153
araukanlar bu döyüşdə hərtərəfli darmadağın ediliblər.
Onları tam məğlubiyyətə uğratmaq üçün biz araukanların
sarsılmış və zəiflədilmiş qüvvəsini təqib etməliyik.
- Mən də bu təklifin üstündə dururam. - deyə Karlos
səbirsizliklə dilləndi. - Araukanlar təqib olunaraq, məhv
edilməlidirlər. Yoxsa, onlar qaçıb canlarını qurtaracaqlar.
Qardaşının yaralandığından və köməksiz halda dağın
üstündə qalmasından hiddətə gəlmiş kapitan qraf Xuan
araukanlardan xüsusilə yanıqlı idi, lakin o, tamamilə başqa
bir təklif verdi. Qraf Xuan üzünü polkovnikə tərəf tutub
əsəbi halda dedi:
- Don Alonso, düşməni təqib etməkdən heç bir şey
çıxmayacaq. Onlar novbəti dəfə bizimlə açıq döyüşdə
üzləşməkdən boyun qaçıracaqlar.
- Don Xuan, təklifinnzi verin. - deyə kapitan Filipp onu
tələsdirdi.
- Biz irəliləyişimizi davam etdirməli və bu vadinin
mərkəzində yerləşən boş kəndin birində mövqe tutmalıyıq.
- deyə qraf Xuan tələsik halda dilləndi. - Paralel olaraq
dağın başında qalmış yaralı silahdaşlarımızı aşağı düşürüb
onların müalicəsi ilə məşğul olmalıyıq.
- Yaralılar ilə məşğul olsaq, onda biz öz üstünlüyümüzü
əldən vermiş olacağıq. - deyə Ernando Ramires narazı
halda dilləndi. - Qarşımızda olan düşmənin qalıqları məhv
154
edilməlidir. Əks təqdirdə araukanlar bütün qüvvələrini
toplayıb yenidən hücuma keçəcəklər. Buna heç cürə yol
vermək olmaz.
- Möhtərəm sinyorlar, sizə bildirməliyəm ki, gündüz
vaxtı yaralıları qaldıqları yerdən çıxarmaq münasib sayıl-
mır. - deyə kapitan Alonso aludəliklə dilləndi. - Biz ora
gedib çıxana qədər araukanlar öz qüvvədərini birləşdirə
bilərlər. Ondan sonra növbəti qələbəni əldə etmək qeyri-
mümkün olacaq.
- Sinyor Alonso, siz məsuliyyətlə çıxış etmirsiniz. - deyə
qraf Xuan öz etirazını bildirdi. - Düşmənin cənubda lazımi
qədər qüvvəsi var. Onların bir hissəsi
yuxarı qalxıb orada
köməksiz atılmış yaralı silahdaşlarımızı vəhşicəsinə
qətlə
yetirəcəklər. Biz bu faciənin qarşısını almalıyıq.
- Don Xuan, yaralı silahdaşlarımızın hər birində odlu
silah var. - deyə kapitan Alonso nikbinliklə dilləndi. - Onlar
hər an özlərini müdafiə etməyə hazırdılar.
- Sinyor Alonso, inciməyin məndən, amma bizim yaralı-
ları düşmən əhatəsində tək-tənha qoymaq, sizin tərəfdən
səhv addım sayılır. - deyə qraf Xuan həqarətlə dilləndi.
- Möhtərəm sinyorlar, kapitan Alonso reallığı nəzərə
alaraq, düşmən üzərində qələbə qazanmaq üçün döyüş
əməliyyatlarına qoşulmuşdu, - deyə polkovnik Alonso
təmkinlə dilləndi. - Süvari dəstəsi bizim yaralıların yanında
155
qalıb keşik çəksə idi, düşməni məğlub etmək mümkün
olmayacaqdı. Döyüş əməliyyatlarına qatılan süvari dəstəsi
düşmənin böyük qüvvəsini darmadağın edibdir. Kapitan
Alonsonun kritik vəziyyətdə çıxardığı qərar tərifə layiqdir.
Bu iltifata görə polkovnikə təzim edən Alonso başını dik
tutaraq aludəliklə dedi:
- Biz yaralıların yanında qalsaydıq, onda hamı bizi
qorxaqlıqda ittiham edəcəkdi. Mən süvariləri aşağı endirən-
də düşmən elə başa düşdü ki, yuxarıda bizimkilərdən heç
kim qalmayıb. Yuxarıda qalanların hamısına odlu silah
verilibdir və onlar eyni zamanda 50-60 nəfərlik düşmənin
hücumuna müqavimət göstərməyə qadirdilər. İndi ümdə
məsələlərlə məşğul olmalıyıq. Hava qaralandan sonra biz
onları həmin yerdən gedib çıxardarıq.
- Hazırda biz araukanların məhvi
ilə məşğul olmalıyıq. -
deyə polkovnik qətiyyətlə dilləndi. - Gündüz vaxtı yaralı-
larla məşğul olmaq, bizim gördüyümüz bütün zəhmətimizi
puç edəcək. Lakin ilk növbədə biz dəqiq bilməliyik ki,
dəstəmizdə nə qədər salamat adam qalıb. Hiss edirəm ki,
növbəti hücum əməliyyatını həyata keçirmək üçün bizim
qüvvəmiz xeyli azdır. Həm də unutmaq lazım deyil ki,
bizdə yaralılarımızın sayı çoxalıb. Biz onları burda qoyub
dərhal hücuma gedə bilmərik. Elə bir şey fikirləşmək
lazımdır ki, biz düşmənin üzərinə hücum edə bilək.
156
Bir az keçmişdi ki, leytenant Andre ona verilən tanşırığı
yerinə yetirərək polkovnikə yaxınlaşdı. O, dedi:
- Bu döyüşdə araukanlar həddindən
artıq böyük itkiyə
məruz qalıblar. Onlardan 198 nəfəri öldürülüb və geri
çəkilən araukanların özləri ilə apardıqları yaralıları nəzərə
almadan, 131 nəfəri yaralanıb. Yaralananlardan 44 nəfəri-
nin vəziyyəti çox ağırdır. Bizim verdiyimiz itkilər də az
deyil: 29 nəfər öldürülüb, 32 nəfər isə yaralanıb. Yaralı-
lardan 13 nəfərinin vəziyyəti daha ağırdır. Döyüş zamanı
11 baş at məhv
edilib. Süvarilərin yarısı demək olar ki,
sıradan çıxarılıb.
Bu məlumat zabitlərin həm sevincinə, həm də kədərinə
səbəb oldu. Faktiki olaraq, konkistadorlar düşməni darma-
dağın etmişdilər. Bir döyüşdə bu qədər düşmənin məhv
edilməsi həqiqətən
də böyük uğur sayılırdı. Hələ üstəgəl
kapitan Alonsonun başçılıq etdiyi süvari dəstəsi “qanlı
vadinin” mərkəzində, düşmənin böyük qüvvəsinin, 180
nəfər əsgərinin zərərsizləşdirilməsi aborigenləri demək olar
ki, dizləri üstə çökdürmüşdü. Araukanlar uzun illərdən bəri
bir döyüşdə bu qədər qüvvə itirməmişdilər. Bu müharibə-
dəki məğlubiyyət göz qarşısında idi. Bugünkü döyüş
konkistadorların böyük qələbəsi ilə başa çatmışdı. Lakin
ispanlar da bu döyüşdə böyük itki vermişdilər, 101 nəfərlik
qüvvədən 41 nəfər öldürülmüş, 32 nəfər yaralanmışdır.
Dostları ilə paylaş: |