Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə24/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   20   21   22   23   24   25   26   27   ...   138

                                                     

 

  



                                                                            

                                                    

93 

vurdu  və  silahını  hazırlıqlı  vəziyyətə  gətirmək  üçün  geri 



çəkildi. Vəziyyəti belə görən Migel qılınclarını əlinə alaraq 

yamacın divarında gizləndi. Həmin yerdə aşağıdan yuxarı-

ya  kimi  sarmaşıqlar  bitirdi.  Hücuma  keçən  aborigenlər 

onun yanından ötüb kapitangil ilə toqquşdular. Yamacın sol 

tərəfindən  də  təxminən  on  nəfərə  yaxın  araukan  çıxaraq 

sahilə tərəf hücuma keçdilər. Çevik tərpənən konkistadorlar 

muşket və arbalyotlardan istifadə edərək elə ilkin toqquşma 

zamanı daha dörd düşməni sıradan çıxartdılar. 

Qraf  Filipp  hələ  çayın  ortasında  olan  zaman  əsgərlərlə 

birlikdə  yamacın  üstünü  nişan  alaraq  oradakı  hədəfləri 

vurmağa  başladı.  Migel  o  dəqiqə  başa  duşdü  ki,  yamacın 

üstundə hindular var və onlar yuxarıda fəaliyyət göstərirlər. 

Çox güman ki, yuxarıda mövqe tutanlar ox atanlar idi. 

Migel  sarmaşıqların  arasından  çıxanda  gördü  ki,  Luis 

artıq beş-altı nəfərin yox, doqquz nəfərin əhatəsində döyu-

şur  və  onlar  demək  olar  ki,  cavan  zadəgandan  beş-altı 

addım aralıda idilər. Migel nərə çəkərək pişik kimi onların 

üstünə  şığıdı.  Cavan  zadəganın  gözlənilməz  hücumuna 

məruz  qalan  araukanlardan  ikisi  dərhal  məhv  edildi. 

Fürsətdən  istifadə  edən  Luis,  silahdaşının  gözlənilməz 

hücumundan  çaşqınlığa  düşən  düşmənin  birini  qılıncdan 

keçirdi.  Belə  olan  halda  araukanlar  iki  hissəyə  bölünərək 

konkistadorların  birləşməsinə  maneəçilik  törətdilər.  Üç 



                                                     

 

  



                                                                            

                                                    

94 

nəfərə  qarşı  döyuşmək  Migel  üçün  çətin  deyildi.  Elə  ilkin 



toqquşma zamanı o, hücuma keçərək rəqiblərinə bir-birinin 

ardınca  zərbələr  endirməyə  başladı.  İş  elə  gətirdi  ki, 

araukanın birinin əlindən silahı yerə düşdü və o, geri çəkil-

məyə  məcbur  oldu.  Migel  isə  hücumunu  davam  etdirərək, 

möhkəm  zərbə  ilə  yaxında  olan  rəqibinin  sağ  əlini  silah 

qarışıq  biləyindən  böldu.  Elə  oldu  ki,  qan  duz  Migelin 

üzünə  sıçradı.  Ağrıdan  qeyri-insani  səs  çıxardan  hindu  sol 

əli ilə yaralı qolunu tutaraq döyuş meydanından uzaqlaşdı. 

Qan elə sıçramışdı ki, hətta Migelin sağ gözunə də dolmuş-

du  və  o,  hucumunu  dayandırmalı  oldu.  Qarşısındakı 

düşmən isə qorxudan hətta hücuma keçmək istəmədi. Luisə 

qarşı  döyüşən  aborigenlər  da  geri  çəkilməyə  məcbur 

oldular.    O,  belə  bir  dönuşun  olacağını  gözləmirdi.  Üstün-

lüyü  görən  Luis  cəld  onların  üzərinə  hücum  etmək  istədi. 

Lakin  Migel  onun  qolundan  tutaraq  mane  oldu  və  bunu 

onunla  izah  etdi  ki,  divardan  aralanan  kimi  yamacın 

üstündəki hindular çox asanlıqla onları ox ilə vuracaqlar. 

 

 



 

 

 



 


                                                     

 

  



                                                                            

                                                    

95 

          



VII fəsil. Araukanlar ciddi müqavimət  

                            göstərirlər 

 

Çayın  ortasında  olan  konkistadorlar  hələ  də  yamacın 



üstündəki hədəfi ox ilə vururdular. Bundan əlavə on nəfərə 

yaxın  atıcı  çaya  girib  yoldaşlarına  kömək  əlini  uzatmaq 

üçün  o  biri  sahilə  üz  tutdular.  Lakin  sahili  keçmək  heç  də 

asan  deyildi.  Bəzi  adamlar  özünü  saxlaya  bilməyib  suya 

yıxılırdı.  Buna  baxmayaraq  sahilin  bu  biri  tayındakı  və 

çayın ortasındakı atıcıların muşketləri böyük effekt verirdi. 

Atəşin  altında  tab  gətirməyən  araukanlar  yavaş-yavaş  geri 

çəkilməyə başladılar. Həmin ərəfədə qraf Filipp üç atıcı ilə 

artıq sahilə çıxmışdı. 

Hiss  olunurdu  ki,  yamacın  üstündəki  araukanlar  öz 

mövqelərini  tərk  etmişdilər.  Artıq  Migel  ilə  Luis  üçün 

hücuma  keçməyə  əlverişli  imkan  yaranmışdı.  Lakin  Migel 

gördü  ki,  Luis  arxadan  ox  ilə  yaralanıb.  O,  yaralansa  da 

hələlik ağrını hiss etmirdi. Hücuma hazırlaşan Migel üzünü 

ona tərəf tutaraq həyəcanla soruşdu: 

- Halın neçədir? Döyüşü davam etdirə bilərsən? 

-  Arxadan  atılan  ox  mənim  kimi  adamı  dizləri  üstə 

çökdürməlidir? - deyə Luis qeyri-müəyyən tərzdə dilləndi. - 

Mənim qolumdakı qüvvə hələ tükənməyib. 



                                                     

 

  



                                                                            

                                                    

96 

-  Onda  irəli!  -  deyə  Migel  qışqıraraq  geri  çəkilən 



hindulara arxadan hücum etdi. 

Elə  çata-çatda  Migel  var  qüvvəsi  ilə  arxadan  rəqibinin 

başına  qılınc  ilə  zərbə  endirdi.  Əvvəllər  olduğu  kimi  bu 

dəfə  də  onun  qurbanının  başı  tən  ortadan  yarıldı.  Birinci 

qurban  yerə  yıxılmamış,  həmin  an  cavan  zadəgan  ikinci 

qılıncını  növbəti  qurbanının  böyrəyinə  sancdı.  Hindunun 

əynində  köynək  olmadığından  yarasından  çıxan  qan 

fəvvarə kimi Migelin üstünə töküldü. Sanki aborigenlər iki 

tərəfdən  mühasirəyə  alınmışdılar.  Həmin  ərəfədə  Luis  də 

bir hindunu məhv etmişdi. Lakin araukanlar döyüşü dayan-

dırmaq  fikrində  deyildilər.  Onlar  yamaca  kimi  geri  çəkilə-

rək  konkistadorlara  daha  kəskin  müqavimət  göstərirdilər. 

Dörd  nəfər  hindu  bu  dəfə  Migeli  yamacın  divarına  tərəf 

sıxaraq,  onu  silahdaşlarından  ayırmağa  çalışdılar.  Daha  da 

cuşa gələn Migel bu döyüşə bütün bacarığını səfərbər etdi. 

Ona qarşı döyüşənlərin ikisi balta, o biri iki nəfər isə nizə 

ilə  silahlanmışdı.  Nizə  ilə  silahlananlar  Migeli  divara 

sıxışdırır,  o  biriləri  balta  ilə  fasiləsiz  zərbələr  endirirdilər. 

Migel  başa  düşdü  ki,  qarşısındakı  rəqiblər  öz  silahlarından 

çox  bacarıqla  istifadə  edirlər.  Onların  döyüş  təcrübəsi 

başqalarına nisbətən daha üstündür. 

Artıq  bu  ərəfədə  daha  üç  atıcı  sahilə  çıxmışdı  və  onlar 

kapitan Xuanın  başçılığı altında  hücuma keçmişdilər. Qraf 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə