Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə9/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   5   6   7   8   9   10   11   12   ...   138

                                                     

 

  



                                                                            

                                                    

33 

övdəsindən çətinliklə gələcəm. Başa düşürsünüz də mən nə 



demək istəyirəm? 

- Sinyor Rodriges, sizin verdiyiniz təklif ağıla batandır, - 

deyə  polkovnik  başını  təqdiredici  tərzdə  tərpədərək 

ehtiramla  dilləndi.  -  bu  o  deməkdir  ki,  ekspedisiya  Arau-

kaniyaya  üç  istiqamətdə  yürüşə  başlamalıdır.  Onda  belə 

etmək lazımdır. Kapitan Karl Kesada 74  nəfərlik hücumçu 

piyada  əsgəri  ilə  And  dağları  istiqamətində  hərəkət  etsin. 

Həmin  dəstənin  atıcı  silahları  olmadığı  üçün  kapitan  Leon 

Kartahena  30  nəfərlik  dəstəsi  ilə  onun  tabeliyinə  keçsin. 

Mənim ixtiyarımda olan iki atdan biri həmin dəstəyə verilir. 

O ki, qaldı bələdçiyə, mənim dəstəmə bələdçi lazım deyil. 

Əgər,  vadi  bu  dağların,  -  polkovnik  də  əli  ilə  qarşıdakı 

dağları  göstərdi  -  arxasında  yerləşirsə,  biz  həmin  yerə 

bələdçi olmadan da gedə bilərik. 

-  Don  Alonso,  bir  çox  söhbətlər  zamanı  eşitmişəm  ki, 

araukanlar çox mahir döyüşçülərdir. - deyə qraf Ferdinand 

qalın  qaşlarının  altından  qoca  səyyaha  ötəri  nəzər  salaraq 

təmkinlə  dilləndi  və  mimikasını  dəyişmədən  təşəxxüslə 

sözünə  davam  etdi.  -  Bir  çoxları  söyləyirlər  ki,  birinci 

ekspedisiyanın  heyəti  iki  hissəyə  bölündüyündən  araukan-

lar  çox  asanlıqla  müvəffəqiyyət  əldə  etmişdilər.  Bunu 

onunla  izah  edirlər  ki,  silahdaşlarımız  burada  az  olduğun-

dan ağır məğlubiyyətə düçar olurlar. 



                                                     

 

  



                                                                            

                                                    

34 

-  Don  Ferdinand,  sözünüzün  canını  söyləyin.  -  deyə 



polkovnik onu tələsdirdi. 

-  İndi  isə  bizim  ekspedisiyamızın  heyətini  dörd  hissəyə 

bölürlər. - deyə qraf Ferdinand narahat halda dilləndi. - Bir 

hissəsi  Anqud  körfəzinin  şimal  sahilində  qalır,  qalan 

hissələr  də  ki,  üç  istiqamətdə  Araukaniyanın  içərilərinə 

doğru  yürüş  edəcək.  Siz  qorxmursunuz  ki,  düşmən  bizim 

dəstələri ayrı-ayrılıqda asanlıqla məhv edə bilər? Bu təklifi 

verən adam heç olmasa, bu haqda fikirləşib, ya yox? 

- Bu iradla mən də razılaşıram. - deyə qraf Xuan hiddətlə 

dilləndi.  -  Artıq  mən  onların  güclərinə  bələdəm.  Ayrı-

ayrılıqda onlar bizi məğlubiyyətə uqrada bilərlər. 

Verilən  sualların  çavabını,  polkovnik  qoca  səyyahın 

gözlərində  axtarmağa  başladı.  O,  da  öz  növbəsində  üzünü 

qraf Ferdinanda tərəf tutub tələsmədən: 

-  Don  Ferdinand,  qismən  də  olsa,  mən  sizin  iradınızı 

qəbul  edirəm.  Mən  dəfələrlə  Araukaniyada  gedən  muhari-

bələrdə  iştirak  etmişəm.  Düzdür,  araukanlar  həmişə 

müvəffəqiyyət  qazanmaqdan  ötrü,  bizim  qoşunlarımızı 

kiçik  dəstələr  şəklində  məhv  etməyə  çalışıblar.  Lakin 

budəfəki  vəziyyət  başqa  cürdür.  Bizim  ekspedisiya  kiçik 

dəstədən ibarət deyil. Araukaniyada eyni vaxtda dörd dəstə 

fəaliyyət  göstərəcək.  Hindular  isə  heç  vaxt  bütün  qüvvələ-

rini  bir  dəstənin  üzərinə  yönəldə  bilməyəcəklər.  Onlar 



                                                     

 

  



                                                                            

                                                    

35 

ekspedisiyamızın  başqa  dəstələrinin  hücuma  keçməsindən 



ehtiyat edəcəklər. Buna əmin ola bilərsiniz. 

- Möhtərəm sinyorlar, mən özüm də araukanların xasiy-

yətinə  azdan-çoxdan  bələdəm.  -  deyə  kapitan  Leon  icazə 

alaraq qeyri-müəyyən tərzdə dilləndi. - Biz vahid qüvvə ilə 

yürüşə  başlasaq,  araukanların  əsas  dəstəsini  məğlubiyyətə 

uğrada bilməyəcəyik. Sadəcə olaraq, onlar həlledici döyüş-

dən  boyun  qaçıracaqlar.  Bir  neçə  dəstəyə  bölünməklə,  biz 

onları hər yerdə təqib edə biləcək və bununla da onları həll-

edici  döyüşə  cəlb  edəcəyik.  Məhz  ondan  sonra  Araukani-

yanı fəth edə bilərik. 

Elə polkovnik də Kartahenaların verdiyi təklifin üstündə 

durdu. Həmin çıxışdan sonra müzakirələr dayandı və yarım 

saatdan  sonra  yürüşə  başlamağı  qərara  alındı.  Anqud 

körfəzinin sahilində artıq vaxt itirmək lazım deyildi. Çünki 

hər saatın, hər dəqiqənin öz hökmü vardı. Onların silahdaş-

ları  araukanların  muhasirəsində  qalaraq,  öz  yoldaşlarının 

köməyinə  ümid  bəsləyirdilər.  Bütün  iştirakçılar  hazırlıqlı 

vəziyyətə gətirildi. 

 

 

 



 

 



                                                     

 

  



                                                                            

                                                    

36 

      


II fəsil. Köməyə ehtiyacı olan konkistadorlar  

 

Araukan  kəndində  mövqe  tutan  ispanların  kəşfiyyat 



dəstəsi,  əsasən  yaralıların  müalicəsi  ilə  məşğul  olmağa 

başladılar.  Elə  yaralı  vardı  ki,  çoxlu  qan  itirdiyindən  xeyli 

zəifləmiş  və  yeriməyə  halı  yox  idi.  Çıxılmaz  vəziyyətə 

düşən  kapitan  Xuan  əsas  qüvvə  gələnə  qədər  bu  kənddə 

gözləməyi  qərara  aldı.  Keşikdə  dayanan  konkistadorlar 

vadinin  kənarlarında  düşmən  qüvvəsinin  necə  hərəkət 

etdiyini  çətin  də  olsa,  görürdü.  Araukanlar  kiçik  dəstələrə 

bölünərək özlərinin dislokasiya yerlərini dəyişirdilər. Adam 

az olduğuna görə kapitan özü də keşik çəkmək üçün növbə-

yə  çıxırdı.  Kəndi  əsasən,  şimal  və  qərb  tərəfdən  mühafizə 

edirdilər. Çünki həmin yerlərdə ağaclar çox olduğundan bu 

istiqamətlərdən  yaşayış  məntəqəsinə yaxınlaşmaq mümkün 

idi. Kənddə mövqe tutan 10 nəfər konkistadordan bilavasitə 

səkkiz  nəfəri  keşikçi  funksiyasını  yerinə  yetirirdi.  İki 

nəfərin vəziyyəti ağır olduğundan onlar bütün işlərdən azad 

edilmişdi. 

Araukanlar  kəndi  tərk  edəndən  sonra  ispanlar  evlərdə 

apardığı  axtarışlar  nəticəsində  bir  dənə  də  olsun,  qarğıdalı 

tumu  taqmadılar.  Deməli,  onlar  ərzaq  əldə  etmək  üçün 

başqa  mənbədən  istifadə  etməli  idilər.  Boş-boşuna  kənddə 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə