Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə29/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   25   26   27   28   29   30   31   32   ...   138

                                                     

 

  



                                                                            

                                                    

113 

- Hazırda biz dilemma qarşısında qalmışıq. - deyə Alon-



so  qeyri-müəyyən  tərzdə  dilləndi.  -  Aşağı  düşüb  kəndin 

birində  mövqe  tutaq,  yoxsa  əsas  qüvvəmiz  vadiyə  daxil 

olana  qədər  burada  qalaq.  Söz  yox  ki,  burda  qalmağımız 

həddindən  artıq  təhlükəlidir.  Düşmən  qaranlıq  mühitdən 

istifadə edərək bizə həmlə endirəcək. 

-  Siz  buna  əminsiniz?  -  deyə  Andre  muəmmalı  tərzdə 

soruşdu.  -  Mənə  elə  gəlir,  onlar  qaranlıq  şəraitdə  döyüş-

məkdən boyun qaçırarlar. Burda qalmaq məqsədəuyğundur. 

-  Heç  vaxt  demək  olmaz  ki,  araukanlar  gecə  vaxtı 

döyüşdən  boyun  qaçırırlar.  -  deyə  kapitan  öz  etirazını 

bildirdi. - Gecə vaxtı biz tonqal qalamasaq, onda siz deyən 

fikirlə  mən  razıyam.  Lakin  yaralılar  olduğu  halda  biz 

meşədə tonqal qalamalıyıq. Bununla da yeni hücum etmək 

üçün düşmənə şərait yaratmalı olacayıq. 

Kapitan  Alonso  bu  fikri  söyləməkdə  haqlı  idi.  Tonqal 

qalananda  ispanların  bütün  mövqeləri  aydın  şəkildə 

görunəcək. Araukanlar isə qaranlıq muhitdə ağacların arxa-

sında  gizlənərək,  işıq  altında  olan  konkistadorları  çox 

asanlıqla  ox  ilə  vurmağa  başlayacaqlar.  Lakin  buna  qarşı 

adekvat  addımlar  atmaq  mümkün  idi.  Bu  məsələ  ilə  bağlı 

Migel öz fikrini bildirməyi qərara aldı. O, dedi: 

-  Burda  qalıb  gecələmək  mumkundur.  Bunun  üçün 

yalnız  bir  yerdə  tonqal  qalamaq  lazımdır.  Tonqaldan  50 



                                                     

 

  



                                                                            

                                                    

114 

metr aralı, radius şəklində iyirmi beş nəfərdən ibarət keşik-



çilər qoymaq lazımdır. Qaranlıqda düşərgəyə yaxınlaşmağa 

cəhd  edən  araukanlar  bizim  keşikçiləri  görməyəcəklər. 

Keşikçilər  isə  hansı  tərəfdən  səs  gələcəksə,  dərhal  həmin 

səmti  atəşə  tutsunlar.  Ondan  sonra  heç  kim  düşərgəyə 

yaxınlaşmağa cəhd etməyəcək. 

-  Bu  çox  təqdirəlayiq  bir  təklifdir.  -  deyə  Alonso 

təəccüblü  halda  başını  tərpədərək  hərarətlə  dilləndi.  -  Elə 

mulahizələr  yürüdürsünüz  ki,  sanki  siz  uzun  müddət  bu 

ölkədə yerli hindulara qarşı müharibədə iştirak etmisiniz.  

-  Bütün  bu  usulları  mənə  babam  Rodriges  öyrədib.  - 

deyə Migel canfəşanlıqla dilləndi. - Bildiyiniz kimi mənim 

babam  40-45  il  bundan  əvvəl  araukanlara  qarşı  dəfələrlə 

hərbi əməliyyatlarda iştirak edibdir. 

-  Sinyor  Rodrigesin  məsləhətləri  bizim  hamımız  uçun 

gərəklidir. - deyə Alonso etiraf etməli oldu. - Doxsan yaşlı 

bir  adamın  belə  bir  təhlükəli  müharibədə  iştirak  etməsi, 

onun vətənpərvər və krala sədaqətli olmasından xəbər verir. 

Şəxsən mən elə bir zadəganla fəxr edirəm. 

-  İltifatınıza  görə  çox  sağ  olun!  -  deyə  Migel  utancaq 

halda dilləndi. 

-  Bu  əməliyyata  yollanmamışdan  əvvəl  mən  Xuan 

Floreslə  də  xeyli  məsləhətləşmələr  aparmışam.  -  deyə 

Alonso  baxışlarını  vadiyə  tərəf  yönəldərək  aludəliklə 



                                                     

 

  



                                                                            

                                                    

115 

dilləndi.  -  Bildiyiniz  kimi  o,  Araukaniyada  dəfələrlə  olub. 



Onun  dediyinə  görə  köhnə  konkistadorlar  buranı  “qanlı 

vadi”  adlandırırlar.  Bizim  silahdaşlarımızın  təşkil  etdikləri 

ekspedisiyaların  əksəriyyəti  məhz  bu  vadidə  darmadağın 

edilibdir. Bu faktı sinyor Rodriges də təsdiqləyib. Araukan-

lar  həmişə  bütün  qüvvələrini  və  güclərini  bu  vadiyə 

yönəldirlər.  İndi  də  belə  başa  duşmək  olar  ki,  aborigenlər 

əsas  quvvələrini  məhz  “qanlı  vadidə”  və  onun  ətrafında 

cəmləşdiriblər. 

-  Mənə  elə  gəlir,  araukanlar  bu  müharibədə  xeyli 

zəifləyiblər. - deyə Migel kapitanla razılaşmadı. - Onlar son 

döyüşlərdə, xüsusən də Anqud körfəzindəki döyüşdə xeyli 

canlı qüvvə itiriblər. Deyəsən, araukanların əvvəlki qüvvəsi 

xeyli sarsıdılıb. Vadinin özündə də onların qüvvəsi heç də 

çox deyil. 

-  Uşaqlardan  aldığım  məlumata  görə  “qanlı  vadi“də 

araukan döyüşçülərinin sayı 600-dən 700 nəfərə qədərdir. - 

deyə  kapitan  bir  az  tərəddüd  edəndən  sonra  ehtiramla 

dilləndi.  -  Lakin  unutmaq  lazım  deyil  ki,  yaxınlıqdakı 

dağlarda  da  onların  döyüşçüləri  var.  Onların  sayı  isə  bizə 

bəlli deyil. 

- Onların sayı, ancaq 1100-1200 nəfər olar. - deyə Migel 

çəkinmədən tam məsuliyyətlə dilləndi. - Bu qədər qüvvə isə 

heç vaxt bizim üzərimizdə müvəffəqiyyət qazana bilməyə-



                                                     

 

  



                                                                            

                                                    

116 

cək.  Bu  dəfə  “qanlı  vadi”  onlar  üçün  sonuncu  məkan  ola-



caq. 

-  Buna  şübhə  yoxdur.  -  deyə  leytenant  Andre  gülümsə-

yərək  giley-güzarla  dilləndi.  -  Araukanların  hamısı  bu 

müharibədə darmadağın ediləcək. 

- Polkovnik Alonso tövsiyə edib ki, bu müharibədə cüzi 

də  olsun,  səhvə  yol  vermək  lazım  deyil.  -  deyə  kapitan 

alicənablıqla dilləndi. - Hər bir səhv bizim üçün məğlubiy-

yətlə nəticələnəcək. Məhz buna görə də gecələmək haqqın-

da  biz  düzgün  qərar  qəbul  etməliyik.  “Qanlı  vadidə” 

gecələmək  münasibdir,  yoxsa  burda?  Biz  elə  etməliyik  ki, 

polkovnik Alonso “qanlı vadiyə” gələnə kimi, bir nəfər də 

olsun, dəstədən adam itirməyək. 

-  Əgər  elədirsə,  elə  burda  qalmağımız  məqsədəuyğun-

dur.  -  deyə  Andre  Migelin  təklifinin  üstündə  durdu.  - 

Allahın köməkliyi ilə bu gecə bizim üçün sakit keçər. 

-  Hamıya  xəbər  verilsin  ki,  bu  gecəni  biz  burada 

qalacağıq. - deyə kapitan öz sərəncamını bildirdi.  

Kapitan  Xuanın  vəziyyəti  get-gedə  pisləşdiyindən  Lope 

ilə  Xulio  onun  yarasından  irini  çıxartmağa  qərara  aldılar. 

Onlar yanan tonqalda öz lansetlərini qızdırmağa başladılar. 

Migel  komandirin  qollarından,  Andre  isə  ayaqlarından 

möhkəmcə yapışdılar. Ağrıya dözmək üçün ona çoxlu şərab 

verdilər.  Xuan  dostlarına  izah  etdi  ki,  onun  qollarından  və 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə