133
hamısını darmadağın edək. Arxadan bizim üstümüzə gələn
qüvvə istehkam qurulan kənddən çıxıbdır. Hazırda həmin
kənddə araukanların sayı iki dəfə azalıb. Bu o deməkdir ki,
biz həmin qüvvəni darmadağın etsək, həmin
kəndin
müdafiəsi xeyli zəifləyəcək. Elə bir möhkəm
kəndi sonra-
dan ələ keçirmək bizim üçün çətin olmayacaq. İndi anla-
dınız, mən nə demək istəyirəm?
- Nə deyirəm ki, siz bilən məsləhətdir. - deyə Andre
təqdiredici tərzdə dilləndi.
Bundan sonra Alonso yaxınlıqda dayanan Migeli də
yanına çağırıb ona dedi:
- Sinyor Migel, piyada əsgərlərin hansı taktika ilə
döyüşməyindən siz xəbərdarsınız. Sizdə, hətta komandir
baçarığı olduğunun şahidi olmuşam. Ancaq mənə elə gəlir
ki, süvarilərin taktikasından siz xəbərsizsiniz.
- Qismən də olsa, azacıq tanışlığım var. - deyə Migel
etiraf etməli oldu.
- Onda hər ikiniz diqqətlə qulaq asın. - deyə Alonso on-
ların hər ikisinin fikrini özünə cəlb etdi. - Bizim dəstədə on
arbalyotçu, iyirmi beş nəfər nizə ilə silanlanan, qalanları isə
qılınc oynadanlardır. Qılınc oynadanlardan onu odlu silahla
silahlanıb. Sinyor Migel bilavasitə arbalyotçulara, leytenant
Andre isə nizə daşıyanlara başçılıq edəcək. Hücum əmri
verilən kimi bütün dəstə irəli gedir və düşmənin əsas
134
qüvvəsinə 70-80 metr qalmış hamı ayaq saxlamalıdır.
Süvarilər bir cərgə üzrə elə dayanmalıdırlar ki, hər bir atlı
yanındakı yoldaşından ən azı üç metr aralı olsun. Həmin an
sinyor Migelin başçılıq etdiyi arbalyotçular irəli gedərək,
lazım olan məsafədən düşmənin üzərinə oxları atsınlar.
Sonra isə dövrə vuraraq həmin əməliyyatı təkrarlasınlar.
Axırıncı dəfə bizim sıramıza daxil olandan sonra
arbalyotçular mənim göstərişimlə düşmənin sağ və ya sol
cinahına zərbə endirmək üçün hücuma gedəcək. Elə həmin
an mən əks cinaha zərbə endirmək üçün qılıncdaşıyanlar ilə
hücuma gedirəm. Leytenant Andre isə paralel olaraq bir
cərgə ilə düşmən sırasının mərkəzini yarmalıdır. Biz elə
etməliyik ki, bir hücum ilə düşmənin bütün qüvvəsi məhvə
düçar olsun. Araukanlar bizim həmlələrdən çaş-baş qalma-
lıdırlar. Düşmənin yüz əlli nəfərlik qüvvəsi yarım saatın
içərisində məhv
edilməlidir. Ondan sonra isə polkovnik
Alonsonun köməyinə gedəcəyik.
- Sinyor Alonso, biz elə etməliyik ki, araukanlar bizə
sərf edənə qədər oturduqları kənddən aralansınlar. - deyə
Migel ərk edərək komandirinə səmərəli təklif verdi. - Biz
zərbə endirən zaman onlar kəndə qayıda bilməsinlər.
- Sizin bacarıqlı bir hərbçi olmağınıza məndə hec bir
şübhə yoxdur. - deyə Alonso fərəhlə dilləndi. - Əlbəttə, biz
135
elə etməliyik ki, araukanlar geri qayıda bilməsinlər. Onların
hamısı bir nəfərə kimi amansızcasına məhv edilməlidir.
- Cənab kapitan, işdir, döyüş başa çatandan sonra döyüş
meydanında düşmənin yaralıları qaldı, onların aqibəti necə
olcaq? - deyə fransız zabiti maraqlandı.
- Çayın ağzındakı yaralıların aqibəti necə oldu? - deyə
Alonso adekvat sualla çıxış etdi.
- Onlar kapitan Xuanın göstərişilə toxunulmamış halda
döyüş meydanında qaldılar. - deyə Andre qəribə halda
dilləndi.
- Deməli, elə də olacaq. - deyə kapitan Alonso söhbəti
yekunlaşdırmalı oldu. - Kapitan Xuanın əmri qüvvədə qalır.
Biz düşmənlə kişi kimi döyüşməliyik.
Vadidə döyüşün şiddətlənməsinə baxmayaraq kapitan
Alonso hələlik
gözləmə mövqeyində durmuşdu. Lakin
buradakı vəziyyət heç də ürəkaçan deyildi. Polkovnik
Alonsonun başçılıq etdiyi dəstədə 50 nəfərə yaxın adam
vardı. Onlar iki tərəfdən hücuma keçən düşmənə qarşı
müvaqimət göstərirdilər. Hələ üstəgəl “qanlı vadinin”
şimali-şərqində yerləşən kənddən bütün döyüşən hindular
çıxaraq, yaxınlıqdakı konkistadorlara tərəf şığıdılar. Silah-
daşlarına köməyə gedən araukanların sayı təxminən 150
nəfər olardı. Düzdür, ümumilikdə polkovnik Alonsonun
dəstəsi 500 nəfərə yaxın olan düşmən qüvvəsinə müqavi-
136
mət göstərməyə qadir idi. Lakin həmin
döyüşün
müqəddəratını əlavə süvari dəstəsi həll edə bilərdi. Onlar
köməyə nə qədər tez gəlsələr, konkistadorların da itkisi bir
o qədər az olardı. Buna baxmayaraq, kapitan Alonso da
qarşısına məqsəd qoymuşdu; o, istəyirdi ki, düşmən əsas
qüvvəsini elə birinci döyüşdə itirsin.
Arxadan gələn hindular kənddən 500-600 metr aralan-
mışdılar ki, həmin kənddən dağa 100 nəfərlik dəstə ehtiyat
qüvvəsi kimi üzü şimala doğru hərəkət etməyə başladı.
Onlar qarşılarındakı quvvə ilə birləşsələr, araukanların sayı
250 nəfərə çatacaqdı. Belə olan halda kapitan Alonso onları
məğlub etməyə çətinlik çəkəcəkdir. Məhz buna görə də o,
dəstəsinə “hücum” əmri verdi.
Üzü şimala tərəf dayanan süvarilər kapitanın ardınca,
cənubdan onlara yaxınlaşan araukanların üzərinə şığıdılar.
Süvari dəstəsinin hücumunu görən aborigenlər birinci
dəstəsi müdafiə olunmaq üçün öz irəliləyişlərini dayandır-
dılar. İkinci dəstə isə öz kursu üzrə irəliləyirdi. Hansı hindu
tayfası olsaydı, süvarilərin hücumunu görüb dərhal ölüm-
saçan toqquşmadan çəkinərək döyüş meydanını tərk edərdi.
Araukanlar isə müdafiə olunmaq üçün hazırlıq işləri
görməyə başladılar. Qabaqda nizəlilər, arxada isə ox atanlar
dayandı. Ümumiyyətlə, onlar üç sıradan ibarət müdafiə
səddi yaratdılar. Müdafiə olunmaq üçün hər sıranın öz
Dostları ilə paylaş: |