin 

düşərgədə  qalıb  istirahət  etməyiniz  məsləhətdir.  -  deyə 

polkovnik qrafa ötəri nəzər salaraq təşəxxüslə dilləndi. 

-  Mən  ispan  zabitiyəm  və  düşərgədə  qalıb  istirahət 

etmək,  mənim vicdanıma sığmaz.  - deyə qraf Filipp  başını 

dik tutaraq qürurla dilləndi. 

-  Bizim  də  burada  qalmağımız  yersizdir.  -  deyə  pol-

kovnikin  böyük  oğlu  narazı  halda  dilləndi.  -  Ata,  bizi 

döyüşçülər qarşısında gülünc vəziyyətdə qoyma. Ola bilsin 

ki, biz müəyyən günahlar işlətmişik, lakin bu o demək deyil 

ki,  həmin  günahlara  görə  biz  müharibə  başa  çatana  qədər 

düşərgədə qalıb istirahət etməliyik. 




                                                     

 

  



                                                                            

                                                    

28 

- Mən istəyirəm ki, siz əzablı günlərdən sonra düşərgədə 



qalıb  güc  toplayasınız.  -  deyə  polkovnik  ciddi  halda 

dilləndi.  -  Siz  hamınız  bilməlisiniz  ki,  döyüş  əməliyyatları 

başlayanda  biz  ardı-arası  kəsilmədən  dağ  keçidlərindən 

keçməli olacağıq.  Bunun üçün isə  möhkəm iradə və çoxlu 

qüvvə lazımdır. 

- O qüvvə bizdə var! - deyə Karlos həvəslə dilləndi. 

- Silahdaşlarım düşmənlə döyüşən bir zamanda mən arxa 

cəbhədə qala bilmərəm. - qraf Xuan qətiyyətlə dilləndi. 

-  Don  Alonso,  həqiqətən  də  bizim  vicdanımız  qəbul 

etməz  ki,  silahdaşlarımız  düşmənlə  döyüşən  bir  zamanda 

biz  düşərgədə  qalıb  istirahət  edək.  -  deyə  qraf  Filipp  öz 

qardaşının  sözlərini  təsdiq  etdi.  -  Ön  cəbhədə  döyüşmək 

üçün bizə imkan yaradın. 

Burada inadkarlıq etməyin heç bir xeyri yox idi. Polkov-

nik  zabitlərin  xahişini  nəzərə  alaraq  onları  avanqard 

dəstəsinə  keçirməli  idi.  Bir  tərəfdən  isə  həmin  zabitlərin 

polkovnikin  gözünün  qabağında  olmaları  vacib  idi. 

Hərəkətlərindən  hiss  olunurdu  ki,  onlar  hərbi  əməliyyatlar 

zamanı polkovnikdən başqa digər zabitlərin verdikləri əmri 

ciddi qəbul etməyəcəklər. 

Təəssüf  hissilə  başını  tərpədən  polkovnik  bir  az  fikrə 

gedəndən sonra ciddi halda dedi: 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə