Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə34/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   30   31   32   33   34   35   36   37   ...   138

                                                     

 

  



                                                                            

                                                    

133 

hamısını darmadağın edək. Arxadan bizim üstümüzə gələn 



qüvvə  istehkam  qurulan  kənddən  çıxıbdır.  Hazırda  həmin 

kənddə araukanların sayı iki dəfə azalıb. Bu o deməkdir ki, 

biz  həmin  qüvvəni  darmadağın  etsək,  həmin

 

kəndin 



müdafiəsi  xeyli  zəifləyəcək.  Elə  bir  möhkəm

 

kəndi  sonra-



dan  ələ  keçirmək  bizim  üçün  çətin  olmayacaq.  İndi  anla-

dınız, mən nə demək istəyirəm? 

-  Nə  deyirəm  ki,  siz  bilən  məsləhətdir.  -  deyə  Andre 

təqdiredici tərzdə dilləndi. 

Bundan  sonra  Alonso  yaxınlıqda  dayanan  Migeli  də 

yanına çağırıb ona dedi: 

-  Sinyor  Migel,  piyada  əsgərlərin  hansı  taktika  ilə 

döyüşməyindən  siz  xəbərdarsınız.  Sizdə,  hətta  komandir 

baçarığı olduğunun şahidi olmuşam. Ancaq  mənə elə gəlir 

ki, süvarilərin taktikasından siz xəbərsizsiniz. 

-  Qismən  də  olsa,  azacıq  tanışlığım  var.  -  deyə  Migel 

etiraf etməli oldu. 

- Onda hər ikiniz diqqətlə qulaq asın. - deyə Alonso on-

ların hər ikisinin fikrini özünə cəlb etdi. - Bizim dəstədə on 

arbalyotçu, iyirmi beş nəfər nizə ilə silanlanan, qalanları isə 

qılınc oynadanlardır. Qılınc oynadanlardan onu odlu silahla 

silahlanıb. Sinyor Migel bilavasitə arbalyotçulara, leytenant 

Andre  isə  nizə  daşıyanlara  başçılıq  edəcək.  Hücum  əmri 

verilən  kimi  bütün  dəstə  irəli  gedir  və  düşmənin  əsas 



                                                     

 

  



                                                                            

                                                    

134 

qüvvəsinə  70-80  metr  qalmış  hamı  ayaq  saxlamalıdır. 



Süvarilər bir cərgə üzrə elə dayanmalıdırlar ki, hər bir atlı 

yanındakı yoldaşından ən azı üç metr aralı olsun. Həmin an 

sinyor  Migelin  başçılıq  etdiyi  arbalyotçular  irəli  gedərək, 

lazım  olan  məsafədən  düşmənin  üzərinə  oxları  atsınlar. 

Sonra  isə  dövrə  vuraraq  həmin  əməliyyatı  təkrarlasınlar. 

Axırıncı  dəfə  bizim  sıramıza  daxil  olandan  sonra 

arbalyotçular  mənim  göstərişimlə  düşmənin  sağ  və  ya  sol 

cinahına zərbə endirmək üçün hücuma gedəcək. Elə həmin

 

an mən əks cinaha zərbə endirmək üçün qılıncdaşıyanlar ilə 



hücuma  gedirəm.  Leytenant  Andre  isə  paralel  olaraq  bir 

cərgə  ilə  düşmən  sırasının  mərkəzini  yarmalıdır.  Biz  elə 

etməliyik ki, bir hücum ilə düşmənin bütün qüvvəsi məhvə

 

düçar olsun. Araukanlar bizim həmlələrdən çaş-baş qalma-



lıdırlar.  Düşmənin  yüz  əlli  nəfərlik  qüvvəsi  yarım  saatın 

içərisində  məhv

 

edilməlidir.  Ondan  sonra  isə  polkovnik 



Alonsonun köməyinə gedəcəyik. 

-  Sinyor  Alonso,  biz  elə  etməliyik  ki,  araukanlar  bizə 

sərf  edənə  qədər  oturduqları  kənddən  aralansınlar.  -  deyə 

Migel  ərk  edərək  komandirinə  səmərəli  təklif  verdi.  -  Biz 

zərbə endirən zaman onlar kəndə qayıda bilməsinlər. 

-  Sizin  bacarıqlı  bir  hərbçi  olmağınıza  məndə  hec  bir 

şübhə yoxdur. - deyə Alonso fərəhlə dilləndi. - Əlbəttə, biz 



                                                     

 

  



                                                                            

                                                    

135 

elə etməliyik ki, araukanlar geri qayıda bilməsinlər. Onların 



hamısı bir nəfərə kimi amansızcasına məhv edilməlidir. 

- Cənab kapitan, işdir, döyüş başa çatandan sonra döyüş 

meydanında düşmənin yaralıları qaldı, onların aqibəti necə 

olcaq? - deyə fransız zabiti maraqlandı. 

-  Çayın  ağzındakı  yaralıların  aqibəti  necə  oldu?  -  deyə 

Alonso adekvat sualla çıxış etdi. 

-  Onlar  kapitan  Xuanın  göstərişilə  toxunulmamış  halda 

döyüş  meydanında  qaldılar.  -  deyə  Andre  qəribə  halda 

dilləndi. 

-  Deməli,  elə  də  olacaq.  -  deyə  kapitan  Alonso  söhbəti 

yekunlaşdırmalı oldu. - Kapitan Xuanın əmri qüvvədə qalır. 

Biz düşmənlə kişi kimi döyüşməliyik. 

Vadidə  döyüşün  şiddətlənməsinə  baxmayaraq  kapitan 

Alonso  hələlik

 

gözləmə  mövqeyində  durmuşdu.  Lakin 



buradakı  vəziyyət  heç  də  ürəkaçan  deyildi.  Polkovnik 

Alonsonun  başçılıq  etdiyi  dəstədə  50  nəfərə  yaxın  adam 

vardı.  Onlar  iki  tərəfdən  hücuma  keçən  düşmənə  qarşı 

müvaqimət  göstərirdilər.  Hələ  üstəgəl  “qanlı  vadinin” 

şimali-şərqində  yerləşən  kənddən  bütün  döyüşən  hindular 

çıxaraq,  yaxınlıqdakı  konkistadorlara  tərəf  şığıdılar.  Silah-

daşlarına  köməyə  gedən  araukanların  sayı  təxminən  150 

nəfər  olardı.  Düzdür,  ümumilikdə  polkovnik  Alonsonun 

dəstəsi  500  nəfərə  yaxın  olan  düşmən  qüvvəsinə  müqavi-



                                                     

 

  



                                                                            

                                                    

136 

mət  göstərməyə  qadir  idi.  Lakin  həmin



 

döyüşün 


müqəddəratını  əlavə  süvari  dəstəsi  həll  edə  bilərdi.  Onlar 

köməyə nə qədər tez gəlsələr, konkistadorların da itkisi bir 

o  qədər  az  olardı.  Buna  baxmayaraq,  kapitan  Alonso  da 

qarşısına  məqsəd  qoymuşdu;  o,  istəyirdi  ki,  düşmən  əsas 

qüvvəsini elə birinci döyüşdə itirsin. 

Arxadan  gələn  hindular  kənddən  500-600  metr  aralan-

mışdılar ki, həmin kənddən dağa 100 nəfərlik dəstə ehtiyat 

qüvvəsi  kimi  üzü  şimala  doğru  hərəkət  etməyə  başladı. 

Onlar qarşılarındakı quvvə ilə birləşsələr, araukanların sayı 

250 nəfərə çatacaqdı. Belə olan halda kapitan Alonso onları 

məğlub  etməyə  çətinlik  çəkəcəkdir.  Məhz  buna  görə  də  o, 

dəstəsinə “hücum” əmri verdi.  

Üzü  şimala  tərəf  dayanan  süvarilər  kapitanın  ardınca, 

cənubdan  onlara  yaxınlaşan  araukanların  üzərinə  şığıdılar. 

Süvari  dəstəsinin  hücumunu  görən  aborigenlər  birinci 

dəstəsi  müdafiə  olunmaq  üçün  öz  irəliləyişlərini  dayandır-

dılar. İkinci dəstə isə öz kursu üzrə irəliləyirdi. Hansı hindu 

tayfası  olsaydı,  süvarilərin  hücumunu  görüb  dərhal  ölüm-

saçan toqquşmadan çəkinərək döyüş meydanını tərk edərdi. 

Araukanlar  isə  müdafiə  olunmaq  üçün  hazırlıq  işləri 

görməyə başladılar. Qabaqda nizəlilər, arxada isə ox atanlar 

dayandı.  Ümumiyyətlə,  onlar  üç  sıradan  ibarət  müdafiə 

səddi  yaratdılar.  Müdafiə  olunmaq  üçün  hər  sıranın  öz 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə