177
Polkovnikə nisbətən Migelin bütün üst-başı qan idi.
Hətta öldürdüyü qurbanının qanı onun üz-gözünə də sıçra-
mışdı. Kənddə suyun olmamasından o, sir-sifətini qandan
təmizləyə bilməmişdi. Migel əvvəlcə üst-başının qan içində
olduğunu bəhanə edərək, həmin
danışıqdan imtina etmək
istədi. Lakin buna görə Alonso ondan inciyə bilərdi.
Beləliklə, onlar heç kimin müşaiyəti olmadan görüş yerinə
getdilər.
Onlar yolun bu biri tərəfində, düşmənlərə təxminən 20
metr qalmış atlarını saxladılar. Danışığa gələn hinduların
silahdaşları danışıq yerindən 20-25 metr aralıda dayanmış-
dılar. Elə konkistadorlar da təxminən elə bir məsafədə
mövqe tutmuşdular.
Koro öz köhnə
düşmənini görəndə qəzəbdən vəcdə gəldi,
amma son məqamda özünü saxlamağa məcbur oldu. İmkanı
olsaydı, dərhal Migelin üstünə hücum çəkərdi. Məsafə uzaq
olsa da, polkovnik o dəqiqə başa düşdü ki, Koro cavan
zadəgandan bərk yanıqlıdır, hətta Migelə sualedici nəzər də
saldı. Migelin üst-başındakı iri qan ləkələri xüsusilə Koro-
nu hiddətləndirirdi. Alonsonun geyimindən və xarici
görünüşündən düşmənlər o dəqiqə başa düşdülər ki, o, bu
dəstənin başçısıdır. Koro üzünü polkovnikə tutub hökmlə
dedi:
178
- Hamınıza təslim olmaq təklif olunur. Hər tərəfdən
mühasirə olunmusunuz. Bundan sonra müqavimət göstər-
məyin heç bir mənası yoxdur.
- Biz bura, krallığımızın qurduğu qayda-qanunların
bərpa olunması üçün gəlmişik və bu işin öhdəsindən
gəlməyincə geri dönməyəcəyik. – polkovnik qamətini şax
tutaraq iradə ilə dilləndi. - Müqaviməti biz yox...
- Hansı qayda-qanundan dəm vurursan? - deyə
polkovnikin sözünü yarımçıq qoyan Koro hüznlə qışqırdı. -
Bizim əhalinin qanını axıtmaqla qanun-qayda yaradırsan.
Bizim torpağa ayaq basan hər bir yadelli işğalçı amansızca
burda məhv ediləcək. Silahlı adamın heç birisinə aman
verilməyəcək. Uzun illər bundan əvvəl yuxarıdakı
torpaqların varisləri sayılan inklər bizim torpaqlara hakim
ola bilmədilər. Onlar bura nə qədər əsgər göndərmişdilərsə,
hamısı da bizim tayfa tərəfindən məhv edilmişdir. Təslim
olmasanız belə bir aqibət sizin hamınızı gözləyir.
- Qarşındakı İnk imperiyasının əsgərləri deyil, - deyə
polkovnik Alonso başnı dik tutaraq qürurla diləndi. - biz
qüdrətli dövlətin qüdrətli əsgərləriyik. Bizim əsgərlər isə
bütün dünyanın sahibidirlər.
Polkovnikin qürurla söylədiyi sözlər Koronun gülüşünə
səbəb oldu. Onun yanındakı hindu burada gedən söhbətlərə
heç bir reaksiya vermirdi. Görünür, o silahdaşı kimi ispan
179
dilini bilmirdi. Təhqiramiz tərzdə gülümsəyən Koro özünü
ələ alaraq ciddi halda dedi:
- Biz uzun müddətdir ki, qüdrətli dövlətin qüdrətli
əsgərlərini bütün muharibalərdə darmadağın edirik. Bütün
Araukaniya dünya sahiblərinin qəbristanlığına çevrilib. İndi
isə növbə sizin hamınızındır. Təslim olmasanız, hamınız
məhv ediləcəksiniz. Əsir düşmək bu həyatda yaşamaq
deməkdir.
- Bura gələn əsgərlərin hər biri yüksək döyüş qabiliyyə-
tinə malik olan adamlardır. - deyə Alonso soyuqqanlıqla
dilləndi. - Əsirlik həyatı onlardan uzaqdır.
- Əsirlik qəbul edilməsə, biz növbəti dəfə hücuma
keçəcəyik. - deyə Koro qamətini şax saxlayaraq hiddətlə
dilləndi. - Bu dəfəki döyüşdə də qan su yerinə axıdılacaq.
Lakin heç kimə aman verilməyəcək.
- Mənim burada kifayət qədər qüvvəm var ki, sizin bütün
hücumlarınızı layiqincə dəf edəm. - deyə polkovnik təm-
kinlə dilləndi. - Qan su yerinə axıdılsa da, hücum edən
hindunun hər biri amansızcasına məhv ediləcək. Həqiqətən
də bu dəfəki döyüş vaxtı hec bir adama aman verilməyəcək.
Mən çalışırdım ki, ixtiyarımızda olan hər bir yaralı
döyüşçüyə həyat bəxş edim. Mən hamıya başa salmaq
istəyirəm ki, bu muharibəni davam etdirməyin heç bir
mənası yoxdur. Onsuzda bu müharibədə bütün araukanlar
180
məhvə düçar olublar. Müqaviməti davam etdirən hər bir
hindu bütün Araukaniyada təqib olunaraq, məhv ediləcək.
Bu müharibə hamınız üçün sonuncu müharibə olacaq.
- Bu müharibə, heç vaxt bizim üçün sonuncu ola bilməz,
- deyə Koro arxayınlıqla dilləndi. - Ona görə ki, biz öz
torpağımızda döyüşürük. Bizim tayfa həmişə
azad yaşayıb
və bundan sonra da azad yaşayacaq. Azad yaşamaq üçün
biz həmişə ölümə hazırıq.
- Sizin azadlığınızı heç kim əlinizdən almır. - deyə
polkovnik aludəliklə dilləndi. - Bu torpaqlar bizim krallığın
taxt-tacına mənsub olduğu üçün hamınız bizim himayəmiz
altında olacaqsınız. Sadəcə olaraq, hamınız bizim kralın
qoyduğu qayda-qanunlara riayət etməlisiniz. Belə olan
halda hamınız bu torpaqda azad yaşaya bilərsiniz.
- Bu torpaqlar əzəldən bizim tayfanın olub. - deyə Koro
üz-gözünü turşudaraq qətiyyətlə dilləndi. - Ulu babaları-
mızın əlində silah olandan heç kim bizim torpaqları zəbt
edə bilməmişdir. Bizim torpaqlara ayaq basanlar, yalnız
bizim qayda-qanunlar ilə yaşamalıdırlar. Mən istəsəm sizin
hamınızı bu torpaqda məhv edərəm. Bizim yaralıları qətlə
yetirmədiyinizə görə müvəqqəti olaraq, hamınıza bir neçə
saatlıq həyat bəxş etmişəm. Hər birinizin əsir düşməyə
böyük şansı var. Söz verirəm ki, bir nəfərdən başqa heç
kimin həyatına qəsd edilməyəcək.
Dostları ilə paylaş: |