türənlərlə muzdlu əm ək adamları arasında dayanan təbəqəni L ede-
rer yeni orta sinif adlandırırdı. E.Lederer hələ 1912-ci ildə yazm ış
dır: “İki sinif arasındakı bu orta mövqe dəqiq texniki funksiyadan
çox, “əks mövqe” anlayışıdır v ə məvacib alan qulluqçuların sosial
xarakterini həm onların öz şüurunda, həm də cəmiyyətin nəzərin
də m üəyyən edir”. İnformasiya cəmiyyətinin yaranması bir sıra ö l
kələrdə orta sinfin strukturuna öz düzəlişlərini etmişdir.
Orta sin if vətəndaş cəmiyyətinin əsas dayağı kimi müstəsna bir
rol oynayır - o, həm sosial münaqişələri “söndürən” və qütbləş-
məni yumşaldan qüvvədir, həm siyasi sabitliyin əsas dayağıdır,
həm də cəm iyyətin ən təhsilli, ümumi biliklərin və ixtisas b ilik lə
rinin, eləcə də ənənəvi normaların v ə dəyərlərin daşıyıcısı olan
hissəsidir.
Müasir dünya inkişafının əsas vektoru olan modernləşdirmə
dövlət, cəm iyyət və şəxsiyyət arasındakı qarşılıqlı münasibətləri
keyfiyyətcə yeni səviyyəyə qaldırır. Təbii ki, keçmişin totalitar
təcrübəsi fərdlə dövlət arasında münasibətlərin hətta obyektiv su
rətdə dəyişdiyi şəraitdə də fərdin şüurunu hələ de bir çox cəhətdən
müəyyənləşdirir. Lakin təcrübə göstərir ki, nə qədər ağrılı v ə m ü
rəkkəb olsa da, keçid tamamilə mümkündür və başlıcası isə, m üa
sir dövrün qloballaşma tələblərinin aktuallığı baxımından dövlətin
və cəmiyyətin yaşaması üçün zəruridir.
Məlum olduğu kimi, siyasətdə modernləşdirmə demokratik si
yasi təsisatların - parlament, çoxpartiyalı sistem, ümumi alternativ
seçkilər, hakimiyyət bölgüsü v ə s. yaradılması və möhkəmləndiril
m əsi deməkdir. Sonrakı, yəni postindustrial inkişaf kontekstində
cəmiyyətin mədəni və siyasi rəngarəngliyi, insan hüquqları, siya
sətdə şəxsiyyətin rolu, aşağı demokratik strukturların, birbaşa
özünüidarə şəbəkələrinin inkişaf etdirilməsi nəzərə alınmaq əsa
sında siyasətin və dövlət idarəçiliyinin yenidən qurulmağa başlan
dığı müşahidə olunur.
Sosial-m ədəni şərtlərlə sıx qarşılıqlı əlaqədən kənarda siyasət
də modernləşmə mümkün deyildir. Ona görə de siyasi modernləş
m əyə başlayarkən, eyni zamanda, mədəni modernləşmə problemini
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
68
həll etmək lazımdır. Burada söhbət, ilk növbədə, ideya-dəyər ori
yentirlərinin və davranış alqoritmlərinin dəyişdirilməsindən gedir.
Modernləşdirmə istiqamətində hətta ən ilk irəliləyişlər, - əgər on
lar iqtisadi və sosial dinamikanın təzahürləri ilə müşayiət olunursa,
- artıq modemləşdirici mədəni dəyərlərin diffiıziyasına təkan verir.
N ə qədər cüzi olsa da, əhalinin həyat səviyyəsinin yüksəldilməsi
rəylərdə və münasibətlərdə təkamülə səbəb olur. Əmək haqqının
qaldırılmasına olan tələbat daha rahat həyat şəraiti yaradılması,
onun keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı tələbata çevrilir. Bü
tün bunlar demokratik layihələrin gerçəkləşdirilməsinə - hüquqi
dövlət v ə demokratik cəm iyyət təsisatları yaradılması prosesinə tə
sir göstərən ictimai inkişaf amilləri kimi baxışların, mövqelərin,
əqidələrin oriyentirlərinin tədricən dəyişməsini şərtləndirir.
Modernləşmə yolunu artıq keçmiş və ya hələ həmin yolla gedən
ölkələrin təcrübəsinin dərk edilməsindən danışsaq, onda xatırlatmaq
lazımdır ki, bu təcrübə modernləşmənin üç tarixi dövrünü fərqlən
dirən məlum “üç eşelon” konsepsiyasında ümumiləşdirilmişdir. Bu
konsepsiya Qərbi Avropa ölkələrini (Böyük Britaniya, Fransa, Hol
landiya, Almaniya və s.) və Şimali Amerika ölkələrini (Amerika
Birləşmiş Ştatları və Kanada) modernləşmənin “birinci eşelon”una
aid edir. Bu ölkələrdə modernləşmə endogen xarakter daşımışdır,
yəni cəmiyyətin gündəlik həyatının gedişində öz-özünə irəli g əl
miş, öz mədəni enenelerine və nümunələrinə əsaslanmışdır24.
M əsələnin tarixinə müraciət edərək, xatırlatmaq istərdik ki, ilk
modernləşmə İntibah dövrünün təsiri altında - feodal münasibətlə
rinin dağıdıldığı və şəxsən azad fərdin meydana gəldiyi vaxt başla
mışdır. Özü de fərdin azadlığının əsası şəxsi mülkiyyət hesab edi
lirdi. Tədricən ictimai şüurda “təbii” (yəni Tanrının bəxş etdiyi və
ya Təbiətin verdiyi) insan hüquqları, hamının qanun qarşısında b ə
rabərliyi, sosial ədalət kimi anlayışlar da derin kök salırdı. “M o-
dem iti” m ədəniyyəti - maddi istehsal, ətraf dünyada fasiləsiz də
yişikliklər, istehsal vasitələrini təkmilləşdirmək v ə s. yolu ilə
rasionalizmə və fərdiyyətçiliyə, elmi biliklərə və rifaha meyillilik
də həmin dövrdə formalaşmışdı25.
___________
II fəsil. Azərbaycanın modernləşdirilməsi: inkişaf yollan
69
Modernləşmənin ikinci eşelonuna Şərqi v ə Cənub-Şərqi A v
ropa ölkələri, Yaponiya, Türkiyə, Rusiya və bir çox digər ölkələr
aid idi. İkinci eşelon ölkələri üçün birinci eşelon ölkələrinin on il
lərlə v ə yüz illərlə qət etdikləri yolun sürətlə keçilm əsi səciyyəv i
idi, çünki bu ölkələrdə çox işlər artıq dünya birliyinin topladığı tə c
rübəyə uyğun olaraq görülürdü.
Birinci tip ölkələrlə müqayisə apanlsa, modernləşmədə onlara
çatmaq istəyən cəmiyyətlərdə siyasi amil daha mühüm rol oynayır,
çünki həmin cəmiyyətlərdə ənənəvi iqtisadi, sosial, sosial-m ədəni
və siyasi strukturların öz-özünə transformasiyası üçün kifayət q ə
dər ilkin zəmin yoxdur. M əhz buna görə modernləşmə dəyişiklik
lərinin subyekti kimi dövlət bəzən islahatların təşəbbüsçüsü kimi
çıxış etm əyə məcburdur. Bu halda innovasiyalara təkanlar kütləvi
sosial təbəqələrə hakim elitadan gəlirdi. Ona görə də ikinci eşelon
ölkələrində modernləşmə, birinci eşelon ölkələrində olduğu kimi,
çox vaxt “aşağıdan yuxarı” deyil, “yuxarıdan aşağı” gələn modern
ləşm ə kimi səciyyələnir.
M əsələn, əgər Yaponiyanın modernləşmə tarixini araşdırmağa
başlasaq, onda aydın olar ki, onun başlanğıcı (Meydzi inqilabı deyi
lən inqilab) XIX əsrin ortalarına - ölkənin amerikalılar tərəfindən
“k ə ş f ’indən sonra gələn dövrə təsadüf edir. Mehz onda Yaponiya
nın hakim elitası Qərb ölkələrinin hərbi-texniki və iqtisadi üstün
lüyə malik olduğunu dərk edərək, ilk növbədə, prosesin tərkib
hissələrini təşkil edən siyasi amillərə doğru istiqamət götürməklə
islahatlara başladı. Bu, islahatlar ən əvvəl, konstitusiya qaydası ya
radılması, sənayeləşdirme, müasir təhsil sisteminin inkişafı, feodal
imtiyazlarının ləğv edilməsi (1868-1912-ci illər) kimi problemlərə
toxundu. İkinci modernləşməni onun endogen-ekzogen əsasda, yəni
həm kənar təsir altında, həm de özünün mədəni əsasında heyata ke
çirilməsi fərqləndirir. M əsələn, Yaponiyada modernləşmə kənardan
götürülənləri qavramaq və tez absorbsiya etmək, onları ənənələrlə
ahəngdar və fəsadsız şəkildə birləşdirmək, yad mədəniyyətlərdən
olan tərəfdaşlarla əməkdaşlıq yaratmaq, səylə öyrənmək və yeni bi
liklərə yiyələnm ək bacarığı kimi milli keyfiyyətlərə əsaslana bildi.
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
70
Türkiyədə Atatürk dövrünün (1922—
1935-ci illər) modernləş
mə təcrübəsi Yaponiya təcrübəsindən heç də az uğurlu olmamışdır.
Atatürk respublikaçılıq, millətçilik, etatizm, antiklerikalizm, isla
hatlar siyasəti kimi modernləşmə prinsiplərini elan etmişdi. Sonun
cu milli özünüdərkin inkişafı, savadsızlıqla mübarizə və təhsilin in
kişaf etdirilməsi, türk əlifbasının islahatı, qadınların sosial azadlığı
və bir sıra digər müddəaları əhatə edirdi.
Modernləşmənin üçüncü eşelonunu bəzən öz istəklərindən asılı
olmayaraq, dünya ticarəti sisteminə cəlb edilmiş Asiya, Afrika və
Latın Amerikası ölkələri təşkil edirdi. Qeyri-iradi olaraq, inkişaf
etmiş sənaye dövlətləri arasına düşən, bazarın və ümumen, qlobal
laşmanın təzyiqinə məruz qalan bu ölkələr ucuz xammal və işçi
qüvvəsi təchizatçısı rolunu oynamağa məcbur idilər. Onlarda m o
dernləşmə, əsasən, sırf ekzogen əsasda baş verir v ə nəticədə, imi-
tasiya və ya simulyasiya variantlarına çevrilirdi. Hərçənd, onların
arasında həmin sxemlərə uyğun gəlm əyən ölkələri də göstermək
olar.
Qeyd etmək lazımdır ki, modernləşmənin elmi ədəbiyyatda
mövcud olan tipologiyalarını v ə məzmun xarakteristikalarını daha
da dəqiqləşdirməyə v ə tamamlamağa ehtiyac vardır. M əsələn, im i-
tasiya mexanizmlərindən istifadə, kənar təcrübənin və ənənələrin
qarşılıqlı əlaqəsi probleminin daha geniş araşdırılması tələb olunur.
Kənar təcrübədən istifadə modernləşmənin birinci eşelonuna aid
ölkələrdə de olmuşdur, ikinci eşelon ölkələrində isə imitasiya və
simulyasiya heç de həm işə əsas rol oynamamışdır. Əgər bütün
standartlar üzrə üçüncü eşelon ölkələrinə mənsub olan Cənub-Şər
qi Asiya dövlətlərinin modernləşmə təcrübəsinə nəzər salsaq, deyə
bilərik ki, “inkubasiya inkişafı” mərhələsində modernləşmə təz
yiqi, ilk növbədə, hakim dairələrin varlanması və dövlətin iqtisadi
rifahı barədə təsəvvürün təmin olunması vasitəsi idi. Lakin qlobal
laşma prosesləri dairələrinin genişlənm əsi bu ölkələrdən bir ço
xuna müsbət təsir göstərmişdir. Cənubi Koreya, Tayvan, Malay
ziya, Tailand və Sinqapur kimi ölkələr transmilli korporasiyalarla
(halbuki “üçüncü dünya” ölkələrinin əksəriyyəti onları istismarçı
____________
IIfəsil. Azərbaycanın modernləşdirilməsi: inkişaf yolları
71
Dostları ilə paylaş: |