Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə1/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
  1   2   3   4   5   6   7   8   9   ...   115
26384

Ramiz M ehdiyev
AZƏRBAYCAN: 
QLOBALLAŞM A  DÖVRÜNÜN 
TƏLƏBLƏRİ
KEÇMİŞİN  DƏRSLƏRİ,
BU  G Ü N Ü N   REALLIQLARI  VƏ 
GƏLƏCƏYİN  PERSPEKTİVLƏRİ
Azerbaycan  Respublikası  Prezidentinin 
M əı  İdarəsinin
K İ T A B X A N A S I
XXI
Y N E
B a k ı-2 0 0 5


Mehdiyev Ramiz. “Azərbaycan:  qloballaşma dövrünün tələbləri”.
Bakı,  “XXI -  Yeni Nəşrlər Evi”, 2005, 464 s.
ISBN 9952-419-01-1
1. Azerbaycan -  Siyasət və hökumət. 2. Azərbaycan -  Dövlətçilik -  Tarix. 
3.  Qloballaşma -  Azərbaycan. 4. Azərbaycan -  İqtisadi aspektlər.
947.54 -  dc 22
Fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyevin “Azərbaycan: qlo­
ballaşma dövrünün tələbləri” kitabı qloballaşma şəraitində Azerbaycan döv­
lətçiliyinin təşəkkülü məsələlərinə həsr edilmişdir.
Tədqiqat Azerbaycanın müasir sosial-iqtisadi  və  siyasi  inkişafının  dərin 
təhlilinə  əsaslanır  və  faktiki  olaraq,  qlobal  transformasiyalar,  yeni  dünya 
nizamının yaranması və XX əsrin axırları -  XXI  əsrin əvvəllərində baş  ver­
miş siyasi proseslərin tranzitar cəmiyyətlərə intensiv təsiri dövründə dövlətin 
və  cəmiyyətin  mümkün inkişaf yollarını  aşkara çıxarmağa yönəldilmiş  futu- 
roloji  cəhddir.  Kitabda müasir Azərbaycan  dövləti  və  cəmiyyətinin  iqtisadi, 
siyasi  və  sosial  problemlərinin  hərtərəfli  təhlili  verilir.  Əsərdə  qloballaşan 
dünyanın yeni reallıqları fikir süzgəcindən keçirilərək yenidən mənalandırılır, 
qərbləşmənin və modernləşmənin Azərbaycan cəmiyyətinə təsiri  təhlil  olu­
nur. Müəllif postsovet məkanının demokratikləşməsi prosesini də geniş tədqiq 
edir,  Azərbaycanda  gedən  sosial-iqtisadi  və  siyasi  islahatlar  və  proseslər 
vektorunun  ümumi  istiqamətinin  müəyyənləşdirilməsi  üçün  Qərb  konsep­
siyalarından istifadənin yolları  və bunun  məqbulluq  səviyyəsi  öyrənilir.
Kitab  filosoflar,  tarixçilər,  politoloqlar,  iqtisadçılar,  sosioloqlar,  beynəl­
xalq  məsələlər  üzrə  mütəxəssislər,  ali  məktəblərin  tələbə  və  müəllimləri 
üçün, habelə müasir tarixlə, o cümlədən də tranzitar cəmiyyətlərin problem­
ləri  ile məşğul  olanlar üçün  maraq doğurur.
©  Ramiz Mehdiyev,  2005
Azərbaycanın  böyük oğlu,  müasir 
Azərbaycan  dövlətinin  banisi 
H EY D Ə R  ƏLİYEVİN 
nurlu xatirəsinə həsr edilir


“Azərbaycan  öz  dövlət  müstəqilliyini  əldə  etdikdən  sonra 
gedən  proseslər,  təəssüflər  olsun  ki,  ölkəmizi  uçurum  kənarına 
gətirmişdi.  Sosial-iqtisadi,  siyasi,  hərbi  böhran  hökm  sürürdü. 
Azərbaycan  torpaqları Ermənistanın  işğalçı qüvvələri tərəfindən 
zəbt olunurdu,  ölkədə xaos,  anarxiya,  hərc-mərclik mövcud idi, 
vətəndaş  müharibəsi  başlanmışdı,  iqtisadiyyat  isə  tamamilə 
dağılmışdı.  O  illərdə  baş  verən  iqtisadi  tənəzzül  ölkəmizi  çox 
çətin  vəziyyətə salmışdı.
Belə  bir  çətin  anda,  çətin  dövrdə  xalqımızın  müdrikliyi  bir 
daha  özünü  göstərdi.  Xalqın  təkidi  və  tələbi  ilə  ümummilli 
liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident 
seçdi  və  ondan  sonra  ölkəmizin  inkişaf dövrü  başlandı.  Bütün 
xoşagəlməz  meyillərə  son  qoyuldu,  sabitlik,  ictimai  asayiş 
bərqərar  olundu,  qeyri-qanuni  silahlı  dəstələr  tərksilah  edildi. 
Bir sözlə,  Azərbaycan  inkişaf yoluna  qədəm  qoydu’’.
İlham   Ə liyev
Azərbaycan  Respublikasının  Prezidenti
“ Əsrin  müqaviləsi” nin  10-cu  ildönümünə 
həsr olunmuş təntənəli  mərasimdəki  nitqindən 
20 sentyabr 2004-cü  il


O X U C U Y A
Tarix təkrarlanmağı sevir, çünki o, yüksələn, spiralın yuxarısına 
doğru genişlənən xətlə inkişaf edir. Ona görə də öz gələcəyini  irə­
licədən daha yaxşı proqnozlaşdırmaq üçün keçmişi unutmamaq  g ə ­
rəkdir.  Bəşəriyyətin  təkamülünün  real  mənzərəsi,  bəşər cəm iyyə­
tinin başlanğıcından bu günədək olan təkamülü belədir. Odur ki, bir 
səhvin iki dəfə edilməsi artıq faciədir, başqa sözlə, reallıqların başa 
düşülməməsi  deməkdir.
J.J.Russo demişdir:  “Bəzən zərbə hədəfə dəym əyə bilər,  amma 
niyyət  hədəfdən yayına bilm əz” .  Bu əsər üzərində  işləyərkən m ə­
nim  niyyətlərim  bir-biri  ilə  bağlı  olan  iki  vəzifəni  həll  etmək 
-  keçmişimizin necə olduğunu göstərmək və yəqin ki, gələcəyim i­
zin  necə  göründüyü  barədə  düşünmək  idi.  Axı,  ətrafda  baş  verən 
hadisələrə  ötəri  yanaşmayanda,  əksinə,  bu  hadisələri  qlobal  tarixi 
proses  kontekstində  araşdıranda  onları  anlamaq  və  dərk  etmək  b ə­
zən  çox  asan  olur.  Vaxtı  çatmış  bütün  məsələlərin  və  problemlərin 
hamısını  bir yerə cəmlədikdə və  ictimai  inkişafın bir xətlə getdiyini 
və  alternativsizliyini  rədd  edən  sinergetika  elminin  prinsiplərinə 
əsaslandıqda bugünkü günün reallıqlarını dərk etmək daha səmərəli 
olur.
İndi  bəşəriyyət qlobal  transformasiyalar dövründə yaşayır.  For­
masiya  paradiqmalarınm  əvəzlənm əsi,  Tofflerin  “üçüncü  dalğası­
nın” başlanması, elmi-texniki  tərəqqinin yüksəlişi  və nəhayət,  mil­
li  dövlətin  rolunun  zəifləm əsi  və  transmilli  korporasiyaların 
əhəmiyyətinin  güclənməsi  -  bütün  bunların  hamısı  müasir  insanın, 
cəmiyyətin  və  “dövlət,  dövlətçilik”  kimi  şərh  etdiyimiz  siyasi 
strukturun  simasını  digər  parametrlərlə  birlikdə  köklü  surətdə  d ə­
yişdirir.  Məncə,  gələcək  nəsillər bir vaxtlar bizim  olduğumuz kimi 
ideologiyalaşdırılmış  olmayacaqlar.  Bununla  yanaşı,  o  da  aydındır 
ki,  bir neçə  onillikdən  sonra  dövlət  öz vətəndaşları  üçün  bizdə  ol­
duğu  qədər  müqəddəs  anlayış  olmayacaqdır.  Bu  m əsələ  barədə 
xeyli  proqnozlar  var,  hərçənd,  dünya  xalqlarının  öz  müstəqilliyini 
yeni  dünya  hökumətinə  qurban  verməyə  hazır  olduqlarını  təsəv­
vürə  gətirmək  mənim  üçün  çətindir.  Digər  tərəfdən,  aydındır  ki,
7


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə