201
- Sinyor Xuan, sizin qardaşınız tövsiyə edib ki, bu dəstə
„qanlı vadi“nin şimal hissəsinə elə getməlidir ki, düşmən
bizim hərəkətimizdən xəbərsiz olsun. Polkovnik Alonso,
Roma imperiyasının pretoru olmuş Mark Krassın e.ə. 71-ci
ildə Spartaka qarşı tətbiq etdiyi döyüş taktikasını, araukan-
lara qarşı tətbiq etmək istəyir. Biz düşmənə gözlənilməz
zərbələr endirməliyik.
Ondan sonra Migel polkovnikin tərtib etdiyi planı bütün
zabitlərə müfəssəl şəkildə izah etdi. Xuan bir qədər fikrə
gedəndən sonra dedi:
- Araukanların hərəkətindən elə başa düşmək olar ki,
onlar səhərə kimi kəndin mühasirəsi ilə məşğul olacaqlar.
Ondan sonra çox güman ki, düşmən hücum əməliyyatını
həyata keçirəcək. Biz buranı təxminən gecə saat 1-də tərk
edərik.
Palçıqlı yerdə hərəkət etmək həddindən artıq çətindir.
Lakin 4-5 saat kifayətdir ki, gedib şimaldakı meşənin
girəcəyinə çataq. Ondan sonra isə düşmənin hücumunu
gözləməli olacağıq. Düşmən bizim gəlişimizdən xəbərsiz
olsa, onda hər şey Alonsonun dediyi kimi olacaq. Biz bu
müharibəyə son qoyacağıq.
- Cənab kapitan, yaralıların əksəriyyəti növbəti döyüş
əməliyyatında iştirak etmək istəyirlər. - deyə Xristofor
təşvişlə dilləndi. - Onların səhhəti uzun keçiddə iştirak
202
etməyə imkan verməyəcək. Elə sizin də vəziyyətiniz o
dərəcədə yaxşı deyil.
- Mən nəyin bahasına olursa-olsun, bu əməliyyatda
iştirak edəcəm. - deyə Xuan həkimə tərs nəzər salaraq
qətiyyətlə dilləndi. - O ki, qaldı yaralıların həmin əməliy-
yatda iştirakına? Hazırda dəstədə 4 dənə at var. Deməli
əməliyyata 4 nəfər yaralı yollanacaq. Qalanları isə məcburi
olaraq burada qalacaqlar.
Nəzərdə tutulduğu kimi, kapitan Xuanın növbəti dəfə
başçılıq etdiyi dəstə düşərgəni gecə saat 1-də tərk etdi və
böyük ehtiyatla aşağı enməyə başladı. Atlar kişnəməsin
deyə, onların ağzı bağlanmışdı. Konkistadorlar səs-küy
yaratmadan hərəkət etsələr də, „qanlı vadi“də daimi olmasa
da, lakin xaotik halda səs-küy əmələ gəlirdi. Bu arau-
kanların danışıqlarından əmələ gələn səs-küy idi.
Nəhayət ispanlar şimaldakı meşənin girəcəyinə gizlincə
daxil oldular. Həmin yürüş ağır olsa da, hamının ürəyindən
idi. Çünki onlar düşmənin xəbəri olmadan, silahdaşlarının
mövqe tutduqları kənddən, 1500-2000 metr qərbdə mövqe
tutmuşdular. Keçid zamanı konkistadorlar sərf etdikləri
qüvvələrini bərpa etmək üçün yaxşıca istirahət etməliydilər.
Amma səhərin açılmasına bir saatdan bir az çox vaxt
qalmışdı. Bundan əlavə qızınmaq üçün od qalamaq
203
qadağan edilmişdi. Səhər açılana kimi onlar yarı oturmuş
halda istirahət etməliydilər.
Kapitan Xuan düşmənin yaxın ətrafda yerləşməsi barə-
də, dürüst məlumat almaq üçün, şərq tərəfə iki nəfərdən
ibarət kəşfiyyatçı göndərdi. Kəşfiyyatçılar hava işıqlaşan-
dan sonra qayıdaraq Xuana xəbər verdilər ki, araukanların
böyük bir dəstəsi kəndin qərb sərhədində cəmləşib.
Tonqalların hər yerdə qalanmasından ayırd etdilər ki,
düşmən hələlik hücuma keçməyə tələsmir. Belə olan halda
Xuan dəstəsini düşmənin mövqeyinə yaxınlaşdırmağı
qərara aldı. Əvvəlki kimi dəstə ehtiyatla hərəkətə başladı.
Göydə buludlar seyrək şəkildə olsalar da, yenə də günəş
üzərində böyük üstünlük təşkil edirdilər. Günəş yavaş-
yavaş And dağlarının arxasından görünməyə can atırdı.
Xoşbəxtlikdən „qanlı vadi“ni şərq tərəfdən yavaş-yavaş
duman örtməyə başladı. Duman özünün torlu pərdəsi ilə
Sakit okeana tərəf can atırdı. Artıq konkistadorların mövqe
tutduqları kəndin şərq hissəsi dumanın pərdəsi ilə
örtülmüşdü. Araukanların hücum etməmələrinin səbəbi
aydın idi. Onlar kəndin dumana qərq olmasını gözləyirdilər.
Duman şəraitində orada mövqe tutan konkistadorlara
gözlənilməz zərbə endirmək istəyirdilər.
204
XVII fəsil. Pretor Mark Krassın döyüş
taktikası araukanlara qarşı tətbiq olunur
Kapitan Xuanın başçılıq etdiyi dəstə araukanlara 90-100
metr qalmış meşədə mövqe tutdu. Düşmənin arxasına
həddindən artıq yaxınlaşmaq çox təhlükəli idi. Düşmən
onları görə bilərdi. Xuan isə öz ehtiyatını əldən vermək
istəmirdi. Migel, Lope və Xulio qabağa gedərək kəşfiyyatla
məşğul idilər.
Araukanların hərəkətindən hiss etmək olar ki, onlar
növbəti hücuma çox ciddi hazırlaşırlar. Artıq duman bütün
kəndin ərazisini zəbt etmişdi. Düşmən öz istəyinə nail
olmuşdu. Saat təxminən 10 olardı. Bu ətraf dumanın
pərdəsi ilə örtülsə də, hava demək olar ki, tam işıqlaşmışdı.
Meşədəki ağacların budaqları dumanın hücumu üçün
böyük maneə yaradırdı. Lakin buna baxmayaraq, meşə də
dumanın qarşısında gücsüz olduğunu büruzə verməli oldu.
Araukanlar hücuma hazırlaşsalar da, hələlik tonqalların
yanından əl çəkmirdilər. Kimə soyuq olurdusa həmin adam
dərhal gəlib tonqalda qızınırdı. Elə bu dəmdə kənd tərəfdən
odlu silahların səsi eşidildi. Bu, kor-təbii halda açılan
atəşlər idi. Bilinmirdi, həmin silahlardan aborigenlər istifa-
də edir, yoxsa konkistadorlar? Getdikcə atəş səsləri çoxalır-
dı. Söz yox ki, həmin atəşlər böyük döyüşün başlanmasına
Dostları ilə paylaş: |