Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


mətdə işə sala bilər.  Hakim bunun cavabında müdrikcəsinə demiş­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə26/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   22   23   24   25   26   27   28   29   ...   115

mətdə işə sala bilər.  Hakim bunun cavabında müdrikcəsinə demiş­
dir:  “Sizin yumruğunuzun hərəkətlərinin azadlığı qonşunuzun bur­
nunun vəziyyəti  ilə məhdudlaşdırılıb”43.
Şəxsiyyətə kütlədən fərqlənm əyə, təşəbbüskarlıq v ə   işgüzarlıq 
göstərm əyə  icazə verməklə,  cəm iyyət iqtisadiyyatda v ə  siyasi  sis­
temdə  islahatlar  aparmaq  imkanı  qazanır.  Bununla  belə,  -   bu  da 
modernləşmənin prinsipcə  ikinci  mühüm xüsusiyyətidir, -   cəm iy­
yət  liberalizm  dəyərlərini  elə  şərh  edir  ki,  onlar,  bir  tərəfdən,  öz 
konkret  mahiyyətini  itirməsin,  digər  tərəfdən  isə,  milli  tarixin  və 
m ədəniyyətin spesifikasını,  özünəməxsusluğunu dağıtmasın.
N əticədə, liberalizm təcrübəsinin sintezi baş verir ki, bu da azad 
şəxsiyyətin Azərbaycan xalqının sosiom ədəni irsi ilə həyatın bütün 
sahələrində  səm ərəli  fəaliyyətinin nümunələrini üzə çıxarır.  Ə nə­
nəvi  sivilizasiyanı qoruyub  saxlamaq səyləri milli inkişafda müha­
fizəkar meyillərin güclənməsini şərtləndirir. Ölkədə sosial-iqtisadi 
vəziyyəti  kökündən  yaxşılaşdırmaq  zərurəti  insan,  cəm iyyət  və 
dövlət arasında qarşılıqlı münasibətlərin keyfiyyətcə dəyişdirilmə­
sini tələb edir.  Leviafan div kimi,  dövlət şəxsiyyətin müstəqilliyini 
boğa və azadlığını məhdudlaşdıra bilər, amma elə onun özü də sə ­
mərəli başlanğıc ola v ə şəxsiyyətin dağıdıcı instinktlərini məhdud­
laşdıraraq,  onun  fəaliyyətini  legitim  v ə  yaradıcı  məcraya  yönəldə 
bilər.  Zennimizcə,  bütün  bu  ziddiyyətli  tələbləri  bir  yerdə  birləş­
dirməyə,  neokonservatizm  ideologiyası  -   keçid  dövrü  şəraitində 
Azərbaycan kimi  ölkə üçün daha məqbul  olan  ideologiya qadirdir.
Neokonservatizm əsla o demək deyildir ki,  şəxsiyyətin azadlığı, 
insan hüquqları,  liberal iqtisadiyyat v ə siyasi demokratiya, milli az­
lıqların və cəm iyyətin əm ək qabiliyyəti olmayan üzvlərinin hüquq­
ları  kimi  anlayışlar  rədd  edilir.  Məlumdur ki,  neokonservatizm  bu 
anlayışların  universallığını  tanımış  v ə   bu  menada  liberalizmə  və 
sosializmə  doğru  təkamül  etmişdir.  Bununla yanaşı,  neokonserva- 
torun  liberaldan  fərqi  bundadır ki,  neokonservator ənənəvi  dəyər­
lərin  ictimai  inkişaf üçün  vacibliyini  qəbul  edir,  liberal  isə  onlara 
etinasızlıq gösterir, ən yaxşı halda,  ikinci dərəcəli əhəmiyyət verir. 
Neokonservatizm  keçmiş  üçün  nostalgiyanı  rədd  edərək,  dəyişik­
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tətebləri
_______
104
liklərə, -  əgər onların vaxtı gəlib çatmışdırsa və ictimai dayaqların 
möhkəmlənməsinə kömək gösterə bilərsə, -  tərəfdar çıxaraq, keç­
mişin  ən  yaxşı  ənənələrinə  söykənm əklə  islahatlar  ideologiyasına 
çevrilir,  varisliyi və inkişafı uyğunlaşdım.
Liberalizmlə konservatizmin sintezi olan, sosialist ideologiyası­
nın  və  demokratik  ideologiyanın  elementləri  ilə  zənginləşən  neo­
konservatizm  indi  Azərbaycan  üçün  daha  məqbul  ideoloji  kons­
truksiya  kimi  görünür.  Azərbaycanda  mühafizəkar-liberal  sistem, 
bir tərəfdən,  güclü  dövlət hakimiyyətini v ə  hüquq qaydasını, digər 
tərəfdən isə,  söz və iqtisadi  fəaliyyət azadlığını dəstəkləyən tama­
milə  tarazlı  bir  sistem  olmuşdur.  Bu  sistemdə  dövlət  təməllərinin 
və  siyasi  təməllərin,  milli  v ə  universalist  elementlərin  simbiozu 
əldə edilmişdir.
Liberalizm m üəyyən dinamik ruh gətirdi, konservatizm bu ruhu 
radikal  dəyişikliklərdən  qorudu,  sosial-demokratizm  isə  eqalitar 
prinsiplərin,  yəni  hüquq  bərabərliyinin  unudulmaması  qayğısına 
qaldı.
Heydər  Əliyevin  dövlət  idarəçiliyinin  nadir  xüsusiyyəti  bunda 
idi  ki,  o,  müstəqil,  demokratik  Azərbaycan  qurulması  işində  bu 
ideoloji simbiozdan (qarşılıqlı gücləndirmə  və qismən de,  qarşılıq­
lı zərərsizləşdirmə)  çox böyük məharətlə  istifadə etmişdir.  Demək 
lazımdır ki, konservatizm və  liberalizm mövqelərin əksəriyyətində 
yaxınlaşaraq,  təriflərdə,  anlayışlarda  xeyli  dolaşıqlıq  yaratmışdır. 
M əsələn,  Qərbin bir sıra ölkələrində,  eləcə  de  Azərbaycanda mü­
hafizəkarları  liberallar,  liberalları  isə  mühafizəkarlar  adlandırmağa 
başladılar və bu da kimin kim olduğunu başa düşməkdə çətinliklər 
doğurdu.
Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi gösterir ki,  libera­
lizmin konservatizmle konvergensiyası  siyasi  məkanda  əvvəlki  sol 
mərkəzçi  strukturun  əvəzinə,  sağ  mərkəzçi  xarakterli  koalisiya 
strukturunun yaranmasına gətirib çıxarmışdır.  Neokonservativ  iqti­
sadi  modelin  mərkəzi  ideyasını  dövlət  tərəfindən  tənzimləmə  ba­
rədə  sosialist  və  keynsçilik  metodlarının  səm ərəsiz  olması  təşkil 
edir.  Bu  modelə  görə,  milli  gəlir  bölgüsünün  ümumi  həcmində
____________
IIfəsil.  Azərbaycanın modernləşdirilməsi:  inkişaf yolları
105


dövlət  xərcləri  payının  5  faiz  artırılması  Ü D M -in  artım  sürətini  1 
faiz  azaldır  v ə  müvafiq  olaraq,  ictimai  rifahın  ümumi  səviyyəsinin 
aşağı  düşm əsinə gətirib  çıxarır.  M əhz neokonservativ iqtisadi mo­
del  sayəsində  Qərb dünyası  solların proqram müddəalarından kəs­
kin şəkildə fərqlənən vasitə v ə üsullardan istifadə edərək, elmin və 
müasir texnologiyaların ən yeni nailiyyətlərinə uyğun olaraq struk­
tur dəyişiklikləri xətti götürmüşdür.
Tamamilə  aydındır ki,  “konservatizm”  anlayışı  çoxlarında qor­
xu və vahimə doğurur, çünki keçm işlə əlaqələndirilir. Ola bilsin, bu 
onunla bağlıdır ki, mühafizəkar ideologiyanın məna m əğzi v ə inki­
şaf ideologiyasının  ayrılmaz  tərkib  hissəsi  kimi  “ən ən ə”  anlayışı­
nın mahiyyətini heç  də hamı  dəqiq başa  düşmür.
Azərbaycan  Prezidenti,  Yeni  Azərbaycan  Partiyasının  sədri 
Heydər Ə liyev  2001-ci  il noyabrın 21-d e partiyanın II  qurultayın­
da çıxışında XXI əsrdə  ölkənin ideoloji  inkişafının forma v ə  m əz­
mununu dəqiq  səciyyələndirmişdir:  “...elə nəsil  yetişdirməliyik ki, 
təkcə  bizim  vaxtımızda  yox,  bizdən  sonra  da  onlar  Azərbaycanın 
xatalara  düşməsinə  imkan  verməsinlər.  Onlar  düz  yolla,  doğru 
yolla,  milli hissiyyatlar yolu ilə...  getməlidirlər”44.
M əhz m illi hissiyyatlar,  xalqın ənənələrinə dərin sədaqət, mil­
li  eyniliyi,  özünəməxsusluğu  bərpa  etmək  v ə  qoruyub  saxlamaq 
səyləri, eləcə də Qərbin və Şərqin tarixi nailiyyətləri ilə zənginləş­
mək  əsasında  cəmiyyətin  modernləşdirilməsi,  milli  çoxluğun  for­
malaşdırılması  ölkəmizdə  1993-cü  ilin  ortalarından  heyata  keçiri­
lən möhkəm  və  uğurlu dövlət quruculuğunun rəhnidir.
Azərbaycanda  həm  siyasətə,  həm   de  iqtisadiyyata  nüfiız  edən 
neokonservatizm  ideyası  elə  bir  ictimai  quruluş  sisteminə  çevrilir 
ki,  burada vətəndaşın v ə ya qrupun yeri onlann konkret korporasi­
yaya, yəni, iyerarxiya tipli  qapalı təşkilata mənsubiyyəti  ile m üəy­
yən  olunmuşdur.  Bu,  istehsal-kommersiya  təşkilatı  və  ya  siyasi 
partiya  da  ola  bilər.  Bütün  korporasiyaları  birləşdirən  en  yüksək, 
demək olar,  sistemyaradan,  hətta “müqəddəs” qüvvə isə dövlətdir.
Məlum  olduğu  kimi,  konservatizm  bərabərliyə  deyil,  hər  bir 
şəxsiyyət  m üəyyən  yüksək  qayda-qanunun  iştirakçısı  olduğu  c e -
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün tələbləri
106
miyyətin  birliyinə  çalışır.  Bu  cəm iyyətdə  şəxsiyyət  müstəqil  və 
müəyyən  mənada  nisbətən  “azad”  deyildir,  çünki  şəxsiyyətin 
azadlığı  dövlət qarşısında onun üzərinə qoyulan m əsuliyyətlə bağ­
lıdır. Transformasiya dövrünü yaşayan cəm iyyətlərə məhz bu ideo­
logiya  daha  çox  uyğundur,  ona  görə  ki,  güclü  dövlət  olmadan 
cəmiyyət anarxiyanın  ixtiyarında qala bilər.
Bununla yanaşı,  yaxşı  məlumdur (və bu  barədə  yuxanda dəfə­
lərlə  danışılmışdır)  ki,  indi  dünya  nizamı  və  cəmiyyətin  tələbatı 
başlıca olaraq liberalizmin əsaslanna söykənir.  Ona görə də çoxları 
neokonservativ  ideologiyanı  fərdi  azadlığı  boğmaq  vasitəsi  hesab 
edə və ya onu frommsayağı “azadlıqdan qaçmaq”45  kimi başa düşə 
bilər.  B elə  nəticə problemə  səthi  yanaşmanı  göstərir.  Axı, həyatda 
hər şey nəzəriyyədə olduğundan qat-qat çətindir.
Şübhə yoxdur ki,  liberalizm dövlətə tənqidi  münasibəti, vetən- 
daşlann  azadlıq  və  m əsuliyyəti  prinsiplərini,  dini  dözümlülüyü, 
ideya-siyasi  plüralizmi,  konstitusionalizm  ideyasını  üstün  tutur. 
Lakin müasir reallıqlar liberalizmin yeni bir tarixi  formasını -  libe­
ralizmin ənənəvi dəyərlərini yeni  dövrün iqtisadi və siyasi tələblə­
rinə  uyğunlaşdıran  neoliberalizmi  də  meydana  gətirmişdir.  N eoli- 
beralizm  siyasi  sistemin  distributiv  qabiliyyətini,  yəni  maddi  və 
mədəni  nemətlərin  bərabər bölgüsünü  onun  ən mühüm  məziyyəti 
hesab  edir.  Hökumətin  m əziyyəti  isə,  neoliberalların  fikrincə,  m ə­
nəvi prinsiplərə və  deyərlərə  istiqamətlənmesindədir.
Bu, məntiqsiz görünə bilər:  axı, neoliberalizm fərdi  azadlığa və 
şəxsiyyətin  işgüzarlığına  üstünlük  verir.  Lakin  liberalizmin  ən 
görkəmli  müasir  nəzəriyyəçilərindən  biri  C.Rouls  “Ədalət  n əzə­
riyyəsi”  kitabında (1971-ci  il) bərabərliklə azadlığın, hüquqla fira- 
vanlığın  nisbəti  m əsələsini  liberal  diskussiyanın  mərkəzinə  çıxar­
mışdır. Rouls fərdi azadlığı və maddi nemətlərin ədalətli bölgüsünü 
uyğunlaşdırmağın  zəruriliyini  vurğulayaraq,  liberalizmi  sosial-de­
mokratiyanın əsas ideya-siyasi müddəalarına yaxınlaşdırmış və ba­
zar iqtisadiyyatı prinsiplərinə əsaslanan ədalətli ictimai quruluş ba­
rədə öz mülahizəsini  tək lif etmişdir.
____________
II fəsil.  Azərbaycanın modernləşdirilməsi:  inkişaf yolları
107


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə